Uhud Döyüşündə Müsəlmanların məğlub olmasının səbəb və hikmətləri nələrdir?
Uhud Döyüşündə Müsəlmanların məğlubiyyət səbəbi, Al-İmran Surəsi 152 və 165-ci ayələrində işarə edildiyi kimi, oxçuların yerlərini tərk etmələridir. Hz. Peyğəmbər (s.ə.v.)-in əmrinə müxalifət, birdən döyüşün vəziyyətini dəyişdirmişdir.
Bununla birlikdə, bu məğlubiyyətə hikmət nöqtəsindən baxdığımızda qarşımıza bu ayə çıxar:
"Əgər siz (Uhud müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdirdik ki, Allah iman edən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz. ( Al-İmran, 3/140)
Bu ayədə buyurulduğu kimi, Allah Müsəlmanların ixlasını və səmimiyyətini ölçmək, möminlərdən Hz. Həmzə (r.ə.) və Musab Bin Umeyr (r.ə.) kimi səhabələri şəhidlik mərtəbəsinə çatdırmaq və bilməyəcəyimiz minlərlə hikmətlərdən ötəri məğlubiyyət vermişdir.
Ayrıca bu döyüşdə, keçmişdəki səhabələr, gələcəkdəki səhabələrə qarşı məğlub olmuşlar. Müşriklər içində, o zamanda səhabə sırasında olan böyük səhabələrə müqabil gələcək Hz. Xalid (r.ə.) kimi şəxslər olduğundan, şanlı və şərəfli olan gələcəkləri nöqtəsindən tamamilə izzətlərini qırmamaq üçün hikməti İlahiyyə gələcəkdəki işlərinin bir mükafatı olaraq keçmişdə onlara qalibiyyət vermiş, tamamilə izzətlərini qırmamışdır.( Nursi, Lemalar, s. 29)
Uhuddakı müşriklərin rəisi Əbu Süfyan, Müsəlmanların məğlub olmasına ən böyük səbəb olan Xalid b. Vəlid kimi kəslər, Hudeybiye Barışından etibarən İslama girməyə başlamışlar.
- Uhud döyüşündə müsəlmanların məğlub olmasının səbəb və hikmətləri nələrdir?
- Osmanın Uhud və Bədr döyüşlərindən qaçması və ağac altında beyət etməməsi doğrudurmu?
- Səhabələrə yetişmək niyə mümkün deyildir?
- Səhabəyə söyməyin hökmü nədir?
- Əlini sevmək iman, Ona düşmənçilik etmək, nifaq əlamətidirmi?
- Cahiliyyə adət ənənəsi və Hz. Peyğəmbər.
- Hz. Məryəmə İsa peyğəmbərin müjdələnilməsi
- Qədr Gecəsi
- Mələklərin Hz. Adəmə (ə.s.) səcdə etməsi necə reallaşmışdır? Bu səcdə, Allahdan başqasına səcdə edilməz anlayışına zidd deyil? Bu vəziyyət bir hörmətsizlik olaraq xarakterizə edilə bilər?
- İçkinin haram olmasının səbəbi nədir?