"Ümmətimin ömrü, 60-70 yaş arasıdır." deyə hədis vardırmı?
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Ümmətimin ömrü, 60 (yaş) ilə 70 (yaş) arasıdır və bu yaşı keçənləri, çox azdır."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni uzun ömür və bol mal kimi nəfsin xoşlandığı şeyləri ummaq) və Əcəl babı", hədis no: 4236)
-----------------------
İzahı:
Bu hədisi, Tirmizi də rəvayət etmişdir.
• İmam Sindi belə deyir:
"Yəni bu ümmətdən uzun ömürlü olanlar, 60 ilə 70 yaş arası yaşayar."
• Əli əl-Qari isə, belə demişdir:
"Zahir olan məna və məqsəd budur:
Bu ümmətin mötədil və sevimli ömrü, 60 ilə 70 arasındakı yaşdır.
• Allah rəsulu (sallallahu aleyhi və səlləm);
• Ömər; və
• Əli (radiyallahu anhum)
kimi böyük xəlifələr, çox sayıda alim və vəli şəxslər, 60 ilə 70 arasındakı yaşlarda vəfat etmişlərdir."
- "Həsən və Hüseyn: Cənnət gənclərinin seyyidləridir."
- Qəriblər hədisi
- "(Ey Əli) Mənə nisbətən Sən, Musa'ya nisbətlə Harun mövqeyində olmağa razı olmazsan mı?" hədisini izah edərsinizmi?
- "Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır." hədisini izah edərsinizmi?
- Qəbrin dəhşəti
- Əlini sevmək iman, Ona düşmənçilik etmək, nifaq əlamətidirmi?
- Cənnətin Firdovs mərtəbəsi.
- Əbu Hənifə haqqında hədis vardırmı?
- Aşurə orucu haqqında məlumat verərsinizmi?
- Həsən və Hüseynin fəziləti