Uşaqların məscidə girməsinə icazə verməyin məkruh olması

1565. "Məscidlərinizi, uşaqlarınızdan, xusumətlərinizdən, hüdudlarınızdan (yəni, şəri hədlər tətbiq etməkdən), iş şərikliklərinizdən, satışlarınızdan, uzaq tutun! Toplanma gününüzdə, məscidlərinizi (gözəl qoxularla) tüstüləyin və onların girişinə mithara qoyun."

Heysəmi'dən ("Məcmau'z-Zəvaid", ll, 140) varid olduğuna görə, hədis, Taberani'nin "əl-Mu'cəmu'l-Kəbir"ində (XX, 173) nəql edilmiş olub, Məkhul, Muaz b. Cəbəl (radiyallahu anh)'dan hədis eşitməmişdir.

Hədisdən başa düşüldüyünə görə, sayılan şeylər, məscidlərdən uzaq tutulmalı; cümə günü, məscid, gözəl ətirlərlə tüstülənməli; və məscidlərin girişinə mithəra (təmizlik üçün istifadə edilən ibrik və ya hər cür qab) qoyulmalıdır. "əd-Durru'l-Muxtar"da (l, 656-657) qeyd edildiyinə görə:

Olduqları yeri kirlətmək ehtimalının yüksək olduğu hallarda, kiçik uşaqları və dəliləri məscidə qoymaq, haram; belə olmadığı hallarda isə, məkruhdur. Onları məscidə qoyan şəxs, ayaqqabı və məstləri (və ya çarıqları) ilə maraqlanmalıdır (yəni, nəzarət etməlidir).

-------------------------------

1566. ibn Macə'nin (hədis no: 750),

Məkhul ---> Vəsilə b. Əsqa ---> Muaz b. Cəbəl (radiyallahu anh)

isnadı ilə nəql etdiyi rəvayət, belədir:

"Uşaqlarınızı, dəlilərinizi, şərlilərinizi, alış-verişinizi, xusumətlərinizi (aranızdakı çəkişmələrinizi), səslərinizi yüksəltməyi, hədd cəzalarınızı (tətbiq etməyi) və qılınclarınızı qınından çəkməyi, məscidlərinizdən uzaq tutun! Məscidlərinizin giriş qapılarına mithara qoyun və toplanma gününüzdə, gözəl qoxularla tüstülədin."

Suyuti, "əl-Camiu's-Sağir"də (l, 14), bu rəvayətin zəif olduğuna işarət etmişdir. Ancaq, bu zəif rəvayət, bir əvvəlki munqati (qopuq) rəvayət ilə dəstəklənmiş olmaqdadır. (Hədisdəki inqita/qopuqluğun, bizcə, hədisə hər hansı bir zərər vermədiyini bildirmişdik.)

(Təhanəvi, "İ'lau's-Sünən", "Şəri bir hədəf olmadan, uşaqların, dəlilərin, məscidə girməsinin; və yüksək səslə danışmağın; və şeir oxumağın kərahiyyəti haqqındadır")

-------------------------------

Əlavələr:

Abdu'r-Rahmən əl-Cəziri, "əl-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa / 4 məzhəb fiqhi" adlı əsərində, məzhəblərin bu mövzudakı hökmlərini, belə qeyd etməkdədir:

Məscidlərdə edilməsi məkruh olan və olmayan şeylər:

(Onlardan, yəni məkruhlardan biri də): Uşaqların və dəlilərin məscidə daxil edilmələridir.

Uşaqları və dəliləri məscidə daxil etmək, məzhəblərin iləri sürdükləri təfsilata görə, məkruhdur:

• Hənəfilər dedilər:

Uşaq və ya dəlilərin məscidi kirlədəcəklərinə dair qalib bir zənnlə qənaət gətirilərsə, məscidə daxil edilmələri, təhrimən məkruh olar. Əks təqdirdə, tənzihən məkruhdur.

• Şafiilər dedilər:

Müməyyiz (ağıllı, faydalı ilə zərərlini bir-birindən ayıran) olmayan uşağın və dəlilərin məscidi kirlətməmələrindən; məscidə zərər verməmələrindən; övrət yerlərini açmamalarından əmin olunarsa, məscidə daxil edilmələri, caiz olar. Məscidi oyun yeri etmədiyi təqdirdə, müməyyiz uşağın məscidə qoyulması, caizdir. Əks təqdirdə, haram olar.

• Malikilər dedilər:

Uşağın oynamaması və ya "dayan" deyildiyi təqdirdə dayanması halında, məscidə daxil edilməsi, caizdir. Əks təqdirdə, haram olar. Eyni şəkildə, məscidi kirlətmələri bəhs mövzusudursa, uşağın və dəlinin məscidə daxil edilməsi, haram olar.

• Hənbəlilər dedilər:

Ehtiyac olmadan müməyyiz olmayan uşağın məscidə daxil edilməsi, məkruhdur. Yazı öyrətmək kimi bir ehtiyacdan ötürü, uşaqların və dəlilərin məscidə girməsi, məkruh olmaz.

Read 52 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR