"Utanmasan, istədiyini et." hədisdirmi?
Uqbə b. Amr əbu Məsud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Şübhəsiz, peyğəmbərlərin sözlərindən (arada bir kəsinti olmadan) insanların yetişdiyi xəbərlərdən biri də:
'Utanmasan, istədiyini et!' (sözü)dür."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Həya" babı, hədis no: 4183)
--------------------
İzahı:
Bu hədisi, Buxari və əbu Davud da rəvayət etmişlərdir.
Hədisdə keçəm "nübüvvətu'l-ula"- Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'dən öncəki peyğəmbərlikdir.
İbn-i Həcər belə izah gətirmişdir.
Bu təqdirdə, hədisdən məqsəd, Allah rəsulundan əvvəl gəlib-keçən bütün peyğəmbərlərin ittifaqla söyləyib insanlara bildirdikləri və hər bir peyğəmbərin dinində mövcud olub davam edib gələn sözlərdən biri də:
"Utanmasan, istədiyini et." sözüdür.
Əl-Əzizi, "Nübüvvətu'l-ula"dan məqsədin, Adəm (əleyhissəlam)'ın peyğəmbərliyi olduğunu söyləmişdir.
Yəni Adəm (əleyhissəlam)'ın sözlərindən cahiliyyə dövrü insanlarına qədər arada bir kəsinti olmadan və bəşər tarixinin heç bir dövründə davamlılığı qaldırılmamış olan xəbərlərdən biri də bu sözdür.
-------------------
Hədisdə, bu sözə yetişən insanlardan məqsəd: cahiliyyə dövrü insanları olaraq açıqlanmışdır.
"Avnu'l-Mabud şərhu sünən-i əbu Davud" müəllifi Əzimabadi də, bu izahı gətirmişdir.
--------------------
"Utanmadığın zaman, istədiyini et." sözü fərqli şəkillərdə izah edilmişdir:
Avnu'l-Mabud müəllifinin bəyanın görə, "Şərhu's-Sunnə"də bu izahlar belə sıralanmışdır:
•1• Utanma hissi, səni əngəlləmədiyi zaman, nəfsinin istədiyi çirkin şeyləri işləyərsən.
Əbu Ubeyd belə izah gətirir.
•2• Bu söz, təhdid mahiyyətindədir. Yəni dilədiyini et, cəzasını mütləq görəcəksən.
Bu, əbu'l-Abbas'ın görüşüdür.
•3• Etmək istədiyin bir şey üçün düşünməlisən. Əgər səni utandıracaq bir şey isə, etməməlisən.
Utandıracaq bir hal yoxdursa, edə bilərsən.
Əbu İshaq əl-Məruzi belə açıqlamışdır.
- "(Ağıllı) Mömin, bir ilan dəliyindən 2 dəfə sancılmaz." hədisi haqqında məlumat verərsinizmi?
- "Kibriya, Mənim ridamdır, əzəmət, Mənim izarımdır." hədisi necə başa düşülməlidir?
- İsrafilin suru haqqında məlumat verərsinizmi?
- İnsanların hidayətinə vəsilə olmasındakı müjdəli xəbərlər
- Təfəül (xeyrə yozmaq) nə deməkdir?-2
- Cihada gedərkən, müsəlman olan ana atanın icazəsi olmalıdır mı?
- İslamda fikir və ya qələmlə cihad vardır mı? Varsa, dəlilləri nələrdir?
- Müsəlman olmamışdan əvvəl and içdiyimiz şeyləri, müsəlman olduqdan sonra yerinə yetirməliyikmi?
- Yandıraraq cəzalandırmaq olarmı?-1
- Təvəssül- 1