Üzərində Allah yazılan üzük taxmaq, caizdirmi?
عَنْ أَنَسِ بْنِ مَالِكِ رَضِيَ اللهُ عَنْهُ أنَّ رَسولَ اللَّهِ صَلَّى اللهُ عليه وسلَّمَ اتَّخَذَ خَاتَمًا مِن فِضَّةٍ، ونَقَشَ فِيهِ: مُحَمَّدٌ رَسولُ اللَّهِ، وقَالَ: إنِّي اتَّخَذْتُ خَاتَمًا مِن ورِقٍ، ونَقَشْتُ فيه مُحَمَّدٌ رَسولُ اللَّهِ، فلا يَنْقُشَنَّ أحَدٌ علَى نَقْشِهِ.
Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), gümüşdən bir üzük düzəltdirdi və üstünə: "Allahın rəsulu Muhamməd" sözünü nəqş etdirdi; sonra da belə buyurdu:
"Mən, gümüşdən üzük düzəltdirib, üstünə: 'Allahın rəsulu Muhamməd' sözünü nəqş etdirdim. Odur ki, heç kəs, öz üzüyünün üzərinə belə bir naxış vurdurmasın."
--------------------
İzahı:
~ İbn əbi Şeybə, "əl-Musannəf" adlı əsərində, ibn Ömər'dən, öz möhür üzüyü üzərinə, "Abdullah b. Ömər" sözünü nəqş etdirdiyini rəvayət etməkdədir. Eyni şəkildə Salim'dən ---> o, Abdullah b. Ömər'dən, Abdullah b. Ömər'in, öz adını, möhür üzüyü üzərinə nəqş etdirdiyini də rəvayət etmişdir. əl-Qasim b. Muhamməd də, elə...
İbn Battal, dedi:
Malik, belə deyərdi: "Xəlifələrin və qadıların, öz möhür üzüklərinə adlarını nəqş etdirmələri, onların şanındandır."
İbn əbi Şeybə,
~ Huzeyfə və əbu Ubeydə'dən hər birinin möhür üzüklərinin naxışının, "əlhəmdulilləh" olduğunu;
~ Əli'dən isə, "Allahu'l-Məlik: Mütləq malik olan Allahdır." ibarəsini nəqş etdirdiyini;
~ İbrahim ən-Nəxai'nin: "Billəhi" kəliməsini nəqş etdirdiyini;
~ Məsruq'dan: "Bismilləh" ibarəsini nəqş etdirdiyini;
~ əbu Cəfər əl-Baqir'dən: "əl-izzətu lilləhi" kəliməsini;
~ əl-Həsən və Hüseyn'dən: "Möhür üzük üzərində, Allahın zikrini ehtiva edən ləfzləri nəqş etdirməkdə bir beis olmadığı"nı bildirdiklərini rəvayət etməkdədir.
Nəvəvi, deyir:
"Bu, cumhurun da görüşüdür. İbn Sirin ilə elm əhlindən bəzilərinin isə, bunu məkruh gördükləri nəql edilmişdir."
İbn əbi Şeybə də, səhih bir sənəd ilə, ibn Sirin'dən, insanın, öz möhürü üzərində "Hasbiyallah" və buna bənzər ibarələri yazdırmasında bir beis görmədiklərini rəvayət etmişdir. Bax bu, ibn Sirin'in bunu məkruh gördüyü görüşünün, ondan, sağlam olaraq sabit olmadığını göstərməkdədir.
Bununla bərabər, hər 2 görüşün arasını, belə birləşdirmək, mümkündür:
Cünubluq və ay başı halı olan kimsələrin, (belə üzükləri öz üzərlərində) daşıyacaqlarından qorxulması; və möhrün olduğu əl ilə istinca etmək (ön və arxadan çıxan nəcisi təmizləmək) ehtimalının olması halında, məkruhluq bəhs mövzusudur. Belə bir şeydən əmin olunması halında isə, caizdir. Bu halda, məkruhluq, belə bir yazı yazdırmaqdan dolayı deyil; bu zikir ifadə edən yazının, belə şeylərə məruz qalması cəhətindən bəhs mövzusu olur.
Ən doğrusunu, Allah bilir...
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 77-ci Kitab: "Libas" kitabı; 54-cü bab: "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: 'Möhür üzüyünün naxışı kimi naxış vurulmasın sözü" babı, hədis no: 5877)
------------------------------------
------------------------------------
5443 - İbn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), gümüşdən bir üzük düzəltdirdi. Bu üzük, əlində idi. Sonra, bunu, əbu Bəkr (radiyallahu anh) taxdı; sonra Ömər (radiyallahu anh); sonra da Osman (radiyallahu anh), onu, Əris quyusunda (əlindən) düşənə qədər -taxdı. (Üzüyün) naxışı: "Muhammədun Rasulullah" idi.
--------------------
Şərhi:
"Nəbi (sallallahu aleyhi və səlləm), gümüşdən bir üzük düzəltdirdi."
Hədisdəki "əl-vəriq", "gümüş" deməkdir. Müsəlmanlar, kişinin, gümüş üzük taxmasının caiz olduğu üzərində, icma etmişlərdir.
Mutəqaddimun Şam alimlərindən bəziləri, sultan və səlahiyyətli kimsələr xaricindəkilər üçün, bu şəkildə üzük istifadə etməyi, məkruh görmüş; və bu xüsusda, bir rəvayət nəql etmiş isələr də, bu, şazz və qəbul olunmaz bir görüşdür.
Xattabi, deyir:
"Gümüş üzük, qadınlara, məkruhdur. Çünki bu, kişilərin şüarlarındandır. Əgər qızıl üzük tapa bilməsə, onu, zəfəran və bənzəri şeylərlə saraltsın."
Xattabi'nin bu sözü, zəif, ya da batildir; hər hansı bir əsli də, yoxdur. Doğru olan isə, qadının gümüş üzük taxmasının, məkruh olmadığıdır.
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), gümüşdən bir üzük düzəltdirdi. Naxışı: 'Muhammədun Rasulullah' idi."
Burda,
~ salehlərin əsərləri ilə təbərrük ediləcəyi;
~ onların geyindiklərinin, istifadə etdiklərinin istifadə ediləcəyi; və
~ üzük taxmağın caiz olduğu;
~ Nəbi (sallallahu aleyhi və səlləm)'in, miras qoymadığı, əgər miras qoysaydı, bu üzüyün, mirasçılara verilməsi gərəkdiyi
başa düşülməkdədir. Halbuki, üzük, kasa, silah və bənzəri digər gərəkli və zəruri əşyaları, Müsəlmanlara aid bir sədəqədir. Vəliyyu'l-əmr (əmr sahibləri), bunu, uyğun gördükləri faydalı sahələrdə xərcləyərlər. Onun kasası, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə etdiyi xidmətə görə, bir ehsan olmaq üzərə, Ənəs'ə verildi. Onun bərəkətindən faydalanmaq (təbərrük etmək) istəyən kimsəni də, bundan əngəlləməzdi. Geri qalan digər əşyası isə, bilinən kimsələr yanında buraxıldı. Üzüyü isə, Nəbi (sallallahu aleyhi və səlləm)'in, onu ehtiyacı səbəbilə, (əbu Bəkrin) yanında qoydu. Sonra, bu, Ondan sonra gələn xəlifənin yanında; ikinci xəlifədən sonra da, üçüncü xəlifənin yanında qaldı.
Hədisin "Naxışı, Muhammədun Rasulullah idi." qismi də, üzüyə naxış vurmağın və üzük sahibinin adını nəqş etmənin caiz olduğu, eyni şəkildə, uca Allahın isminin də nəqş edilməsinin caiz olduğu başa düşülməkdədir. Bizim (Şafii'lərin), Səid b. əl-Musəyyəb'in, Malikin və cumhurun qəbul etdiyi görüş, budur.
İbn Sirin və bəzilərindən isə, uca Allahın adının nəqş edilməsinin məkruh olduğu rəvayəti nəql edilmişdir. Ancaq bu, zəif bir görüşdür. Elm adamları, belə deyirlər:
Üzüyün üzərinə:
~ öz adını də nəqş edə bilər; onun üzərinə
~ hikmətli bir söz də nəqş edə bilər; bununla birlikdə,
~ uca Allahın zikri mahiyyətində bir ifadə də nəqş edə bilər.
-----------------------------
-----------------------------
5444 - İbn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:
Nəbi (sallallahu aleyhi və səlləm), qızıldan bir gümüş düzəltdirdikdən sonra, onu atdı. Sonra, gümüşdən bir üzük düzəltdirdi və ona, "Muhammədun Rasulullah"ı nəqş etdirdi və: "Kimsə, Mənim bu üzüyüm kimi naxış vurdurmasın." deyə buyurdu.
O, üzüyünü taxdığı vaxt, üzüyünün daş qismini, ovucunun içinə alardı. Muayqib'in Əris quyusuna düşürtdüyü də, odur.
(Not:
Bu hədisi,
~ əbu Davud, "Sünən", 4219;
~ Nəsai, "Sünən", 5303;
~ ibn Macə, "Sünən", 3639
də rəvayət etmişlərdir.)
----------------------------
5445 - Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), gümüşdən bir üzük düzəltdirdi və ona: "Muhammədun Rasulullah" (deyə) naxış vurdu. İnsanlara da: "Mən, gümüşdən bir üzük düzəltdirdim və ona, 'Muhammədun Rasulullah'ı nəqş etdim. Kimsə, onun kimi naxış vurdurmasın." buyurdu.
(Not:
Bu hədisi,
~ Buxari, "Səhih", 5877 də rəvayət etmişdir.
----------------------------
Şərhi:
"Kimsə, Mənim bu üzüyüm kimi naxış vurdurmasın..."
Bu qadağanın səbəbi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, o üzüyü düzəltdirib, onu, xarici ölkələrin hökmdarlarına və başqalarına yazacağı məktubunu möhürləməsi üçün, bu naxışı düzəltdirmişdi. Ondan başqası da, Onun kimi naxış vurdurmuş olsaydı, bu səfər də, yalnışlıqlar ortaya çıxardı.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahihi Muslim b. Haccac", "Paltar və Zinət" kitabı; "Nəbi (sallallahu aleyhi və səlləm)'in, naxışı 'Muhammədun Rasulullah' olan bir üzük taxması və Ondan sonra da, xəlifələrin onu taxması" babı, hədis no: 5443)