Vəba xəstəliyi
5728- İbrahim b. Sa'd'dan, O, dedi ki: Mən, Üsamə b. Zeyd'i Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən belə dediyinə dair hədisi nəql edərkən dinlədim:
"Sizlər bir yerdə taun xəstəliyinin çıxdığını eşidərsənizsə, ora girməyin. Əgər sizin olduğunuz yerdə o xəstəlik baş göstərərsə, ordan çıxıb getməyin."
------------------
5729- Abdullah b. Abbas'dan rəvayət edildiyinə görə:
"Ömər b. əl-Xattab (radiyallahu anh), Şam'a (Suriyaya) getdi. Nəhayət Sərğ deyilən yerə çatdığında, orduların kommandirləri -əbu Ubeydə b. əl-Cərrah və dostları- onu qarşıladılar və ona Şam torpaqlarında vəbanın ortaya çıxmış olduğunu xəbər verdilər.
İbn Abbas deyir ki: Bunun üzərinə Ömər:
"Mənə ilk mühacirləri çağırın." dedi. Onları çağırtdı və onlarla istişarə etdi. Onlara Şamda vəbanın baş göstərdiyini xəbər verdi. Onlar anlaşmazlığa düşərək, kimisi:
"Biz bir iş üçün çıxmışdıq, dolayısı ilə, o işi görmədən geri dönmək görüşündə deyilik."
Kimiləri:
"Səninlə bərabər olanlar, insanların (ən yaxşılarının) geriyə qalanları və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələridirlər. Bu səbəblə, onları götürüb bu vəbanın üzərinə aparmağı, uyğun görmürük." dedilər.
Ömər:
"Elə isə, yanımdan çıxın." dedi. Daha sonra:
"Mənə, ənsarı çağırın." dedi. Mən də onları çağırdım. Ömər də, onlarla istişarə etdi. Onlar da mühacirlərin getdikləri yoldan getdilər və onların anlaşmazlıqları kimi anlaşmazlığa düşdülər. Yenə Ömər: "Yanımdan ayrılın." dedi.
Daha sonra:
"Sən mənə burda fəth mühacirlərindən olub Qureyşin yaşlılarından olanları çağır."
dedi. Mən də onları çağırdım. Bu xüsusda ona qarşı 2 nəfər belə ixtilaf etməyərək:
"Biz sənin insanları götürüb geri dönməyin və onları bu vəbanın olduğu yerə aparmamağın görüşündəyik." dedilər.
Bunun üzərinə Ömər də, əhali arasında:
"Mən, sabah dönmək üzərə miniyimin üzərində olacağam. Siz də sabah miniyinizin üzərində olun." deyə nida etdirdi.
Əbu Ubeydə əl-Cərrah, bunun üzərinə:
"Bu, Allahın qədərindən qaçmaqdırmı?" dedi.
Ömər:
"Kaş ki, bu sözü səndən başqası söyləmiş olardı, ey əbu Ubeydə! Bəli, biz, Allahın qədərindən yenə Allahın qədərinə qaçırıq. İndi mənə görüşünü söylə. Sənin dəvələrin olsa və birinin otlağı bol, digəri quraq olmaq üzərə 2 tərəfi bir birindən fərqli bir vadiyə ensən, dəvələrini otlağı bol olan yerdə də otlatsan, Allahın qədəri ilə otladacaqsan. Quraq olan yerdə də otlatsan, Allahın qədəri ilə otladacaqsan. Elə deyil mi?" dedi.
İbn Abbas deyir ki:
Bir müddət sonra bəzi ehtiyaclarını görmək üzərə hüzurda olmayan Abdurrahman b. Avf gəldi və:
"Bu xüsusda mənim bir məlumatım var. Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i belə buyurarkən eşitdim:
'Sizlər, onun bir yerdə baş göstərdiyini eşidərsənizsə, onun olduğu yerə getməyin. Sizin olduğunuz bir yerdə baş göstərərsə, ondan qaçmaq məqsədilə olduğunuz yerdən çıxmayın." dedi.
Abdullah b. Abbas deyir ki:
Bunun üzərinə Ömər, Allaha həmd etdi, sonra da yoluna davam etdi.
----------------------------
İzahı:
• əl-Xəlil deyir ki:
"Taun, vəba deməkdir."
• "ən-Nihayə" müəllifi, ibnu'l-Əsir də belə deməkdədir:
"Taun, havanı, insan bədənini ifsad edən ümumi bir xəstəlikdir."
• Qadı İyad belə deyir:
"Taunun əsası, vücudda ortaya çıxan bəzi yaralardır. Vəba isə, ümumi olaraq, bütün xəstəliklərə deyilir. Bunlara taun adının verilməsi, öldürücü olması cəhətindən bənzərlikləri dolayısı ilədir. Yoxsa hər taun, bir vəba olmaqla birlikdə, hər vəba, taun deyildir. Buna da, Əmvas'da baş göstərən Şam vəbasının taun olması dəlil təşkil etməkdədir."
Mən isə (ibn Həcər Asqalani), deyirəm ki:
"Dilçi alimlərdən, fəqihlərdən və təbiblərdən, taunun tərifinə dair bizə çatan məlumatlar, bunlardır. Bu məlumatların nəticəsi budur:
Taunun həqiqi mahiyyəti, qanın qaynayıb coşmasından, yaxud bir əzaya doğru axıb onu ifsad etməsindən dolayı gələn bir şişlikdir. Bunun xaricində, havanın pozulmasından dolayı meydana gələn xəstəliklərə isə, məcaz yolu ilə "taun" adı verilir. Çünki bundan dolayı ümumilikdə, xəstələnmək, ya da çoxca ölüm, hər ikisində də, ortaq bir özəllikdir. Taunun vəbadan fərqli olduğunun dəlili isə, bu başlıqda zikr edilən:
"Taun, Mədinəyə girməz." hədisidir.
Daha sonra ibn Həcər (rahiməhullah) belə deyir:
"Taun ilə ölümün, şəhidlik olmasından məqsəd, onun şəxsən bu özəlliyi daşıdığını bildirmək deyildir. Məqsəd, şəhidliyin, onun bir nəticəsi olduğunu və ondan ortaya çıxdığını bildirməkdən ibarətdir. Çünki taun, şəhidliyə səbəb təşkil etmişdir."
