Vədud isminin şərhi

48. Vədud isminin şərhi:

Xeyri, bütün məxluqatı üçün sevən; onlara, ehsan və səna edən (Zat)'dır.

Vədud'un mənası, Rahim'in mənasına yaxındır. Ancaq, rəhmət, mərhuma (rəhmət edilən)'ə izafə edilir; mərhum isə, möhtac və çarəsizdir. Rahimin felləri, zəif bir mərhumu tələb edir; Vədudun felləri isə, bunu istəməz. Əksinə, ən başdan (yəni, əvvəlində bir şey olmadan, səbəbsiz) inam (ehsan) etmək, Vədudun nəticələrindəndir.

Allah (subhənəhu və taala)'nın rəhmətinin mənası, mərhuma xeyir iradə etməsi və Ona kifayət etməsi deməkdir. O, rəhmətin riqqətindən münəzzəhdir. Eyni şəkildə, Onun vudd'u, quluna şərəf və neməti iradə etməsi; və ona, ehsan və inam etməsidir. O, məvəddətin və rəhmətin meylindən münəzzəhdir. Məvəddət və rəhmət, məvvəddət və rəhmət edilən şəxslər haqqında, riqqət və meyl üçün deyil; nəticəsi və meyvəsindən dolayı murad edilmişdir. Fayda, rəhmət və məvəddətin özü və ruhudur. Bax, Allah (subhənəhu və taala) haqqında, -onlara muqarin olmadan və ifadədə şərt qoşulmadan- təsəvvür edilə biləcək olan da, budur.

Tənbeh:

Qullardan vədud olan, özü üçün istədiyini, Allahın məxluqatı haqqında da istəyəndir. Bundan daha üstünü isə, digər insanları, öz nəfsinə tərcih edəndir. Onlardan biri, belə demişdir:

"Atəşin üzərində bir körpü olum ki, insanlar, atəşdən əziyyət çəkmədən, üzərimdən keçə bilsinlər."

Bunun kamalı isə, insanlardan gördüyü qəzəb, kin və digər əziyyət (verici səbəblər)'in, onun isar (başqasını nəfsinə tərcih etməsinə) və ehsanına əngəl olmamasıdır. (Necə ki) Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dişi qırılıb üzündən qan axdığında:

"Allahım, qövmümü bağışla. Çünki onlar, bilmirlər." (Buxari, hədis no: 3477, 6929) buyurmuşdu.

İnsanların Ona etdikləri pisliklər, onlar haqqında xeyir diləməsinə mane olmamışdı.

Eyni şəkildə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Əli (radiyallahu anh)'a əmr etdiyi kimi:

"Əgər muqarrəbləri (Allaha daha yaxın olan qulları) keçmək istəyirsənsə,

~ (səninlə bağını) kəsən ilə, (bağını) birləşdir;

~ səni məhrum edənə, ver;

~ sənə zülm edəni isə, bağışla." (Əhməd, "Müsnəd", 4/158)

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

 

 

 

 

 

Read 6.915 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR