Vəhhab isminin şərhi

17. Vəhhab isminin şərhi:

"Hibə" kəliməsi, "məqsədsiz və qarşılıqsız atiyyə (hədiyyə, ehsan)" deməkdir. Bu (vəsf)'ə sahib hədiyyələr çoxaldığında, sahibinə, "Cavad" "Vəhhab" deyilir.

Comərdlik və hibə, həqiqi mənası ilə, sadəcə Allah Taala'da təsəvvür edilə bilər. Çünki, hər möhtaca ehtiyacı olanı, qarşılıqsız, acil (yerində, dərhal) və əcil (gələcəkdə, iləridə) məqsədi olmadan verən, ancaq, Odur.

Kim, hibə edər və bu hibəsində, "acil" "əcil" bir məqsədi varsa,

- məsələn:

~ tərif, ya da mədh edilmək; və ya

~ sevgi qazanmaq; və ya

~ məzəmmətdən xilas olmaq; ya da

~ şərəf və xatırlanmaq kimi-

onun bu muamələsi, qarşılıqlıdır və bu şəxs, nə Vəhhab'dır, nə də Cavvad...

Qarşılıqla əldə edilən hər şeyin, müşəxxəs bir şey olması, lazım gəlməz (yəni, qarşılıq, daim, əldən alınan müşəxxəs bir nəsnə deyildir). Əksinə, əldə olmayan və hibə edənin, hibə etməklə əldə etməyi güddüyü hər şey, qarşılıqlıdır.

Hər kim, hibə edər; comərdlik göstərər; bununla da, şərəf qazanmağı, ya səna edilməyi, yaxud zəmm edilməməyi murad edərsə, bu (əməl), qarşılıqlı (bir işdir). Həqiqi cavad, o kimsədir ki, özünə (yəni, fayda verənə) qayıdan bir mənfəəti olmaz; faydalar isə, özündən istifadə edənə bol-bol gələr. Əgər o şeyi etməzsə, bundan dolayı təqbih ediləcək (pislənəcək) bir şəxs, bunu etməklə (pislənməkdən) xilas olarsa, bu, bir qarşılıq və məqsəddir.

Tənbeh:

Qul haqqında, cud (comərdlik) və hibə, təsəvvür edilə bilməz. Çünki, bir felin edilməsi, edilməməsindən əvla olmadığı müddətcə, qul, o feli işləməyə yönəlməz. Ona yönəlməsi isə, nəfsinə aid bir məqsədlə olmuş olur. Ancaq bir kimsə, bütün malik olduqlarını, hətta ruhunu belə, cənnət nemətlərinə çatmaq və ya cəhənnəm əzabından qorunmaq üçün, ya da bəşəri həzlərdən sayılan acil və əcil həzlər olmadan, sadəcə Allah (azzə və cəllə) üçün olarsa, o vaxt o, Vəhhab və Cavvad isimlərilə isimləndirilməyə layiq olar. Bunun altında isə, cənnət nemətlərinə çatmaq üçün comərdlik edən gəlir. Qarşılığında, əldən alınan müşəxxəs bir nəsnə olmadan hibə edən kimsə, yalnız və yalnız, ayan (xarici, fiziki varlığı olan nəsnələr) xaricində qarşılıq olmadığını zənn edənlər nəzdində, cavad diyə isimləndirilər. (Yəni, insanlar, qarşılığın, sadəcə maddə olduğunu zənn edirlər. Halbuki, maddi olmayan, mənəvi olan qarşılıqlar da vardır. Yəni, bu adam, hər nə qədər zahirən qarşılıqsız bir yaxşılıq etmiş və insanlar nəzərində cavad deyə adlandırılmış olsa belə, əslində belə deyildir.)

Əgər deyilsə ki:

"Malik olduğu hər şeyi, acil və ya əcil bir həzz gözləntisi olmadan, xalis olaraq Allah Taala üçün verirsə, necə ola bilir ki, bu adam cavad sayılmır?"

Buna, belə cavab verərəm:

Onun məqsədi, Allah Taala'dır, Onun liqası (Ona qovuşmaq)'dır, Onun razılığıdır və Ona çatmaqdır. Bu isə, insanın, ixtiyari fellərilə qazana biləcəyi bir səadətdir. Müqabilində, bütün digər məqsədlərin kiçik sayılacağı bir məqsəddir.

Əgər soruşsan ki:

"Elə isə, 'Allahı bilən, Allaha, Allah üçün qulluq edər. Bunun fövqündə bir məqsədi olmaz.' sözünün mənası nədir? Qulun felinin, mütləq bir məqsədi olacaqdır. Bu halda, Allaha sırf Allah üçün qulluq edənlə, başqa bir məqsəd üçün qulluq edən arasında, nə fərq qalır?"

Bil ki, məqsəd, əksəriyyət nəzdində, məşhur olan qarşılıq və məqsədlərdən ibarətdir. Kim bunlardan qurtular və Allah Taala'dan başqa məqsədi qalmazsa, "Məqsədlərdən təbərri etdi." deyilir, ki, bu, "İnsanların məqsəd olaraq saydığı məqsədlərdən təbərri etdi." deməkdir. Bu, eynilə, insanların bu sözləri kimidir:

Nökər, ağasına, ağası üçün deyil; ondan özünə çatacaq nemət və ikram kimi şeylər üçün xidmət edər. Ağa da, nökərinə, nökəri üçün deyil; ondan özünə gələcək xidməti üçün baxar (yəni, qoruyar, himayə edər). Ata isə, oğluna, əldə edəcəyi bir məqsəd üçün deyil; sırf oğlu olduğu üçün qoruyar. Elə ki, əslində, oğlundan gələcək heç bir məqsəd olmasaydı belə, onu qorumağa davam edərdi. Bir şeyi, o şey üçün deyil; başqa bir şey üçün tələb edən kimsə, sanki, əslində, o şeyi tələb etmir kimidir. Çünki, tələbinin məqsədi, o şey deyil; başqasıdır. (Məsələn), qızılı tələb etmək, belədir: Çünki qızıl, özü üçün deyil; özü vasitəsilə geyim və yemək təmin etmək üçün tələb edilir. Geyim və yemək də, özləri üçün deyil; özləri vasitəsilə ləzzəti cəlb və kədəri dəf etmək məqsədilə istənilir. Ləzzət isə, özü üçün istənilir; fövqündəki başqa bir məqsəd üçün deyil. Kədəri dəf etmək də, belədir. Bu halda:

~ qızıl, yemək üçün vasitə --->

~ yemək, ləzzət üçün vasitə --->

~ ləzzət isə, başqa bir şeyin vasitəsi olmayıb, özündə bir məqsəddir.

Oğul da, bunun kimi, ata cəhətindən vasitə olmayıb, atanın mətlubu, oğlunun, özü üçün salamatçılığıdır. Çünki, ata nəzərində, onun məqsədi, oğlunun özüdür.

Eynilə bunun kimi, kim, Allah (azzə və cəllə)'yə, cənnət üçün qulluq edərsə, o vaxt, Allah (subhənəhu və taala)'nı, tələbi üçün vasitə etmiş olar. Onu (yəni, Allahı), mətləbi (arzusu)'nun məqsədi etməmiş olar.

Vasitənin əlaməti isə, budur: Əgər fayda, vasitəsiz hasil olarsa, o vaxt, vasitə tələb edilməz. Əgər məqsəd, qızılsız hasil olsa, qızıl, nə məhbub (səvilən), nə də mətlub (tələb edilən, istənilən) olardı. Burda həqiqi məhbub, qızılsız əldə edilən mətlub qayələrdir. Eyni şəkildə, əgər (Allaha), cənnət üçün ibadət edən şəxs, Allah (azzə və cəllə)'yə ibadət etmədən cənnəti əldə edə bilsəydi, Allaha ibadət etməzdi. O halda, (belə adamın) məhbubu və mətlubu, cənnətdir; başqa şey deyildir. Ancaq, Allah (azzə və cəllə)'nin xaricində məhbub və mətlubu olmayan; əksinə, məqsədi, Allah Taala'nın liqası ilə çox sevinmək; Ona yaxınlıq qazanmaq; və Onun hüzurunda mələu'l-ə'lə'dəki muqarrəblərinə rəfiq olmaq olan kimsə üçün, "O, Allah Taala'ya, Allah üçün qulluq edir." deyilə bilər. Bu söz, hər hansı bir məqsədi tələb etmədiyi mənasında deyil; məqsədinin, ancaq Allah (azzə və cəllə) olduğu və Ondan başqa heç bir nəsibə talib olmadığı mənasındadır.

Kim, Allah (azzə və cəllə)'nin:

~ liqasının;

~ mərifətinin (yəni, Allahı bilməyin);

~ Ona yaxınlaşmağın

gözəl ləzzətinə inanmazsa, Ona iştiyaq (şiddətli istək) duymaz. Ona şiddətli istək duymayanın nəsibi isə, Allah olmaz. Və bunun, onun məqsədi olması da, təsəvvür edilə bilməz. Bundan dolayı, Allah Taala'ya ibadət edərkən, pis bir işçi kimi olar ki, tamah etdiyi ücrət olmasa, çalışmaz.

Xalqın əksəriyyəti, bu ləzzəti dadmamış və bilməmişlərdir. Allah (azzə və cəllə)'nin vəchinə nəzər ləzzətini, başa düşməmişlərdir. Bu xüsusa dair imanları, dildə söyləməyin fövqünə çıxmaz. Batinləri isə, hurilərlə qovuşmaq ləzzətinə meyl edər və sadəcə, bunu təsdiq edərlər.

Allah Taala'ya qovuşmağı və Ona yaxın olmağı, (nəfsin lehinə) bir məqsəd (həzz) olaraq isimləndirən kimsələrdənsənsə, bil ki, (nəfsin lehinə olan) bir məqsəd (həzz)'dən bəri olmaq, imkansızdır. Məqsəd (həzz), əksəriyyətin bildiyi və qəlblərin meyl etdiyi şeylərdən ibarətdirsə, bu (yəni, Allaha qovuşmaq ləzzəti), bu qismə girməz. Yox əgər qul haqqında, varlığı, yoxluğuna tərcih edilən şey deyə başa düşəcək olsaq, bu, məqsəd (həzz)'dir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

Read 8.606 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR