Vəhy nədir?

A. Vəhy, Vəhyin növləri:

Dini ədəbiyyatda vəhy: Allahın qulları arasından seçdiyi elçilərinə, istədiyi hidayət və elmi/bilgini, insanların adət etmədiyi tərzdə, gizli bir yolla, bildirməsi mənasına gəlir.

Vəhy, fərqli şəkillərdə meydana gəlir. Bunları, bu şəkildə sıralamaq mümkündür:

1. Qul ilə Rəbbi arasında meydana gələn danışmaq şəklində. Necə ki, Allah Taala Musa (əleyhissəlam) ilə bu şəkildə danışmışdır.

2. İlham şəklində. Allah Taala, bu ilhamı, seçdiyi qulunun qəlbinə göndərir. Bu ilham, zəruri elm/bilgi şəklində olur, nə əngəllənə bilir, nə də özündən ən kiçik şübhə edilir.

3. Doğru (saleh) yuxu şəklində. Bu cür yuxular, sabahın aydınlığı şəklində reallaşır.

4. Cəbrail vasitəsilə. Cəbrail, çox güclü, uca Allah qatında çox etibarlı, özünə itaət edilən və güvənilən, dəyərli bir mələkdir. Bu şəkildə gələn vəhy, ən çox bilinən və ən çox gələn vəhy növü idi. Quran vəhyinin bütünü, bu şəkildə gəlmişdir. Termin olaraq, cəli (açıq-aşkar) vəhy şəklində ifadə edilir. Allah Taala, Şuara surəsinin 193-195-ci ayətlərindı belə buyurmaqdadır:

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ • عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ • بِلِسَانٍ عَرَبِىٍّ مُّبِينٍ

"Onu sadiq Ruh (Cəbrail) endirdi –sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi."

Vəhy mələyi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə fərqli şəkillərdə gələrdi:

• bəzən mələk olaraq yaradıldığı əsli surətində;

• bəzən Peyğəmbərin ətrafında olan insanların görüb-eşidəcəyi şəkildə bir insan (Dihyə) surətində;

• bəzən də görünmədən gizlicə

enərdi. Ancaq o gəlincə, Peyğəmbərdə fərqlilik halı ortaya çıxırdı.

Məsələn, Muhamməd (sallallahu aleyhi və səlləm), yatan biri kimi xorlayır, sanki özündən getmiş, ya da yuxuya dalmış biri kimi, olduğu mühitdən uzaqlaşırdı. Lakin O, nə yuxuya dalır, nə də özündən gedirdi. Onun yaşadığı bu hal, özünü mələk ilə ruhani görüşə tamamilə verməkdən və normal bəşər təbiətindən sıyrılmaqdan başqa bir şey deyildi. Bunun da bədən üzərində bəzi təsirləri vardı.

Bu səbəblədir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), xorlayan biri kimi səs çıxardır və bədəni ağırlaşdıqca ağırlaşırdı. Çox soyuq günlərdə belə alnından tərlər boşalırdı. Vəhyin Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərindəki təsiri, zilin çaldığı zaman, dinləyənlərin üzərində buraxdığı təsirə bənzəyirdi. Bax bu, vəhyin ən ağır olanı idi.

Bəzi vaxtlar da, vəhyin gəlişinə şahid olan səhabələr, Peyğəmbərin üzündən arı uğultusunu xatırladan bir səsin gəldiyini eşidirlərdi. Ancaq onlar, nə bir söz, nə də bir kəlimə eşidib başa düşürlərdi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) isə, özünə vəhy edilənləri eşidir, əzbərləyir, hər hansı bir şübhə və ya qarışıqlıq olmadan, bunun Allahdan gələn vəhy olduğunu, zəruri bir elm/bilgi olaraq bilirdi. Özünə vəhy edilməsi bitincə, verilən vəhyi yaddaşına nəqş edilmiş şəkildə hazır görürdü. Sanki vəhy, Onun qəlbinə yazılırdı.

Bu bildirdiklərimizin kitab və sünnətdən bir çox dəlili vardır. Bunların bir qismini, Quranın nüzul (eniş) müddətindən danışarkən, verdik. Bir dəlil də, bu ayətdir:

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ • إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ

"O, öz həva və həvəsilə danışmır. O, özünə vəhy edilən bir vəhydən başqa bir şey deyildir." (Nəcm/3-4)

Bir digər dəlil də, Buxarinin, möminlərin anası Aişə'dən nəql etdiyi bu hədisdir:

Haris b. Hişam, Nəbi (sallallahu aleyhi və səlləm)'ə:

"Ey Allahın rəsulu! Sənə vəhy necə gəlir?"

deyə soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə cavab verdi:

"Bəzən Mənə, vəhy, zil səsi şəklində gəlir. Bu, vəhyin ən ağır olanıdır. Mələk, Məndən ayrıldığı vaxt, onun nə dediyini tamamilə əzbərləyirəm. Bəzən də Mələk, Mənə bir adam şəklində görünüb Mənimlə danışır. Mən də, onun nə dediyini tamamilə əzbərləyirəm." (Buxari, Bədiu'l-vəhy, 2)

Aişə (radiyallahu anha) belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çox soyuq gündə vəhy gəldiyini gördüm. Alnı, qan-tər içində ikən, mələk ondan uzaqlaşardı." (Buxarı, Bədiu'l-Vəhy, 1)

--------------------------------------------------------------------------------------------------------------------------------------

B. Elmi cəhətdən vəhy:

Vəhy düşmənləri ilə vəhyi inkar edənlərin dinə və dini dəlillərə inanmadıqları, mütləq göz önündə tutulmalıdır. Onlar, uyğun gördükləri metodla, ağla və müasir terminologiyalarında həmfikir olduqları elmə/bilgiyə inanırlar. Bu elm/bilgi də, müasir tədqiqat metodlarının varlıq və kainat haqqında ortaya qoyduğu qəti məlumatların bütünüdür. Müasir tədqiqat, şübhəni, apardıqları tədqiqatın mərkəzinə qoyur və sadəcə hissin dəstəklədiyi dəlilə dayanır. Onlar, ilk əvvəl şübhəni iləri sürür, sonra bunu dərinləməsinə incələyirlər. Ən sonunda, sadəcə hiss edilən şeyləri qəbul edir, əqli mövzulara əhəmiyyət vermirlər. Bax bu nöqtədə, özlərini maddəyə həbs etmiş, bir müddət maddənin xaricində nə varsa, inkar etmiş, şübhələrində isə, ən son nöqtəyə qədər israr etmiş, ən qaranlıq cahiliyyə çağlarının belə çata bilmədiyi şəkildə, ilahiyyat, nübüvvət və vəhy mövzularını, əhəmiyyətsiz görmüşlərdir. Əgər şəxsən elm -iləridə açıqlayacağımız üzərə- maddənin fövündəki hər şeyi inkar mövzusunda daşıdıqları görüşlərini dəyişdirəcək qədər, özlərini sarsmasaydı, onlar, bu hal üzərə davam edəcəklərdi.

Bu bölmədə, vəhyin elmi dəlillərindən mövzuya giriləcəkdir. Çünki hal-hazırda, bunlar, vəhyin mümkün olduğu və onu zehinlərin idrakına yaxınlaşdırma mövzusunda olan dəlillərdir. Vəhyin imkan daxilində olduğunun ortaya qoyulması, bu mövzuda atılacaq ilk addımdır. Bu, bir az sonra gələcək olan əqli dəlilin müqəddiməsində diqqətə alınan xüsusdur. O halda, bu elmi dəlillərin ilk əvvəl ələ alınmasında heyrət ediləcək bir hal yoxdur.

1. Hipnoz:

Hipnoz, qəbul edilən elmi həqiqətlərdəndir. İlk olaraq, alman doktor- Mesmer tərəfindən XVIII əsrdə ortaya qoyulmuşdur. Mesmer və onun yolunu izləyən elm adamları, tam bir əsr boyunca, bunu isbat etmək və elm adamlarının bunu qəbul etməsini təmin etmək üçün çalışmış və bu mövzuda müvəffəq olmuşlardır. Sonunda, elm adamları, minlərcə insan üzərində bunu təcrübə etdikdən və bu mövzudakı testlərinə güvəndikdən sonra, elmi olaraq bunu qəbul etmişlərdir. Bunun nəticəsində, bunların da həqiqət olduğunu ifadə etmişlərdir. (Haşiyə)

(Haşiyə:

Burda müəllif- Zürqani, peyğəmbərin mələ-i ala (çox uca mənəvi aləm) ilə olan rabitəsindən ibarət olan vəhyi, hipnozda, hipnoz edən şəxslə təcrübədən keçən şəxsin ruhlarla rabitə qurması ilə açıqlamaq istəmədiyini, mütləq bildirməyimiz lazımdır. Çünki müəllif, bu nümunəni verməklə, müasir materialist ağlı, dirilərlə ölülər arasındakl rabitənin, elmə görə hərəkət edən ağıl tərəfindən inkar edilmədiyinə, hətta elmin, belə bir rabitənin gerçəkləşdiyinə dəlil gətirdiyinə inandırmaq surətilə, vəhyin başa düşülməsini asanlaşdırmaq istəmişdir.)

a. İnsanın bilinən ağlından, çox daha yaxşı olan daxili ağlı vardır.

b. Hipnoz əsnasında, insan, çox uzaq məsafədən görür və eşidir, pərdə arxasından oxuyur, hislər dünyasında, reallaşması üçün hər hansı bir əlamətin olmadığı hadisələrin meydana gələcəyini xəbər verir.

c. Hipnozun mərhələləri vardır. Daxili ağıl, bu mərhələlərdə ilərləyərkən, getdikcə yüksəlir.

d. Hipnozda, test edilən şəxsin ruhunun, bədənindən ayrılacağı və ruhu, bədənin yanında görünmədən dayanacağı dərəcəyə qədər çata bilir. Bu halda, bədən, ölümə bənzəyən bir halda olur. Ölümdən tək fərqi, bədən ilə ruh arasındakı gizli münasibətdir.

e. Elm adamları, hipnoz sayəsində, ruhun varlığını ortaya qoymuşlardır.

f. Ruh, bədəndən tamamilə azaddır.

g. Bədənin yox olması ilə, ruh yox olmaz.

h. Ruh, maddədən sıyrılınca, özündən əvvəl yaşamış ruhlarla münasibət qura bilir.

Elm adamları, burda təqlidə qapılıb bütün təfərrüatlarını qəbul etməyəcəyimiz başqa nəticələr də varmışlardır. Ancaq ümumi mənada bu elmi, təcrübələrini və çatdığı nəticələri qəbul etməkdəyik. Çünki fərqli testlər və müşahidələr nəticəsində, ümumi olaraq, bunları dəstəkləyən dəlillər mövcuddur. Qərbdə, bunun tərəfdarı olan elm adamları və tələbələr vardır. Bu elmin mərkəzləri, nəşr evləri və insanların müalicə olmaq üçün baş vurduqları klinikaları vardır.

Mövzumuz, bu elm, bu elmin tarixi, testləri və faydaları haqqında detallı məlumat vermək deyildir. Ancaq burda, oxuyucuya, bu mövzuda ümumi bir fikir vermək məqsədi güdülmüşdür. Bu da ona, Allah Taalanın, bu əsrdə, maddənin fövqündə nə varsa inkar edən təbiətpərəstlərin əli ilə nə qədər möhtəşəm dəlillər çıxardığını göstərir. Çünki onlar, maddənin fövqündə bir həqiqət olduğunu qəbul edib bunu isbat nöqtəsində əllərindən gələni edərlərkən, Allahın bir nemətini əldə etmişlərdir. Beləcə, Allahın bu sözünün nə qədər haqlı olduğunu göstərmişlərdir:

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?" (Fussilət/53)

Burda, hipnozun, vəhyin anlaşılmasını asanlaşdıracağı testlərindən birinə yer verəcəyik. Bu testə, şəxsən gözlərimlə şahid oldum, o an danışılanları, şəxsən qulağım ilə eşitdim.

Bu test, Müsəlman Gənclər Təşkilatı'nda, mədəni böyük bir izdiham qarşısında, hər kəsin görə biləcəyi və eşidə biləcəyi bir mühitdə reallaşdırılmışdı.

İnsanlar, hipnoz və hipnozun, şəxsin inancını və dinini dəyişdirmə mövzusunda, pis bir silah olaraq istifadə edilə biləcəyini isbatlamaq haqqında, əhəmiyyətli bir konfransa qatılmaq üçün gəlmişlərdi. Necə ki, missionerlər, bu metoda baş vuracaq qədər alçalmışlardır. Hiyləgər düşmən, hicri 1351-ci ildə, ən seçgin müsəlman gənclərdən birini bu şəkildə, dinindən döndərmişdi. Bu qorxunc hadisə, hər kəs tərəfindən bilinməkdədir və bu hadisənin üzərindən, uzun zaman keçməmişdir.

Konfrans verən şəxs, hipnoz mütəxəssisi idi. Bu şəxs, üzərində test edəcəyi gənc bir şəxs gətirdi. Üzərində təcrübə aparılacaq gənc, hipnoz edəcək şəxsdən təsirlənmə özəlliyinə sahib idi. Hipnoz mütəxəssisi də, ona təsir edəcək gücə sahib idi.

Mütəxəssis, üzərində təcrübə apardığı şəxsin gözünə, dərin və təsirləndirici şəkildə baxdı. Onun üzərində, "sahabat" adını verdikləri bəzi hərəkətlər reallaşdırdı. Çox keçmədən test edilən şəxs, yuxulayan kimsə kimi, xorlamağa başladı, rəngi ağardı, bədəni hərəkətsiz hala gəldi, hislərini itirdi. Hətta içimizdən biri, dəfələrlə onun bədəninə iynə batırdı. Onun ardından ikinci və üçüncü şəxs də, ona iynə batırdı. Ancaq test edilən şəxs, nə hərəkət edir, nə də hiss və idrak etdiyinə dair kiçik bir reaksiya verirdi. Bax o vaxt, onun hipnoz edildiyini qəti olaraq başa düşdük.

Bu anda, hipnoz mütəxəssisi, onun üzərində hakimiyyət qurmağa başladı. Ondan adını soruşdu. Test edilən şəxs, əsl adını söyləyərək, xəbər verdi. Mütəxəssis, bu adın, onun həqiqi adı olmadığını söylədi və başqa bir ad uydurub ona:

"Sənin adın budur."

dedi. Sonra təsdiq edər surətdə anlaşılmayan sözlər ilə müsbət və ya mənfi əmr şəklində ona yönləndirdiyi cümlələr sayəsində, test edilənin zehninə, bu əsli olmayan yeni adını yerləşdirdməyə və həqiqi adının izlərini silməyə başladı. Bu şəkildə, bu uydurma adı ona tətbiq etdi. Sonunda, o da, buna boyun əydi və tabe oldu.

Daha sonra, həm mütəxəssis, həm də biz, fərqli aralıqlarla və onun qafil olduğu mövzu əsnasında, dəfələrlə ona həqiqi adı ilə səsləndik. Bunu, söz sırasında birdən birə təkrarladığımız da oldu. Ancaq boş yerə... O, bizə cavab vermədi. Uydurma adı ilə ona səsləndiyimiz vaxt isə, ən kiçik tərəddüd yaşamadan və durmadan həmin an, yerindəcə cavab verdi.

Hipnoz mütəxəssisi, bu yeni adın, özünün həqiqi adı olduğunu və bunu, mütəmadi olaraq xatırlamasını əmr etdi. Bu hal, test edilən şəxs oyandıqdan sonra, yarım saatdan çox davam etdi.

Mütəxəssis, bu gənci oyatdı və konfransı tamamlamağa başladı. Biz isə, gəncə, həqiqi adı ilə səslənməyə davam etdik. Ancaq o, bizə reaksiya vermədi. Digər adı ilə səslənincə, bizə cavab verirdi. Müəyyənləşdirilən yarım saatlıq müddət başa çatdı və bu gənc, həqiqi adını bildiyi ilk halına döndü.

Bu təcrübə ilə hipnoz mütəxəssisi, bir insanın adı kimi nə qədər sabit olursa olsun, ya da dini inanc kimi nə qədər müqəddəs olursan olsun, hipnozun, insanın zehin dünyasından, silinmək istənən hər şeyi silməkdə istifadə edilə biləcəyini isbat etdi.

Bu mütəxəssis, dini deyil, adı silməyi, 2 səbəbdən dolayı tərcih etmişdi:

a. Dini yox etmək, çox pis düşmənlikdir, böyük bir yalnışdır. Tamaşaçılar bir yana, konfransı verən belə, bunu qəbul etməzdi.

b. Adın, insanın zehnində, dindən daha sabit olmasıdır. Dolayısı ilə, onu silmək, daha çox heyrət oyandırır. Burdan, dinin, insanın zehin və könül dünyasından çıxarılmasının daha asan olduğu başa düşülür.

Bu test sayəsində, mənim üçün, elmi bir yol ilə, praktiki cəhətdən, vəhyi başa düşməyimi asanlaşdıran; elmi olaraq da onun reallığını ortaya qoymağıma kömək edən dəlillər ortaya çıxmışdır:

Vəhy, mələk cəhətindən, mələyin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə qurduğu rabitədir. Bu əlaqədə, birinci varlıq ikinci varlığa təsir etməkdə; ikinci varlıq da, birinci varlıqdan təsirlənməkdədir. Hər iki halda da, bu, 2 varlıqdakı xüsusi qabiliyyətdən qaynaqlanmaqdadır. Belə ki:

Mələkdə- vermə və təsirləndirmə gücü vardır. Çünki o, tamamilə ruhanidir.

Peyğəmbərin isə- ari ruhaniyyatı, həm də mələyin təmizliyinə uyğun qəlb və zehin paklığı sayəsində alma qabiliyyət vardır.

Mələyin peyğəmbərə hökm etmə əsnasında, Peyğəmbər, normal haldan sıyrılır, bunun izləri onda görünür, tamamilə özünü mələkdən vəhyi almağa verir və aldıqları, qəlbinin səhifələrinə yazılmışcasına zehnində hazır hala gələrək, yaddaşında eynilə əzbərlənirdi.

Bir insan, hipnoz sayəsində bir varlığın başqa bir varlığa bu şəkildə təsir edəcəyini düşünüb qəbul edirsə, bütün güclərin sahibinin (Allahın) vəhy vasitəsilə qullarından istədiyi birinin daxili dünyasına təsir edəcəyinə necə ehtimal verməyə bilər?!

Buna ehtimal verməmək, əsla və əsla mümkün deyildir... Çünki Allah Taalanın, istədiyini etməyə gücü çatır... (Əhqaf/33)

--------------------------------------------------------------------

2. Elmi kəşflər:

Müasir elm, telefon, mikrofon və radio kimi bildiyimiz, müşahidə etdiyimiz və faydalandığımız heyrət verici kəşfləri reallaşdırmağı bacarmışdır. Bu kəşflər sayəsində, insan, uzaq diyarlardakı kimsələrlə rabitə qurmaq, onlara istədiklərini bildirmək və onları istədiklərinə yönləndirmək imkanına qovuşmuşdur.

Bu maddi kəşflərdən sonra, hər şeyə gücü çatan Allahın, qullarından istədiyi birinə mələk vasitəsilə, ya da onun vasitəsi olmadan vəhy etməkdən aciz olduğu, düşünülə bilərmi?! Şübhəsiz, Allah, inkar edənlərin söylədiklərindən çox münəzzəhdir...

---------------------------------

3. Qrammafon:

Elm, cansız və elmdən/bilgidən yoxsul grammafonlara, səs, mahnı, Quran və daha başqa şeylər yükləməyi bacarmışdır. Qrammafon, böyük bir diqqət və ustalıqla, yüklənəni eynilə yansıdmaqdadır. Bu gün, əlimizdə, bunun çox nümunələri mövcuddur. Bunu inkar isə, mümkün deyil. Gözümüzün qarşısında canlı duran bu kəşflərdən sonra, hər şeyə gücü çatan Allah Taalanın, mələk vasitəsilə, ya da onun vasitəsi olmadan, seçgin qullarından saf təbiətli bəzilərinin qəlbinə, insanları hidayətə çatdıran və haqqı ortaya qoyan sözü, elçisinin diqqət və sağlamlıqla möhkəmləndirəcəyi şəkildə onun qəlbinə nəqş edəcək tərzdə yerləşdirməsi, uzaq bir ehtimal olaraq görülə bilərmi?!

----------------------------------

4. Heyvanlar aləmindəki heyrət verici həqiqətlər:

Dünyadakı bəzi heyvanların heyrət oyandıran sistemlərə sahib olduqlarını və heyrət verən işlər gerçəkləşdirdiklərini müşahidə etməkdəyik. Bunların o heyvanlarda var olan bir düşüncədən, ya da bəsit bir instiktdən meydana gəldiyini söyləməyimiz, imkansızdır. Müşahidələrimiz, bütün bunların, o heyvanlara, bəhs mövzusu heyrət verici işləri, incəliyi və dahiliyi ilham və vəhy edən uca bir iradədən meydana gəldiyinə, qəti olaraq inanmağımızı, məcbur qılmaqdadır.

Heyvanlar aləminə aid bu xüsus doğru olduğuna görə, insan aləmində bunun doğru olması daha öncəliklidir. Çünki insanın uca üfüq ilə rabitə qurmaq qabiliyyəti, daha güclü; bu üfüqdən elm/bilgi/məlumat alması, daha asandır. Vəhy yolu ilə meydana gələnlər də, bu qəbildəndir.

Bir az əvvəl, uca ilhamları mövzusunda zikr edilən heyvanlara bir nümunə istəyənlər, qarışqa və bal arısı ilə bunların etdikləri fərqli işlərə və tabe olduqları həssas sistemə baxa bilərlər.

Bir də, elm adamlarının oxhexlob adını verdikləri qəribə bir heyvan vardır. Fransadakı Sourboun Universiteti üzvlərindən Milan Edward, bu heyvan haqqında belə deyir:

"Oxhexlob adı verilən heyvanlar, tək başlarına yaşayırlar. Yumurtladıqlarında da, həmin an ölürlər. Bu heyvanların balaları, ayaqsız olaraq qurtcuq halında çıxır, özlərini də hər hansı bir vəhşi heyvana qarşı qoruya bilmirlər. Eyni şəkildə, özlərini bəsləməyə də gücləri çatmır. Bununla birlikdə, həyatları, qapalı bir mühitdə, tam sükunət içində, əskiksiz bir müddət yaşamağı gərəkdirir. Əks təqdirdə, bu heyvanlar, həlak olurlar.

Ana oxhexlob nə vaxt yumurtlaması gərəkdiyini bilir. Yumurtlama vaxtı gəlincə, bir odun parçasına yönəlir, uzunlamasına onda bir oyuq qazır. Oyuq qazmağı tamamlayınca, özü üçün yemək depolamağa başlayır. Az bir yemək, ona bir il boyunca bəs edir. Depolanan yemək, çiçək tozu ilə şəkər ehtiva edən bəzi yarpaqlardan meydana gəlir. Ana oxhexlob, bu yeməkləri, oyuğun girişinə yığır, ardından bura yumurtasını buraxır. Sonra ağac tozlarını gətirir və bundan bir xəmir yoğurur. Bu xəmiri, yumurtanın üzərinə tavan edir. Ardından, başqa bir yemək gətirib tavan'ın üzərinə qoyur. Sonra bir yumurta daha yumurtlayır. Yumurtaları bitənə qədər, bu şəkildə davam edir. Ən sonunda, hamısını orda qoyub can verir."

Bu zəif həşərata, ağılları heyrətə salan bu işi görməyi, kim öyrətmiş ola bilər? Özü yumurtladıqdan sonra ölərkən, doğacaq uşaqlarının acizliyini və ehtiyac içində bir il qalacaqlarını, ona kim bildirmişdir? Yumurtacıqlarını, yumurtlamaq üçün, bütün bu çətinliklərlə mücadilə edəcək qədər, öz növünə bu qədər əhəmiyyət vermək düşüncəsini, onun qəlbinə kim yerləşdirmişdir?

Heç şübhəsiz, bütün varlıqları var edən, qoruyub idarə edən uca Allah, onlara, özlərini ayaqda tutacaq və öz faydalarına olan bu bilgiləri, hislər xaricində başqa bir yolla verməkdədir.

Onlar, bu hislər vasitəsilə, o bilgiyə əsla çata bilməzlər. Təbiətçi bəzi tədqiqatçıların, İlahi gücün, ən kiçik həşəratlara verdiyi ilhamı qəbul edib, ardından fərdi və sosial həyatında bu cür ilham və vəhylərə hər kəsdən daha çox ehtiyac hiss edən insan növündə, buna bənzər bir halın olmadığını söyləməsi, boş və yalnış görüşlərdən biridir.

------------------------------

5. Dahilik:

Platon, dahiliyi, insana uca ilhamları verən İlahi bir hal olaraq tərif etmişdir. Filosoflar, bunu, ağlın heç bir rolunun olmadığı uca bir hal olaraq açıqlamışlardır. Təbiətpərəstlər isə, belə deyirlər:

"Dahilik, şəxsən təbiətin ərmağanıdır, oxuyaraq əldə edilməz, düşünmək də, onu meydana gətirməz."

Burda dahilik və dahilərə nümunələr veriləcəkdir. Bunlar, vəhy mövzusunda doğru yola yönətlməkdə, son dərəcə aydınladıcı işıq vəzifəsi görəcəkdir.

Cambridge universiteti Psixologiya Fakultəsi doktoru: Miers, "İnsan xarakteri" adını verdiyi geniş həcmli kitabında belə deyir:

"Mr. Biadlerin demək olar ki, möcüzə qəbul ediləcək bir xüsusiyyəti vardı. Çünki o, heç düşünmədən bir-birinə vurduğu vaxt, 7, ya da 8 mərhələli nəticələr verən rəqəmləri müəyyənləşdirə bilirdi. Məsələn, ona:

'Bir birilə vurulduğu vaxt, 17.861 nəticəsini verən ədədlər hansılardır?'

deyə soruşulduğu vaxt, yerindəcə, 53 və 337 cavabını verirdi. O, özünün bu cavabı necə verdiyini, bilmədiyini söyləyirdi. Onun bu cavab vermə özəlliyi, sanki təbii bir instinkt idi."

Məşhur fransız şair (Rene) Sully Prodhomme'un belə dediyi nəql edilir:

"Bir ildən bəridir, bəzi vaxtlarda, gözləmədiyim bir anda, mənə bir mühəndislik nəzəriyyəsinin dəlilinin verilmiş olduğunu görürəm. Təbii ki, bu, mənim heç bir şəkildə meylim olmadan reallaşır."

O, ümumilikdə, şeirin bir bölməsini tamamlamadan yatdığını, sonra yatınca şeirini tam olaraq tapdığını söyləmişdir.

Fransız şair Alfred de Musset, belə deyir:

"Mən, heç bir şey etmirəm. Sadəcə qəlbimə buraxılanı dinləyir və nəql edirəm. Sanki məchul bir insan, mənim qulağıma fısıldayır."

Verdiyimiz bu nümunələr, bəzi fərdlərdə, insanı, adət edilmiş yolun xaricində elm/bilgi və hidayət ilə dəstəkləyən batini və ruhi rabitənin varlığını isbat etməkdədir. Bu da insanların, ilahiyyat və nübüvvət mövzularını yalanlamağa və dinlərlə lağlağı etməyə varıncaya qədər şübhələrinin artdığı bir dövrdə, vəhyi insan zehninə olduqca yaxınlaşdırmaqdadır. Halbuki bunlar, insandakı fikri və sosial inkişafın ən böyük faktoru, aləmi dəyişdirən ən böyük hadisə və tarixin axışını çevirən ən böyük olaylardır. Bu böyük hadisələrin, əsli olmayan düşüncələrin, ya da əslə etimad edilməməsi lazım olan yalanların üzərində qurulduğunu söyləmək, insanı dəyərsizləşdirən ən böyük eyiblərdən biridir.

-----------------------------------------------------------------------------

6. Müasir elm:

Müasir elm, elm adamlarının xəyal edə bilmədikləri fövqəl-adi hadisələrdən qəbul edilən bəzi ruhi halları, bəzi insanların ortaya qoyduğuna şahidlik edildiyini açıqlamışdır. Üstəlik, o insanlar, bu fövqəladi hadisələri, fərqində olmadan ortaya qoymuşlardır. Onların etdiklərinin, hislə bağlı maddi bir səbəblə açıqlamağın isə, imkanı yoxdur.

İnsanlar, bunların həqiqət olub-olmadığını sınamış və bu fövqəladi hadisələri görməsi üçün, yer üzündəki ən böyük sehrbazı çağırmış, sonunda insanlar, bunda ən kiçik bir sehrin mövcud olmadığına şahidlik etmişlərdir. Həqiqətən də, bunlar, ruhi hadisələr olub bacarıq və əl surətinin, bunda heç bir rolu yoxdur.

Bax bu, müasir elmin reallıqlarından biridir. Bu hadisə üzərindən, elm adamları, fərqində olmadıqları anlarda, bəzi insanlar üçün fərqli kəşflərin və ruhi reallıqların ortaya çıxacağını açıqlamışlardır.

O halda, necə olur ki, bu elmi kəşflərin yanında, Allahın, yaratdıqları arasından seçdiyi bəzi insanlara vəhy yolu ilə elmi kəşfləri verməsi, uzaq bir ehtimal qəbul edilir?! Üstəlik o insanlar, ağıl və əxlaq sahibi kimsələrdir.

Artıq gözü olanlar üçün, sabah olmuşdur...

(Muhamməd Əbdü'l-Əzim əz-Zurqani, "Mənəhilu'l-İrfan", 1. Cild, s. 113-123)

 

 

 

 

 

 

 

 

 

 

Read 269 times
In order to make a comment, please login or register