"Vətən sevgisi imandandır."
Həsən Basri (rahmətullahi aleyh) belə demişdir:
"Mömin, özünü, yadların diyarında yaşayan bir qərib kimi görər. Onu burda, başqalarını maraqlandıran işlər maraqlandırmaz. Onun bir tək arzusu və himməti, dünyanı keçib cənnətə getməkdir. Çünki cənnət onun vətəni və ilk məskənidir."
Allah Taala, Adəm və Həvvanı yaratdığında, onları cənnətə yerləşdirmişdi. Bir müddət sonra ordan çıxarıldılar və lakin onlara da, saleh olan zürriyyətlərinə də, təkrar ora dönmək sözü verildi.
Bu səbəblə, saleh olan möminlər, həmişə, ilk vətənləri və son yurdları olan cənnətin həsrətini çəkərlər. Bu mənada:
"Vətən sevgisi imandandır."
deyilmişdir.
Burda, "Vətən" sözündən məqsəd, cənnətdir.
Həqiqətən də imanı olanlar cənnəti sevər və onun həsrətini çəkərlər.
İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 40-cı hədis: "Dünyada qərib və ya yolçu kimi olmaq haqqındadır.", 2. Cild, s. 382
- "Vətən sevgisi imandandır." izah edərsinizmi?
- Qəriblər hədisi
- Köhnə paltarlar geyinmək imandandırmı?
- Sirat körpüsü haqqında məlumat verərsinizmi?
- Sirat körpüsü haqqında məlumat verərsinizmi?
- Murciə və Qədəriyyələr haqqında hədis
- Murciə kimdir?
- Murciə haqqında hədis vardırmı?
- hüsn və qubh məsələsi
- Allahın qullları üzərindəki haqqı nədir?