Vahid isminin şərhi

67. Vahid isminin şərhi:

• Təcəzzi etməyən (bölünməyən);

• İkincisi olmayan

deməkdir.

~ Təcəzzi etməməsinə gəlincə: bölünə bilməyən bir cövhər (atom) kimidir. (haşiyə-1) "Bu, vahiddir." deyildiyində, "cüzü yoxdur" deyilmək istənilir. Cüzü (parçası) olmaması cəhətindən, nöqtə də, belədir. Allah Taala, Zatında bölünə bilmə təsəvvürünün imkansızlığı cəhətindən, Vahiddir.

~ İkincisinin olmamasına gəlincə: bir bənzəri olmayan deməkdir. Məsələn, günəş, cisim olması cəhətindən zatında cüzlərdən mütəşəkkil olub vəhmdə cüzlərə ayrılmağı qəbul etsə də, bir bənzəri yoxdur. (haşiyə-2) Ancaq, bir bənzərinin mümkün olması, imkan daxilindədir. Əgər varlıqda, varlığın xüsusiyyəti cəhətindən bir olub bu xüsusiyyət cəhətindən özünə şərik bir başqa varlığın mövcudluğu heç bir şəkildə təsəvvür edilə bilmirsə, əzələn və əbədən mütləq Vahid, Odur.

Bir qul, xeyirli xislətlərdən bir xislətə sahib olar; həmcinsində bənzəri olmazsa, o, "vahid" sayılar. Və bu, həmcinsinə və zamana nisbətlədir. Çünki, başqa bir vaxtda bənzərinin zühur etməsi, imkan daxilindədir. Bir də, bu, bəzi xislətlərə izafətən belədir. Bütün xislətlərə nəzərən deyil. Mütləq mənada vəhdət, ancaq Allaha Taala üçündür.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

--------------

--------------

(Haşiyə-1:

Cövhər: "var olma cəhətindən, sifətlər kimi mövsufuna möhtac olan varlıqlardan fərqli olaraq, tək başına qaim olan varlıqlar"a deyilir. Lakin burda, imam, mütləq mənada cövhəri deyil, cövhər-i fərdi qəsd etməkdədir. Bir kəlam termini olaraq "cövhər-i fərd" isə, varlıqlarda parçalara bölünməyən ən kiçik cüz mənasındadır.

Haşiyə-2:

İmamın cövhər və günəş nümunələrilə demək istədiyi, budur:

Allah Taala xaricindəki bəzi varlıqlar, bəzi yönlərilə tək olsalar da, Allah Taala kimi hər mənada tək ola bilməzlər.)

---------------------

---------------------

 

Read 7.224 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR