Varis isminin şərhi

97. Varis isminin şərhi:

Maliklər, fəna (yox) olduqdan sonra, mülklərin Özünə rücu etdiyi (Zat)'dır. Və O, Allah (subhənəhu və taala)'dır. Çünki, məxluqatın fənasından sonra əbədi qalacaq olan, Odur. Hər bir şeyin dönüşü və mərci'i, Onadır. Bunu buyuran, Odur:

لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ

"Bu gün mülk, kimindir?" (Ğafir/16).

Mucib (buna cavab verən) də, (yenə) Odur:

ٱلْوَ‌ٰحِدِ ٱلْقَهَّارِ

"Vahid, Qahhar olan Allahındır." (Ğafir/16)

Bu, əksəriyyətin zənninə görədir. Çünki, əksəriyyət, özünü, milk (üzərində təsərrüf edilən yer) və mülk sahibi zənn etməkdədir. O gün, halın həqiqəti, onlara açılacaqdır. Və bu nida (yəni, mülk, bu gün kimindir? nidası), o gün, özləri üçün inkişaf etmiş (açılmış olan) həqiqətdən ibarətdir. Bəsirət sahibləri isə, şübhəsiz, bu nidanın mənasını, əbədiyyən müşahidə edər; və səssiz və hərfsiz şəkildə dinləyərlər. Mülkün, Vahid və Qahhar olan Allaha aid olduğunu, yəqinliklə, hər gün, hər saat, hər an bilərlər. Və bu, əzəli və əbədi olaraq da, belə idi. Bunu, ancaq, tövhidin həqiqətini felən idrak edən şəxs idrak edər. (Bunlar), mülk və mələkutda feli olaraq münfərid olanın, Vahid (olan Allah) olduğunu bilərlər.

Biz, buna, "İhya-u Ulumi'd-din" adlı əsərimizin "Təvəkkül" kitabının baş qismində işarət etdik, ora müraciət edilsin. Çünki bu kitab (yəni, "əl-Maqsadu'l-Əsna" əsəri), bunu daşıya bilməz.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")

-------------

-------------

Əlavələr:

• "Hər şeyin tək varisi, həqiqi sahibi"

• "Hər şey yox olub getdikdən sonra Baqi qalan."

Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq. (Qasas surəsi, 58)

Bu ismin bir əvvəlki adla çox yaxın əlaqəsi vardır. Fani olan varlıqlar bu dünyadan köçdüklərində, bütün mülklərini o mülkün Baqi olan həqiqi Malikinə təslim etmiş olarlar. Bu tərk və təslimdə, Allahın Varis ismi təcəlli edər.

Bu isimdən qulun alacağı ən böyük dərs, mal və mülkünün mənəvi təmizliyinə diqqət yetirməsidir. Allahın tərtəmiz olaraq yaradıb, ömrü müddətincə əmanət verdiyi mülkü, faizlə, rüşvətlə, zülmlə çirklətmədən Ona təslim etməyə çalışmaq lazımdır.

Eyni şəkildə, günahsız olaraq yaradılan orqanların, hisslərin və duyğuların da ləkələnilməməsinə səy göstərilməlidir.

Bir cəhətiylə Varis ismi, cüzi iradəmizlə işlədiyimiz hər cür əmələ baxar.

Buna görə Varis ismi, həm Malik, həm də Hasib isimlərilə yaxından əlaqəlidir.

 

Read 6.964 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR