Vasi isminin şərhi

46. Vasi isminin şərhi:

Bu isim, "genişlik" mənasındakı "səa"dan meydana gəlmişdir. "Səa":

~ bəzən, çox geniş olub bir çox məlumatı əhatə etməsi etibarı ilə, elmə;

~ bəzən də, nemətləri genişlətmə cəhətindən, ehsana

izafə edilir.

(Bu kəlimə), necə təqdir edilərsə edilsin; hansı şey üzərinə nazil olarsa olsun, mütləq Vasi, Allah (subhənəhu və taala)'dır. Çünki:

~ Əgər Onun elminə nəzər edilsə, Onun "məlumat dənizi"nin sahili yoxdur. Hətta dənizlər, Onun kəlimələrinə mürəkkəb olsalardı, tükənərlərdi.

~ Əgər Onun ehsan və nemətlərinə nəzər edilsə, Onun məqduratı (təqdir etdiyi) şeylərin, nəhayəti yoxdur.

Hər genişlik nə qədər əzəmətli də olsa, bir yerdə bitər. Genişliyi bir yerdə bitməyən isə, "səa" isminə daha çox haqq sahibidir. Buna görə, Allah (subhənəhu və taala), mütləq Vasi'dir. Çünki, hər bir vasi, özündən daha geniş olana nəzərən, dardır. Hər genişliyin, bir nəhayəti vardır. Bundan əlavəni (yəni, bu nəhayəti olan nemətlərin, elmin fövqünü) təsəvvür etmək, mümkündür. Nəhayəti olmayanın fövqünü təsəvvür etmək isə, mümkün deyildir.

Tənbeh: Qulun genişliyi:

~ mərifətində (yəni, elmində); və

~ əxlaqında

olur. (Qulun):

~ Elmi artarsa, elminin genişliyi miqdarınca, vasi olar.

~ Əxlaqı, kasıblıq qorxusunun, həsədçinin qəzəbinin, hərisliyin qalib gəlməsinin və digər (bənzəri) sifətlərin özünü daraltmayacağı bir yerə qədər genişləyərsə, bu cəhətdən vasi olar.

Bütün bunların (yəni, qulun elmi və əxlaqının genişləyib dayanacağı) bir nəhayət vardır. Həqiqi Vasi olan isə, Allah Taala'dır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

Read 14 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR