Visal orucu nədir?
2559- ibn Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Ramazan ayında visal orucu tutdu. İnsanlar da visal orucu tutmağa başlayınca, onlara bunu qadağan etdi. Ona:
"Ancaq Sən, visal orucu tutursan." deyildiyində:
"Həqiqət budur ki, Mən, sizin kimi deyiləm. Mənə yedirilir və içirilir." buyurdu.
-------------------
2561- Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) visal orucunu nəhy etdi. Müsəlmanlardan bir adam:
"Ey Allahın Rəsulu, Sən də visal orucu tutursan..." dedi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):
"Hansınız Mənim kimisiniz? Çünki Mən, Rəbbim məni yedirərək, içirərək gecələyirəm." buyurdu.
Səhabələr, visal orucu tutmaqdan dönməyi qəbul etməyincə, Peyğəmbər onlarla bir gün visal orucu tutdu. Sonra bir gün daha tutdu. Sonra hilalı gördülər. Bunun üzərinə:
"Əgər hilal gecikmiş olsaydı, Mən də sizinlə daha çox (visal orucu) tutardım."
Bu sözlərilə, vaz keçməyi qəbul etməyincə, onları azarlamaq istəyən kimi idi.
--------------------
2562- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"(Qəti olaraq) visal orucu tutmayın." buyurdu.
Səhabələr:
"Amma ey Allahın Rəsulu! Sən visal orucu tutursan..." dedilər.
Allah Rəsulu:
"Şübhəsiz bu xüsusda siz, Mənim kimi deyilsiniz. Çünki Mən, gecəmi Rəbbim Mənə yemək yedirərək və içirərək keçirirəm. Bu səbəblə sizlər də, gücünüzün çatdığı əməlləri üzərinizə alın." buyurdu.
(Nəvəvi, əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac, Oruc kitabı: "Visal orucunun qadağanlığı babı")
--------------------
Şərhi:
Məzhəb alimlərimiz (Şafilər), visal orucunun nəhy edildiyini ittifaqla qəbul etmişlərdir. Visal, arada yemədən və içmədən 2 gün və daha çox, ard-arda oruc tutmaq deməkdir. İmam Şafi və məzhəb alimlərimiz, bunun məkruh olduğunu açıqca ifadə etmişlərdir.
Bunun məkruh olması xüsusunda da, 2 görüş vardır:
• Bu 2 görüşdən daha səhih olanına görə, bu kərahət, təhrimən məkruhluqdur.
• İkinci görüşlərinə görə isə, tənzihən məkruhdur.
Amma elm adamlarının cumhuru isə, bunun nəhy edildiyi (qadağan edildiyi) qənaətindədirlər.
Qadı İyad belə deyir:
"Elm adamları, visal orucunu qadağan edən hədislər haqqında, fərqli qənaət sahibidirlər. Bu orucun qadağan edilməsinin, bir rəhmət və bir xəfiflətmə olduğu söylənmişdir.
Buna görə, gücü çatan kimsənin bu şəkildə oruc tutmasında bir məhzur yoxdur. Zatən sələfdən bir qrup, günlər boyunca visal orucu tutmuşlardı."
• İbn Vehb;
• Əhməd; və
• İshaq
isə, səhər vaxtına qədər, visal orucunu caiz qəbul etmişlərdir. Sonra (Qadı İyad) alimlərin çoxunun, bunu məkruh gördüyü qənaətini nəql etməkdədir.
Xattabi və onun xaricində məzhəb alimlərimizdən bəziləri, belə deməkdədirlər:
Visal orucu, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə mübah qılınmış, amma ümmətinə haram olan nəbəvi özəlliklərdəndir."
Visal orucunu mübah qılan kimsələrin lehinə, Muslim'in bəzi rəvayət yollarında (hədis no: 2567):
• "Onlara mərhəmət olaraq, visal orucunu qadağan etdi." ibarəsini;
• Digər bəzilərində:
"Visal orucu tutmaqdan dönməyincə, onlar bir gün visal orucu tutdular. Sonra bir gün daha tutdular. Sonra hilalı gördülər. O da:
'Əgər hilal gecikmiş olsaydı, sizə daha çox tutdurardım.' ;
• "Əgər içində olduğumuz ay, davam etmiş olsaydı, biz də elə bir visal orucu tutardıq ki, işi dərinliyinə götürməyə çalışanlar, bu davranışlarını buraxardılar."
rəvayətlərini dəlil göstərmişdirlər.
Cumhur isə, bu xüsusdakı nəhyin (qadağanın) ümumi olmasını dəlil göstərməklə bərabər, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"Visal orucu tutmayın." buyuruğunu dəlil göstərmişlərdir.
"Onlara rəhmət olmaq üzərə..." ifadəsinə də, bu şəkildə cavab vermişlərdir:
"Bu, visal orucunun haram qılmaq mənasında nəhy edilmiş olmasına mane deyildir. Çünki bu orucun haram qılınma səbəbi də, zatən onlara qarşı şəfqətidir. Beləliklə onlara çətinlik və məşəqqət verəcək mükəlləfiyyətlərin altına özlərinə salmasınlar.
Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in onlara bir gün daha visal orucu tutdurması isə, onların bu işdən dönəmlərinin daha da vurğulanmasındakı maslahat (fayda), onlara bunun qadağan qılınmasındakı hikmətin və visalın doğuracağı çətinliklərin bəyanı üçün əlavə edilmiş bir tətbiqatdır.
Bu xüsusda qarşı-qarşıya qalacaqları çətinliklər isə:
• ibadətdən bezmələri;
• dinin bəzi vəzifələrini yerinə gətirməkdə nöqsan davranmaqla qarşı-qarşıya qalmalarıdır.
• Namazı huşu ilə, zikrləri ilə, ədəbi ilə tam qılmamaq;
• Zikirlərə davam edə bilməmək;
• Gecə və gündüz məşru olan fərqli vəzifələri yerinə gətirməmək kimi... Allah ən yaxşı biləndir...
- Visal orucu nədir?
- Aşurə orucu haqqında məlumat verərsinizmi? (1)
- İFTAR
- Ərəfə orucu haqqında məlumat verərsinizmi?
- "Sənə fəda olum." kimi sözlər söyləmək, caizdirmi?
- Aşurə orucu haqqında məlumat verərsinizmi? (2)
- (Nafilə) oruc tutduğum halda, qonaqlığa çağırıldım. Mən orucumu açmalıyammı?
- Falçı
- Şəvval orucu haqqında məlumat verərsinizmi?
- Sözlə cihad vardırmı?