Visal orucu nədir?

Visal orucu-2

48- Visal orucu və "Gecə oruc tutmaq yoxdur" deyənlər

Çünki uca Allah:

"Orucu gecəyə qədər tamamlayın."

buyurmuşdur. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də:

• səhabəyə olan mərhəmətindən; və

• çox dərinə dalmağın (gərəkli olmayan təkəllüfün/məsuliyyətin üstlənilməsinin) xoş qarşılanmamasından dolayı

qadağan etmişdir.

----------------

1961- Ənəs (radiyallahu anh), Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'dən bunu rəvayət etmişdir:

"Visal orucu tutmayın."

Səhabə:

"Sən orucu (iftar etmədən digər oruca) birləşdirirsən..." deyincə, Allah Rəsulu:

"Mən, sizdən biriniz kimi deyiləm. Mənə yedirilir və içirilir (yaxud Mən, yedirildiyim və içirildiyim halda gecəliyirəm)." buyurmuşdur.

------------------

İzahı:

Visal orucu, orucu pozan şeyləri, oruc gecələrində qəsdən tərk etməkdir. Bunun muhtəvasına:

Gecənin bütününü və ya bir qismini, orucu pozan şeylərdən uzaq duraraq keçirən kimsələr girər.

Buxari, bu mövzudakı məşhur görüş ayrılığı səbəbilə, bunun hökmünü zikr etməmişdir.

Gecə oruc tutmaq diyə bir şey olmadığına dair, Bəşir ibn Hassasiyyə hədisi vardır. Bu hədisi:

• Əhməd b. Hənbəl;

• Taberani;

• Səid b. Mənsur;

• Abd ibn Humeyd;

• ibn əbu Xatim

(son ikisi öz təfsirlərində), səhih bir sənədlə Bəşir b. Hassasiyə'nin xanımı Leyla'dan bu şəkildə rəvayət etmişlərdir:

"Mən, iftar etmədən 2 gün oruc tutmaq istədim. Bəşir mənə əngəl olaraq belə dedi:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu orucu qadağan edərək:

'Bunu xristianlar edər. Siz, Allahın sizə əmr etdiyi kimi oruc tutun. Orucu axşama qədər tamamlayın. Axşam olunca da iftar edin.' buyurdu."

Mövzu başlığında keçən "dərinə dalmaq (yəni gərəkli olmayan təkəllüfün üstlənilməsi)" ifadəsi, insanın mükəlləf tutulmadığı bir şey ilə özünü mükəlləf tutmasıdır.

Bu hədislərin hamısı, visal orucunun:

• Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə məxsus olduğuna; və

• Başqasının bu orucu tutmasının qadağan olduğuna;

• Ancaq səhərə qədər tutmaq mövzusunda, icazə bəhs mövzusu olduğuna, dəlil gətirilmişdir.

Daha sonra visal orucunun qadağanlığının nə ifadə etdiyi mövzusunda bu fərqli görüşlər iləri sürülmüşdür:

• Haramdır.

• Məkruhdur.

• Çətinliklə tuta bilənlərə haram, çətinlik çəkməyənlərə məkruhdur.

Sələf bu mövzuda fərqli ictihadlar etmişdir. Bu mövzuda:

• Abdullah b. Zubeyr'in fərqli davrandığı rəvayət edilməkdədir. İbn əbi Şeybə, səhih sənədlə ondan 15 gün iftar etmədən oruc tutduğunu rəvayət etmişdir.

• Səhabədən əbu Səid'in bacısı ilə tabiindən Abdurrahman b. əbi Nəam, Amir b. Abdullah b. Zubeyr, İbrahim b. Zeyd ət-Teymi və (əbu Nuaym'ın Hilyə'də nəql etdiyinə görə) əbu'l-Cəvza da bu görüşdədir.

Bunu, Təbəri və digər alimlər də rəvayət etmişdir.

Bu görüşdə olanların dəlilləri, bir sonrakı mövzuda gələcək olan bu xüsusdur:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrə visal orucu tutdurmuşdur. Əgər qadağanlıq, haramlıq ifadə etsəydi, onların felini təsdiqləməzdi. Bu da göstərir ki, Aişə (radiyallahu ana)'nın da dediyi kimi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), bunu, onlara olan mərhəmətindən və yüklərini xəfiflətmək istəyindən dolayı etmişdir.

Bu, buna bənzəyir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), ümmətinə fərz qılınar qorxusu ilə, gecə namazına qalxmağı onlara qadağan etmiş, ancaq bunu etməsi özünə çətin gəlməyən bəzi səhabələrin gecə namazına qalxdığı Özünə çatdığında, bunu qadağan etməmişdi. Bunun bir bənzəri, bütün ili orucla keçirmə mövzusunda gələcəkdir.

Bu açıqlamalara görə, visal orucu tutduğunda:

• çətinliklərlə qarşılaşmayan;

• bununla əhl-i kitaba bənzəməyi qəsd etməyən; və

• iftarı tez açmaq mövzusundakı sünnətdən üz çevirmək niyyətində olmayan kimsənin

visal orucu tutması, qadağan deyildir.

Alimlərin əksəriyyəti isə, visal orucu tutmağın haram olduğu görüşünü mənimsəmişdir. İmam Şafi'dən bu mövzuda, haram və məkruh olduğuna dair 2 görüş nəql edilməkdədir. Nəvəvi də bununla kifayətlənmişdir. İmam

Şafi, "əl-Umm"da, bunun qadağan (haram) olduğunu açıq bir ifadə ilə bildirmişdir.

• Əhməd b. Hənbəl;

• İshaq;

• ibnu'l-Munzir;

• ibn Xuzeymə; və

• Maliki'lərdən bir qrup,

Səid'in yuxarıda zikr edilən hədisi səbəbilə, səhər vaxtına qədər visal orucu tutmağın caiz olduğu görüşünü qəbul etmişlərdir.

Bunun caiz olduğunun dəlillərindən biri, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in qadağasından sonra da, Səhabənin visal orucu tutmasıdır. Bu, onların, qadağanı haramlıq olaraq deyil, tənzih üçün olduğunu anladıqlarını göstərir. Əks təqdirdə, buna təşəbbüs etməzlərdi.

Haram olmadığını, bu xüsus da dəstəkləməkdədir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Bəşir ibnu'l-Hassasiyə'nin hədisində, visal orucu tutmaq qadağası ilə iftarı gecikdirmə qadağasının gərəkcələrinin eyni olduğunu bildirmiş, hər ikisi haqqında da:

"Bu, əhl-i kitabın felidir." buyurmuşdur.

Görüşləri mötəbər olmayan Zahirilər xaricində, heç kim iftarı gecikdirməyin haram olduğunu söyləməmişdir.

Ayrıca, mahiyyəti cəhətindən baxıldığında, visal orucu tutmaq, nəfsi, şəhvətlərindən uzaq tutmaq, ləzzətlərindən qoparmaq mənasına gəlir.

Bu səbəblə, yuxarıda adı keçən alimlər, bunun mütləq olaraq və ya muqayyəd olaraq (müəyyən şərtlər altında) caiz olduğu görüşünü davam etdirmişlərdir.

-------------------------

Hədislərdən çıxan bəzi nəticələr:

• Mükəlləflər, hökmlər də bərabərdirlər. Bir dəlillə, istisna edilənlər xaricində, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) haqqında sabit olan hər hökm, ümməti haqqında da sabitdir.

• Qadağanın hikmətini araşdırmaq:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə xas hökmlər vardır. Uca Allahın:

"Sizin üçün, Allah Rəsulu da ən gözəl nümunə vardır."

ayətinin ümumi ifadəsi, təhsis edilmişdir (xas qılınmışdır).

Səhabə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in necəliyi bilinən felinə müraciət edər və Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in qadağan etdikləri xaric, buna tabe olarlardı.

• Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə xas hökmlərin hamısını tabe olunmaz.

----------------------

49- Çoxca visal orucu tutan kimsələri bundan çəkindirmək:

1965- əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Allah Rəsulu (sallallahu aleyhi və səlləm), visal orucu tutmağı qadağan etdi."

Bunun üzərinə Müsəlmanlardan bir adam:

"Ey Allahın Rəsulu! Ancaq Sən visal orucu tutursan..." dedi.

Səhabə visal orucunu tərk etməkdən çəkinincə, Allah Rəsulu onlara bir gün visal orucu tutdurdu, ertəsi gün də tutdurdu. Sonra (şəvvalın) hilal(ı) görüldü. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Əgər hilal geciksəydi, sizə daha çox tutduracaqdım."

Bunu, onlar, visal orucu tutmaqdan dönmədikləri üçün, sanki cəza olaraq söylədi.

------------------

1966- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), 2 dəfə:

"Visal orucu tutmaqdan çəkinin." buyurdu. Ona:

"Ancaq Sən, visal orucu tutursan." deyildiyində:

"Mən gecəmi, Rəbbi'min məni yedizdirib içirməsiylə keçirirəm. Əməllərdən, gücünüzün çatacağı şeyləri edin." buyurdu.

---------------------

İzahı:

Mövzu başlığında "çoxca" qeydi qoyulmasından dolayı, az visal orucu tutan şəxsin, bundan çəkindirilmədiyi başa düşülə bilər. Çünki az visal orucu tutmaq, daha az çətinliklə qarşılaşmaq deməkdir. Ancaq çəkindirmənin olmaması, o şeyin caiz olmasını gərəkdirməz.

Hədisdən anlaşıldığına görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrə 2 gün visal orucu tutdurmuşdur.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Əgər hilal geciksə idi..."

ifadəsi, "əgər" sözünün istifadə edilə biləcəyinə dəlil olaraq gətirilmişdir. "Əgər" sözünün istifadəsi mövzusundakı qadağa, şəri mövzularla əlaqəli mövzuların xaricində istifadə edilməsi şəklində açıqlanmışdır.

"Sizə daha çox oruc tutduracaqdım..."

Yəni:

"Aciz qalıb tərk etmək surətilə xəfiflətmə tələb edincəyə qədər oruc tutduracaqdım." deməkdir.

Bu, eynilə buna bənzəyir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrilə istişarə etmiş və istişarə sırasında Taif mühasirəsinin qaldırılması yönündə görüş bildirmişdi. Səhabələr, bu görüşdən razı qalmadılar. O vaxt, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), ertəsi sabah tezdən döyüşməyi əmr etdi. Savaş sırasında çoxlu səhabə yaralandı, çətinliklə qarşılaşdılar. Bunun üzərinə mühasirədən dönmək istədilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də, ertəsi sabah onların geri dönməsini əmr etdi. Bu da, səhabələrin xoşuna gəldi.

--------------------

"Oruclu ikən, Allah tərəfindən yedirilib içirilmək" sözünün mənası:

"Mən, gecəmi, Rəbbi'min məni yedizdirib içirməsilə keçirirəm."

ifadəsinin nə mənaya gəldiyi mövzusunda fərqli görüşlər iləri sürülmüşdür.

• Bir görüşə görə, bunun həqiqi mənası qəsd edilmişdir. Ona oruc tutduğu günlərdə bir ehsan olaraq, Allah qatından yemək və içki gətirilirdi.

• ibn Battal və onunla eyni görüşdə olanlar, buna etiraz edərək, belə deyirlər:

"Belə olsaydı, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), visal orucu tutmamış olardı. Yenə hədisdə yer alan "zailə" ifadəsi, bu yemə və içmənin gündüz olduğunu göstərir. Əgər bu həqiqi mənasında olmuş olsaydı, o vaxt, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), oruc tutmuş olmazdı."

• ibn Battal'ın bu görüşünə də belə cavab verilmişdir:

"Rəvayətlərdə keçən tərcihə uyğun kəlimə, "əzailu" deyil, "əbitu" kəliməsidir. Üstəlik, "əzailu" kəliməsi keçmiş olsa belə, yemə-içməyi məcazi mənada açıqlamaq, "əzailu" kəliməsini məcaz olaraq açıqlamaqdan daha öncəlikli deyildir.

Üstəlik, qarşı tərəfin söylədiyi qəbul edilsə belə, bu, zərər verməz. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə kəramət olaraq, cənnət yemək və içkilərindən verilməsində, mükəlləflərə aid hökmlər cərəyan etməz. Necə ki, onun sinəsi qızıldan bir qabda yuyulmuşdur. Oysa, dünyadakı qızıldan qabları istifadə etmək, haramdır.

• ibnu'l-Muneyyir "əl-Haşiyə" adlı əsərində belə deyir:

"Dinən, insanın orucunu pozan, insanlar tərəfindən bilinən normal yeməklərdir. Fövqəladi bir yolla, məsələn, cənnətdən gələn bir yemək isə, bu özəlliklə deyildir. Onu yemək, eynilə cənnət xalqının yeməsində olduğu kimi, əməllər cinsindən deyil, əməllərin savabı cinsindən bir şeydir. Kəramət, ibadəti batil edə bilməz!"

• Digər bəzi alimlər isə, belə demişlərdir:

"Yemək və içkini həqiqi mənasına almağı əngəlləyən hər hansı bir hal yoxdur. Bu halda, yuxarıdakı etirazlara da gərək qalmaz. Səhih rəvayət: "gecələyərəm..." şəklində olduğuna görə, cənnətdən gətirilən şeyi, gecə vaxtı yemək və içmək, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə xas olmaq üzərə, Onun visal orucunu pozmaz."

Bunu belə anlamaq lazımdır:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Sən visal orucu tutursan..." deyildiyində, sanki O, belə demişdir:

"Mən bu mövzuda sizin mövqeyinizdə deyiləm. Çünki sizdən biri yeyib içdiyində, onun visal orucu pozular. Oysa, Rəbbim məni yedizdirir və içizdirir. Bununla Mənim orucum pozulmaz. Mənim yemək və içkim, həm şəkil, həm də mahiyyət baxımından sizinkindən fərqlidir."

• Əksər alimlər isə, belə demişlərdir:

"Məni Rəbbim yedizdirir və içizdirir..." sözü məcaz olub, yemə və içməyin təmin etdiyi qüvvət mənasına gəlir. Yəni bu ifadə:

'Rəbbim məni yeyən və içən kimsənin sahib olduğu qüvvətə sahib qılar. Mənə yemək və içki yerinə keçəcək şeyi verər. Qüvvətimdə bir zəifləmə və hisslərindən bir bezginlik olmadan, fərqli ibadətləri etməyimə imkan verər.' mənasına gəlir.

Yaxud da bunun mənası:

"Allahın onda, yemək və suya ehtiyac buraxmayacaq bir doyğunluq halı yaratması, bu sayədə, Onun aclıq və susuzluq hiss etməməsidir."

Bununla bir öncəkinin arasındakı fərq isə, budur:

• Birincidə, aclıq və susuzluq mövcud olmaqla bərabər, toxluq və sudan doymuşluq halı olmadan, Allahın ona qüvvət verməsi ifadə edilməkdə;

• İkincidə isə, qüvvətlə birlikdə toxluq və suya doymuşluq hissi də verilməkdədir.

İkincisi, oruc tutan kimsənin halına zidd və visal orucunun məqsədini ortadan qaldırdığı gərəkcəsilə, birinci görüş tərcih edilmişdir. Çünki orucun ruhu, aclıqdır.

• Bu ifadənin mənası:

"Rəbbim:

• Öz əzəməti haqqında təfəkkür etmək;

• Özünü müşahidə ilə doldurmaq;

• Mərifəti ilə qidalandırmaq;

• Məhəbbətini, münacatına (Allaha duaya) dalmağı və Ona yönəlməyi göz aydınlığı qılmaq surətilə,

məni yemək və içməklə məşğul olmaqdan uzaq qılmışdır." şəklində ola bilər.

• ibnu'l-Qayyim əl-Cevziyyə, bu mənaya meyl edərək belə deyir:

"Bu qida, bədənlərin aldığı qidalardan daha uca ola bilər. Ən kiçik bir zövqə və təcrübəyə sahib olan kəs, bədənin qəlb və ruh qidası sayəsində, bir çox bədəni qidaya ehtiyac duymadığını bilir. Xüsusilə də, tələb etdiyi şeyi əldə etməkdən dolayı sevincli və xoşbəxt olan kimsə, sevdiyi səbəbilə, gözü aydın olan kimsənin belə olduğunu bilir."

(İbn Həcər Asqalani, "Fəthu'l-bari bi şərh-i Sahihi'l-Buxari və məahu Hədyu's-Sari Muqəddəmət-u Fəthi'l-Bari")

Read 58 times
In order to make a comment, please login or register