Vitr namazı (fiqh)

Lüğətdə "vitr/vətr", 1, 3, 5 kimi tək say mənasına gəlir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Allah, təkdir. Təki sevər." sözündə də (Muslim, "Zikr"/5) vitr, bu mənadadır.

"Vitr", ərəfə gününü ifadə etmək üzərə də istifadə edilir.

Bu kəlimə, Quranda, lüğət mənası ilə 1 ayətdə (Fəcr/3) "şəf" (yəni, cüt) kəliməsilə bərabər "vətr" (yəni, tək) şəklində keçir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Allah, -əlavə olaraq- sizə bir namaz verdi. O, sizin üçün, qırmızı dəvələrdən daha xeyirlidir. O, vitrdir. Allah, onu, sizin üçün, işa ilə fəcrin doğması arasına qoydu." (əbu Davud, "Vitr"/1) sözlərilə, vitri, əhəmiyyətlə tövsiyyə etmişdir.

-------------------------

Səkkizinci bab: Vitr namazı

• İmam əbu Hənifə (radiyallahu taala anh)'dan, vitr namazı haqqında, 3 rəvayət vardır:

1. Bir rəvayətə görə, vitr namazı, fərzdir.

2. Bir rəvayətə görə, vitr namazı, müəkkəd sünnətdir.

3. Bir rəvayətə görə isə, vitr namazı, vacibdir. Bu qövl, imamın sonuncu qövlüdür. Səhih olan da, budur. Səraxsi'nin "Muhit"ində də belədir.

• Vitr namazı, əgər işaya bağlı bir sünnət namaz olsaydı, bu namazı, gecənin sonuna qədər ertələmək, işaya tabe bir sünnəti ertələmək kimi, məkruh olardı. "Təbyin"də də belədir.

• Vitr namazını, gücü çatdığı halda, -ayaqda deyil- oturaraq qılmaq, caiz deyildir.

Üzrsüz olaraq vitr namazını minikdə qılmaq da, caiz deyildir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Aradan çox müddət keçmiş olsa belə, bir kimsənin, qəsdən və ya unudaraq tərk etmiş olduğu vitri qəza etməsi, vacibdir. Vitr niyyəti olmadan bu namazı qəza etmək, caiz olmaz. "Kifayə"də də belədir.

• Vitr namazını qəza edən kimsə, qunutu da qəza edər. "Muhit"də də belədir.

• İşanın sünnətini, -fərzə tabe olaraq- gecənin sonuna qədər ertələmək, məkruhdur. Lakin, vitri, gecənin sonun qədər ertələmək, müstəhəbdir. "Təbyin"də də belədir.

• Vitr, 3 rükətdir və bu 3 rükətin arası, salamla kəsilməz. "Hidayə"də də belədir.

• Qunut, -səhih olmaq üzərə- vacibdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Vitr qılmaqda olan kimsə, üçüncü rükətin qiraətini bitirdikdən sonra, təkbir gətirər; əllərini, qulaqları hizasına qədər qaldırar və rukuya getmədən, -ilin bütün günlərində- qunut edər.

Qunutda ayaqda dayanmaq miqdarı,

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ

İzə's-səməu'n-şəqqat.

"Göy yarılacağı zaman." (İnşiqaq/1) qədərdir. "Muhit"də də belədir.

• Qunutda, əllərin yana salınıb-salınmayacağı xüsusunda, ixtilaf edilmişdir. Muxtar olan qövl, qunut əsnasında, əllərin aşağı salınmadan qaldırılacağıdır. "Fətəva Qadıxan"da da belədir.

• İmam olsun, camaat olsun, vitr qılmaqda olan kimsələr, qunutu gizli oxuyarlar. Muxtar olan qövl də, budur. "Nihayə"də də belədir.

• Tək başına vitr namazı qılan kimsə də, qunutu, gizli oxuyar. Muxtar olan da, budur. "Məcmau'l-Bəhreyn"də də belədir.

• Qunutda oxunması məcburi olan bir dua yoxdur.

• Ancaq, qunutda, "Allahummə, innə nəstəinukə" duasını oxumaq, əvladır. (haşiyə)

--------------------

(Haşiyə:

اَللَّهُمَّ إِنَّا نَسْتَعِينُكَ وَ نَسْتَغْفِرُكَ وَ نَسْتَهْدِيكَ * وَ نُؤْمِنُ بِكَ وَ نَتُوبُ اِلَيْكَ * وَ نَتَوَكَّلُ عَلَيْكَ * وَ نُثْنِى عَلَيْكَ اْلخَيْرَ كُلَّهُ نَشْكُرُكَ وَ لاَ نَكْفُرُكَ * وَ نَخْلَعُ وَ نَتْرُكُ مَنْ يَفْجُرُكَ *

Allahummə! İnnə nəstəinukə və nəstəğfirukə və nəstəhdik. Və nu'minu bikə və nətubu ileyk. Və nətəvəkkəlu aleyk. Və nusni aleykə'l-xayra kulləhu nəşkurukə və lə nəkfuruk. Və nəxləu və nətruku mən yəfcuruk.

Yəni:

"Allahım! Səndən kömək istəyirik. Günahlarımızı bağışlamağını istəyirik. Bizi hidayət etməyini istəyirik. Sənə inanırıq və Sənə tövbə edirik. Sənə təvəkkül edirik. Bütün xeyirlərin üçün, Səni səna edirik (tərifləyirik). Sənə şükr edirik və küfr (nankorluq) etmirik. Sənə qarşı günah işləyənlərdən ayrılırıq və onları tərk edirik."

-------------------------

• Qunut duasını gözəl oxuya bilməyən kimsə:

رَبَّنَآ ءَاتِنَا فِى ٱلدُّنْيَا حَسَنَةً وَفِى ٱلْءَاخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ ٱلنَّارِ

Rabbənə! Ətinə fi'd-dunyə həsənətən və fi'l-əxirati həsənətən və qinə əzəbə'n-nər.

"Ey Rəbbimiz! Bizə, həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi, Od əzabından qoru!" (Bəqərə/201) ayətini oxuyar. "Muhit"də də belədir.

Və ya bu kimsə: "Allahummə'ğ-firlənə" ("Allahım, bizi məğfirət et!") deyər və bunu, 3 dəfə təkrar edər. Əbu'l-Leys'in ixtiyarı da, budur. "Siraciyyə"də də belədir.

• Bir kimsə, qunutu unutmuş olsa və bunu, rukuda xatırlasa, səhih olan, o kimsənin, rukuda qunutu oxumamasıdır. Bu kimsə, təkrar qiyama da qalxmaz. "Tatarxaniyyə"də də belədir.

• Bu kimsə, əgər rukudan qiyama qayıtsa və qunutu oxusa, bu halda rukunu təzələməzsə, namazı pozulmaz. "Bahru'r-Raiq"də də belədir.

• Lakin bu kimsə, -qunutu unutduğunu- rukudan başını qaldırdığı vaxt xatırlasa, ittifaqla, qunutu təzədən oxumaz. "Mudmarat"da da belədir.

• Vitr qılmaqda olan kimsə, əgər fatihəni oxuyar, damm-u surəni tərk edərsə, bu kimsə, rukudan qalxar, surəni oxuyar. Qunutu, təzədən oxuyar. Ruku edər və səhvdən dolayı da, səcdə edər.

Yenə, surəni oxuyar, fatihəni tərk edərsə, bu halda da, fatihəni oxuyar, surəni, qunutu və rukunu da, yenidən edər. Bu kimsə, əgər rukunu yenidən etməmiş olsa, -yenə- namazı caiz olar. "Siracu'l-Vəhhac"da da belədir.

• Vitr camaatla qılınarkən, imam, qunut etmədiyini rukuda xatırlasa, qiyama qayıtması, caiz olmaz. Bununla bərabər, əgər imam, qiyama qayıdar və qunutu oxuyarsa, rukunu təzələməsi, uyğun olmaz.

Bu halda, imam, rukunu yenidən edərsə, camaat, əvvəlki rukuda, imama tabe olmaz; ancaq, ikinci rukuda imama tabe olar. Bunun əksini etsələr belə, namazları pozulmaz. "Xülasə"də də belədir.

• Vitr qılan kimsə, qunutda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə salat oxumaz. Bu, bizim alimlərimizin ixtiyar etdiyi qövldür. "Zahiriyyə"də də belədir.

• Muqtədi (namazda, imama tabe olan kimsə), qunutda, imama tabe olar.

Muqtədi, qunutu bitirmədən imam rukuya getmiş olsa, bu halda da, muqtədi, imama tabe olar.

• İmam, qunut etmədən rukuya getmiş olsa, bu halda muqtədi də qunutdan bir şey oxumamışdırsa, muqtədi, əgər çata bilməyib rukunu itirməkdən qorxarsa, o vaxt, rukuya gedər. Əgər bundan qorxmazsa, qunutu oxuyar və sonra rukuya gedər. "Xülasə"də də belədir.

• Nətifi, "Əcnas"ında:

"Bir kimsə, birinci rükətimi, ikinci rükətimi, yoxsa üçüncü rükətimi qılmaqda olduğu xüsusunda şübhəyə düşərsə, bu halda, içində olduğu rükətdə qunut edər, sonra oturar. Daha sonra, qalxıb, 2 rükət daha qılar. Bu 2 rükətin hər birində də oturar və ehtiyat gərəyi qunut edər.

Bir qövlə görə də: Bu kimsə, heç birində qunut etməz.

Səhih olan, əvvəlki qövldür. Çünki, qunut, vacibdir. Vaciblə bidət arasında isə, tərəddüd yoxdur. Bu kimsə, ehtiyat gərəyi, qunut edər." deyilmişdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Məsbuq (imama birinci rükətdə çata bilməyib sonradan qoşulan kimsə), imamla birlikdə qunut edər. İmamdan ayrıldıqdan sonra isə, etməz. "Munyə"də də belədir.

• İmamla birlikdə qunut etmiş olan məsbuq, namazın qalan qismini qəza edərkən, ikinci dəfə qunut etməz. Səraxsi'nin "Muhit"ində də belədir. Bütün alimlərin qövlləri də, budur. "Mudmarat"da da belədir.

• Vitrdə, üçüncü rükətin rukusunda imama çatmış olan bir məsbuq, namazın qalan qismini qəza edərkən də, qunut etməz. "Muhit"də də belədir.

• Vitrdən başqa heç bir namazda, qunut yoxdur. "Mutun"da da belədir.

• İmam, vitrdə, rukudan qalxdıqdan sonra qunut etsə, lakin muqtədi bunu görməsə, bu halda, muqtədi, imama tabe olar. "Fətəva Qadıxan"da da belədir.

• Əgər imam, sübh namazında qunut etsə, arxasındakılar, susarlar. "Hidayə"də də belədir. Bu halda, camaat, ayaqda gözləyər. Səhih olan, budur. "Nihayə"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

----------------------------------------------

Əlavələr:

İşa və vitr namazlarının vaxtı, qərbdəki şəfəqin itməsilə başlayıb sabah namazının vaxtına qədər davam edir. "Kafi"də də belədir.

• Vitr namazı, işa namazından əvvəl qılınmaz. Çünki burda, tərtib (sıra) vacibdir. Burda, vitr namazının, işa namazından əvvəl qılınmaması, vitr namazının bir vaxtının olmaması demək deyildir. Burda, tərtib vacib olduğu üçün belə deyilmişdir.

Hətta bir kimsə, yaddan çıxardaraq, vitr namazını işa namazından əvvəl qılmış olsa və ya hər ikisini də qılsa, sonradan, işa namazının -hər hansı bir səbəblə, səhih və məqbul olaraq qılınmış- olmadığı ortaya çıxsa, bu kimsənin vitr namazı, səhih olar. Sadəcə, işa namazını yenidən qılması lazımdır. Bu görüş, əbu Hənifə'yə aiddir. Və Ona görə: "Unutmaq və bənzəri digər üzrlərlə, burda, tərtib düşür."

• Bir kimsə üçün, işa və vitr namazlarının vaxtı girməsə, belə ki: Bir diyarda, qərbdən şəfəq batar-batmaz fəcr doğur və ya qərbdən şəfəq itmədən sabah olursa, belə bir diyarda yaşayanlara, işa və vitr namazları, vacib olmaz. "Təbyin"də də belədir.

• İşa namazını, gecənin 1/3-nə qədər; vitr namazını isə, gecənin sonuna qədər ertələmək, müstəhəbdir. Bu hal (yəni, vitri gecənin sonuna qədər ertələmək), qətiliklə yuxudan oyana biləcək olan, bu xüsusdakı sağlam kimsələr üçündür. Oyanması qəti olmayanlar, vitr namazını da yatmadan əvvəl qılarlar. "Təbyin"də də belədir.

• Kərahət vaxtında, vaxtında qılınmayan fərz və vitr kimi vacib namazların qəza edilmələri də, caiz olmaz. "Mustasfa""Kafi"də də belədir.

• Azan və iqamə, 5 vaxt namazın və cümənin sünnətidir. Bunların xaricində qalan sünnət, vitr, nafilə, təravih və bayram namazları kimi namazlar üçün, azan və iqamə, sünnət deyildir. "Muhit"də də belədir.

• Vitrdə, "Vitr namazını qılmağa" deyə niyyət edilir. "Zahidi"də belədir. "Qayə" adlı kitabda: "Vitr namazının vacibliyi xüsusunda ixtilaf olduğu üçün, ona, 'vacib' deyə niyyət edilməz." deyilmişdir. "Təbyin"də də belədir.

• Qəzanı qılmadan, ədanı qılmaq, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir. Fərzlər ilə vitr arasında da, belə tərtib vardır. "Viqayə Şərhi"ndə də belədir. Bir kimsə, vitr namazını qılmadığını bildiyi halda, sabah namazını qılmış olsa, əbu Hənifə'yə görə, bu kimsənin namazı fasid olar. Hətta sübh vaxtında, işa ilə vitri qılmadığını xatırlayan bir kimsənin, 5 rükət qılacaq qədər bir vaxtı olsa, imam əbu Hənifə'nin qövlünə görə, bu kimsə, ilk əvvəl vitri qılar, sonra da sübh namazını qılar; kərahət vaxtı çıxdıqdan sonra da, işanı qəza edər.

• Vitr namazının və nafilə namazların bütün rükətlərində qiraət (Quran oxumaq), fərzdir. "Muhit"də də belədir.

• Vitr namazında, fatihədən sonra hansı surələrin oxunması lazım gəldiyi mövzusu üzərində durulmamışdır. "Mi'racu'd-Dirayə"də də belədir. Vitr namazını qılan kimsənin -fatihədən sonra- istədiyi surəni oxuması, gözəl görülmüşdür. "Muhit"də də belədir. Lakin, Peyğəmbər (sallallahu aleyhi və səlləm), vitr namazını, "Əla", "Kafirun""İxlas" surələri ilə qılardı. Sən də, bəzi günlərdə, təbbərrükən, vitr namazını, bu surələri oxuyaraq qıl; bəzən də, Quranın digər surələrindən ayrılmış olmaqdan çəkinmək üçün, digər surələri də oxu. "Təhzib"də də belədir.

• Fadli: "imam əbu Yusuf və imam Muhamməd'in görüşlərinə görə, Hənəfi məzhəbindən olan bir kimsənin, vitr namazında da Şafi bir imama tabe olması, səhihdir." demişdir. "Xülasə"də də belədir.

• Əgər işa namazı, dəstəmazsız; təravih və vitr namazı da, dəstəmazlı qılınsa; və sonra bu bilinsə, bu halda, işa namazı və təravih, yenidən qılınar. Vitr isə, yenidən qılınmaz. Çünki, təravih namazı, işa namazına tabedir; lakin vitr, belə deyildir. Bu, imam əbu Hənifə'yə görədir.

Əslində, təqdim (yəni, ilk əvvəl, işanı; sonra, təravih namazını; ardınca da vitr namazını qılmaq), tərtib (sıra) üçün gərəklidir. Buna görə:

Unutmaq üzründən dolayı, tərtib saqit olar (düşər) və vitr namazı unudularaq işa namazından əvvəl qılınarsa, bu hal, təravihin xilafına səhih olar.

Görüldüyü kimi, təravihin vaxtı, işanı əda etdikdən sonradır. Təravih namazı, işadan əvvəl qılınsa, əda edilmiş (qılınmış) sayılmaz. İmameyn'ə görə, vitr, işanın sünnətidir (təravih kimi). Təravihin vaxtının başlanması, işa namazından sonradır. Əgər təravih namazı, işadan əvvəl qılınmış olsa, bunun yenidən qılınması lazımdır. Bu, unudularaq olmuş olsa belə, yenə belədir.

Bu halda, vitrin yenidən qılınması xüsusunda görüş ayrılığı varsa da, təravihin və digər sünnətlərin yenidən qılınmasında, vaxt olduğu müddətcə, görüş ayrılığı yoxdur. "Təbyin"də də belədir.

• Vitr namazı, sadəcə ramazanda camaatla qılınır. Bunda, müsəlmanların icması vardır. "Təbyin"də də belədir.

• Vitri, ramazanda, camaatla qılmaq, evdə qılmaqdan daha fəzilətlidir. Səhih olan görüş də, budur. "Siracu'l-Vəhhac"da da belədir.

• Bəziləri də: "Vitri, tək başına evdə qılmaq, fəzilətlidir." demişlərdir. Bu da, bəyənilən görüşdür. "Təbyin"də də belədir.

• Muqtədi (namazda imama tabe olan kimsə)'nin ayrı-ayrı 2 məsciddə təravih namazı qılması, caizdir. Bu kimsə, ikinci məsciddə, vitr namazı qıla bilməz.

• Təravihin bir qismini imamla qılan; və ya imama daha əvvəl çata bilməyən; və ya təravihi başqası ilə qılan kimsələr, vitri, imamla qıla bilərlər. Səhih olan görüş də, budur. "Qunyə"də də belədir.

• Bir kimsə, 1 tərvihanı və ya 2 tərvihanı -imamla birlikdə- qıla bilmədiyi vaxt, əgər onlarla məşğul olunca vitri qıla bilməyəcəksə, bu halda, ilk əvvəl, vitri camaatla qılar; sonra da, çata bilmədiklərini qəza edər. Ustad Zahiru'd-Din şeyxu'l-imam da, bununla fətva verərdi.

("əl-Fətəva əl-Hindiyyə")

----------------------------------

----------------------------------

3 rükətdən ibarət olan vitr namazı, belə qılınır:

~ İlk əvvəl, o günün vitr namazını qılmağa niyyət edilir.

~ Sonra, "Allahu Əkbər" deyilərək, namaza başlanılır.

~ "Subhanəkə" oxunduqdan sonra, "əuzu bəsmələ" çəkilərək, fatihə oxunur.

~ (Bundan əvvəl) açıqlandığı şəkildə, ruku və səcdə edilir.

~ Sonra, ikinci rükətə qalxılır və yalnız bəsmələ ilə fatihə surəsi və bir miqdar daha Quran oxunaraq, yenə ruku və səcdə edilir.

~ Ondan sonra, oturulur. Bu oturuş, birinci qa'də (oturuş)'dur. Bunda, yalnız ət-təhiyyətu oxunur.

~ Ondan sonra, "Allahu Əkbər" deyilərək, üçüncü rükətə qalxılır. Bunda da, yalnız bəsmələ ilə fatihə və bir miqdar daha Quran oxunaraq, ayaqda ikən əllər qaldırılıb "Allahu Əkbər" deyə təkbir gətirilir. Əllər, təkrar bağlanıb, ayaqda "qunut duası" oxunur.

~ Sonra "Allahu Əkbər" deyə ruku və səcdə edilir.

~ Ondan sonra, oturulur. Bu da, son oturuşdur. Bunda da, bildiyimiz kimi, ət-təhiyyətu ilə salavatlar və "Rabbənə ətinə" duası oxunaraq, 2 tərəfə salam verilir.

(İmam Şafi'yə görə, vitrdə qunut duasını oxumaq, ramazanın son yarısına məxsusdur və rukudan qalxınca, oxunulur. Şafii'lərə görə, vitr namazının ən azı, 1 rükət; ən çoxu da, 11 rükətdir.)

Vitr namazına dair bəzi məsələlər:

189. Vitr namazının bəzi xüsusiyyətləri vardır ki, bunları, qısaca, belə sıralaya bilərik:

1. Vitr namazı, yalnız Ramazan ayında camaatla qılınır. İmam olan şəxs də, 3 rükətin hər birində, təkbirləri, təsmiləri və qiraəti, açıq şəkildə edər. Qunut duası, imam və camaat tərəfindən, gizlicə oxunulur. Ramazan ayından başqa günlərdə isə, vitr namazını camaatla qılmaq, məkruhdur.

2. Məsbuq, imamla bərabər qunut duasını oxuyar. Çata bilməmiş olduğu rükətləri qəza edincə, artıq qunut duası oxumaz.

3. Bir kimsə, vitr namazında şübhələnib üçüncü rükətdəmi, yoxsa ikinci rükətdəmi olduğunu bilə bilməsə, içində olduğu rükətdə qunut oxuyar. Ruku və səcdələrdən sonra qalxar 1 rükət daha qılar, təkrar qunut oxuyar. Ruku və səcdələrdən sonra təşəhhüddə oturar. Salam ilə namazını tamamlayar. Əgər belə şübhəyə, birinci rükətdə ikən düşərsə, üçüncü rükət olmaq ehtimalı olan hər rükətdə, qunut duasını oxuyar.

4. Vitrdən başqa namazlarda, qunut duası oxunmaz. Yalnız bir müsibət və bəla kimi hallarda, sübh namazının fərzində, qunut oxuna bilər.

(İmam Malik və Şafi'yə görə isə, daim sübh namazlarının fərzində, rukudan sonra qavmə halında, qunut duası oxunur. Bu qunut, Malikilərə görə, müstəhəb; Şafii'lərə görə isə, sünnətdir.)

5. Sübh namazlarında qunut duası oxuyan bir Maliki və ya Şafii'yə tabe olan bir Hənəfi, sükut edər; qunut oxumaz. Əgər oxumaq istəyərsə, gizlin oxuyar.

6. Qunut duasını bilməyən, yalnız, "Rabbənə ətinə" ayətini oxuya bilər. 3 dəfə "Allahummə'ğfirli" də deyə bilər. 3 dəfə "Yə Rabbi" (Ey Rəbbim!) deməsi də, caizdir.

(Ömər Nasuhi Bilmən, "Böyük İslam Elmihalı")

Read 37.881 times
In order to make a comment, please login or register