Vitr namazı neçə rükətdir?

Vitr namazının 3 rükət olması

Bu başlıq altında:

• Vitr namazının, bir-birinə bitişik 3 rükət halında qılınacağı;

• Arada salam verilməyəcəyi;

• Tək rükət olaraq qılınmayacağı;

• İkinci rükətin sonunda (yəni, qa'də'də) oturmağın vacib olduğu; və

• Onda, nə oxunacağı

mövzuları işlənəcəkdir.

-------------------------------------

1652. Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitrin 2 rükətində, salam vermirdi."

Bu hədisi,

~ Nəsai ("Vitr", 36), haqqında bir söz danışmadan rəvayət etməkdədir.

~ "Asaru's-Sünən"də (ll, 11), belə deyilir: "İsnadı, səhihdir."

~ Hakim'in, "əl-Müstədrək"dəki (l, 204) rəvayətinə görə, Aişə (radiyallahu anha)'nın sözü:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitrin ilk 2 rükətində salam vermirdi." şəklindədir.

Hakim, daha sonra: "Bu, Buxari və Muslim'in şərtlərinə görə səhih bir hədisdir." deməkdə; Zəhəbi də, "ət-Təlxis"də, onu təsdiqləməkdədir. (haşiyə)

------------------------

(Haşiyə:

Hədis, zəifdir. Bax: Nəsai, "Vitr", 36; Hakim, l, 304.

------------------------

1653. Aişə (radiyallahu anha), belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitri 3 rükət olaraq qılar; sadəcə, sonunda salam verərdi."

Bu hədisi, Hakim ("əl-Müstədrək", l, 204) rəvayət edir və eyni zamanda, onu, mövzu haqqında dəlil sayaraq: "Bu, möminlərin əmiri Ömər (radiyallahu anh)'ın vitridir və Mədinəlilər, bunu, Ondan götürmüşlərdir." deməkdədir. Zəhəbi, "ət-Təlxis"də, onun haqqında susmuşdur (yəni, hədis haqqında, hər hansı bir söz danışmamışdır). Bu, həsən bir rəvayətdir. (haşiyə) Zeylai və ibn Həcər də, onu, Hakimə nisbət edərək rəvayət edirlər.

----------------------

(Haşiyə:

Bu hədis, zəifdir. Hakim (l, 304), onu rəvayət etdikdən sonra, Buxari və Muslim'in şərtlərinə görə səhih olduğunu deməkdədir. Zəhəbi də, ona qatılmaqdadır. Bax: "əl-İrva", ll, 150)

-----------------------

Yalnız:

~ Zeylai, onu, "Nasbu'r-Rayə"də (l, 277): "lə yusəllimu = salam vermir" ləfzilə rəvayət edərkən;

~ ibn Həcər Asqalani, "əd-Dirayə"də (s. 114): "Sadəcə sonunda salam verirdi." şəklində rəvayət etməkdədir.

1652 və 1653 no-lu hədislərin, "vitrin bir-birinə bitişik 3 rükət olacağı və arada salam verilməyəcəyi" xüsuslarına dəlaləti, açıqdır.

Lakin, Buxaridə, bununla zidd düşən bir rəvayət vardır. Orda bildirildiyinə görə:

"Abdullah b. Ömər (radiyallahu anh), vitr əsnasında, bəzi ehtiyaclarını bildirmək üçün, 1 rükətlə 2 rükətin arasında, salam verirdi." (Buxari, "Vitr", 1)

Bu mövzuda, ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 401), belə deyir:

Səid b. Mansur'un, səhih bir sənədlə, Bəkr b. Abdullah əl-Muzəni'dən nəql etdiyi rəvayət, bundan daha açıqdır. Orda, "ibn Ömər (radiyallahu anh), 2 rükət qıldı; sonra: 'Ay uşaq! Bizim üçün yola çıx.' dedi. Sonra da, qalxdı və 1 rükət vitr qıldı." deyilməkdədir.

Tahavi,

Səlim b. Abdullah b. Ömər ---> atası Abdullah b. Ömər (radiyallahu anh)

isnadı ilə, belə rəvayət edir:

"O, qılmış olduğu namazın 2 rükətilə vitrin (tək rükətinin) arasını, salam ilə ayırır; və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də, belə etdiyini bildirirdi."

Tahavi, bu rəvayətin isnadının, qüvvətli olduğunu da söyləməkdədir.

Deyirəm:

Bu rəvayət, Abdullah b. Ömər (radiyallahu anh)'ın, vitri tək rükət olaraq qıldığına, dəlalət etməz. Etsə-etsə, ən nəhayətində, onun, vitri 3 rükət olaraq qıldığına; və 2 rükət qılınca, ehtiyac halında, arada salam verib danışdıqdan sonra, son rükətin, bu ikisi üzərinə bina edilməsini caiz gördüyünə dəlalət edər. Necə ki, ibn Həcər də (ll, 201):

"Bunun zahirinə görə, o, vitri ara vermədən qılırdı. Lakin bir ehtiyac ortaya çıxarsa, salam verər və qıldığının üzərinə bina edərdi." deməkdədir.

------------------------

Namazda bina məsələsi: (haşiyə)

------------------------

(Haşiyə:

Bina və İstixlaf:

https://suallarlaislam.com/.../namaz-qilark%C9%99n-d%C9...)

-------------------------

Namaz qılarkən salam verib danışdıqdan sonra namazın davamının, qılınan qismin üzərinə bina edilməsinin caiz olub-olmadığı məsələsi, başlı-başına ayrı bir mövzudur. Bunun, fərz namazlarda və digər nafilələrdə caiz olmadığı xüsusunda, ittifaq vardır. Ancaq, vitr namazında caiz olub-olmadığı xüsusunda, səhabədən fərqli görüşlər nəql edilməkdədir. ibn Ömər (radiyallahu anh)'ın da aralarında yer aldığı bəzi səhabələrə görə, vitr namazında salam və danışmadan, hətta dəstəmaz pozulduqdan və yatdıqdan sonra bina, caizdir. Az sonra gələcək olan, “vitrin gecənin sonunda pozulması və 1 rükət daha qılınaraq cüt (şəf) hala gətirilməsi” mövzusu da, buna dəlalət edir. Ancaq biz, namazda dəstəmazın pozulması mövzusunu işləyərkən bildirdik ki, namaz əsnasında danışmaq, az da olsa - çox da olsa; xəta ilə də olsa - bilə-bilə də olsa, namazı pozar. Namazda binanın caiz olması üçün, araya danışmağın girməməsi, şərtdir. Orda olanların hamısını, səhih, mərfu və qövli hədislərlə isbat etdik. Bu hədislər, namazlar arasında vitr və ya başqası şəklində ayrım gətirməyən ümumi ifadələrdir. Dolayısı ilə, onları əsas almaq, bu səhabələrin söz və fellərini (tətbiqatlarını) isə, təvil etmək lazımdır. Eyni zamanda, iləridə zikr edəcəyimiz: "Bir gecədə, 2 vitr yoxdur." hədisi də, vitrin pozulmasını, qəbul etməməkdədir.

Xülasə etsək: ibn Ömər (radiyallahu anh), vitri, bir-birinə bitişik 3 rükət olaraq qılardı. Lakin, 2 rükətin sonunda salam verməyi və danışmağı, 3-cü rükətin bunlara bina edilməsinə mane olaraq görməzdi. Ona görə, aradakı bu salam və danışmaq, başdakı o ilk təhriməni (yəni, iftitəh təkbirini) kəsirdi. Bununla bağlı rəvayətlər, onun, vitri 3 rükət olaraq qıldığında birləşirlər. İləridə gələcək olan 1666 no-lu Uqbə b. Muslim hədisi də, buna dəlalət etməkdədir.

Uqbə'dən belə rəvayət edilir:

ibn Ömər (radiyallahu anh)'dan, vitri soruşdum.

- O: "Gündüzün vitrini bilirsənmi?" dedi.

- Mən: "Bəli. (Gündüzün vitri), məğrib namazıdır."

- O: "Doğru söylədin; gözəl cavab verdin." dedi.

Burda, ibn Ömər (radiyallahu anh)'ın, vitrlə bağlı suala, "Gündüzün vitrini bilirsənmi?" deyə, yəni, "O (vitr), onun (məğrib namazı) kimidir." deyə cavab verməsi, qəribədir. Bu cavabdan, ibn Ömər (radiyallahu anh)'a görə, məğrib namazı kimi; vitr namazının da, 3 rükət olduğu başa düşülməkdədir. Bizim də dediyimiz, budur. Onun, 2 rükətdən sonra salam verməyin və danışmağın, 3-cü rükətin onlar üzərinə bina edilməsinə mane olmayacağı şəklindəki görüşünü nə üçün mənimsəmədiyimizi, daha əvvəl açıqlamışdıq. Onun feli (tətbiqatı) haqqındakı cavabımız da, budur.

Tahavi'nin, ibn Ömər (radiyallahu anh) ilə bağlı olaraq nəql etdiyi:

"O, qılmış olduğu namazın 2 rükəti ilə vitrin (tək rükətinin) arasını salam ilə ayırır və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də, belə etdiyini bildirirdi."

rəvayətini, Əhməd b. Hənbəl də (ll, 76), rəvayət edir.

"Təlxisu'l-Habir"də (l, 117) ifadə edildiyinə görə, bunu, Əhməd b. Hənbəl'dən başqa rəvayət edən də vardır və onun rəvayəti, bu şəkildədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitr (tək rükət) ilə 2 rükət arasını, bir salamla ayırar və o salamı, bizə də eşitdirərdi."

Buna cavabımız, belədir:

Bildiyimiz qədərilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, vitrdə bu şəkildə ara verdiyini rəvayət edən, ibn Ömər'dən başqa biri yoxdur. Halbuki, bu mövzuda, ondan fərqli rəvayətləri olan bir çox səhabə vardır. Məsələn,

~ Aişə (radiyallahu anha):

"O (sallallahu aleyhi və səlləm), vitrin 2 rükətində, salam vermirdi." deməkdədir. (Nəsai, "Qiyamu'l-Leyl", 36; ibn əbi Şeybə, "əl-Musannəf", ll, 53; imam Muhamməd, "əl-Muvatta", s. 146; Hakim, "əl-Müstədrək", l, 304.)

~ (Yenə), Ondan nəql edilən bir ifadə, belədir:

"O (sallallahu aleyhi və səlləm), vitri 3 qılırdı. Vitrin 2 rükətində salam vermirdi." (Bir əvvəlki hədisin qaynaqları).

~ Nəql edilən bir başqa ifadəyə görə, yenə Aişə (radiyallahu anha), belə demişdir:

"O (sallallahu aleyhi və səlləm), vitri, 3 qılırdı. Sadəcə, onların sonunda salam verirdi." (Bir əvvəlki qaynaqlar).

Bu 2 rəvayətin də sənədi, səhih və həsəndir.

Əhməd b. Hənbəl də (Vl, 155), Onun: "Sonra, aralarını ayırmadan 3 rükət vitr qıldı."

dediyini rəvayət edir. Bu rəvayətin sənədi, həsəndir.

Bu xüsusda, Ubey b. Ka'b və Ənəs b. Malik də, Aişə (radiyallahu anha)'ya müvafiqdirlər.

~ Ubey b. Ka'b, sənədi səhih bir rəvayətlə, belə deyir:

"Sadəcə, onların sonunda salam verirdi." (Nəsai, "Qiyamu'l-Leyl", 37; Daraqutni, ll, 31. Hədis, səhihdir!)

~ Ənəs b. Malik (radiyallahu anh) da, vitri, 3 rükət qılıb, sonunda salam vermiş və: "Bunu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən götürdüm." demişdir.

~ ibn Məsud (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Gecənin vitri, gündüzün vitri olan məğrib namazı kimi 3 rükətdir." buyurduğunu deməkdədir. (haşiyə)

İləridə zikr ediləcəyi üzərə (1677 no-lu hədis haqqında danışılarkən), bu hədisin sənədi, həsəndir və o, məğrib namazının 3 rükətinin arası bölünmədiyi kimi; vitrin 3 rükətinin arasının da bölünməyəcəyini ifadə etməkdədir.

Biz, bu mövzuda, ibn Ömər (radiyallahu anh)'ın rəvayətinə, həm rəvayət, həm də dirayət cəhətindən daha üstün gəldiyi üçün, bir çox səhabədən nəql edilən rəvayəti götürdük.

----------------------

(Haşiyə:

Bu hədisi, Daraqutni (ll, 28) rəvayət edir və sənədindəki Yəhya'nın zəif olduğunu; hədisin, sadəcə onun tərəfindən rəvayət edildiyini (yəni, təfərrüd olduğunu) söyləməkdədir.

Beyhaqi də, belə deyir: Doğrusu, bu, ibn Məsud (radiyallahu anh)'ın öz sözüdür (yəni, məvqufdur). Sevri və başqaları, onu, Ə'məş'dən, bu şəkildə rəvayət etmişlərdir. Onu, ibn əbi'l-Havacib, mərfu olaraq rəvayət etmişdir və o da, zəifdir.

Daraqutni, bunu, Aişə (radiyallahu anha)'nın hədisi olaraq da rəvayət etməkdədir. Lakin, bu rəvayətin sənədində də, zəif olaraq dəyərləndirilən İsmayıl b. Muslim əl-Məkki vardır. ("Təlxisu'l-Habir", ll, 15)

---------------------------------

I. Bunların, ibn Ömər (radiyallahu anh)'ın rəvayətinə, rəvayət cəhətindən necə üstün olduğu, açıqdır. Çünki:

~ Çox saydakı şəxsdən gələn rəvayəti götürmək, tək şəxsdən gələn rəvayəti götürməkdən, daha yaxşıdır.

~ Bununla bərabər, Aişə (radiyallahu anha), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vitri qılmasını, ibn Ömər (radiyallahu anh)'dan daha çox görürdü. Çünki O (sallallahu aleyhi və səlləm), vitri, daim evində və ümumiyyətlə də, gecənin son vaxtında qılırdı. Halbuki, ibn Ömər (radiyallahu anh), bu son vaxtda və ya işadan sonra, Onun evində olmazdı.

~ Yenə Ənəs (radiyallahu anh) da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xidmətində olan xüsusi şəxslərdən olması səbəbilə, digər insanlara görə, Onun yanında daha çox olan biri idi.

Il. ibn Ömər (radiyallahu anh) rəvayətini deyil; digərlərininkini, dirayət cəhətindən tərcihə daha uyğun görməyimizin səbəbi haqqında isə, belə deyirik:

Namazın 2 rükəti ilə tək rükətinin arasının ayrılması, heç bir fərz və ya nafilə namazda bənzəri olmayan bir haldır. Bu cəhətdən, qiyasa uyğun olan da, ibn Ömər (radiyallahu anh)'ın rəvayəti deyil; camaatın (yəni, əksəriyyətin) rəvayətidir.

"Nasbu'r-Rayə"də (l, 278) bildirildiyinə görə, Hazimi, "ən-Nasix və'l-Mənsux" adlı kitabında, belə deyir:

"22-ci təvcih, 2 hədisdən birinin qiyasa uyğun olması, digərinin isə olmamasıdır. Bu halda, ikincinin tərk edilib, birincinin götürülməsindən başqa yol yoxdur."

Həsən əl-Basri, "ibn Ömər (radiyallahu anh), vitrin 2 rükətində salam verirdi." deyilincə, bu səbəbdən dolayı, "Ömər (radiyallahu anh), ondan daha fəqih idi. O, üçüncüdə (yəni, 2 rükətin sonunda oturduqdan sonra), təkbir ilə qalxardı." demişdir.

Bunu, Hakim, "əl-Müstədrək"də (l, 304) rəvayət edir və özü də, Zəhəbi də, hədis haqqında sükut etmişlərdir.

Burda, Həsən əl-Basri'nin, tərcih metodunu istifadə etdiyi və Ömər (radiyallahu anh)'ın felini (yəni, tətbiqatını), oğlunun felinə tərcih etdiyi; Ömər (radiyallahu anh)'ın felinin, fiqhə daha uyğun olduğuna da işarət etdiyi görülməkdədir.

ibn Ömər (radiyallahu anh) hədisində, bəzilərinə görə işkəl vardır. Və belə deyilmişdir:

"İnsaflı olmaq lazım gələrsə, buna verilən cavab, müşküldür. Bunun yerinə: 'Bu mövzuda, səhih olaraq gələnlərin hamısı, doğrudur və mümkündür. Lakin müctəhid, zövqü ilə və başqa qərinələrlə, özünə daha qüvvətli olanı tərcih etmişdir.' demək, daha doğrudur."

Deyirəm:

Allah, onu öldürsün. And olsun ki, elmdə dərinlik iddiasında olan heç kim, bu sözü söyləməz. Söyləyərsə də, bunu, ancaq, hədis elmindəki əskikliyindən dolayı söyləyər. Allah tərəfindən özünə elm qapısı açılmış və elmdə nəzər genişliyi ilə ruziləndirilmiş biri, heç bir şəkildə, mövzunu, müctəhidin zövqünə həvalə etmə ehtiyacı duymaz. Əksinə, başqalarının tərcihi qarşısında, o mövzuda imam olanın tərcihini, önündə pərdə olmayan günəş kimi görər və mənimsəyər.

ibn Ömər (radiyallahu anh)'ın rəvayətinə qarşı əksəriyyətin rəvayətinin tərcihə daha uyğun olduğu sabit olunca, onun rəvayətini, qətiliklə təvil etmək lazım gəlir. Bu halda, daha uyğun olanı, belə deməkdir:

Bu, daha əvvəl, müstəqil olaraq qıldığına 1 rükət əlavə etmək; və beləcə, vitri pozmağın qadağan edilməsindən əvvəl idi. Necə ki, "1 gecədə, 2 vitr yoxdur." hədisi də, buna dəlalət etməkdədir.

Səhabədən bəzilərinin, gecənin ilk saatlarında vitr qıldıqları; sonra da, gecənin sonunda, ona 1 rükət əlavə edərək, əvvəlki vitrlərini pozduqları bilinməkdədir. Bu, rəy ilə bilinə bilməyəcək xüsuslardandır. Çünki burda, bir namazda salam verildikdən, dəstəmaz pozulduqdan, yuxudan və arada uzunca fasilə olduqdan sonra, başqa bir namazdan bəhs edilməkdə və ikincisinin hökmü, birincisinə söykənməkdədir. Belə bir mövzunun caiz olduğunun, ilk əvvəl, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşidilmiş olması lazımdır.

Bu:

~ Bir tərəfdən: vitr üzərinə, araya yuxu və dəstəmazsızlıq halı girdikdən sonra bina edilməsinin və ona 1 rükət əlavə edilməsinin caiz olmasını gərəkdirərkən;

~ Digər tərəfdən: vitrin 2 rükətinin üzərinə, araya salam və danışmaq girdikdən sonra 3-cü rükətin bina edilməsinin caiz olmasını gərəkdirməkdədir. Çünki, bu xüsusda, 3-cü rükətin bina edilməsi ilə 4-cünün bina edilməsi arasında, fərq yoxdur.

Sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm),

~ həm bir gecədə 2 vitr qılınmasını və qılınan vitrin pozulmasını;

~ həm də tək rükət namazı, qadağan edincə,

bir namaz üçün salam verdikdən və araya danışmaq və uzun fasilə girdikdən sonra başqa bir namazın ona söykənməsinin hökmü, qalmadı. Bu hal da, ibn Ömər və bənzəri səhabələrə çatmadı və onlar, salamdan və belə hallardan sonra 1 rükəti, 2 rükət üzərinə bina etməyə; qıldıqları vitri pozmağa davam etdilər. (Ən doğrusunu, Allah bilir.)

(Bu görüşümüzə qarşı), "Bu, dəlilə söykənmədən, nəsx iddiasında olmaqdır." deyilə bilməz.

Çünki, bir mövzuda, həm qadağan edən, həm də mübah qılan ünsürlər varsa, 2 dəfə nəsx olmasın deyə; qadağan edən, zaman etibarı ilə sonra qəbul edilir. Bunu, "Müqəddimə"də açıqlamışdıq.

----------------------------------

1654. Abdullah b. Qays'dan belə rəvayət edilir:

Aişə (radiyallahu anha)'dan: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), neçə rükətlə vitr edirdi?' deyə soruşdum. O, belə dedi:

~ 4 və 3 ilə;

~ 6 və 3 ilə;

~ 8 və 3 ilə;

~ 10 və 3 ilə.

Vitri, 13-dən çox; 7-dən də əskik etmirdi."

Bu hədisi:

~ Əhməd b. Hənbəl (Vl, 83, 88);

~ əbu Davud, "Salat", 26;

~ Tahavi, "Şərh-u Məani'l-Asar", l, 285

rəvayət etmişlərdir. Sənədi, səhihdir! ("Asaru's-Sünən", ll, 11)

Bu hədisin, vitrin, 3 bitişik rükət halında qılınacağına dəlaləti, açıqdır. Çünki, əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), 2 rükətdən sonra salam vermiş olsaydı, o vaxt, Aişə (radiyallahu anha), Onun vitri haqqında danışarkən,

~ 6 və 1 ilə;

~ 8 və 1 ilə;

~ 10 və 1 ilə;

~ 12 və 1 ilə

deməsi lazım gələrdi. Halbuki, 3 rükət, bir kəlimə ilə ifadə edilmişdir və bu hal, onların bitişik olaraq qılındığına dəlalət edir.

Buna qarşı, Tirmizi xaricindəki "Kütüb-ü Sittə" müsənnifləri tərəfindən rəvayət edilən başqa bir hədis daha vardır. (Buxari, "Vitr", 1; Muslim, "Salatu'l-Musəfirin", 122; əbu Davud, "Tatavvu", 26; Nəsai, "Səhv", 74; ibn Macə, "İqamətu's-Salah", 81)

Ona görə, Aişə (radiyallahu anha), belə deməkdədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), işa namazını bitirdikdən sonra, fəcrə qədər keçən zamanda, 11 rükət namaz qılardı. Hər 2 rükətin arasında salam verərdi və tək rükətlə vitr edərdi."

"Nəylu'l-Əvtar"da da (ll, 279) zikr edilən bu hədis, "Hər 2 rükətdə təşəhhüd edirdi." şəklində başa düşülməlidir. Əhlinə də məlum olduğu üzərə, bir çox hədisdə, təşəhhüd haqqında, salam vermə ifadəsi yayğın olaraq istifadə edilir. O, bilinən mənada namazı bitirmək salamı olaraq başa düşülsə belə, o vaxt da, bu hədisin mənası, "Vitrin 2 rükəti xaricində, hər 2 rükətdə salam verirdi." demək olur. Çünki, Aişə (radiyallahu anha)'dan, bu babın başında Nəsai və Hakim tərəfindən nəqlən rəvayət edilən,

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitrin 2 rükətində salam vermirdi."  hədisi, buna dəlalət etməkdədir.

Onun bir rəvayəti də:

"Vitri, 3 qılırdı və sadəcə, onların sonunda salam verirdi." şəklindədir.

Əhməd b. Hənbəl tərəfindən rəvayət edilən və az sonra (1656 no-lu hədisdə) gələcək olan şəklində də:

"Aralarını ayırmadan, 3 rükət vitr qıldı." deyilməkdədir.

Müfəssər (açıq ifadəli) bir ifadə qarşısında, mücməl (qapalı) ifadənin, hökmü olmaz. Aişə (radiyallahu anha)'nın, "Kütüb-ü Sittə" müsənniflərinin rəvayətində keçən:

"Hər 2 rükətin sonunda salam verirdi." ifadəsilə, vitrin 2 rükətini qılınca salam verməyin qəsd edildiyi, açıq deyildir. Bununla, təğlib üslubu ilə (2 istifadədən daha yayğın olanı əsas alaraq) istifadə edilmiş bir ifadə olmasına həml etmək surətilə, bizim az əvvəl təvil etdiyimiz mənanın qəsd edilmiş olması da, ehtimal daxilindədir.

Hədisin, Nəsai, Hakim və Əhməd b. Hənbəl tərəfindən zikr edilən şəkli açıqca göstərməkdədir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), vitrin ikinci rükətindən sonra salam vermirdi və 3 rükəti, aranı ayırmadan, tək salamla qılırdı.

Qaldı ki, hər 2 rükətdə salamdan bəhs edən hədisi, Aişə (radiyallahu anha)'dan, Urvə rəvayət etməkdədir. İləridə də açıqlayacağımız üzərə, bu mövzuda, Urvə'nin, Aişə (radiyallahu anha)'dan rəvayəti, mudtaribdir (haşiyə). Belə bir rəvayət, bizə qarşı, dəlil ola bilməz. O, mudtarib olmayan səhih hədislər qarşısında, dura bilməz. Bu rəvayətdə, "Və tək rükətlə vitr edərdi." deyilirsə də, bu, "İkiyə əlavə edilən tək rükətlə vitr edərdi." mənasında başa düşülməlidir. Qılınan namazın, "vitr (tək, cüt olmayan)" olması, bu son rükətlə gerçəkləşdiyi üçün, burda, "Tək rükətlə vitr edərdi." deyilmişdir. Çünki bu rükət, əvvəlkiləri "vitr/tək" qılmaqdadır.

------------------------------

(Haşiyə:

Mudtarib: Bir-birinə bərabər müxtəlif surətlərdə rəvayət edilmiş olan hədisdir. Bunun, 1 ravidən 2 və ya daha çox rəvayət edilmiş olması ilə, ikinci bir ravidən və ya tərcih edilmə səbəbi olmayan 2-dən çox ravidən rəvayət edilmiş olması arasında, heç bir fərq yoxdur. Əgər 2 rəvayətdən və ya rəvayətlərdən 1-i, ravisinin hifzi və ya digər tərcih növlərindən birilə mürəccəh (tərcih edilmiş) olarsa, bu halda, hökm, racih (sihhət yönü daha qüvvətli) olan rəvayətindir və hədis, mudtarib olmamış; və mərcuh (racih olmamış) olan rəvayət də, şazz və ya münkər olmuş olur.

İdtirab (rəvayətin mudtarib olması), bəzən sənəddə, bəzən mətndə və bəzən hər ikisində də vaqe ola bilər.)

-----------------------------

1655. Amrə'nin rəvayətinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitri, 3 qılırdı.

~ Birinci rükətdə: Səbbihi'smə Rabbikə'l-Ə'lə;

~ İkinci rükətdə: "Qul yə əyyuhə'l-kəfirun;

~ Üçüncü rükətdə də: Qul huvəllahu Əhəd; Qul əuzu bi Rabbi'l-fələq; və Qul əuzu bi Rabbi'n-nəs'i

oxuyurdu."

Bu hədisi,

~ Daraqutni (ll, 35);

~ Tahavi, "Şərh-u Məani'l-Asar" (l, 285);

~ Hakim, "əl-Müstədrək", l, 305

rəvayət etmişlərdir.

ibn Həcər, "Təlxisu'l-Habir"də (lll, 118), belə deyir:

Uqayli, onun sənədinin, səhih olduğunu söyləməkdədir. Lakin ibn Abbas (radiyallahu anh) və Ubey b. Ka'b (radiyallahu anh)'ın "muavvizeteyn"in (fələq və nasın) yer almadığı rəvayətləri, daha səhihdir. İbnu'l-Cevzi, Əhməd b. Hənbəl və Yəhya b. Main'in, bu hədisdəki muavvizeteyn əlavəsini xoş görmədiklərini bildirməkdədir.

Bu hədisdəki "Vitri 3 qılırdı." ifadəsinin, bu 3-ün, bitişik və 1 salamla olduğuna dəlaləti, açıqdır.

-----------------------------

1656. əbu'n-Nədr ---> Muhamməd (b. Raşid) ---> Yezid b. Yə'fur ---> Həsən (əl-Basri) ---> Sə'd b. Hişam

sənədilə bildirildiyinə görə, Aişə (radiyallahu anha), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), işanı qılınca evə girər; sonra 2 rükət namaz qılardı. Sonra da, onlardan daha uzun 2 rükət qılardı. Sonra da, aralarını ayırmadan, 3 rükət vitr qılardı."

Bu hədis, Əhməd b. Hənbəl (Vl, 155) tərəfindən rəvayət edilmişdir. Sənədi, "yu'təbəru bih = diqqətə alına bilən" (xüsusiyyətdə)'dir. (Niməvi, "Asaru's-Sünən", s. 11)

Deyirəm:

Sənəddəki ravilərdən:

~ əbu'n-Nadr, haqqında sual soruşulmayacaq (lə yusəlu anh) biridir. Zatən Əhməd b. Hənbəl'in hədis götürdüyü şəxslərin (şeyxlərinin) hamısı da, siqadır.

~ Muhamməd b. Raşid haqqında, hər nə qədər danışılmışdırsa da; eyni zamanda, siqa olduğu da ifadə edilmişdir.

~ Yezid b. Yə'fur haqqında, Daraqutni, "diqqətə alına bilən" demişdir.

~ Onu, ibn Hibban, siqalar arasında saymaqdadır.

~ Zəhəbi, onun üçün, "əl-Mizan"da, "ləysə bi huccə = hüccət deyildir" deməkdədir. ("Tə'cilu'l-Mənfəə", s. 455) Bu, xəfif bir tənqiddir.

Nəticə etibarı ilə, hədisin sənədi, həsəndir. Onu, ibn Həcər də, "ət-Təlxis"də (l, 116) zikr edir və haqqında bir söz danışmır.

Bu hədis, 3 rükərin bitişik olduğuna və aralarının salamla ayrılmadığına, açıqca dəlalət etməkdədir.

------------------------------

1657. əbu Sələmə b. Abdu'r-Rahmən, Aişə (radiyallahu anha)'dan, ramazanda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazının (təhəccüdünün) necə olduğunu soruşur. O da, belə cavab verir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazanda da, ramazan xaricində də, 11 rükətdən çox qılmazdı. İlk əvvəl, 4 rükət qılardı. Onların gözəlliyini soruşma. Sonra, 4 rükət də qılardı. Onların da gözəlliyini və uzunluğunu soruşma. Sonra da, 3 rükət qılardı."

Bu hədisi,

~ Buxari, "Təhəccüd", 16;

~ Muslim, "Salatu'l-Musəfirin", 125

rəvayət etmişlərdir.

Aişə (radiyallahu anha)'nın, "İlk əvvəl, 4 rükət qılardı...Sonra 4 də qılardı...Sonra da 3 qılardı..." sözü, bundan əvvəlki hədislərlə eyni mənaya dəlalət edir.

Aişə (radiyallahu anha)'ya aid bu sözlərin hamısından, vitrin, tək salamla 3 rükət olaraq qılındığı nəticəsi çıxır.

Digər tərəfdən, Muslim ("Salatu'l-Musəfirin", 123), Aişə (radiyallahu anha)'nın,

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), gecə, 13 rükət qılardı. Bu əsnada, 5 rükət vitr qılardı və sonuncusu xaric, bunların heç birində oturmazdı."

dediyini rəvayət edirsə də, bu, Hişam b. Urvə'nin, atasından nəql etdiyi bir rəvayətdir və Hişam'ın, bu mövzuda, Aişə'dən nəql etdiyi rəvayət, mudtaribdir.

İbn Şihab da, Urvə vasitəsilə, Aişə (radiyallahu anha)'nın:

"O (sallallahu aleyhi və səlləm), gecə, 11 rükət qılırdı və onlardan 1-ini vitr edirdi. Onu bitirincə, sağ yanı üzərinə yatırdı. Nəhayət, müəzzin gəlirdi və O, xəfif 2 rükət qılırdı."

dediyini nəql edir.

Bu, Malik'in, Zühri'dən nəql etdiyi bir rəvayətdir. Muslim və Tahavi'də bildirildiyinə görə, Amr b. əl-Haris və Yunus da, ona mutabaat edir və bunu, ondan (ibn Şihab'dan) rəvayət edirlər. (Muslim, "Salatu'l-Musəfirin", 122; Tahavi, "Şərh-u Məani'l-Asar", l, 283)

Sadəcə Tahavidə yer alan bir rəvayətdə, ona, ibn əbi Zi'b də, mutabaat edir və bu rəvayətdə, bu əlavə də vardır:

"İşa namazını bitirib sübh namazına qədər olan müddətdə, 11 rükət qılardı. Hər 2 rükətdə, salam verər; vitri də, tək rükət edərdi."

Bu hədisə görə, gecə, işa namazından sonra qılınan namazın hamısı, 11 rükət idi və vitr də, 1 rükət idi.

Tahavidə ("Şərh-u Məani'l-Asar", l, 283),

Malik ---> Hişam b. Urvə ---> Urvə

sənədilə zikr edilən bir rəvayətə görə, Aişə (radiyallahu anha):

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), gecə, 13 rükət qılırdı. Sonra azanı eşidincə, xəfif 2 rükət qılırdı."

Bu hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, vitri necə qıldığı haqqında, bir məlumat yoxdur.

Abdullah b. Nəmr --> Hişam ---> Hişamın atası

sənədilə də, Aişə (radiyallahu anha)'nın:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), 13 rükət qılırdı. Onlardan 5-ini vitr edirdi və sonuncusu xaric, bunların heç birində oturmurdu."

dediyi bildirilməkdədir.

Bunu, az əvvəl keçdiyi üzərə, Muslim və eyni zamanda, Tahavi (l, 167) rəvayət edir. Bu rəvayətdə, sübh namazının 2 rükətinin, bəhsi edilən 13 rükətə daxil olub-olmadığı, müəyyən deyildir. Yalnız, burda, Zühri'nin 1 rükət qılındığına dair rəvayətinin əksinə, vitrin 3 qılındığı əlavəsi vardır. Bununla bərabər, Zühri'nin rəvayətində, "Hər 2 rükətdə salam verirdi." deyilərkən; bu rəvayətdə, "Sonuncusu xaric, bunların heç birində oturmurdu." deyilməkdədir.

Tahavi, (mövzu haqqındakı danışarkən), deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, vitri (gecə qıldığı namazı), necə qıldığı haqqında, Urvə'nin, Aişə (radiyallahu anha)'dan nəql etdiyi rəvayətə dair nəqllər, mudtarib olunca, onun, bu rəvayətlərinin, dəlil (hüccət) dəyəri olmaz. O vaxt, Urvə xaricindəki ravilərin, Aişə (radiyallahu anh)'dan nəql etdikləri rəvayətlərə rücu edilər."

Sonra, Tahavi, bunun ardından, eyni mövzuda, Urvə xaricindəki ravilərin, yenə, Aişə (radiyallahu anha)'dan nəql etdikləri rəvayətləri sərd etdikdən sonra, belə davam edir:

"Bu sayədə, sabit olmuşdur ki, vitr, 3 rükətdir və sadəcə, son rükətdə salam verilir.

Eyni mövzuda, Hişam'ın, atasından nəql etdiyi: 'Peyğəmbər (sallallahu aleyhi və səlləm), 5 rükətli vitr qılırdı və sadəcə, sonuncusunda otururdu.' şəklindəki rəvayətə isə, bir məna verə bilmirik. Demək olar ki hər kəs, onun atası və başqaları vasitəsilə Aişə (radiyallahu anha)'nın, hadisəni bundan fərqli olaraq bildirdiyini rəvayət edir. Bu halda, böyük əksəriyyətin rəvayət etdikləri, onun tək başına rəvayət etdiyindən daha əvladır və onlar, əsas götürülür." (I, 169)

Deyirəm:

Eyni hal, ümmü Sələmə (radiyallahu anha) hədisi üçün də bəhs mövzusudur. Onun da:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), 5 və 7 rükətli vitr qılırdı və bunların arasını, salamla və ya danışmaq ilə ayırmırdı." dediyi rəvayət edilir. Lakin, Aişə (radiyallahu anha)'dan gələn rəvayətin mətni, mudtarib olduğu kimi; bunun da, sənədi mudtaribdir. (Belə ki):

Nəsai, bu hədisin, 3 ayrı sənədlə rəvayətinə yer verir. Onlardan:

~ Birinə görə:

o, ümmü Sələmə'dən, Cərir ---> Mənsur ---> Hakəm ---> Miqsəm sənədilə;

~ İkinciyə görə:

İsrail ---> Mənsur ---> Hakəm ---> Miqsəm ---> ibn Abbas (radiyallahu anh) sənədilə mərfu olaraq rəvayət edilir.

Yezid isə, bu ikisindən də fərqli olaraq,

Süfyan b. əl-Hüseyn ---> Hakəm sənədilə, Miqsəm'in: "Vitr, 7-dir. 5-dən az olmaz." dediyini rəvayət edir.

Bunun davamını isə, Hakəm, belə bildirir:

Bunu, İbrahim (ən-Nəxai)'yə söylədim. O da: "Onu kimdən zikr etdi?" deyə soruşdu. Mən: "Bilmirəm." dedim. (Hakəm, belə davam edir): "Həccə getdim və o əsnada, Miqsəm'lə qarşılaşdım. Ondan: 'Kimdən?' deyə soruşdum. O: 'Güvənilən bir nəfər ---> Aişə və Meymunə (radiyallahu anhumə) vasitəsilə' deyə cavab verdi. ("əl-Muctəba", l, 250)

~ Üçüncü rəvayətdə:

Miqsəm, "Güvənilən biri ---> Aişə və Meymunə (radiyallahu anhumə) vasitəsilə" deyərkən, bu ikisinin, o sözü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət edib-etmədiklərindən bəhs etməmişdir.

O vaxt, bu, dəlil ola bilməz. Bir an üçün rəvayəti səhih saysaq belə, bu əsnada, salam və danışmağın olmamasını, səsli olaraq olmadıqları; və sadəcə 3 rükət vitrlə kifayətlənməyin uyğun olmayacağı, məğrib namazına bənzəməsin deyə, 3 rükət vitrdən əvvəl 2 və ya 4 ya da daha çox nafilə namaz qılınması gərəkdiyi şəklində təvil edərik.

Bizim bu təvilimiz, əbu Sələmə və Abdu'r-Rahmən b. Ə'rac'ın, əbu Hureyrə (radiyallahu anh)'dan mərfu olaraq rəvayət etdikləri hədis ilə uyğundur. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Vitri, 3 qılmayın. 5 və ya 7 qılın; məğrib namazına bənzətməyin." buyurmuşdur. (Hədis, səhihdir.)

Hədisi:

~ Daraqutni (ll, 25);

~ Hakim (l, 304);

~ Beyhaqi ("Sünən", lll, 31)

rəvayət etməkdədir. ibn Həcər, onun sənədinin, Buxari və Muslim'in şərtlərinə görə səhih olduğunu söyləyir. Onu, Muhamməd b. Nasr əl-Mərvəzi, ibn Hibban (hədis no: 2429) və Hakim (l, 304), İrak b. Malik ---> əbu Hureyrə (radiyallahu anh) sənədilə, mərfu olaraq, bu şəklilə rəvayət edirlər:

"Vitri, 3 qılmayın. Məğrib namazına bənzətməyin. Lakin, vitri, 5 və ya 7 ya da 11 yaxud ondan çox qılın."

İraqi, bu rəvayətin sənədinin səhih olduğunu söyləyir. Muhamməd b. Nasr və Tahavi də, onu, ibn Abbas (radiyallahu anh)'dan rəvayət edirlər. Buna görə, o: "Vitr, 5 və ya 7-dir. Kəsik 3 istəmirik."

İraqi, bunun sənədinin də səhih olduğunu söyləməkdədir.

Yenə, Muhamməd b. Nasr və Tahavi'nin (l, 285) rəvayətinə görə, Aişə (radiyallahu anha) da:

"Vitr, 7 və ya 5-dir. Mənim, onun, kəsik 3 olmasından xoşum gəlmir." demişdir.

İraqi'yə görə, bu hədis, səhihdir. ("Asaru's-Sünən", ll, 6)

Yalnız, bu ifadələr, vitrin, mütləq olaraq 3 rükət qılınmasını qadağan mənası daşımır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in söz və tətbiqatı ilə sabit ikən; və səhabənin cumhuru da, bunun üzərində ittifaq etmişkən, belə bir şey, necə mümkün ola bilər?! Dini mövzularda özlərinə iqtida edilən 4 imam da, hər nə qədər vitrin 3-dən az və ya çox qılınmasının caiz olduğu xüsusunda ixtilaf etmiş olsalar da; 3 rükət olaraq qılınmasının caiz olduğu xüsusunda, ittifaq etmişlərdir. O vaxt, bundan məqsəd, bizim dediyimiz kimi, vitrin, sadəcə 3 rükət olaraq qılınmasının nəhy edilməsidir. Yəni, vitrdən əvvəl 2 və ya 4 ya da daha çox nafilə qılınması lazımdır.

ibn Həcər, "Fəthu'l-Bari"də, vitrin bitişik olaraq qılınacağına dair hədislərlə məğrib namazına bənzəməməsi üçün, bunu nəhy edən hədislərin arasını, nəhyi, 3 rükətin 2 təşəhhüdlə qılınması halına aid sayaraq, aralarını cəm etmişdir. Bəziləri, bunu, "yaxşı bir cəm" olaraq dəyərləndirməkdədirlər. Qastallani deyir: "Vitrlə məğribi fərqli qılmaq üçün, vitri, 2 təşəhhüdlə deyil; 1 təşəhhüdlə birləşdirmək, daha fəzilətlidir."

Deyirəm:

Bu, bayağı və isabətli olmaqdan son dərəcə uzaq olan bir cəmdir. Əsl (yəni, düşünən) zehn, onu heç bir zaman qəbul etməz. Hətta bu, açıq bir xətadır. Çünki: "Vitri, 3 qılmayın. Lakin 5 və ya 7 ya da 9 qılın." ifadəsindən məqsədin, rükət sayı olduğu, açıqdır. İlk anda ağla gələn də, odur. Halbuki, bu rəvayətlərdə, təşəhhüdün, 1 və ya 1-dən çox olmasına tətabuqi, təzəmmuni və ya iltizami yolla (haşiyə) dəlalət edən bir şey, yoxdur. Bu da, bizim dediyimiz kimi başa düşülməlidir. Yəni, vitrin məğribdən fərqli olması üçün, 3 rükətli vitrdən əvvəl nafilə namaz qılınmaması, məkruhdur. Mövzu, "ət-Tə'liqu'l-Həsən"də (ll, 14), belədir.

-----------------------------------

(Haşiyə:

Hər hansı bir söz, hal və ya hərəkət, müəyyən bir məna və ya hökmə, 3 şəkildə dəlalət edir:

1. Mutabiqi dəlalət: Bir ləfzin, qəsd edilən mənanın hamısına olan dəlalətidir. Məsələn:

İnsan ləfzinin, "danışan, düşünən heyvan/canlı"ya dəlaləti kimi. Çünki, "düşünən bir canlı" olmaq, insanın ən ayırd edici xüsusiyyətidir. Bu, "birəbir" dəlalətdir. "Üç bucaq" ləfzinin, 3 bucaqla çevrilmiş şəklə dəlalət etməsi də, belə bir dəlalətdir.

2. Təzəmmuni dəlalət: Bir ləfzin, qəsd edilən mənanın 1 cüz/parçasına dəlalətidir. Məsələn:

"O, bir insandır." dediyimizdə, "yəni, düşünən" mənası vardır. Çünki, insan olmaq, düşünməyi təzəmmunu/ehtiva edir.

3. İltizami dəlalət: Bir ləfzin, qəsd edilən mənanın lazımına dəlalətidir. Məsələn:

Tavan ləfzinin, divara; insan ləfzinin, yazı sənətinə qabiliyyətli şəxsə dəlalət etməsi kimi...

Bu 3 dəlaləti:

~ birəbir dəlalət;

~ bir qisminə dəlalət;

~ xatırlatmaq yolu ilə dəlalət

şəklində də ifadə etmək, mümkündür.

-----------------------------------

Deyirəm:

Niməvi'nin bildirdiyi tərzdəki cəm, Tahavi'nin "Məani'l-Asar"dakı (l, 169) ifadəsindən götürülmüşdür. Vitri 1 rükət sayanların, bu rəvayətləri, onun 3 rükət qılınmasının nəhy edildiyinə dəlil olaraq dəyərləndirmələri, doğru deyildir. Çünki, bu rəvayətlərdə, vitrin 1 rükət qılınmasından bəhs edilməməkdədir. Əksinə, bunlarda 3 qılınması nəhy edildikdən sonra, onun, 5, 7 və ya daha çox qılınmasının daha fəzilətli hətta vacib olduğunu söyləmələri lazımdır. Ancaq, onlardan heç biri, bunu demirlər. Dolayısı ilə, bu rəvayətlər, nəticədə, onların əleyhinə dəlil olmaqdadır. Muhamməd b. Nasr'ın, Süleyman b. Yəsər'dən, İraqi'nin, səhih olaraq gördüyü sənədlə rəvayət etdiyi görüş də, onların lehinə dəlil təşkil etməz. "Neylu'l-Əvtar"da (ll, 281) deyildiyinə görə, özündən 3 rükətli vitr haqqında soruşulan Süleyman b. Yəsər, onun 3 qılınmasını kərih görər və: "Nafiləni, fərzə bənzətmə. Vitri, 1 və ya 5 ya da 7 qıl." deyərdi. Bu, onları dəstəkləyən bir dəlil olaraq görülə bilməz. Çünki, Süleyman b. Yəsər, tabiundandır və onlara görə, tabiundan olanların görüşləri, mütləq olaraq dəlil deyildir. Bu görüşlərlə mərfu rəvayətlər və səhabə qövlləri arasında ziddiyyət olduğu təqdirdə, bizdə də hal eynidir ki, burda da, belə bir hal vardır.

Gərək bu rəvayət, gərəksə də Hişam b. Urvə ---> atası Urvə sənədilə Aişə (radiyallahu anha)'dan rəvayət edilən: "Sonra, sonuncu xaricində, heç bir yerində oturmadan, vitri, 5 qılardı." hədisinin, -səhih olduğunu təslim etsək belə- bu, vitrin 3 rükət halında qılınması istiqrar qazanmadan əvvəlki halı bildirən rəvayət olmasına həml edilir. ibn Abbas'dan nəql edilən, "Sonra, 5 rükətli vitr qıldı, aralarında da oturmadı." hədisində də, hal eynidir.

əbu Davud'un ("Tatavvu", 26) rəvayət etdiyi bu hədisin sənədində, lin (haşiyə) vardır. ("Asaru's-Sünən", ll, 5).

---------------------------

(Haşiyə:

Leyyin: "Lin" kökündən meydana gələn "leyyin" kəliməsi, lüğətdə, "yumşaq, asan" mənasına gəlir.

Hədis termini olaraq, "xəfifdən şiddətliyə doğru edilən cərh ləfzləri bölgüsünə görə, birinci mərtəbədə yer alan ən xəfif və tə'dilə ən yaxın ləfzlərdən biri olub, Daraqutni'yə görə, ravinin ədalat vəsfini yox etməyəcək, dolayısı ilə, rəvayətinin rəddini gərəkdirməyəcək qədər xəfif bir cərh"i ifadə edir.

---------------------------

Bu hədislərdəki "sonuncu xaricində, heç bir yerində oturmadan""aralarında oturmadı" ifadələrinin nə mənaya gəldikləri haqqında, iləridə danışacağıq. Tirmizi xaricindəki 4 (Sünən sahibi)'nin və digərlərinin, əbu Əyyub əl-Ənsari (radiyallahu anh)'dan rəvayət etdikləri hədis də, müxaliflərimiz lehində dəlil təşkil etməz. (əbu Davud, "Vitr", 3; Nəsai, "Qiyamu'l-Leyl", ibn Macə, "İqamətu's-Saləh", 123) Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Vitr, hər müsəlman üçün, vacib bir haqq'dır. Kim, 5 (rükət)'li vitr qılmaq istəyərsə, qılsın. Kim 3 (rükət)'li vitr qılmaq istəyərsə, qılsın. Kim tək (1 rükət)'li vitr qılmaq istəyərsə, qılsın." buyurmuşdur. ("Asaru's-Sünən", ll, 7)

Bu hədisin, mərfu olaraq rəvayət edilənini səhih saymadıqları üçün, bu, onların lehinə dəlil ola bilməz. Onlara görə, doğrusu, bu sözlər, məvquf olaraq rəvayət edilməkdədir. ibn Həcər, "ət-Təlxis"də (l, 116): "əbu Hatim, Zühli, Daraqutni ("əl-İləl"də), Beyhaqi və daha başqaları, onun, məvquf halını, səhih qəbul etməkdədirlər. Doğrusu da, budur." deməkdədir. Bizə görə, bu da, "Vitr, 3 rükət olaraq istiqrar qazanmadan əvvələ aiddir." Daha əvvəl də bildirdiyimiz kimi:

~ Başlanğıcda, vitrin tək rükət olaraq qılınması, caiz idi.

~ Sonra, onun, tək (buteyra) olaraq və ya bir gecədə 2 dəfə qılınması nəhy edildi.

Tək salamla 5 rükər vitr də, möhtəmələn, başlanğıcda caiz idi və daha sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in həm feli, həm də: "Vitr, məğrib namazı kimi, 3-dür." (haşiyə-1) hədisi ilə, 3 rükət olaraq istiqrar qazandı.

İləridə də bildirəcəyimiz üzərə, bu mövzuda, səhabənin əksəriyyətinin ittifaqı vardır. Bu izah, hədisdəki, "Kim 5 (rükətli) vitr qılmaq istəyərsə qılsın." (haşiyə-2) cümləsilə bildirilən 5 rükətin, tək iftitəh təkbiri ilə heç ara vermədən qılınacaq 5 rükətə həml edilməsi halına görədir. Ancaq, 3 rükət olaraq qılınan vitrin, əvvəlində və ya sonrasında da 2 rükət nafilə qılınmaq surətilə ara verilərək qılınan 5 rükət olması, bu cəhətdən də, hamısının, yenə vitr (tək) sayılması, hədisin buna həml edilməsi də, möhtəməldir.

------------------

(Haşiyə-1:

Onu, ibn Hibban, "əl-Mərcuhin"də (l, 10); və ibnu'l-Cevzi, "əl-İləlu'l-Mutənahiyə" (s. 772) rəvayət etməkdədirlər. Sənədində yer alan İsmayıl b. Muslim əl-Məkki, "ləysə hədisuhu bi şey = hədisi, bir şey olmayan" biridir.

Taberani də, onu, "əl-Əvsat"da rəvayət etməkdədir. Bu rəvayətin də sənədində yer alan əbu Bəkr əl-Bəkravi də, Heysəmi'nin "əl-Məcma"da (ll, 242) bildirdiyinə görə, haqqında çox kəlam edilən bir ravidir.

Haşiyə-2:

Hədis, səhihdir və məvqufdur. Rəvayət edənlər:

~ əbu Davud, "Vitr", 3;

~ Nəsai, "Qiyamu'l-Leyl", 40;

~ Darimi, l, 371;

~ ibn Hibban, hədis no: 2407, 2410;

~ Tahavi, l, 291;

~ Hakim, l, 302, 303.

ibn Həcər də, "ət-Təlxis"də (ll, 13): "əbu Hatim, Zühli, Daraqutni ("əl-İləl"də), Beyhaqi və daha başqaları, onun məvquf halını, səhih qəbul edirlər. Doğrusu da, budur." deməkdədir.

------------------------------------------

1658. ibn Abbas (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında yatmış olduğu bir gecə (gördükləri haqqında), belə rəvayət edir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), oyandı. Misvaq istifadə etdi və dəstəmaz aldı. Bu sırada,

إِنَّ فِى خَلْقِ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَءَايَـٰتٍ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ

'Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində, ağıllı adamlar üçün dəlillər vardır.' (Al-i İmran/190) deyə, surəni bitirənə qədər oxudu. Sonra qalxdı və 2 rükət namaz qıldı. O rükətlərdə, qiyamı, rukunu və səcdələri uzatdı. Sonra yatdı. Daha sonra, bunun eynisini 3 dəfə edib cəmi 6 rükət qıldı. Hər səfərində, misvaq istifadə edir; dəstəmaz alır və bu ayələri oxuyurdu. Sonra, 3 rükət vitr qıldı."

Bu hədisi, Muslim ("Salatu'l-Musəfirin", 191), Əli b. Abdullah b. Abbas, atası Abdullah b. Abbas (radiyallahu anh)'dan rəvayət etməkdədir.

Husayn'ın, Həbib b. əbi Sabit'dən rəvayət etdiyi bu hədis, Daraqutni'nin, rükət sayı cəhətindən digər rəvayətlərdən fərqli olduğu üçün, Muslim üzərinə istidrak etdiyi (xətanı düzəltmək, qüsuru örtmək) rəvayətlərdəndir. Bunda, "6 rükət"; digər rəvayətlərdə isə, "13 rükət" deyilməkdədir. Nəvəvi (l, 261), bu məlumatları verdikdən sonra, Muslim'i, bu hədisi, mövzu ilə bağlı əsl hədis olaraq deyil; əsl hədisin mutabaatları arasında zikr etdiyini; mutabaatlarda isə, əsllər qədər həssas davranıla bilməyəcəyini bildirərək, məzur (üzrlü) göstərir. Ayrıca, Qadı İyad'ın, bu hədis ilə bağlı digər rəvayətlərin arasının cəm edilə biləcəyinə dair zikr etdiklərinə yer verir.

Deyirəm:

Bu hədisi rəvayət edən, sadəcə Həbib b. əbi Sabit deyildir. Tahavi'nin (l, 169) zikr etdiyinə görə, Yunus b. əbi İshaq da, ona mutabaat etmiş və bunun bənzərini,

Minhəl b. Amr ---> Əli b. Abdullah b. Abbas ---> Abdullah b. Abbas (radiyallahu anh)

şəklində, səhih sənədilə rəvayət edir. Bu mövzuda, Muhamməd b. Əli də, tək deyildir. Ona da, Minhəl b. Amr mutabaat edir və onu, Əli b. Abdullah'dan, bənzər şəklilə rəvayət edir. Ravi Əli b. Abdullah da, tək deyildir. Ona da, ibn Abbas (radiyallahu anh)'ın azad etdiyi nökər Kureyb mutabaat edir və onu, ibn Abbas (radiyallahu anh)'dan:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), işadan sonra 2 rükət; sonra 2 rükət; sonra 2 rükət; sonra da 2 rükət qıldı. Sonra 3 (rükətli) vitr qıldı." şəklində rəvayət edir. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 288)

"Məani'l-Asar"da (l, 170), bunlar nəql edilir və onun, gecə namazının, işadan sonra qıldığı 2 rükət xaricində 9 rükət olduğu söylənilir. Əli b. Abdullah'ın rəvayətindəki də, eynilə budur. Tahavi'dəki (l, 169) bir rəvayətdə, ona, Səid b. Cubeyr də, səhih bir sənədlə mutabaat edir və onun bildirdiyinə görə, Abdullah b. Abbas (radiyallahu anh), belə deyir:

"Xalam Meymunə'nin evində gecələdim. Allah rəsulu (sallallahu aleyhi və səlləm), işanı qıldı. Sonra gəldi, 4 rükət qıldı. Sonra qalxıb 5 rükət qıldı. Sonra 2 rükət qıldı. Sonra yatdı. Sonra namaza çıxdı." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 287)

Bu hədisə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), gecə, işanın sünnəti və sübhün 2 rükəti xaricində, 9 rükət namaz qılırdı. Hədis, səhihdir və hər hansı bir illəti də yoxdur. Hədisdə, Onun, 3 rükət vitr qıldığı ifadə edilməkdədir. Bunun zahiri, o 3 rükətin bitişik halda qılındığına dəlalət edir. Tahavi'dəki (l, 170) bir rəvayətdə, Kureyb, ibn Abbas (radiyallahu anh)'ın: "Sonra, 1 rükətli vitr qıldı." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 288) dediyini söyləyirsə də, bu: "Əvvəlində 2 rükət olan 1 rükətli vitr qıldı." deməkdir. Bu halda, o 2 rükət, bu 1 rükətlə birlikdə cəmi 3 rükət olur. Beləcə, bu hədisin mənası ilə Əli b. Abdullah və Səid b. Cubeyr'in rəvayət etdikləri hədisin mənası, uyğun hala gəlir. Daha əvvəl də bildirildiyi kimi, Kureyb'in öz rəvayətində: "Sonra, 3 (rükətli) vitr qıldı." deyilərkən; necə olur ki, bu, başqa cür başa düşülə bilər?! Qaldı ki, Nəsai ("Qiyamu'l-Leyl", 38. Hədis, səhihdir.) və Tahavi'nin ("Şərh-u Məani'l-Asar", l, 288) səhih sənədlə rəvayət etdiyinə görə, Yəhya əl-Cəzzar da, ibn Abbas (radiyallahu anh)'ın: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), 3 rükətli vitr qılırdı." dediyini bildirməkdədir.

Bu, Buxari'nin ("Fədailu's-Səhabə", 28) mənəqib xüsusunda (l, 53), ibn əbi Muleykə'dən nəql etdiyi rəvayət ilə zidd düşməz. Orda, ibn əbi Muleykə, belə deyir:

Muaviyə, yanında ibn Abbas (radiyallahu anh)'ın azad etdiyi nökər var ikən, işadan sonra 1 rükətli vitr qıldı. O, ibn Abbas (radiyallahu anh)'ın yanına gəldi və (bunu xəbər verdi). O da: "Burax (yəni, onun işinə qarışma)! O, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər olmuşdur." dedi.

Yenə, ibn əbi Muleykə'nin nəql etdiyinə görə, ibn Abbas (radiyallahu anh)'a: "Əmiru'l-mu'minin Muaviyə haqqında nə deyirsən? O, vitri həmişə tək qılır." deyilmiş; və o da: "İsabət etmişdir. O, fəqihdir." deyə cavab vermişdir. Bu rəvayətdə, ibn Abbas (radiyallahu anh)'ın 1 rükətlik vitri caiz gördüyünə dəlalət edən bir şey yoxdur. Əgər o, bunu caiz görsəydi, onunla bərabər olan insanlar, bu halı bilərdilər və Muaviyəyə qarşı şiddətlə qarşı çıxmazdılar. Hətta, bu rəvayətdən başa düşülür ki, ibn Abbas (radiyallahu anh) ilə yaxınlığı olan Məkkəlilər, 1 rükətlik vitri heç bilmirdilər. O vaxt, rəvayətlərdə, ibn Abbas (radiyallahu anh)'dan nəql edilən: "Burax onu. O, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər olmuşdur." və: "İsabət etmişdir. O, fəqihdir." sözləri, "Öz düşüncəsinə görə isabət etmişdir. Çünki o, müctəhiddir." mənasındadır.

Bu söz, tabiundan olan kiçiklərin, böyük səhabələri, xüsusilə də, onların müctəhid və fəqih olanlarını xor görməkdən uzaq tutmaq üçün söylənmiş olmalıdır. Onun görüşüncə, hər müctəhid, işin əslində xətalı da olsa, isabət etmişdir və bu ictihadından dolayı da, savab qazanmışdır. İbn Abbas (radiyallahu anh'ın: "Burax onu. O, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər olmuşdur." sözü, onun məqsədinin, onları, digərlərini xorlamaqdan uzaq tutmaq olduğuna dəlalət edir. Tahavi'nin, həsən bir sənədlə Ata'dan nəql etdiyi rəvayət, buna daha açıq bir şəkildə dəlalət edir. Orda, Ata, hadisəni belə xəbər verir:

Bir adam, Muaviyə'ni eybləmək məqsədilə, ibn Abbas (radiyallahu anh)'dan: "Muaviyə haqqında nə deyirsən? O, vitri tək qılır." deyə soruşdu. ibn Abbas (radiyallahu anh) da, ona: "Muaviyə, isabət etmişdir." deyə cavab verdi. (I, 170). Bu rəvayət göstərir ki, o, Muaviyəni eybləyəni, bu davranışından çəkindirmək üçün, onun isabət etdiyini söyləmişdir. İbn Abbas (radiyallahu anh)'ın şəxsən özünün, Muaviyə'nin bu davranışını yalnış gördüyünə dair mətndə bildirəcəyimiz məsələ, onun, bunu, Muaviyə'nin, həqiqətən "isabət etdiyi"ni qəsd edərək söyləmədiyini göstərməkdədir.

Digər tərəfdən, ibn Abbas (radiyallahu anh)'ın, başqa bir mövzunu düşünərək, "Muaviyə, isabət etmişdir." deməsi də, mümkündür. Çünki bu hadisə, onun zamanında baş vermişdi və bizə görə də, ibn Abbas (radiyallahu anh)'ın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyinə uyğun olmayan bir şeyi, "isabətli" olaraq vəsf etməsi, caiz deyildir. Onun, vitrin 3 rükət olduğunu söylədiyi rəvayət edilməkdədir. Tahavi'nin, daha sonra nəql etdiyi bir rəvayətə görə, əbu Mənsur, "ibn Abbas (radiyallahu anh)'dan vitri soruşdum. O da: '3.' deyə cavab verdi." demişdir. (I, 171)

Deyirəm:

Bəli, onun, öz elminə və fətvasına uyğun olmayan bir şeyi doğru sayması, caiz deyildir. Lakin onun, bir kimsənin müctəhid olduğu üçün, öz düşüncəsinə görə etmiş olduğu feli, -bəlkə də ona məlum olan bir dəlili əsas almışdır deyə- doğru sayması, caizdir. O vaxt, "Muaviyə isabət etmişdir." deməsi, "O, öz düşüncəsinə görə isabət etmişdir." mənasındadır. Yoxsa, "ibn Abbas (radiyallahu anh)'a və onun öz elminə görə isabət etmişdir." mənasında deyildir.

Bəzilərinin, yəni Tahavi'nin bu təvili qəsd edərək, "Bu, təəssübə dəlalət edən cılız bir təvildir. Nəticə almaq istəyənlər, belə etməzlər." sözü, sözün sahibinə geri verilər. Bu təvil, həqiqətdən uzaq və cılız olmadığı kimi; onda, təəssüb də yoxdur. Tahavi'nin qəsd etdiyi mənada təqiyyə, mütləq haram deyildir; bəzi hallarda, caizdir. Bu etirazı iləri sürən şəxs, bilmirmi ki, ibn Abbas, Əli (radiyallahu anh)'ın əshabından əhəmiyyətli adamlardan; və Muaviyəyə şiddətlə etiraz edən, ona qəzəblənən və Əli (radiyallahu anh)'ın həyatı uğruna, onunla döyüşənlərdən biridir?! Sonra, bu şəxsiyyətlər, qalibən təqiyyə edərək; nadirən də riza ilə ona biət etmişlərdir. Ondan sonra oğlu yezidə də, eyni şəkildə biət etdilər.

ibn Abbas (radiyallahu anh)'ın sözü haqqında Tahavi'nin verdiyi təvil, hər nə qədər, ehtimal sərhədləri daxilində olub həqiqətdən uzaq deyilsə də, bizim verdiyimiz təvil, ondan daha əvladır. Şeyx Abdu'l-Haqq, "əs-Siratu'l-Mustəqim" adlı risaləsində, belə deyir:

"Ordakıların, Muaviyə'nin felini qəribə, naxoş və eyni zamanda həqiqətdən uzaq görmələri; ibn Abbas (radiyallahu anh)'ın isə, onun etdiyini, fəqih və səhabə olduğu şəklində ümumi bir dəyərləndirmə ilə isabətli qəbul etməsi, açıqca dəlalət edir ki, o vaxt, tək rükətli vitr, bilinin bir tətbiqat deyildi." "Haşiyətu'l-Buxari"də də (l, 531), belədir.

Deyirəm:

Biz, 3 rükətli vitrin, tək rükətli vitrə görə, tərcihə daha uyğun olduğunu söyləmək istəyirik. Tək rükətli vitrin, dində bir yeri olmadığı şəklində bir iddiamız isə, yoxdur. Səhabədən bir qisminin, tək rükətli vitr qıldığını bildiyimiz halda; necə olur ki, (belə bir iddiada ola bilək)?! Bu rəvayətdən də başa düşüldüyü üzərə, bəziləri, tək rükətli vitr qılsalar da, bu hal, onlar arasında yayğın deyildi. İçlərindən sadəcə az bir qismi, belə bir görüşə sahib idilər. Aralarında Muaviyə'nin də olduğu bu şəxslərin, vitri o şəkildə qılmalarının səbəbi, -daha əvvəl keçdiyi üzərə- tək rükətli vitrin və bir gecədə 2 vitrin nəhy edildiyinə dair məlumatlarının olmaması idi.

-----------------------------------

1659. ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), vitr namazında,

~ "Səbbihismə Rabbikə'l-Ə'lə",

~ "Qul yə əyyuhə'l-kəfirun"; və

~ "Qul huvəllahu əhəd"i

oxuyardı.

Tirmizi (hədis no: 462) rəvayət etmişdir. Nəvəvi, "əl-Xülasə"də deyir: "İsnadı, səhihdir." "Nasbu'r-Rayə"də də belədir. İraqi'nin təxricində, (hədisi)

~ Tirmizi;

~ Nəsai ("Qiyamu'l-Leyl", 48-49-cu bab);

~ ibn Macə ("Kitabu'l-İqamə", hədis no: 1171)

rəvayət etmişlərdir. Hədis, səhihdir!

------------------------------

1660. Abdu'r-Rahmən b. Əbza'dan, belə rəvayət edilir:

O, Nəbi (sallallahu aleyhi və səlləm) ilə bərabər vitr qıldı. Peyğəmbər (sallallahu aleyhi və səlləm):

~ Birinci rükətdə: Səbbihismə Rabbikə'l-Ə'lə;

~ İkinci rükətdə: Qul yə əyyuhə'l-kəfirun;

~ Üçüncü rükətdə isə: Qul huvəllahu

oxudu. Namazı bitirincə, üçüncüdə, səsini uzadaraq, 3 dəfə "Subhanə'l-Məliki'l-Quddus" dedi.

Bu hədisi:

~ Tahavi ("Şərh-u Məani'l-Asar", l, 292);

~ Əhməd b. Hənbəl (lll, 406);

~ Abd b. Humeyd; və

~ Nəsai ("Qiyamu'l-Leyl", 50)

rəvayət etmişlərdir. Sənədi, səhihdir. ("Asaru's-Sünən", ll, 10-11)

"ət-Tə'liqu'l-Həsən"də, belə deyilir:

Abdu'r-Rahmən b. Əbza'ya aid 2 hədis vardır:

~ Birincisi: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, Ubey b. Ka'b (radiyallahu anh) vasitəsilə;

~ İkincisi isə: bir başa etdiyi rəvayətdir.

İraqi, bunların ikisinin də, səhih sənədlə Nəsai'də yer aldığını söyləməkdədir. Doğrusu, o, səhabədir və Tahavi'nin rəvayətindəki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər vitr qıldı." ifadəsi də, buna dəlalət etməkdədir.

--------------------------

1661. Ubey b. Ka'b (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), vitrdə,

~ Səbbihismə Rabbikə'l-Ə'lə;

~ İkinci rükətdə: Qul yə əyyuhə'l-kəfirun;

~ Üçüncü rükətdə isə: Qul huvəllahu

oxuyardı. Bunların, sadəcə sonuncusunda salam verərdi və salamdan sonra, 'Subhanə'l-Məliki'l-Quddus' deyərdi." (Hədis, səhihdir!)

Bu hədisi, Nəsai ("Qiyamu'l-Leyl", 37; Daraqutni, ll, 31) rəvayət edir.

"Neylu'l-Əvtar"da (ll, 279), sənədindəki Əbdü'l-Əziz b. Xalid xaricindəki ravilərin, siqa; onun isə, məqbul olduğu bildirilir. Yenə, "Neylu'l-Əvtar"da (ll, 287), İraqi'nin, bu hədisin sənədini səhih olaraq gördüyü söylənməkdədir. "Asaru's-Sünən"də (ll, 10): "Onun sənədi, səhihdir." deyilməkdədir. Onun, səhih bir sənədlə Daraqutni'də (l, 175) zikr edilən rəvayətində, belə deyilir: "Salam verincə, 3 dəfə: 'Subhanə'l-Məliki'l-Quddus' deyər; sonuncuda, səsini uzadar və: 'Rabbu'l-mələikəti və'r-ruh' deyərdi."

Deyirəm:

1659-1661 no-lu hədislərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, vitri 3 rükət qıldığına dəlaləti, açıqdır. Bununla bərabər, 1661 no-lu hədis, bu 3 rükəti, bitişik olaraq qıldığını, açıq bir şəkildə göstərməkdədir. Bununla və daha əvvəl zikr etdiyimiz mərfu hədislərlə, Rafii'nin "Şərhu-Vəciz"dəki: "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in davam etdiyi tətbiqat, tək rükətli vitrdir." sözü və Muhamməd b. Nasr əl-Mərvəzi'nin iddiası, öz məqbulluğunu itirməkdədir. Mərvəzi də: "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bitişik olaraq 3 rükət vitr qıldığına dair, qəti və sabit bir xəbər görmədik. Bəli. Onun, 3 rükət vitr qıldığı, sabitdir. Lakin, ravi, onların bitişikmi, yoxsa ayrımı olduğunu bildirməmişdir." deməkdədir. ("ət-Tə'liqu'l-Həsən", ll, 109). Halbuki, hansı bir bəyan, Aişə (radiyallahu anha)'nın və Ubey b. Ka'b'ın bu sözlərindən daha qəti ola bilər?!

~ Aişə (radiyallahu anha): "Peyğəmbər (sallallahu aleyhi və səlləm), vitrin 2 rükətində, salam vermirdi." (haşiyə-1);

"3 rükətli vit qılırdı və sadəcə, sonuncusunda salam verirdi."

"Aralarını ayırmadan 3 rükət vitr qılırdı." (haşiyə-2)

deməkdədir.

~ Ubey b. Ka'b (radiyallahu anh) da: "Bunların, sadəcə sonuncusunda salam verərdi." deməkdədir.

----------------------

(Haşiyə-1:

Hədis, zəifdir. Nəsai, "Vitr", 36; Hakim, l, 304.

Haşiyə-2:

Hakim, l, 304. Bənzər bir rəvayət üçün bax: Əhməd b. Hənbəl, Vl, 155. Aişə (radiyallahu anha)'ya aid bu sözlər, 1652-1653 no-lu hədislərin açıqlaması əsnasında keçdi.)

------------------------

1662. Misvər b.Məxrəmə (radiyallahu anh)'dan belə rəvayət edilir:

əbu Bəkr (radiyallahu anh)'ı, gecə dəfn etdik. Ömər (radiyallahu anh), "Mən, vitr qılmadım." deyib (namaza) qalxdı. Arxasında səf tutduq. Bizə, 3 rükət qıldırdı. O rükətlərin, sadəcə axırıncısında salam verdi." Tahavi ("Şərh-u Məani'l-Asar", l, 293)

"Asaru's-Sünən"də (ll, 12), bu rəvayətin sənədinin səhih olduğu deyilməkdədir.

Bu hədisə görə, vitr, 3 rükətdir və sadəcə, son rükətdə salam verilir. Ömər (radiyallahu anh), böyük bir səhabə topluluğun hüzurunda elə qılmışdır. O an orda olmayanlar, ancaq, az sayda səhabədir. Dolayısı ilə, onların bu (tətbiqatı), icma kimidir. Bu halda, necə olur ki, biri: "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bitişik 3 rükətli vitr qıldığı, sabit deyildir." deyilə bilir?! Səhabənin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aidiyyətlərini bilmədikləri bir mövzuda ittifaq etdikləri, görülmüşdürmü? Əsla! Belə bir şey, mümkün deyildir.

Beyhaqi, "əl-Mərifə"də, Qabus b. əbi Zibyan ---> atası sənədilə belə rəvayət edir:

Ömər (radiyallahu anh), məscidə girdi və 1 rükət qıldı. Ona, "1 rükət(mi) qıldın?" deyildi. O da: "O, nafilədir. İstəyən, artırar; istəyən isə, əskildər." dedi.

Camaat ("Kütüb-ü Sittə" müsənnifləri), Qabus b. əbi Zibyanı, zəif görmüşlərdir. Onun haqqında:

~ əbu Hatim, "Onunla hüccət gətirilməz."

~ Nəsai: "Qüvvətli deyildir." ifadəsini istifadə etmişdir.

~ ibn Hibban: "Hifzi, zəifdir. Atasından münfərid olaraq, əsli olmayan şeylər rəvayət edir." deməkdədir.

~ ibn Main, onu siqa saysa da, onu eyni zamanda çoxca tənqid edərdi. ("ət-Tə'liqu'l-Həsən", ll, 9)

Deyirəm:

Bu rəvayət, mətndəki hədislə qarşı gələ bilməz. Çünki, mətndəki hədisin, onu, Tahavi'nin özündən götürdüyü ibn əbi Davud xaricindəki raviləri, səhih hədis raviləridir. İbn əbi Davud da, siqadır. Bu hədisi, Buxari'nin ravilərindən olan Yəhya b. Süleyman əl-Cufi'dən rəvayət etmişdir. Sənəddə yer alan Yəhya'dan əvvəlki ravilər,

ibn Vehb ---> Amr (b. Dinar) ---> ibn əbi Hilal (Səid) ---> ibnu's-Səbbaq (Ubeyd) ---> Misvər b. Məxrəmə'dir.

Bunların hamısı da, "Kütüb-ü Sittə" və səhih hədis müsənniflərinin, rəvayətlərinə yer verdikləri kimsələrdir.

Digər tərəfdən, Qabus'un rəvayətində, Ömər (radiyallahu anh)'ın qıldığı 1 rükətin vitr olduğuna dəlalət edən bir şey yoxdur. Orda ifadə edilən, onun, 1 rükət namaz qıldığıdır. Halbuki, bizim mövzumuz, 1 rükətlik vitrdir.

Bu babın başında, Hakim tərəfindən rəvayət edilən hədisdə keçdi ki, vitr, 3 rükətdir və bu rükətlərin, sadəcə sonuncusunda salam verilir. Bax bu, Ömər (radiyallahu anh)'ın vitridir. Mədinəlilər də, bunu, Ondan götürmüşlərdir. Onun, vitri, 3 bitişik rükət halında qıldığı, məşhurdur və bunda, şübhə edilməkdədir.

"ət-Təmhid" müəllifi, vitrin 3 rükət olduğunu və sadəcə son rükətdə salam veriləcəyini rəvayət edən səhabələrdən bir qrupun adlarını zikr edir ki, aralarında:

~ Ömər;

~ Əli;

~ Abdullah b. Məsud;

~ Zeyd;

~ Ubeyy; və

~ Ənəs (radiyallahu anhum)

da vardır. Bu hal, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də (l, 210) bildirilməkdədir.

ibnu'l-Arabi də, "Şərhu't-Tirmizi"də (ll, 176):

"Tək rükət namaz, sadəcə vitrdə məşru qılınmışdır." deyir.

Deyirəm:

Bu mövzuda, ən yuxarısı, belə deyilə bilər:

Tək rükətli namaz, ilk əvvəl, məşru idi. Sonra, tək (rükətli) namazın nəhy edilməsilə, nəsx edildi. Bu mövzu, iləridə, təkrar gələcəkdir.

Misvər'in bu rəvayətindən, vitrin, Ramazan xaricində camaatla qılındığı başa düşülməkdədir. Çünki, "ət-Təhzib"də (V, 316) bildirildiyinə görə, əbu Bəkr (radiyallahu anh), hicrətin 10-cu ili, Cəmaziyə'l-Əvvəl ayında, birinci gün vəfat etmişdir. Lakin, bu camaat, çağırış etmədən təsadüfən toplanmış bir camaatdır. "əd-Durr"da ("Raddu'l-Muhtar" ilə l, 741): "Ramazan xaricində camaatla vitr də, nafilə namaz da qılınmaz. Yəni, çağırış edilərək elə qılınması, məkruhdur." deyilir.

---------------------------------

1663. Abdu'r-Rahmən b. Yezid, Abdullah b. Məsud (radiyallahu anh)'ın:

"Gündüzün vitri olan məğrib namazı kimi; vitr də, 3-dür." dediyini rəvayət edir.

Bunu, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 294) rəvayət edir. "Asaru's-Sünən"də (ll, 12), bu rəvayətin sənədinin, səhih olduğu deyilməkdədir.

Deyirəm:

İmam Muhamməd, bunu, özü təxric etdiyi "Muvatta"da (s. 146), raviləri, Muslim'in də raviləri olan bir sənədlə, "Məğrib namazı kimi, vitr də, 3-dür." şəklində rəvayət edir.

Bu rəvayət, vitrin, 3 rükət olduğuna dəlalət etməkdədir. Onun, məğrib namazına bənzədilməsi; məğrib namazında olduğu kimi, ikinci rükətində oturmağın, vacib olduğu mənasına gəlir. Bununla bərabər, insanda, onun, 3 rükətdən əskik qılınmasının qadağan edildiyi hissini də oyandırmaqdadır. Bu, müttəsil və səhih bir əsərdir.

-----------------------

1664. Ənəs (radiyallahu anh)'ın, "Vitr, 3 rükətdir." dediyi və vitri, 3 rükət qıldığı rəvayət edilir. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 294)

İbn Həcərin dediyinə görə ("əd-Dirayə", s. 115), bu rəvayətin sənədi, səhihdir. Onu, Tahavi də, "Məani'l-Asar"da nəql etməkdədir.

----------------------

1665. Sabit (radiyallahu anh)'dan, belə rəvayət edilir:

"Ənəs (radiyallahu anh), mənə vitr qıldırdı. Mən, sağında; və onun ümmü vələdi də, arxamızda idi. Sadəcə, sonuncusunda salam verərək, 3 rükət qıldırdı. Mənə öyrətmək istədiyini zənn etdim."

Bunu, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 294) rəvayət edir. İbn Həcər də, onun, səhih olduğunu söyləyir. ("əd-Dirayə", s. 115)

Bu 2 hədisin, vitrin, bitişik 3 rükət olduğuna dəlaləti, açıqdır.

-------------------------

1666. Uqbə b. Muslim'dən, belə rəvayət edilir:

ibn Ömər (radiyallahu anh)'dan, vitri soruşdum. "Gündüzün vitrini bilirsənmi?" dedi. Mən: "Bəli. Məğrib namazı." dedim. O da: "Doğru -və ya gözəl- söylədin." dedi.

Bunu, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 279) nəql etməkdədir. Sənəddəki ravilər, siqa kimsələrdir. İbn Həcərin, "əd-Dirayə"də söylədikləri, bu rəvayəti səhih saydığına dəlalət edir. Çünki o, bunu, səhih bir hədisə müxalif olaraq zikr etməmişdir. Səhih bir hədisə də, ancaq, səhih bir hədis müxalif ola bilər. İbn Ömər (radiyallahu anh)'ın: "Məğrib namazı, gündüz namazının vitridir. Gecə namazında da, vitr qılın." şəklindəki mərfu rəvayəti və İraqi'nin, onu səhih saydığı, əvvəlki babda keçmişdi. (Bax: 1645 no-lu hədis) O da, ibn Ömər (radiyallahu anh)'ın bu sözü ilə, eyni mənadadır.

---------------------------------

1667. Amir b. Şa'bi'dən, belə rəvayət edilir:

ibn Ömər (radiyallahu anh) və ibn Abbas (radiyallahu anh)'dan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gecə namazının necə olduğunu soruşdum. "13 rükət: 8. 3 rükət vitr qılır; 2 rükət də, fəcrdən sonra." dedilər.

Bu, Tahavi tərəfindən nəql edilməkdədir ("Şərh-u Məani'l-Asar", l, 279). Tahavi'nin şeyxi ibn əbi Davud xaricindəki raviləri, Səhih'in raviləridir. İbn əbi Davud da, -daha əvvəl də təkrar-təkrar söylədiyimiz kimi- siqadır.

~ 1666 no-lu hədis, ibn Ömər (radiyallahu anh)'a görə, vitrin, -daha əvvəl də ifadə etdiyimiz şəkildə- məğrib namazı kimi, 3 rükət olduğuna dəlalət edir. Digər tərəfdən, ona görə, bu 3 rükətin arasının açılması və 1 rükətin iki rükətə bina edilməsi, caizdir. Daha əvvəl, bu mövzunu genişcə ələ almışdıq.

~ Bundan sonra gələn 1667 no-lu rəvayət də, vitrin, 3 rükət olduğuna dəlalət edir. Buna görə, Şa'bi, ibn Ömər və ibn Abbas'dan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gecə namazını soruşur və onlar da, onun, 3 rükət vitr qıldığını söyləyirlər. Bununla, ibn Hibban'ın və Muslim'in rəvayətləri arasında bir muaraza (ziddiyyət) yoxdur. İbn Hibban (hədis no: 2428), Kureyb təriqilə ibn Abbas (radiyallahu anh)'ın: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), 1 rükət vitr qıldı." dediyini rəvayət edir. ("ət-Təlxis", l, 116)

Muslim də, əbu Micləz'in, belə dediyini rəvayət edir:

ibn Abbas (radiyallahu anh)'dan, vitri soruşdum. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Gecənin sonundan 1 rükət." dediyini eşitdim, dedi.

ibn Ömər (radiyallahu anh)'dan soruşdum. Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Gecənin sonundan 1 rükət." dediyini eşitdim, dedi. (Muslim, "Salatu'l-Musəfirin", 155)

Muslim, Uqbə b. Haris'in də, belə dediyini rəvayət edir:

ibn Ömər (radiyallahu anh)'ın, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Gecə namazı, 2-2-dir. Sübh namazının vaxtının girəcəyini görüncə, 1 rükətlə vitr et." dediyini eşitdim.

ibn Ömər (radiyallahu anh)'dan: "2-2, nədir?" deyə soruşuldu. O da: "Hər 2 rükətdə salam verməyin." deyə cavab verdi. (Muslim, "Salatu'l-Musəfirin", 159)

Bu rəvayətlər ilə mətndəkilər arasında ziddiyyət yoxdur. Çünki, bunlardakı "1 rükət"dən məqsəd, 2 rükətə əlavə edilmiş 1 rükətdir.

Bu izahla, ibn Abbas və ibn Ömər'dən nəql edilən rəvayətlər arasında, bir ziddiyyət qalmır.

ibn Həcər, "Fəthu'l-Bari"də,

"Sizdən biri, sübhdən qorxarsa, 1 rükət qılar. Bu 1 rükət, onun qılmış olduqlarını, vitr edər." (Buxari, "Vitr", 1) şəklindəki ibn Ömər (radiyallahu anh) hədisi haqqında danışarkən, bunları deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "1 rükət qıl." sözü, vitrin bitişdirilmədən (yəni, ikinci rükətdə salam verilərək) qılınmasının, bitişik olaraq (yəni, arada salam verilmədən) qılınmasından daha fəzilətli olduğuna dəlil sayıldı. Bunun ardınca da, bu sözün, bitişdirilmədən qılmağı açıq-açıq ifadə etmədiyi kimi; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "1 rükət qıl." sözü ilə, daha əvvəl qılınan 2 rükətə əlavə ediləcək 1 rükəti qəsd etmiş olmasının da möhtəməl olduğu söyləndi. ("Fəthu'l-Bari", ll, 410)

Bu da göstərir ki, bizim bu rəvayətlər haqqında etmiş olduğumuz təvil, uzaq bir ehtimal deyildir. Bunda, bəzi insanların iddia etdiyi kimi, təkəllüf də yoxdur. Bu, ibn Həcərin söylədiklərinin də dəlalət etdiyi kimi, yaxın bir ehtimaldır.

--------------------------------

1668. əbu Xalidə'nin, vitrlə bağlı sualı üzərinə, əbu'l-Alaiyə, belə deyir:

"Muhamməd (sallallahu aleyhi və səlləm)'in əshabından bildik ki (və ya onlar bizə bildirdilər ki), vitr, məğrib namazı kimidir. Yalnız, onun, 3-cü rükətində də oxuyarıq. Bu, gecənin vitri; bu da, gündüzün vitri."

Bunu, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 293) rəvayət etməkdədir. "Asaru's-Sünən"də (l, 173) də, sənədinin səhih olduğu söylənir.

Bu hədis, vitrin, bitişik 3 rükət olduğunun, səhabə arasında bilinən bir hal olduğuna, açıqca dəlalət etməkdədir. Ayrıca, onların, "məğrib namazı kimi" demələrindən, ikinci rükətdə oturmağın vacib olduğu başa düşülür.

əbu'l-Alaiyə cahiliyyə dövründə doğulmuş və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından 2 il sonra müsəlman olmuş yaşlı tabiundandır. Əbu Bəkr'in yanına daxil olmuş; Ömərin arxasında namaz qılmışdır. ("ət-Təhzib", Xlll, 284) Səhabədən bir çoxuna çatmış və onları eşitmişdir. "Onlar, bizə bildirdi ki, vitr, məğrib namazı kimidir. Yalnız, onun üçüncü rükətində də oxuyarıq. Bu, gecənin vitri; bu da, gündüzün vitri" deməsi, əbu Hənifə'nin vitr haqqındakı görüşünün dəlilidir. O da, vitr ilə məğrib namazı arasında, əbu'l-Alaiyə'nin, səhabədən nəql etdiyi kimi; vitrin üçüncü rükətində qiraət olması xaricində, (məğriblə) bir fərq görməz.

-------------------------------

1669. Qasım'dan belə rəvayət edilir:

Çatdığımız zamandan etibarən gördük ki, insanlar, 3 rükət vitr qılırlar və hamısı da, caiz. Ümid edirəm ki, onun heç birində beis yoxdur.

Buxari'də ("Vitr", 1) yer alan bu rəvayət haqqında deyirəm:

Ondakı "hamısı da caiz" ifadəsi və davamı, ravinin ictihadıdır; və tabiunun ictihadı da, hüccət deyildir.

---------------------------

1670. əbu'z-Zinad, 7 fəqih:

~ Səid b. Musəyyəb;

~ Urvə b. Zubeyr;

~ Qasim b. Muhamməd;

~ əbu Bəkr b. Abdu'r-Rahmən;

~ Xaricə b. Zeyd;

~ Ubeydullah b. Abdullah;

~ Süleyman b. Yəsər

haqqında, bunları deyir:

Fiqh əhli, fəzilət sahibi insanlar, onları bərabər görmüşlərdir. Çox vaxt, eyni mövzuda, ixtilaf etmişlərdir. Mən, onların əksəriyyətinin və görüşü daha üstün olanın dediyini götürürəm: "Vitr, 3-dür və aralarında salam verilməz." (görüşü) onlardan götürdüklərimdəndir. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 296)

Tahavi'nin nəql etdiyi bu rəvayətin sənədi haqqında, "Asaru's-Sünən"də (l, 13), həsən olduğu deyilmişdir.

1669 no-lu hədisdə, Qasım'ın "Yetişdiyimiz zamandan etibarən gördük ki, insanlar, 3 rükətli vitr qılırlar." sözü, vitrin, səhabə arasında 3 rükətli olaraq istiqrar qazandığına və bu şəklilə bilindiyinə dəlalət etməkdədir. Qasım, onlardan heç birinin, 1 rükətli vitr qıldığını görməmişdir. Lakin o, öz ictihadı ilə, bu halı, "caiz" olaraq dəyərləndirməkdədir. Bu mövzuda onun şəxsi görüşü deyil; nəql etdiyi dəlil dəyərinə sahibdir.

Eyni şəkildə, əbu'z-Zinad'ın rəvayəti də (1670 no-lu hədis), Mədinə fəqihlərinin, vitrin, sadəcə sonuncusunda salam verilən 3 rükət olduğu xüsusunda icma etdiklərinin dəlilidir. Bu mövzuda, əbu Hənifə'nin tərcihinə dəlalət edən böyük və açıq bir dəlil olaraq, bu rəvayət kifayət edir.

----------------------------

1671. Yenə, əbu'z-Zinad'dan belə rəvayət edilir:

Ömər b. Əbdü'l-Əziz, fəqihlərin görüşünü götürərək, vitri, sadəcə sonuncusunda salam verilən 3 rükət olaraq təsbit etdi.

"Asaru's-Sünən"də, Tahavi'nin ("Şərh-u Məani'l-Asar", l, 296) nəql etdiyi bu rəvayətin sənədinin səhih olduğu söylənməkdədir.

Ömər b. Əbdü'l-Əziz'in, fəqihlərin görüşünü götürərək, vitri, sadəcə sonuncusunda salam verilən 3 rükət olaraq təsbit etməsi, bu mövzuda, Mədinəlilərin icma etdiklərinin dəlilidir. "Nuru'l-Ənvar" (s. 220) və başqa üsul kitablarında da bildirildiyi kimi, ixtilaflı bir dövrdən sonra gerçəkləşən icma, əvvəlki ixtilafı ortadan qaldırır. Bu halda, ibn Ömər (radiyallahu anh)'dan nəql edilən, vitrin 3-cü rükətinin, ilk 2-sindən ayrılmasının caiz olduğu görüşü, dəlil dəyərini itirmiş olur. Çünki, bilindiyi kimi, ibn Ömər, Mədinəlidir və Mədinəlilər də, ondan sonra, buna müxalif bir görüş üzərinə icma etmişlərdir. Malik'in "Muvatta"da ("Salatu'l-Leyl", 21) bildirdiyinə görə, ibn Şihab, (ora hicrət etmiş olan Mədinəlilərdən) Sa'd b. əbi Vaqqas (radiyallahu anh)'ın, işadan sonra 1 rükət vitr qıldığını söyləyərdi. Malik, bundan sonra, "Bizdə əməl (tətbiqat), belə deyil; vitrin ən azı, 3-dür." deyir. Sa'd (radiyallahu anh)'dan sonra Mədinəlilər arasında, onun bu felindən fərqli bir icma meydana gəldiyi üçün, ondan nəql edilən bu rəvayətin də, bir dəlil dəyəri qalmamışdır.

--------------------

1672. Yunus (siqadır və Muslimin şeyxidir) ---> Süfyan əs-Sevri ---> Husayn (ibn Abdu'r-Rahmə, siqa) sənədilə rəvayət edildiyinə görə, əbu Yəhya (Ziyad əl-Ə'rac), belə demişdir:

Misvər b. Məxrəmə və ibn Abbas, bir gecə, ay doğana qədər söhbət etdilər. Sonra, ibn Abbas, yatdı və ancaq, Zəvralıların səsi ilə oyandı. Yanındakılara, "Sizcə mən, günəş doğmadan 3-ü (vitri qəsd edir), sübhün 2 rükətini və fərzini qılıb çatdıra bilərəmmi?" dedi. Onlar: "Bəli." dedilər və o da, qıldı. Bu, fəcr vaxtının sonunda idi.

Bunu, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 289) rəvayət edir. Sənədi, səhihdir.

Adı, Ziyad olan əbu Yəhya, Qays b. Məxrəmə'nin azad etdiyi nökərdir. Onun üçün, "Ənsarın azadlı nökəri" də deyilir. Hasaneyn, ibn Abbas və başqalarından rəvayət etmişdir. Ondan da, Husayn b. Abdu'r-Rahmən və Ata b. Saib rəvayət etmişdir. İbn Main, əbu Davud və digərləri, onu siqa qəbul edirlər. ("ət-Təhzib", lll, 291)

Bu danışılanlarda, ibn Abbas (radiyallahu anh)'ın, 1 rükətlik vitri, vitr saymadığının dəlili vardır. Tahavi, bu rəvayətdən sonra, "Onun, həm 3 rükətdən az vitri kifayət edən görməsi; həm də o anda, bir tərəfdən fəcrin keçməsindən qorxarkən 3 rükət vitr qılması, imkansızdır." deməkdədir.

-----------------------------------

1673. Səlləm b. Suleym əl-Hənəfi ---> əbu Həmzə ---> İbrahim ən-Nəxai ---> Alqamə

sənədilə, Abdullah b. Məsud (radiyallahu anh)'ın: "Vitrin ola biləcək ən xəfifi, 3 rükətdir." dediyi rəvayət edilir.

Bu, imam Muhamməd'in rəvayət etdiyi "Muvatta"da (s. 141) yer alır. Sənədindəki ravilər, -İbrahimin dostu əbu Həmzə xaric- eyni zamanda, "əs-Səhih"in raviləri olan siqa kimsələrdir. Əbu Həmzə'nin adı, Meymun'dur. Hifzi haqqında kəlam edilmiş; bəziləri tərəfindən də zəif sayılmışdır.

~ Tirmizi, onun haqqında, əbu Hatim'in: "Qüvvətli deyildir; ancaq hədisi yazılar." dediyini söyləyir.

~ Yaqub b. Süfyan da: "Hədisi tərk edilən biri də, hüccət deyildir." deyir. ("ət-Təhzib", l, 396)

Deyirəm:

O, hədisi həsən olan biridir. Ən azından, etibar ediləcək və istişhad üçün əlverişli biridir. Rəvayət etdiklərinin, şahidləri vardır.

Abdullah b. Məsud (radiyallahu anh)'ın: "Vitrin ola biləcək ən xəfifi, 3 rükətdir." sözü, açıqca ifadə edir ki, 1 rükətlik vitr, olmaz. İbn Məsud'un demək istədiyi, budur. İləridə bildiriləcəyi üzərə, o, tək rükət vitr qılanları, tənqid edirdi. Onun sözündən, 3 rükətdən çox vitrin caiz olduğu mənası da çıxmaz. Bu, onun sözünün müxalif məfhumu isə də, müxalif məfhum, hüccət deyildir.

----------------------------

1674. əbu Hənifə, əbu Cə'fər'dən belə rəvayət edir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), işa namazı ilə sübh namazı arasında, 13 rükət namaz qılardı. 8 rükət, nafilə; 3 rükət, vitr; və fəcrin 2 rükəti."

Bunu, imam Muhamməd, "əl-Muvatta"da (s. 145) rəvayət edir. Mürsəl və səhihdir. Əbu Cə'fər, əl-Baqir olaraq tanınan Muhamməd b. Əli b. Hüseyn'dir. Kütüb-ü Sittə ravilərindən, siqa və fəzilət sahibi, 4-cü (təbəqə)'dən bir kimsədir. ("ət-Təqrib", s. 191)

---------------------------

1675. əbu Hənifə ---> Hammad ---> İbrahim ən-Nəxai

sənədilə Ömər (radiyallahu anh)'ın:

"3 rükətli vitri tərk etməyi sevmərəm. Vələv ki, mənim qırmızı dəvəm (və ya ən gözəl dəvəm) olsa da." dediyi rəvayət edilir.

Bunu, imam Muhamməd, "əl-Muvatta"sında (s. 146) rəvayət edir. Səhih bir mürsəldir. Daha əvvəl də keçdiyi kimi, ona görə, Nəxai'nin mürsəlləri, səhihdir.

-----------------------------

1676. İsmayıl b. İbrahim ---> Leys ---> Ata

sənədilə, ibn Abbas (radiyallahu anh)'ın: "Vitr, məğrib namazı kimidir." dediyi rəvayət edilir.

Bu da, imam Muhamməd'in "Muvatta"sında (s. 146) yer alır. Burdakı İsmayıl, elə zənn edirəm ki, ibn Aliyyə'dir. O, ibnu'l-Mübarək'in dostudur. Xəlifə Harun ər-Rəşid'in son illərində, Bağdad'da məzalim (zülm, haqsızlıqlara dair məsələlərə) baxmaqla vəzifəli idi. ("ət-Təhzib", l, 274-275) Səmani'nin "əl-Ənsab"ında bildirildiyinə görə, Muhamməd də, Kufədə böyüdü; Bağdadda iqamət etdi; orda hədislə məşğul oldu. Bu halda, Muhamməd'in, ondan; və ibn Aliyyə'nin də, Leys'dən hədis eşitməsi, uzaq bir ehtimal deyildir. Çünki o, öz təbəqəsindən rəvayət etməkdədir. Bu etibarla, rəvayətin sənədi, həsəndir.

1674, 1675 və 1676 no-lu əsərlərin, vitrin 3 rükət olmasına dəlaləti, açıqdır.

-------------------------------------

1677. Yəhya b. Zəkəriyyə əl-Kufi ---> Ə'məş ---> Malik əl-Haris ---> Abdu'r-Rahmən b. Yezid ən-Nəxai ---> Abdullah b. Məsud

sənədilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Gecənin vitri, gündüzün vitri olan məğrib namazı kimi, 3-dür." buyurduğu rəvayət edilir.

Bu hədisi, Daraqutni (ll, 28. Bu hədis və təxrici haqqında, daha əvvəl, 1653 no-lu hədisin açıqlamasında məlumat verilmişdi.) və "ibn əbu'l-Havacib də deyilən bu Yəhya b. Zəkəriyyə, zəifdir. Bunu, Ə'məş'dən, mərfu olaraq rəvayət edən, ondan başqa biri yoxdur." deyir.

Deyirəm:

İbn əbu'l-Havacib'i, ibn Hibban, "əs-Siqat"da zikr etməkdədir. ("əl-Lisan", Vl, 255) O, haqqında ixtilaf edilmiş biridir. Belə biri də -xüsusilə, rəvayətini dəstəkləyən başqa şahidlər varsa- etibara alınar. Daraqutni,

İsmayıl b. Muslim əl-Məkki ---> Həsən ---> Sə'd b. Hişam ---> Aişə (radiyallahu anha)

sənədilə, mərfu olaraq, bunun, eynilə bənzərini rəvayət edir. Onu, Daraqutni təriqilə, ibnu'l-Cevzi də, "əl-İləl"də rəvayət edir və İsmayıl b. Muslim əl-Məkki səbəbilə, illətli sayır. ("Nasbu'r-Rayə", l, 277) Bu İsmayıl, hər nə qədər insanlar tərəfindən zəif olaraq vəsf edilsə də,

~ əbu Hatim, onun haqqında: "Mətruk (hədisi tərk ediləcək) biri deyildir. Hədisi yazılar." deyir.

~ İbn Adiyy də, onun, "hədisi yazıla biləcəklərdən" olduğunu söyləyir.

~ ibn Sa'd'ın dediyinə görə, Muhamməd b. Abdullah əl-Ənsari, onun üçün: "Görüş, fətva və bəsirət sahibidir. Hədis hifzi vardır. Diqqətli biri olduğu üçün, mən, ondan hədis yazardım." demişdir. ("ət-Təhzib", l, 332-333 -müxtəsər bir şəkildə-)

Təkrar-təkrar zikr etdiyimiz qaydaya görə, bu hədis, mərfu halı ilə, həsəndir. Mərfuluq, məvqufluqla zidd düşməyən bir əlavədir. Siqa olduğu haqqında ixtilaf edilən birindən gələn belə bir əlavə, qəbul edilə bilər. Bununla bərabər, onun, bənzər bir də şahidi varsa, əvləviyyətlə qəbul edilər.

Mühəddislər, hər nə qədər bu hədisin, Abdullah b. Məsud (radiyallahu anh)'da qalan məvquf halını səhih saymaqla birlikdə, mərfu olması haqqında kəlam etmişlərsə də; onu, mərfu şəklilə rəvayət edən də, rəvayəti həsən sayılan biridir. Mərfuluqda ona tabe olan özü kimi biri də vardır. Bu halda, onun əlavəsini, -mətndə də söylədiyimiz kimi- qəbul etmək lazımdır.

-----------------------------------

1678. Sabit'dən belə rəvayət edilir:

Ənəs (radiyallahu anh): "Ey əbu Muhamməd! Məndən götür. Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən götürdüm. O da, Allahdan götürdü. Əsla, məndən daha güvənilən birindən götürə bilməzsən." dedi.

Sonra, mənə, işanı qıldırdı. Sonra, 2 rükətdə salam verərək 6 rükət qıldı. Sonra, sonuncusunda salam verərək 3 rükət vitr qıldı.

Bunu, Ruyani və ibn Asakir rəvayət etməkdədirlər. Raviləri, siqa kimsələrdir. ("Kənzu'l-Ummal", lV, 196).

Deyirəm: Bu, mərfu hökmündədir.

Bu hədis də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, vitri, 3 rükət olaraq və arada salam vermədən bitişik halda qıldığına dəlalət etməkdədir. Çünki, Ənəs (radiyallahu anh), onu: "Məndən götür. Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən götürdüm. O da, Allahdan götürdü. Əsla, məndən daha güvənilən birindən götürə bilməzsən." deməsindən başa düşüldüyü kimi; Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in feli olaraq rəvayət etməkdədir. Bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vitrini, fasiləli olaraq rəvayət edənlərin qarşısında yer almaqdadır. Daha əvvəl də açıqladığımız kimi; vitrin, bitişik 3 rükət olması, tərcihə daha uyğundur. Xatırla!

----------------------------

1679. Hafs ---> Amr sənədilə rəvayət edildiyinə görə, Həsən:

"Müsəlmanlar, vitrin, sadəcə sonunda salam verilən 3 rükət olaraq qılınacağı xüsusunda icma etmişlərdir."

Bu, ibn əbi Şeybə ("əl-Musannəf", ll, 294) tərəfindən zikr edilmişdir. İbn Həcər'in bildirdiyinə görə, sənədində yer alan Amr b. Ubeyd, mətruk biridir. ("əd-Dirayə", s. 115)

Deyirəm:

Amr, tərk edilməsi xüsusunda ittifaq edilən bir ravi deyildir! (Belə ki):

~ ibn Adiyy, ona aid və əksəriyyəti səhih mətnlərdən meydana gələn bir qrup hədis toplamışdır. (Zəhəbi, "əl-Mizan", ll, 295)

~ Eyni zamanda, "Kütüb-ü Sittə" ravilərindən və etibarlı şəxsiyyətlərdən biri olan Abdu'l-Varis b. Səid: "Amr b. Ubeyd'in rəvayət etdiyi hər şeyin, haqq olduğunu bilməsəydim; ondan, əsla heç bir şey rəvayət etməzdim." deyir. ("ət-Təhzib", Vl, 443)

~ ibn Hibban da, onun, hədis rəvayətində, qəsdən deyil; vəhm səbəbilə yalnış söylədiyini bildirir. ("ət-Təhzib", Vlll, 75)

Onun mutabiləri olan rəvayətlərində bir beis yoxdur. Lakin tək qaldığı rəvayətləri, dəlil olaraq istifadə edilə bilməz.

Raviləri arasında Amr b. Ubeyd vardır. Onun, hədisləri tərk edilənlərdən olduğu xüsusunda ittifaq olmadığını; özünü, siqa sayanların da olduğunu açıqlayıb isbat etdik. Onu, yalançılıqla ittiham edənlərə qarşı da, ibn Hibban, bunun, qəsdi bir yalan olmadığını; yanılaraq yalan (mahiyyəti doğru olmayan söz) söylədiyini açıqlamaqdadır. Onun rəvayətlərinin münkər olmadığı, açıqdır. Hətta əbu'l-Alaiyə, Qasım və əbu'z-Zinad'ın, daha əvvəl keçən söz və əsərlərində, səhabə və Mədinəli fəqihlər arasında, bu mövzuda ittifaq olduğunu göstərən xüsuslar da vardır. O vaxt, Amr b. Ubeyd'in bunlara uyğun rəvayətlərinin də qəbul edilməsi lazımdır.

Bütün bunlardan ortaya çıxanı, belə xülasə edək:

Vitrin 3 rükət olduğu və sadəcə sonunda salam verildiyi, səhabəsilə, tabiunu ilə, müsəlmanlar arasında yayğın olaraq bilinən və istiqrar qazanmış bir fel idi!

---------------------------

1680. Aişə (radiyallahu anha), mərfu olaraq rəvayət etdiyi uzun bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Hər 2 rükətdə, 'ət-təhiyyə' oxuduğunu' söyləyir."

Bu hədisi, Muslim ("Salatu'l-Musəfirin", 240) rəvayət edir. Ondan, daha əvvəl, təşəhhüddə necə oturulacağı mövzusunu işləyərkən bəhs etmişdik.

Bu hədis, vitr əsnasında, ikinci rükətdə oturulacağına, açıqca dəlalət etməkdədir. Çünki, "hər 2 rükət" şəklindəki ümumi ifadəyə, vitrin ilk 2 rükəti də daxildir. Dolayısı ilə, (hədis), vitrdə də, ikinci rükətdə oturmağın vacib olduğuna dəlalət etməkdədir. Bəzi rəvayətlərdə, "ət-təhiyyə" yerinə, "ət-təslim" (salam vermə, salamlama) kəliməsi yer alır. Məsələn, Muslim'in, Uqbə b. Hureys'dən nəql etdiyi rəvayətdə, belə deyilməkdədir. Uqbə, ibn Ömər (radiyallahu anh)'dan: "2-2-nin mənası, nədir?" deyə soruşduğunu; və "Hər 2 rükətdə salam vermək" cavabını aldığını bildirir. ("Fəthu'l-Bari", l, 398) Bu rəvayətdəki "ət-təslim" ilə digərindəki "ət-təhiyyə", eyni mənadadır. Hədislərdə, bu kəlimənin, təşəhhüd haqqında istifadə edilməsi, yayğındır. Çünki, təşəhhüddə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Allahın saleh qulları salamlanmaqdadır. Necə ki, Taberani'nin, əbu Rifaa'dan rəvayət etdiyi bir hədisdə: "Namazın açarı, dəstəmaz; təhrimi (başlaması), təkbir; təhlili (çıxması), salam verməkdir. Hər 2 rükətdə, 1 salam vardır. Fərz olsun və ya olmasın, hər rükətdə, 'əl-həmdu' və 1 surə oxumayanın, namazı olmaz." deyilməkdədir. ("Haşiyət-u Müsnədi'l-İmam", s. 56)

əbu Hənifə,

əbu Süfyan ---> əbu Nadra ---> əbu Səid

sənədilə, bu hədisin bir bənzərini rəvayət edir ki, onda: "Hər 2 rükətdə salamla." deyilməkdədir. Muqri'dən gələn bir rəvayətə görə, o, əbu Hənifə'dən: "Hər 2 rükətdə salamla." deyərkən, nəyi qəsd edir, deyə soruşur. O da, cavabında: "Təşəhhüdü qəsd edir." deyir. Bunun üzərinə, Muqri: "Doğru söylədi." deyir. ("Müsnədu'l-İmam", s. 58)

Açıqca görülməkdədir ki, "Hər 2 rükətdə 1 salam vardır." cümləsi və bu hədisdəki "Hər 2 rükətdə salamla." cümləsi, ittifaqla, təşəhhüd mənasına həml edilmişdir. Çünki, bu cümlə, xüsusilə gecə namazı haqqında deyil ümumi mənada; namaz haqqında istifadə edilmişdir. Taberani'nin "əl-Mu'cəmu'l-Kəbir"də, ümmü Sələmə (radiyallahu anha)'dan rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Hər 2 rükətdə, təşəhhüd və peyğəmbərləri, Allahın onlara tabe olan saleh qullarını salamlamaq vardır." buyurmuşdur. Bu rəvayətin sənədində yer alan Əli b. Zeyd, rəvayətlərinin dəlil olaraq istifadə edilib-istifadə edilməyəcəyi haqqında, ixtilaf edilmiş biridir. Onu siqa sayanlar da vardır. ("Məcmau'z-Zəvaid", l, 197)

Deyirəm:

Burda adı keçən Əli b. Zeyd b. Cudan'dır. Daha əvvəl bir çox dəfə keçdiyi kimi; o, rəvayətləri həsən qəbul edilən biridir. Bu hədisdə, təşəhhüdə, "təslim / salamlama" deyilməsinin səbəbi də, açıqlanmaqdadır. Bizə görə, ibn Ömər (radiyallahu anh)'ın "2-2" ifadəsini açıqlamaq üçün söylədiyi: "Hər 2 rükətdə salam verməyindir." sözü də, belə başa düşülməlidir. Bir an üçün, onun məqsədinin "namazı bitirərkən olan salam" olduğu iddiasını qəbul etsək belə, ona qarşı da, belə deyərik:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təfsiri, ravinin təfsirindən daha üstündür. 4 Sünən'də (haşiyə), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu xüsusda təfsiri vardır. Tirmizi və Nəsai'də, Fadl b. Abbas (radiyallahu anh)'ın -ki, doğru olduğu tərcih edilən budur- digərlərində də, Muttalib'in rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Namaz, 2-2-dir. Hər 2 rükətdə, təşəhhüd edərsən; xuşu içində olarsan; yalvararsan və aciz bir vəziyyət alarsan." buyurmuşdur. Biz, 2-ci cilddə, bu hədisin, ibn Hibban'ın qaydalarına görə, səhih; başqalarına görə də, ən azından həsən olduğunu təsbit etmişdik. Burda, "2-2"dən məqsədin, hər 2 rükətdəki təşəhhüd olduğu da, açıqca ifadə edilməkdədir.

-------------------------

(Haşiyə:

Hədis, zəifdir. əbu Davud, "Tatavvu", 13; Tirmizi, "Salat", 166; ibn Macə, "İqamətu's-Saləh", 172.)

----------------------------

"əl-Müstədrək"in bəzi nüsxələrində, Aişə (radiyallahu anha)'nın:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), sadəcə sonuncusunda oturaraq 3 rükətli vitr qılırdı." dediyi şəklindəki rəvayət, bizə qarşı dəlil olaraq iləri sürülə bilməz. Çünki, daha əvvəl də keçdiyi üzərə, digər nüsxələrdə "...sadəcə sonuncusunda salam verərək..." deyilməkdədir. Tərcihə uyğun olan, bu rəvayətdir. Çünki

Səid b. əbu Arubə ---> Qatadə ---> Zurara b. Əvfa ---> Sa'd b. Hişam ---> Aişə (radiyallahu anha)

sənədilə rəvayət edildiyinə görə, o, "Vitrin 2 rükətində salam vermirdi."

Bunu, Nəsai ("Qiyamu'l-Leyl", 37) və Hakim rəvayət edir. Hakim'dəki rəvayət, "Vitrin ilk 2 rükətində salam vermirdi." şəklindədir.

Bu hədisi, Səid b. əbu Arubə'dən bir çox siqa ravi rəvayət edir. Nəsai'nin rəvayətindəki Bişr b. Mufaddal və "Muvatta"da (s. 149), Muhamməd b. Həsən əş-Şeybani, bunlardan ikisidir.

"ət-Tə'liqu'l-Həsən"də (l, 11) bildirildiyinə görə, bu hədisi,

~ Yezid b. Zurey və əbu Bədr Şüca b. Vəlid, Daraqutni'də (ll, 32);

~ Abdu'l-Vəhhab b. Ata və İsa b. Yunus, Hakim'də (l, 304);

~ Mutam b. Miqdam da, Taberani'də ("əl-Mu'cəmu's-Sağir")

"salam vermə" şəklində rəvayət etmişdir.

Əban b. Yezid isə, "əl-Müstədrək"in bəzi nüsxələrində, bundan fərqli olaraq "oturma" şəklində; bəzilərində də, buna uyğun olaraq, Səid'in də dediyi kimi, "salam vermə" şəklində rəvayət etmişdir. Doğrusu, Səid'in rəvayət etdiyi ləfzə uyğun olan nüsxənin tərcih edilməsidir.

"əl-Müstədrək"in bəzi nüsxələrində, Aişə (radiyallahu anha)'nın:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), sadəcə sonuncusunda oturaraq 3 rükətli vitr qılırdı." dediyi şəklindəki rəvayət, bizə qarşı dəlil olaraq iləri sürülə bilməz. Çünki, daha əvvəl də keçdiyi üzərə, digər nüsxələrdə "...sadəcə sonuncusunda salam verərək..." deyilməkdədir. Tərcihə uyğun olan, bu rəvayətdir. Çünki

Səid b. əbu Arubə ---> Qatadə ---> Zurara b. Əvfa ---> Sa'd b. Hişam ---> Aişə (radiyallahu anha)

sənədilə rəvayət edildiyinə görə, o, "Vitrin 2 rükətində salam vermirdi."

Bunu, Nəsai ("Qiyamu'l-Leyl", 37) və Hakim rəvayət edir. Hakim'dəki rəvayət, "Vitrin ilk 2 rükətində salam vermirdi." şəklindədir.

Bu hədisi, Səid b. əbu Arubə'dən bir çox siqa ravi rəvayət edir. Nəsai'nin rəvayətindəki Bişr b. Mufaddal və "Muvatta"da (s. 149), Muhamməd b. Həsən əş-Şeybani, bunlardan ikisidir.

"ət-Tə'liqu'l-Həsən"də (l, 11) bildirildiyinə görə, bu hədisi,

~ Yezid b. Zurey və əbu Bədr Şüca b. Vəlid, Daraqutni'də (ll, 32);

~ Abdu'l-Vəhhab b. Ata və İsa b. Yunus, Hakim'də (l, 304);

~ Mutam b. Miqdam da, Taberani'də ("əl-Mu'cəmu's-Sağir")

"salam vermə" şəklində rəvayət etmişdir.

Əban b. Yezid isə, "əl-Müstədrək"in bəzi nüsxələrində, bundan fərqli olaraq "oturma" şəklində; bəzilərində də, buna uyğun olaraq, Səid'in də dediyi kimi, "salam vermə" şəklində rəvayət etmişdir. Doğrusu, Səid'in rəvayət etdiyi ləfzə uyğun olan nüsxənin tərcih edilməsidir.

Çünki, bunu ondan nəql edən siqa ravilər "salam vermək" ləfzi üzərində ittifaq etməkdədirlər. Üstəlik, Səid b. əbu Arubə, siqa, hafiz biridir və Qatadə haqqında da ən sabit insandır. O, hər nə qədər müdəllis isə də, Daraqutni'də, "həddəsənə" ifadəsini, qəti olaraq istifadə etmişdir. Əban b. Yezid də, siqa ravilərdən olsa da, onun güvənirliyi, Səid'dən aşağı dərəcədədir. Onun "oturma" şəklindəki bu rəvayətində, mutabii də yoxdur. Halbuki, Beyhaqi'nin "əl-Marifə"də bildirdiyinə görə, Hişam əd-Dəstəvai, Mə'mər və Həmmam, Qatadə (radiyallahu anh)'dan nəql etdikləri rəvayətdə, Səid'ə mutabaat etmişlərdir. Onun ifadəsi, belədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), 3 rükətli vitr qılırdı və onların sonuncusundan başqasında oturmurdu."

Bu, ibn Arubə, Hişam əd-Dəstəvai, Mə'mər və Həmmam'ın, Qatadə (radiyallahu anh)'dan nəql etdikləri rəvayətdən fərqlidir. ("ət-Tə'liqu'l-Həsən", ll, 15). Əban'ın ordakı ləfzi, məhfuz deyildir. Həm bunu, ondan, sadəcə, Şeyban b. Fərrux rəvayət etmişdir. O da, saduq, lakin, vəhmə qapılan və qədəriliklə ittiham edilən biridir. İbn Həcər, "ət-Təqrib"də (s. 86) belə deməkdədir.

Bir an üçün, Əban'ın söylədiyi səhih qəbul edilsə belə, ordakı "oturma", salam ilə bitən oturma şəklinə həml edilir və beləcə, fərqli hədislər, birlikdə dəyərləndirilmiş; araları cəm edilmiş olur. Bu şəkildəki cəm, Şəvkani'nin 7 rükət vitrlə bağlı hədislərin arasını cəm etməsinə bənzəyir. Bu mövzudakı rəvayətlərdən birində, "Altıncı və yeddincisi xaricində oturmadı." deyilir. (Hədis, səhihdir. Nəsai, "Qiyamu'l-Leyl", hədis no: 1719.) Başqa bir rəvayətdə də, "Sonuncusu xaricində oturmadan, 7 rükət qıldı." (Hədis, səhihdir. Nəsai, "Qiyamu'l-Leyl", hədis no: 1718) şəklindədir. Nəsai'nin zikr etdiyi bu rəvayətlər haqqında, Şəvkani belə deyir:

~ Birinci rəvayət, 6-cı rükətdə oturmaq olduğuna;

~ İkinci rəvayət də, bunun olmadığına

dəlalət edir.

İkinci rəvayətdəki son rükət xaricində oturmaq olmadığına dair ifadənin, salamla bitən bir oturma olmadığı şəklində başa düşülməsi və beləcə, iki rəvayətin cəm edilməsi, mümkündür. (Il, 284)

Urvə'nin, Aişə (radiyallahu anha)'dan rəvayət etdiyi və Muslim'də yer alan:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), gecə 13 rükət qılırdı. Onlardan 5-ini, vitr edirdi və sonuncusu xaric, bunların heç birində oturmurdu." ("Salatu'l-Musəfirin", 123) şəklindəki rəvayətlə bağlı cavab, daha əvvəl təfsilatlı bir şəkildə keçdi. Onu xatırlamaqda fayda vardır.

Bunu, imam Şafi, "əl-Müsnəd"ində (s. 124),

Abdu'l-Məcid ---> ibn Cureyc ---> Hişam b. Urvə ---> atası Urvə ---> Aişə (radiyallahu anha)

sənədilə, mərfu olaraq belə rəvayət etmişdir:

"O, 5 rükətli vitr qılırdı. Bunların sonuncusu xaricində oturmur və salam vermirdi."

Bu hədisin raviləri, "Kütüb-ü Sittə" raviləridir. Yalnız Buxari, Abdu'l-Məcid'dən rəvayət etməmişdir. Lakin o, siqadır. Muslim və başqa mühəddislər, ondan hədis rəvayət etmişlərdir. Ondakı rəvayətdə, "və salam vermirdi" əlavəsi vardır ki, bu da, hədisdə bəhsi edilən "oturma"ğın, "içində salam olan oturma" olaraq təvil edilməsini dəstəkləyir. Muslim'in, Aişə (radiyallahu anha)'dan nəql etdiyi rəvayət isə, bu şəkildədir:

"9 rükət qılırdı. Bunlardan sadəcə 8-cidə otururdu. Allahı zikr edir; Ona həmd və dua edirdi. Sonra qalxırdı, salam vermirdi. Sonra qiyamda dayanır və 9-cunu qılırdı. Sonra oturur, Allahı zikr edir, Ona həmd və dua edirdi. Sonra da, bizim eşidəcəyimiz şəkildə səsli salam verirdi." ("Salatu'l-Musəfirin", 139)

əbu Davud'un ("Tatavvu", 26), bu mövzuda,

Muhamməd b. Bəşşar ---> Yəhya b. Səid ---> Səid ---> Qatadə (radiyallahu anh)

sənədilə, haqqında hər hansı bir söz danışmadan nəql etdiyi rəvayət, belədir:

"8 rükət qılırdı. Bunlardan, sadəcə 8-cidə otururdu. Oturub Allahı zikr edir, sonra dua edirdi. Sonra, bizim eşidəcəyimiz şəkildə, səsli salam verirdi. Salam verdikdən sonra, oturaraq 2 rükət qılırdı; sonra 1 rükət qılırdı..." ("Bəzlu'l-Məchud", l, 293)

Bu, az əvvəl keçən və içində, "Sadəcə 8-cisində otururdu. Sonra qalxırdı, salam vermirdi." cümlələri olan rəvayətdən fərqlidir.

Bunu, yəni Muhamməd b. Bəşşar hədisini, Nəsai də ("Qiyamu'l-Leyl", 2), "əl-Muctəba"sında, eyni sənəd və ləfzlərlə rəvayət edir. Sonunda isə, belə deyir:

"əbu Abdu'r-Rahmən dedi: Mənim kitabımda, belə yazılmışdır. O (sallallahu aleyhi və səlləm)'in vitrinin mövqeyi haqqındakı xəta, kimdən qaynaqlanır bilmirəm."

əbu Davud ("Tatavvu", 26), onu,

Bəhz b. Hakim ---> Zurarə ---> Aişə (radiyallahu anha)

sənədilə də, bu şəkildə rəvayət edir:

"8 rükət vitr qılırdı və heç oturmurdu. Nəhayət, 8-cidə otururdu; salam vermirdi və 9-cusunda otururdu. Sonra oturur, Allahın dua etməsini istədiyi şeylərlə dua edirdi. Şiddətli bir şəkildə, salam verirdi. Elə şiddətli salam verirdi ki, az qalsın ev xalqını oyandırırdı." (Hədis, səhihdir.)

Bu rəvayətilə, Hənəfilərin görüşü arasında, 2 mövzuda fərqlilik vardır:

1. Hər iki rükətdə oturmaq hadisəsinin olmaması;

2. Vitrin, nafilələrə əlavə edilməsi və 3 rükətdən çox olması mövzusu.

İndi, bu 2 məsələyə cavab verək:

Aişə (radiyallahu anha)'nın: "8 rükət qılırdı və heç oturmurdu. Nəhayət, 8-cidə otururdu." ifadəsi, belə başa düşülür:

"O, uzunca oturmurdu və açıqdan şiddətlicə salam vermirdi. Nəhayət, 8-cidə otururdu və bu oturuşu, uzun tuturdu; salam vermirdi. Sonra 9-cu rükəti qılırdı və otururdu. Sonra şiddətli bir şəkildə salam verirdi."

Bu görüşə görə, nəql edilən rəvayətdən, 6-cı rükətdə salam verilməməsi və hər iki rükətdə oturulmaması lazım gəlməz. Olsa-olsa, ən yuxarısı, 8-ci və 9-cu rükətlərdən əvvəl uzunca oturulmamış və şiddətli bir şəkilda salam verilməmiş olması lazımdır.

Rəvayətlərin hamısını, zahiri mənalarına həml etsək, o vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözü ilə əməl etmək və sözünü əsas almaq, daha öncəlikli və bağlayıcı olar. Xüsusilə, Onun gecə namazının keyfiyyəti ilə bağlı feli rəvayətlər, bir xeyli fərqli olunca, bu yol, tərcih edilməlidir. Xüsusilə, Aişə (radiyallahu anha)'ya aid rəvayətlər arasında, aralarını cəm etmək, çətin olacaq dərəcədə fərqliliklər vardır. Bu hal, zikr etdiyimiz mövzuları incələyən və hədislərin sənəd və ləfzlərini araşdıranlar tərəfindən rahatlıqla görülə biləcəkdir. Məsələn, yuxarıda, 7 rükətli vitr ilə bağlı hədisdə, buna işarət etmişdik. Əbu Davud ("Tatavvu", 26) Nəsai'dəki ("Qiyamu'l-Leyl", 2) bir rəvayətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəsd edilərək, "Yaşlanınca və çəkisi çoxalınca, 7 rükət vitr qıldı; altıncı və yeddinci rükətdən başqasında oturmadı; yeddincidən başqasında da salam vermədi." deyilməkdədir. Nəsai'nin, sənədi fərqli bir rəvayətində ("Qiyamu'l-Leyl", 42) isə, mövzu, "Sonuncusu xaricində oturmadan, 7 rükət qıldı." deyə bildirilməkdədir. Bu səbəbdən, bəziləri, rəvayətlərin mudtarib olduğuna hökm etmişlərdir. Bu rəvayətlərdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in tətbiqatları, fərqli ehtimallara açıq və ümumi bir hökm verilə bilməyəcək tərzdə bildirilməkdədir. O vaxt, o rəvayətlərin əsas alınaraq, Onun, "Hər 2 rükətdə təhiyyə vardır." şəklindəki sözünün tərk edilməsi, doğru olmaz. Çünki bu söz, fərz və ya nafilə olduğuna baxılmadan, hər namaz əsnasında 2 rükət qılınınca oturmağın vacib olduğuna dair ümumi bir hökm ehtiva etməkdədir. Eyni hökm, "Gecə namazı, 2-2-dir." hədisindən də başa düşülür. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, hər 2 rükətdə təşəhhüd etmək şəklində açıqlamışdır. Bunun zahiri, hər 2 rükətdə oturmağın vacib olduğunu göstərir. Çünki, mübtəda, xəbərə həsr edilmişdir. Bu hal, gecə namazının, sadəcə -bildirilən mənada- 2 rükətli namaza xüsusi olmasını gərəkdirir.

Bəzi insanlar, "Fiqhi nəzər, 'Hər 2 rükətdə təhiyyə vardır.' hədisindən başa düşülən oturma əmrinin, sadəcə fərz namazlar haqqında başa düşülməsini; nafilələri əhatə etməməsini gərəkdirir. Bu halda, feli hədislər, ondan təsirlənməz və bağlı olduqları yerlərdə, bu hədislərə görə əməl edilər." deyirlər.

Deyirəm:

Bu söylənənin, fiqhə dəxlisi yoxdur. Söz, feldən əvvəl gəlir. Felin, söz qarşısında diqqətə alınacaq bir mövqedə ola bilməsi üçün, -Müqəddimədə də bildirdiyimiz kimi- təəssi dəlili (yəni, Peyğəmbərin felinin, ümməti tərəfindən nümunə alınacağına dair dəlil) ilə birlikdə olması lazımdır. Burda isə, belə bir hal yoxdur. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), gecə namazını, insanların hüzurunda deyil; onlar yuxuda ikən evində qılırdı. Bu rəvayətlərdə bildirilən keyfiyyətlər haqqında, təəssi dəlili yoxdur. Üstəlik, onların ifadələrində, çox fərqliliklər və şiddətli təzadlar vardır. Belə bir halda, amm (ümumi mənalı) əmrin, bunlarla təxsis edilməsi, necə caiz ola bilər?! Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözü, bütün ümmət haqqında bağlayıcıdır. Ancaq onun kimi bir dəlillə tərk və ya təxsis edilə bilər. Buna diqqət edilməsi; mövzunun, bəsirət və dirayətlə ələ alınması lazımdır. Beləcə, daha əvvəl "təşəhhüddə oturmaq şəkli"nə dair başlıq altında Aişə (radiyallahu anha)'nın mətndə -burda və orda- keçən hədisi haqqında danışarkən, açıqlamağı vəd etdiyimiz mövzunu açıqlamış olduq.

-------------------------------------

1681. Abdullah b. Məsud (radiyallahu anh)'dan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Hər 2 rükətdə otruduğunuz vaxt, 'ət-təhiyyətu lilləh...' deyin." buyurduğunu rəvayət etməkdədir.

Nəsai, bu hədisi, haqqında sükut edərək təxric etmişdir. (I, 174) Şəvkani, "Nəylu'l-Əvtar"da (ll, 165): "Əhməd, onu, hamısının da raviləri siqa olan fərqli sənədlərlə rəvayət edir." deməkdədir.

Bu hədis, daha əvvəl təşəhhüdün vacib olmasına dair başlıq altında keçmişdi.

Bundan əvvəlki hədis kimi; bu da, vitr əsnasında ikinci rükətdə oturulacağına, açıqca dəlalət etməkdədir. Çünki, cümlənin başında yer verilən "izə / dığı, diyi" şərt ədatı, olacağı qəti mövzularda istifadə edilir. Bu cəhətdən, o, şübhəyə dəlalət edən "in" ədatından fərqlidir. Bu halda, hədis, 2 rükətdən sonra oturmağın və təşəhhüdün vacib olduğuna dəlalət edər. Digər tərəfdən, bu, qövli/sözlü və müfəssər (mənası çox açıq) bir hədisdir. Dolayısı ilə, ravilərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gecə namazının keyfiyyətinə dair, zahiri etibarı ilə buna müxalif görülən digər rəvayətlərin önünə keçər. Məlum olduğu üzərə, fellərin ifadəsində, bəhs mövzusu ola biləcək ehtimallar ilə, sözlərdəki ehtimallar qarşılaşdırıldığında, fellərin ehtimallarını diqqətə alıb açığa çıxarmaq, daha uyğundur. Çünki, feldə, ümum mənası yoxdur. O, külli hökmə dəlalət etməz; özündə, fərqli ehtimalları ehtiva edən bir şeyin hekayə edilməsindən ibarətdir. Halbuki, söz, elə deyildir; daha əvvəl də keçdiyi kimi, söz, bağlayıcı bir dəlildir.

Nə qəribədir ki, bəzi insanlar, sözdəki ehtimalları açığa çıxarırlar; ancaq felləri olduğu kimi buraxırlar. İndi bu, dəlillərinin qüvvətli olduğu açıq ortada ikən; ondakı ehtimalı açığa çıxarmaq surətilə, Hənəfilərə qarşı tələsik hökm verməkdən və təəssüb göstərməkdən başqa bir şey ola bilərmi?! Onlar, Hənəfilərin dəlilləri qarşısında ehtimalları önə sürərlərkən; zəifliyi aşkar olan qarşı dəlillərdə isə, eyni şeyi etmirlər.

Hakim'in ("əl-Müstədrək", l, 305),

Həsən b. Fadl ---> Muslim b. İbrahim və Süleyman b. Harb ---> Cərir b. Hazm ---> Qays b. Sa'd

sənədilə rəvayət etdiyinə görə, Ata:

"Arada oturmadan 3 rükətli vitr qılırdı və sadəcə sonuncusunda təşəhhüd edirdi."

Bu rəvayət, bizə qarşı, dəlil ola bilməz. Çünki, tabiundan olan birinə aid fel, mərfu və məvquf səhih xəbərlərlə zidd düşərsə, bir dəyəri qalmaz. Üstəlik, bu rəvayət, sənədində Həsən b. Fadl b. Səmh əbu Əli əz-Zəfərani əl-Busarani vardır və o, Muslim b. İbrahim'dən rəvayət etməkdədir. Əbu'l-Həsən b. Munadi, Həsən haqqında: "İnsanlar, ondan çox rəvayət etdilər. Sonra (halı) ortaya çıxdı və onu tərk etdilər, hədisini cırdılar...ibn Hazm, onun məchul olduğunu söyləyir." deməkdədir. ("əl-Lisan", ll, 244) Bu mövzuda, Hakim'in (l, 304), Həsən'dən nəql etdiyi, "Ona, ibn Ömər, vitrin 2 rükətində salam verirdi." deyildi və o da, "Ömər (radiyallahu anh), ondan daha fəqih idi; təkbir ilə 3-cü rükətə qalxırdı.' dedi." şəklindəki rəvayət də, bizə qarşı dəlil ola bilməz. Çünki bu, "Oturduqdan və təşəhhüddən sonra təkbir ilə 3-cü rükətə qalxırdı." mənasındadır. Bu ehtimal var olunca, onunla istidlal etmək, batildir.

-----------------------------

1682. ibn Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, gecə namazını soruşdu və Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Gecə namazı, 2-2-dir." buyurdu. (Buxari, "Vitr", 1)

Bu hədis, gecə namazının 3 rükətdən az ola bilməyəcəyini ifadə edir. Çünki, mübtəda, xəbərə həsr edilmişdir. Bu hal, gecə namazının, sadəcə 2-li olmasını gərəkdirir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), yuxarıda keçən Fadl b. Abbas (radiyallahu anh) hədisindəki: "Hər 2 rükətdə, təşəhhüd edərsən." cümləsilə onu açıqlamışdır. Bu ifadə, 2-dən aşağının olmamasını gərəkdirir. Necə ki, ibn Dəqiq əl-İd də, bunu, "İhkamu'l-Əhkam"da (ll, 84), açıqca ifadə edərək, belə deyir:

"Bu görüşə görə, yəni, tək 1 rükətlik nafilə olmayacağına istidlal etmək, 'Əgər tək rükət namaz olsaydı; sübh və məğrib namazlarının da qısaldılması mümkün olardı.' tərzində bir görüşlə istidlal etməkdən daha yaxşıdır. Bu sonuncusu, zəif bir istidlaldır."

Əgər biri, "Bu, nafilə namazın 2 rükətdən çox olmamasını da gərəkdirir." deyərsə; ona da, belə cavab verərik:

Əsla! Çünki hədisdəki "2-2" ifadəsi, bəzilərinin iddia etdiyi kimi; hər 2 rükətdə salam veriləcək mənasında deyildir. Bunun mənası, onların hər 2-sində təşəhhüd etməkdir. Zatən bu, Fadl hədisində də: "Namaz, 2-2-dir. Hər 2 rükətdə təşəhhüd edərsən." şəklində, açıq-açıq söylənməkdədir. Bu, gecə namazından və ya başqa namazdan müstəqil olaraq söylənmiş mütləq bir ifadədir və bildirmək istədiyi də, budur:

Namaz, 2-dən az olmaz və hər 2 rükətdə təşəhhüd edilmədən də olmaz. Burda, 2-dən çox olmayacağına dair bir şey yoxdur. Mübtədanın xəbərə həsr edilməsi, sadəcə, onun 2-dən az olmayacağını bildirir. Bu, qətidir. Bil!

--------------------------

1683. əbu Ğassən Malik b. Yəhya əl-Həmdani ---> Abdu'l-Vəhhab ---> Ata ---> İmran b. Hudeyr

sənədilə rəvayət edildiyinə görə, İkrimə, belə deyir:

ibn Abbas (radiyallahu anh) ilə bərabər, Muaviyə'nin yanında idim, söhbət edirdik. Gecənin bir qismi, keçmişdi. Muaviyə qalxdı, 1 rükət qıldı. ibn Abbas: "Səncə eşşək, bunu hardan götürüb?" deyə soruşdu.

əbu Bəkrə ---> Osman b. Ömər ---> İmran

sənədilə də, eynisi bildirilməkdədir.

Lakin bu rəvayətə görə, ibn Abbas, "eşşək" demir.

Hər 2 rəvayəti, Tahavi nəql etməkdədir. ("Şərh-u Məani'l-Asar", l, 289)

Mən, Tahavi'nin, birinci sənəddə yer alan şeyxi əbu Ğassən haqqında məlumat əldə edə bilmədim. Lakin bunun, zərəri yoxdur. Çünki, ikinci sənəddəki ravilərin hamısı, siqa və məruf (tanınan) kimsələrdir.

İnsanlardan birinin (haşiyə) nəql əsnasından xəyanət etməsi və ibn Teymiyyə'nin sözü ilə Tahavi'ni cərh etməsinə cavab:

ibn Abbas (radiyallahu anh)'ın, bu hədisdə keçən: "Səncə eşşək, bunu hardan götürüb?" cümləsi, onun, tək rükətli vitri təsvib etmədiyinin (uyğun görmədiyinin) açıq göstəricisidir. Allah, o "insanlardan biri"nə hidayət etsin. O, nə böyük xain və nə şiddətli bir elm gizləyicisidir! O, "İhya"sında, bu hədisi, Tahavi'nin "Məani'l-Asar"ından (l, 289) ilk sənədilə təxric edir və (tənqid edərcəsinə) kəlam edir və: "Mən, onun sənədini təhqiq edə bilmədim." deyir. Sonra bunları əlavə edir: "Mən, ibn Abbas'ın, -sənədi səhih olsa belə- bu sözü həqiqətən demiş olmasını, uzaq görürəm. Onun kimi birinin, səhabəyə 'eşşək' deməsi, uzaq bir ehtimaldır."

---------------

(Haşiyə:

"Bə'du'n-nəs" ifadəsilə, şeyx Təhanəvi'nin müəyyən bir şəxsi qəsd etdiyi; lakin adını tələffüz etmək istəmədiyi başa düşülməkdədir. Onun üçün, "insanlardan biri" olaraq tərcümə edilmişdir. Şeyxin qəsd etdiyi şəxs, ehtimal ki, Əhməd Həsən əs-Sənbəhli və "İhya"sından məqsəd də, onun tərəfindən hazırlanan "İhyau's-Sünən" əsəridir.)

-------------------

O, bunu söyləyərkən, ikinci sənədə qarşı isə, gözlərini tamamilə yumur. Halbuki, Tahavi,

~ ilk əvvəl:

əbu Ğassən əl-Həmədani ---> Abdu'l-Vəhhab ---> Ata ---> İmran b. Hudeyr

sənədilə, bu hədisi;

~ sonra da:

əbu Bəkrə ---> Osman b. Ömər ---> İmran

sənədilə də, eynisinin bildirildiyini; lakin, bu rəvayətdə, (ibn Abbasın) "eşşək" dediyindən bəhs edilmədiyini rəvayət edir. Bu ikinci sənəddəki əbu Bəkrə, Bəkkər b. Quteybə əs-Səqafi əl-Basri'dir və:

• Hakim, onun, siqa və əmin kimsə olduğunu söyləməkdədir. ("əl-Müstədrək", l, 160)

• Zəhəbi də, onun, "əmin" sözünə qatılmaqdadır.

Yenə, bu sənəddəki Osman b. Ömər, "Kütüb-ü Sittə" ravilərindən, Basra xalqından ibn Ömər b. Faris b. Laqit əl-Abdi'dir.

• Əhməd, ibn Main və ibn Sə'd, onu, siqa saymaqdadırlar.

• İcli, onun haqqında, "Siqa, hədisdə səbt (çox güvənilən)" deməkdədir.

• əbu Hatim də, onun, saduq (çox doğru sözlü) olduğunu söyləməkdədir. ("ət-Təhzib", Vll, 145)

Sənəddəki digər şəxs olan İmran, Muslim'in ravilərindən ibn Hudeyr əs-Sədusi əl-Basri olub, çox hədis rəvayət edən siqa biridir.

• Yezid b. Harun və Osman b. Heysəm, onu, "əsdaqu'n-nas / insanların ən doğrusu" olaraq vəsf edir. ("ət-Təhzib", Vlll, 145)

Hədisin bu sənədlə rəvayət edilən şəklində, hər hansı bir illət olmadığı kimi; ravilər arasında məchul biri də yoxdur. Onda, "insanlardan biri"nin, söylənmiş olmasını uzaq gördüyü "eşşək" kəliməsi də yer almaqdadır. Bilmirəm, o, niyə bu sənədə etibar etməyib sadəcə birinci sənədə etibar etdi?! Bu, Hənəfilərə qarşı tələsik verilmiş hökm və təəssüb ilə hərəkət etməkdən başqa bir şey ola bilərmi?!

Bütün bunlardan daha şiddətlisi olaraq:

"(Mühəddis və fəqih olan Tahavi, bu rəvayəti, dəlil olaraq zikr etmişdir. Dolayısı ilə, bu rəvayət, dəlildir.) deyilə bilməz. Çünki Tahavi, münəqqid (hədis tənqidçisi) deyildir." deyir və sonra da, ibn Teymiyyə əl-Harrani'nin, "Minhacu's-Sünnə"sindən (lV, 194) bunları nəql edir:

"Tahavi'nin, bir hədis alimi kimi, hədis tənqidi adəti yoxdur. Bundan dolayı, Şərh-u Məani'l-Asar'da, müxtəlif (yəni, ziddiyyətli və ya elə görülən) hədislər rəvayət edir. Bunlar arasında tərcih edərkən də, əksəriyyətlə, dəlil qəbul etdiyi qiyası əsas alaraq tərcih edir. Tərcihlərinin çoxu, sənəd cəhətindən cərh edilmiş; sabit olmamış rəvayətlər olur; ancaq O, buna toxunmur. Hər nə qədər çox hədis bilən, fəqih, alim birisidirsə də, onun isnad haqqındakı məlumatı, elm əhlinin isnad haqqındakı məlumatı kimi deyildir."

(Bütün bunlara cavab olaraq) deyirəm:

Bunlar, üzərində təəssüb əsəri görünən və tələsik hökm vermək əlamətləri parıldayan sözlərdir. Bütün bunlar, -vallahi- heç şübhəsiz ki, böhtandır. Əgər o, bu sözlərilə, Tahavi'nin, hədislərin səhihi ilə xəstəsini bir-birindən ayıra bilmədiyini söyləmək istəyirsə; bu, daşlanacaq bir sözdür. Onun "Şərh-u Məani'l-Asar"ını, "Müşkilu'l-Asarı"nı və digər böyük əsərlərini mütaliə edən biri, bu sözləri şiddətlə rədd edər və qınayar. Çünki Tahavi, əsərlərində, dəfələrlə, sənədin səhih və ya zəif olmasını incələyər; güclü və ya gücsüz olduğunu açığa çıxarar; hərarətli mühəddislər kimi münazirə; tənqidçilər kimi tənqid edər. Bu mövzuda, Zəhəbi'nin, Onu, ravilərin, zəif və ya siqa; rəvayətlərin, səhih və ya dəyərsiz olmasında ictihadlarına müraciət edilən hafizlər arasında saymış olması, kifayət edir. Onun haqqında,

"İmam, allamə, hafiz, bənzərsiz təsnif sahibidir...ibn Yunus, Onun, siqa, səbt, ağıllı bir fəqih olduğunu; arxasınca bir bənzərinin gəlmədiyini söyləyir..." deyir. (III, 30)

Suyuti, "Husnu'l-Muhadara"da, onu, Misirdəki hədis hafizlərindən və münəqqidlərindən sayır və: "İmam, allamə, bənzərsiz təsnif (əsərlər) sahibidir. Siqa, səbt, bir fəqih idi. Ondan sonra, arxasınca bir bənzəri gəlmədi." deyir. (I, 147)

İtqani'nin "Ğayətu'l-Bəyan"ında, bu cümlələr vardır:

Onların, əbu Cəfəri (yəni, Tahavini) inkarlarının bir mənası yoxdur. Çünki O, ittiham edilən deyil; güvənilən biridir. Həm dərin elm və ictihad sahibi, təqvalı, məzhəb və başqa mövzulardakı biliyi ilə də təmayüz etmiş biridir. Əgər Onun işləri (yəni, mərtəbəsi) haqqında bir şübhən varsa, "Şərh-u Məani'l-Asar"a bax. Bizim məzhəbimiz də bir tərəfə, başqa məzhəblərdə belə, gör ona bərabər birini tapa biləcəksənmi?! ("əl-Fəvaidu'l-Bəhiyyə", s. 18)

ibn Teymiyyə'nin, Tahavi'ni cərh etməsinə və o dediklərini deməsinə səbəb olan hadisə, yəni, günəşin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in duası ilə geri qayıtdığına dair hədisə gəlincə, hədis imamları, o mövzuda, ibn Teymiyyə'nin sözünə etibar etməmiş; ona güvənməmiş və ona əhəmiyyət verməmiş; Tahavi'nin sözünə və o hədisi həsən görməsinə güvənmişlərdir. Qadı İyad da, "əş-Şifa"sında, Ona tabe olmuşdur. Onlar, bu hədisi uydurma qəbul edən ibn Teymiyyə, ibnu'l-Cevzi və bənzəri mucazifləri (cəsurları) rədd etmişlərdir. Bunu:

~ Səxavi, "əl-Maqasidu'l-Həsənə"də (s. 107);

~ Qastallani, "əl-Məvahib"də; və

~ Suyuti, "Muxtasaru'l-Məvduat", "Mənahilu's-Safa fi əhədisi'ş-Şifa" "ən-Nukətu't-Bədiət" adlı əsərlərində;

~ Şihabuddin əl-Xafaci, "Nəsimu'r-Riyad fi şərh-i Şifa-i İyad";

və başqa alimlər və mühəddislər də, fərqli əsərlərdə bu mövzuya genişcə yer vermişlərdir. ("əl-Fəvaidu'l-Bəhiyyə" müəllifi Ləknəvi, "Ğaysu'l-Ğaməm", s. 58)

Bunlar göstərir ki, ibn Teymiyyə'nin cərh etməsi, böyük alimlərin Tahavi haqqındakı qənaətlərinə təsir etməmişdir. Necə təsir etsin ki?! Hafiz, siqa insanlar, özləri cərh edilmiş şəxslərin cərh etməsindən dolayı, cərh edilmiş olmazlar. İbn Teymiyyə, hər nə qədər elmi geniş, cəsur, zehni axıcılığa sahib, dinin müqəddəs (saydığı şeylərə) hörmət göstərən biridirsə də, Zəhəbi, ibn Həcər Asqalani, Zurqani və Safədi kimi böyük tarixçi və mühəddislər tərəfindən, ağlı qıt və başqalarına qarşı aşırı dərəcədə şiddətli olmaq, bu mövzuda, həddi aşmaqla ittiham edilmişdir.

ibn Həcər Asqalani, "əd-Duraru'l-Kəminə" adlı əsərində, belə deyir:

"ibn Teymiyyə, öz diyarının insanları üzərinə çökdü; müctəhid olduğu hissinə qapıldı və böyük - kiçik, yeni - köhnə alimləri rədd etməyə başladı. Hətta bu mövzuda, Ömər (radiyallahu anh)'a qədər getdi və 1 məsələdə, Onun da xətalı olduğunu söylədi. Əli (radiyallahu anh)'ın, 17 məsələdə xətalı olduğunu və Quranın açıq ifadəsinə müxalifət etdiyini iddia etdi. Hənbəli məzhəbinə qarşı təəssübündən dolayı, Əşariləri tənqid edirdi. Hətta Ğazzali'ni təhqir etməsinə qarşı çıxan bir qrup, az qalsın onu öldürürdü." ("Ğaysu'l-Ğamam", s. 57 -müxtəsər bir şəkildə-)

ibn Teymiyyə'nin, "Bundan dolayı, 'Şərh-u Məani'l-Asar'da, müxtəlif (ziddiyyətli və ya elə görülən) hədislər rəvayət edir." deməsinə gəlincə, bu, İslamda qırılan ilk şüşə deyildir. Məsələn:

~ ibnu's-Salah, "Müqəddimə"sində;

~ Nəvəvi, "Təqrib"ində;

~ İraqi, "Əlfiyə"sində, "Sünən"də,

səhih, həsən, zəif və münkər hədislər olduğunu söyləyir.

~ Zəhəbi, "Siyər-u Aləmi'n-Nubəla"da, ibn Macə'dən bəhs edərək, "Kitabdakı münkər və az miqdarda da mövzu/uydurma rəvayətlər, Sünən'inin dərəcəsini saldı." deyir.

~ Suyuti, "Zəhru'r-Ruba alə'l-Muctəba"da, Nəsai'nin "Sünən"i haqqında, "O, Buxari və Muslimdən sonra ən az miqdarda zəif və cərh edilmiş rəvayətlər ehtiva edən kitabdır. əbu Davud və Tirmizi'nin kitabları da, bu mövzuda, ona yaxındır." şəklində dəyərləndirməkdədir.

Bənzəri (dəyərləndirmələrdən) olaraq, bunlar da zikr edilə bilər:

~ ibn Teymiyyə, "Minhacu's-Sünnə"də, Beyhaqi'nin əsərlərində, zəif və mövzu rəvayətlər mövcud olduğuna hökm edir.

~ Ayni, "əl-Binayə"də, Daraqutni'nin "Sünən"ində, səqim (zəif), məlul (illətli), münkər, ğarib və mövzu hədislər rəvayət etdiyini bildirir.

~ ibn Dihyə, ibn Həcər və başqaları da, Hakim'in "əl-Müstədrək"ində və digər əsərlərində, zəif və mövzu rəvayətlərin mövcud olduğunu, açıqca ifadə edirlər. ("Ğaysu'l-Ğaməm", s. 56)

Əgər müxtəlif (ziddiyyətli və ya elə görülən) hədislər rəvayət etmək, bir mühəddisin dəyərini salacaq və onu hədis tənqidçisi olmaqdan çıxaracaqsa, o (ibn Teymiyyə), Nəsai, əbu Davud, Daraqutni, Beyhaqi, Hakim və daha başqalarını da münəqqid saymasın. Hətta, bunun da fövqündə, bu sözləri söyləyənin, Buxari və Muslim'i də münəqqid saymaması lazımdır. Çünki, ibn Həcər'in "Fəthu'l-Bari"sinin müqəddiməsində və Nəvəvi'nin "Şərh-u Muslim"də yazdıqlarını oxuyan birinin rahatlıqla görəcəyi kimi; hər nə qədər kitablarına sadəcə səhih hədisləri almağı prinsip etmişlərsə də, onlar da, zəif, mürsəl və məqtu rəvayətlərə yer vermişlərdir.

Buxari və Muslim'in, o rəvayətlərə, mutabaat və istişhad (bir hədisə, başqa bir hədisi şahid göstərmək) üçün yer verdiyi şəklində bir üzr iləri sürməyin də, faydası olmaz. Çünki, "əl-Camiu's-Səhih"də, zəif rəvayətlərin, əsla yeri olmaz. Çünki bu hal, qarışıqlığa və aldanmağa səbəb olar. Sahibi, sadəcə səhih rəvayətləri bir araya toplamağı prinsip etmiş bir kitabdakı hədisə baxan insan, onun bu prinsipinə güvənərək, o hədisi səhih zənn edər. Həm mutabaat və istişhad ehtiyacı, səhih rəvayətdə deyil; zəif rəvayətdə olar. Ancaq, "Bu zəiflər, onlara görə səhihdir." deyilərsə, o başqa. Bir an üçün elə qəbul etsək belə, Tahavi tərəfindən rəvayət edilən və hüccət olaraq dəyərləndirilən bir zəif rəvayət haqqında, belə bir şey demək, mümkün deyildir. Xüsusilə, onu, "Şərh-u Məani'l-Asar"da və başqa əsərlərindəki ümumi adəti üzərə fərqli təriqlərlə rəvayət etmişsə, belə bir şey demək, imkansızdır. Çünki, O, bir hədisi, ancaq onunla bağlı bir çox təriqi ortaya qoyduqdan sonra hüccət saymaqdadır. Təriqlərin çoxluğu da, zəif hədisi, bəzən həsən, bəzən də səhih dərəcəsinə yüksəldər. Sonra O, bu hədisi, şəri dəlillərdən və eyni zamanda səhihlik təsbitində tərcih səbəblərindən biri olan səhih qiyasa uyğun görərsə, bu halda, onu dəlil qəbul etmək, daha əvvəl heç görülməmiş yeni bir üsul deyildir. And olsun ki, kitabında Tahavi'nin etdiyi, Beyhaqi'nin "əs-Sünənu'l-Kubra"sında etdiyi kimi deyildir. Beyhaqi, orda, məzhəbini dəstəkləyən, ancaq sənədi zəif bir hədisi zikr edib onu, siqa olaraq təqdim edər; ya da raviləri haqqında heç söz etməz. Digər tərəfdən, bizim məzhəbimizin dəlili olan və sənədində o siqa olaraq təqdim etdiyi, ya da haqqında söz danışmadığı şəxsin olduğu başqa bir hədisi zikr edər və bu səfər də, eyni şəxsi, zəif olaraq təqdim edər. Bunun nümunələri, kitabının bir çox yerində vardır. Bu mövzuda şübhəsi olanlar, "əl-Cəvhəru'n-Naqi fi'r-rəddi alə'l-Beyhaqi"yə baxa bilərlər. Bu, müəllifinin elmi genişliyini, əzbərində çox sayda rəvayət olduğunu və rical biliyinin üstünlüyünü göstərən, böyük bir kitabdır. Buna baxmayaraq, Beyhaqi'nin münəqqidlik dərəcəsi düşmür, bu hal, onu, bu işə əhil olmaqdan çıxarmır və ondan daha xəfif olan səbəbdən dolayı, Tahavi'nin münəqqidlik dərəcəsi düşürsə, and olsun ki, bu işdə qəribəlik vardır.

O (insanlardan biri), çirkinliyini o dərəcəyə çatdırdı ki, Şəvkani'ni, bir hədisi dəlil olaraq istifadə etməsi, onu səhih hala gətirən hədis münəqqidlərindən saydı. Halbuki, onun hədis elmi və biliyi ilə münasibəti, ibn Həcər'in kitablarından nəql etməkdən ibarətdir. Buna baxmayaraq, "insanlardan biri", "əl-İhya" adlı kitabında, "Nəylu'l-Əvtar"dan ibn Sirin'ə aid bir əsər və Şəvkani'nin, onun üzərinə izahını nəql edir. "ibn Sirin dedi: 'Xuzeyfə və ibn Məsud, axşam, Məkkə əmiri Vəlid b. Uqbə'nin yanında söhbət etdilər. Çıxınca, o ikisindən hər biri, 1 rükət vitr qıldı.' Muhamməd b. Sirin, ibn Məsud'a çatmamışdır. Lakin 1 rükət vitr qılmağın səhih olmayacağı görüşünü mənimsəyən Hənəfilər, mürsəl rəvayətlərin dəlil olacağı görüşünə sahibdirlər."

O, sonra da, "Bunun sənədindən xəbərdar ola bilmədim. Lakin, qadı, allamə Şəvkani'nin, onu dəlil saymasından açığa çıxır ki, bu sənəddə, mürsəl olmasından başqa sözü ediləcək bir şey yoxdur." deyib mühəddislərin və fəqihlərin, bir mühəddisin hədislə bağlı qəti təsbitinin və onu dəlil almasının, o hədisin səhih olduğuna dəlalət etdiyinə dair görüşlərini sıralamağa başlayır. Tahavini isə, bu qrupdan saymır. Halbuki, Şəvkani, isnad və rəvayət zamanından çox sonra, isnad və rəvayətin tamamilə kəsildiyi bir zamanda yaşamış, hicri 13-cü əsrin ortasında (1250, miladi 1834-cü ildə) vəfat etmişdir. Tahavi isə, Beyhaqi və Daraqutni'dən də əvvəl yaşamış, hətta Muslimin hədis nəql etdiyi ravilərin (şeyx) bir qismindən, məsələn Yunus b. Abdu'l-Ə'lə'dən və başqalarından, Nəsai'inin hədis nəql etdiyi bir çox ravidən hədis nəql etmişdir. Vəfat tarixi, hicri 321-ci (miladi 933-cü) ildir. Hədis hafizlərindən mütəxəssislərindən heç kim, Şəvkani'dən bəhs etməzkən; Zəhəbi və bənzərləri, Tahavi'ni, siqa, zəif, səhih və ya dəyərsiz şəklindəki dəyərləndirmələrdə, ictihadına baş vurulan hafizlər arasında sayar. Subhanallah! Necə olur ki, ona görə hədis münəqqidləri arasında, Tahavi yer almır; ancaq Şəvkani yer alır?! İndi bu, sırf təəssübdən, aşkar dəlalət (azğınlıq)'dan, hidayət sonrası korluqdan, həvası ilə hökm etməkdən başqa bir şeydirmi?! "Həvasını ilah edən; Allahın, bilərək azdırdığı; eşitməsini və qəlbini möhürlədiyi; görməsini pərdələdiyi kimsəni gördünmü?" O, gözlərini açıb,

• ibn Həcər'in,

~ "Təhzibu't-Təhzib";

~ "Lisanu'l-Mizan"; və

~ "Tə'cilu'l-Mənfəə"sini;

• Zəhəbi'nin,

~ "əl-Mizan"; və

~ "Təzkiratu'l-Huffəz"i

kimi rical kitablarına baxmadımı?!

Əgər baxsaydı, bir çox ravini, siqa və ya zəif sayma, onları cərh və tədil cəhətindən dəyərləndirmə əsnasında, mühəddislərin, Tahavi'nin görüşlərini dəlil saydıqlarını; bu sahədə ixtisas sahibi mahir alimlərin, hədisi həsən və ya səhih sayma əsnasında, onun görüşlərini qəbul etdiklərini; onu, hədis və tərcih sahəsində müctəhid olaraq gördüklərini bilərdi. Sonra da, düşünər və gözlərini silər, o kitablarda Şəvkani'nin adı keçirmi, onun dəlil sayıldığına dair bir işarət varmı deyə təkrar baxardı. Baxardı və ona aid ən kiçik bir şey belə tapa bilməzdi.

----------------------------------

1684. Əli (əl-Bəğavi) b. Əbdü'l-Əziz ---> əbu Nuaym (əl-Fadl b. Dukeyn) ---> Qasım b. Mə'n ---> Husayn (Abdu'r-Rahmən)

sənədilə rəvayət edildiyinə görə, İbrahim (ən-Nəxai) belə demişdir:

ibn Məsud (radiyallahu anh)'a, Sə'd'in, 1 rükətlik vitr qıldığına dair xəbər gəldi və o da:

"1 rükət, əsla yerini doldurmadı (kifayət etmədi)." dedi.

Bu rəvayəti, Taberani, "əl-Mu'cəm"ində (hədis no: 9322) zikr edir. (Zeylai, l, 378) Daha sonra bildirəcəyimiz kimi, ravilərin hamısı da, siqadır. İbrahim'in, ibn Məsud (radiyallahu anh)'dan rəvayəti mürsəl isə də, onun mürsəlləri və xüsusilə də ibn Məsud'dan rəvayət etdiyi mürsəllər, səhihdir.

--------------------------

1685. Yaqub (qadı əbu Yusuf) b. İbrahim ---> Husayn sənədilə rəvayət edildiyinə görə, İbrahim, ibn Məsud (radiyallahu anh)'ın: "1 rükət, əsla yerini doldurmadı." dediyini nəql etmişdir.

Bu, Muhamməd tərəfindən rəvayət edilən "əl-Muvatta"da yer almaqdadır (s. 145. Zeylai, l, 278). Belə bir söz, rəy ilə söylənə bilməz. Dolayısı ilə, bu, mərfu hədis hökmündədir.

-----------------------

1686. Bəkkər (b. əbi Quteybə) ----> əbu Davud (ət-Tayalisi) ---> Hammad (b. Sələmə) ---> Hammad (b. əbi Süleyman)

sənədilə rəvayət edildiyinə görə, İbrahim:

"ibn Məsud (radiyallahu anh), bunu (tək rükətlik vitri), Sə'd'ə çox gördü." demişdir.

Tahavi ("Şərh-u Məani'l-Asar", l, 295) tərəfindən rəvayət edilmişdir. Ravilərin hamısı, siqadır və sənədi də, səhihdir. Yalnız, o, munqatı (qopuq)'dur. Lakin, -daha əvvəl təkrar-təkrar ifadə edildiyi kimi- İbrahimin, ibn Məsud'dan nəql etdiyi mürsəl rəvayətlər, hüccətdir.

~ Əli b. Əbdü'l-Əziz, Məkkə civarında yaşayan Hafiz əl-Bəğavi'dir. Özü, siqa bir ravidir; lakin, hədis rəvayət etmək qarşılığında, ücrət tələb edərdi və üzr olaraq da, möhtac olduğunu söyləyərdi. İbn Eymən'dən: "Belə biri, eyblənərmi?" deyildi. O: "Xeyr. Onlara görə, eyb, yalan səbəbilə olurdu. O, siqa idi." deyə cavab verdi. ("Lisan", lV, 24 -müxtəsər bir şəkildə-)

~ əbu Nuaym, Fadl b. Dukeyn'dir. "Kütüb-ü Sittə" ravilərindən hafiz, siqa biridir.

~ Qasım b. Mə'n də, əbu Davud və Nəsai'nin ravilərindən siqa, fəzilət sahibi bir şəxsdir.

~ Husayn, əbu'l-Huzeyl b. Abdu'r-Rahmən əs-Suləmi'dir. "Kütüb-ü Sittə" ravilərindən biri olub, siqadır.

~ İbrahim haqqında soruşmağa isə, ehtiyac yoxdur.

Bu rəvayət (əsər), ibn Məsud'un, 1 rükətlik vitri xoş qarşılamadığını; belə 1 rükət namazın, vitrdə də, başqasında da, kifayət etməyəcəyini, açıqca göstərməkdədir. Bu, ibn Sirin'in, "Nəylu'l-Əvtar"dan nəqlən zikr edilən sözünə (əsərinə) tərcih edilir. Çünki, İbrahim ən-Nəxai'nin, ibn Məsud'u, ibn Sirin'dən daha yaxşı tanıdığı, açıqdır. Ayrıca, İbrahimin sözü, təvil qəbul etməz. Halbuki, ibn Sirin'in sözü, fərqli ehtimallara açıqdır. Məsələn,

"Onlardan hər biri, 2 rükətə əlavə edilən 1 rükətlik vitr qıldı." mənasında ola bilər.

Halbuki, burda, ibn Məsud'un sözü vardır və dəlil dəyəri cəhətindən, söz, feldən əvvəl gəlir. Ayrıca, İbrahim'dən bu rəvayət, Qasım b. Mə'n ---> Husayn sənədilə rəvayət edilməkdədir. Bu mövzuda, -bir az sonra gələcəyi kimi- əbu Yusuf, Qasım'a mutabaat edər və bunun bənzərini, Husayn'dan, o da nəql edər. Hammad b. Süleyman, Husayn'a mutabaat edər və İbrahimin: "ibn Məsud, bundan dolayı Sə'd'i eyblədi." dediyini nəql edər. Daha əvvəl də keçdiyi kimi, bu ikisinə mutabaat edən əbu Həmzə ---> İbrahim ---> Alqamə sənədilə, Abdullahın: "Vitrin ola biləcək ən xəfifi, 3 rükətdir." dediyini söyləmişdir. Bu söz, tək rükətli vitrin ola bilməyəcəyini ifadə etməkdədir. Bunlara müqabil olaraq, ibn Sirin'ə aid sözün sənədindən xəbərdar deyilik və ona mutabaat edənin olub-olmadığını da bilmirik. Bu halda, o, İbrahim'in rəvayətinin qarşısında dura bilməz. Burdan, bu nəticə çıxır ki, "insanlardan biri"nin, ibn Sirin'in sözünün sənədinin bilinmədiyini etiraf etdiyi halda; bu ikisini, qarşı-qarşıya (mutəariz) saymasının səbəbi, onun tələsik hökm verməsidir. O, Şəvkani'nin "Nəylu'l-Əvtar"da zikr etdiyi və raviləri haqqında bir şey demədiyi səbəbilə, bu sözü səhih göstərməyə, ravilərini qüvvətləndirməyə çalışmaqda, İbrahimin söz və rəvayətinin, həm sənəd, həm də mətn cəhətindən ondan üstünlüyü qarşısında gözlərini yummaqdadır.

-----------------------------

1687. Abdullah b. Muhamməd b. Yusuf ---> Əhməd b. Muhamməd b. İsmayıl ---> Ubeyy ---> Həsən b. Süleyman ---> Osman b. Muhamməd b. Rabiə b. əbi Abdu'r-Rahmən ---> Əbdü'l-Əziz b. Muhamməd əd-Dəravərdi ---> Amr b. Yəhya ---> atası ---> Səid əl-Xudri (radiyallahu anh)

sənədilə rəvayət edildiyinə görə:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), buteyranı (təki), adamın 1 rükətli vitr qılmasını nəhy etmişdir."

Bu rəvayəti, əbu Ömər b. Abdu'l-Bərr də, "ət-Təmhid"də zikr edir.

~ Abdu'l-Haqq, "Əhkam"ında: "Osman b. Muhamməd b. Rəbia'nın hədislərində, əksəriyyətlə vəhm olur."

~ ibn Qattan da, belə deyir və ayrıca, bunları əlavə edir: "Dəravərdi xaricindəkilər, göz yumulacaq kimsələrdən deyildirlər. Hədis, şazz'dır və ravilərinin ədaləti bilinmədən, etibar edilməz." (Zeylai, l, 302)

~ ibn Həcər, "əl-Lisan"da: "O, bu sözü ilə, sadəcə, Osmanı qəsd edir. Yoxsa, sənəddəki digər ravilər, siqadırlar. Lakin, ibn Qattan'ın bunlardan bir qisminin halını bilməməsi də, möhtəməldir." deyir.

~ Zeylai, ibn Qattan'ın sözü haqqında, "fihi nəzərun / bunda, nəzər vardır; yəni, baxmaq lazımdır" dedikdən sonra, belə davam edir: "ibn Abdi'l-Bərr'in şeyxi Abdullah b. Muhamməd b. Yusuf, imam, siqa və hafiz biridir. Həsən b. Süleyman haqqında da, ibn Yunus, 'siqa, hafiz biri idi.' demişdir."

~ "əl-Cəvhəru'n-Naqi"də (l, 210), bunlar yazılmışdır: Osman b. Rəbia haqqında, Uqayli: 'Onun hədislərində əksəriyyətlə vəhm olur.' deyir.' Bildiyimiz qədərilə, onun haqqında, Uqayli'dən başqası, hər hansı bir şey söyləməmişdir. Onunkunda da, xəfif bir tənqid vardır. Hakim, 'əl-Müstədrək'də, ondan rəvayət edir.

----------------------------------

1688. Muhamməd b. Ka'b əl-Qurazi'nin:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), buteyranı nəhy etdi." dediyi rəvayət edilmişdir.

İraqi, "Bu, mürsəl və zəifdir." demişdir. ("Nəylu'l-Əvtar", ll, 278) Nəvəvi də, "əl-Xülasə"də, onun, zəif və mürsəl olduğunu söyləməkdədir. (Zeylai, l, 303).

Deyirəm:

Daha əvvəl də zikr etdiyimiz kimi; onun, şahidi (dəstəkləyicisi) vardır və zəif bir rəvayət, bir çox təriqləri olunca, qüvvətlənir. Bunu, Müqəddimə'də zikr etmişdik.

Möhtəmələn, hədisin sənədi ilə bağlı olaraq, mətndə etdiyimiz incələmədən və ravilərin halını ortaya qoymağımızdan, bu hədisin, Osman b. Muhamməd b. Rabiə haqqında söylənənlər xaricində, hər hansı bir illətinin (qüsur, əskikliyinin) olmadığı, başa düşülmüşdür. Onun haqqında söylənən də, hədislərində, əksəriyyətlə vəhm olduğudur. Cərh ləfzlərinin dərəcələri haqqında biliyi olan birinin, dərhal fərq edəcəyi kimi; bu, yumşaq bir tənqid ifadəsidir. Bildiyimiz qədərilə, onu, yalançılıqla və ya saqitliklə (kifayətsizliklə) ittiham edən biri yoxdur. Bu halda, "insanlardan biri"nin, ibn Hazm'dan nəql edərək söylədiyi: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in buteyranı nəhy etdiyi, sabit deyildir. Onunla bağlı hədis, saqit (kifayətsiz) və yalandır." ifadəsi, batildir.

Bu hədisə, saqit və yalan, necə deyilə bilər?! Onun raviləri arasında, bir nəfər belə saqit və ya yalançı yoxdur. Hətta Osman xaricindəki ravilərin hamısı, siqadır. Osman da, nə mətrukdur, nə də yalançı. İbn Hazm, "Müqəddimə"də də bildirdiyimiz kimi; cərh mövzusunda inadkar biridir; (dolayısı ilə), onun sözlərinə etibar edilməz.

"İnsanlardan biri", Hənəfilərə qarşı, hər zaman tələsik hökm vermək; onların dəlillərini çürütmək üçün "talaq" üzərinə and içmiş haldadır. Bunun üçün, onlara qarşı, şiddətli, inadkar, ölçüsüz və həddi aşan ifadələr istifadə edən şəxslərin görüşlərini zikr edir; onlarla eyni görüşdə olan və onların görüşlərini dəstəkləyənlərinkini isə, rədd edir. İbn Türkməni'nin, Osman b. Rabiə haqqında, "Uqayli, 'Onun hədislərində, əksəriyyətlə vəhm olur.' deyir. Bildiyimiz qədərilə, onun haqqında, Uqayli'dən başqası, hər hansı bir şey söyləməmişdir. Onunku da, xəfif bir tənqiddir. Hakim, 'əl-Müstədrək'də, ondan rəvayət edir." deməsini tənqid edir və bunları söyləyir: Əcaib olanı, hətta daha əcaib olanı, 'Bildiyimiz qədərilə, onun haqqında, Uqayli'dən başqası, hər hansı bir şey söyləməmişdir.' deməsidir. Halbuki, o, kitabında, hədisin cərh edilmiş halı ilə mövcud olduğu 'əl-Mizan'dan və ibn Qattan'dan görüşlər nəql edir. Buna baxmayaraq, dediklərini deyir. Allah, hidayət edəndir. "Allahım, bizə, haqqı haqq olaraq göstər və ona tabe olmaq ilə ruziləndir. Amin!"

Deyirəm:

Ey zövqdən yoxsul, həyasız! O, "əl-Mizan"da, Abdu'l-Haqq, ibnu'l-Qattan və başqalarından, Uqayli'nin söylədikləri xaricində bir şey zikr etdimi? Əsla! Onların hamısı da, Uqayli'nin söylədiyini söyləyirlər və onun yolundan gedirlər. Uqayli, ibnu'l-Qattan, Abdu'l-Haqq və başqalarından əvvəl yaşamış; hicri 322-ci ildə vəfat etmişdir ("ət-Təzkira", lll, 5). Abdu'l-Haqq'ın vəfat tarixi, 514-cü il; ibnu'l-Qattan'ınkı da, 628-ci ildir ("ət-Təzkira", lV, 14, 192). "əl-Lisan"dan başa düşüldüyünə görə, Osman b. Muhamməd b. Rabiə, Malik'dən rəvayət edənlərdəndir. Orda, Daraqutni'dən,

"əbu Bəkr ən-Nisaburi ---> əl-Həsən b. Süleyman ---> Muhamməd b. Osman b. Rabiə ---> Malik b. Ənəs..." şəklində bir sənəd nəql edir.

Suyuti'nin, "Təzyinu'l-Məsəlik"də (s. 28) bildirdiyinə görə, Xatib də, onu, Malik'dən rəvayət edənlər arasında zikr edir. Abdu'l-Haqq, ibnu'l-Qattan və bənzərləri, onun haqqında, ancaq əvvəlkilərin (mutəqddimun)'un söylədiklərini nəql edə bilərlər. Əvvəlkilərdən də, onun haqqında, Uqayli xaricində heç kim danışmamışdır. Daraqutni belə, ondan sonra yaşamışdır. İbnu't-Türkməni'nin məqsədi də, budur. Bildiyimiz qədərilə, bu Osman b. Muhamməd haqqında, əvvəlkilərdən nə Yəhya b. Main, nə Buxari, nə də ibnu'l-Mədini, Yəhya b. Səid əl-Qattan, ibn Mehdi və ya Hafiz ibn Adiyy danışmışdır. Onun haqqında, əvvəlkilərdən, sadəcə Uqayli danışmış və o da: "Onun hədislərində, əksəriyyətlə vəhm olur." demişdir. Abdu'l-Haqq və ibnu'l-Qattan'ın sözü, Uqayli'ni təqlid etməkdən ibarətdir. Onlar, Uqayli'nin dediyi kimi; "Osmanın hədislərində, əksəriyyətlə vəhm olur." xaricində, bir şey deməmişlərdir. Bu da, əhlincə görüləcəyi kimi; xəfif bir cərh ifadəsidir.

İbnu'l-Qattan, "Hədis, şazz'dır və ravilərinin ədaləti bilinmədən, etibar edilməz." deyirsə də, ibn Həcər'in yuxarıdakı ifadəsindən başa düşüldü ki, sənəddəki digər ravilər, siqadır. Bu halda, onların ədalət sahibi ravilər olduğunu bilməyənlərin bu biliksizliklərinin, bizə bir zərəri olmaz. Başqaları, bunu bilməkdədir. Həm, bu hədisi dəstəkləyən (şahid) digər rəvayətlər, ondakı şazz'lığı aparar. Bu rəvayətlərdən bir qismi, bunlardır:

Bundan sonra zikr ediləcək olan Muhamməd b. Ka'b əl-Qurazi hədisi, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), buteyranı nəhy etdi." şəklindədir.

Bu rəvayət, hər nə qədər mürsəl və zəif isə də, təriqlərinin çoxluğu, onda qüvvət meydana gətirir.

Dəstəkləyici mahiyyətdəki ikinci hədis də, daha əvvəl keçən ibn Məsud (radiyallahu anh) hədisidir ki, buna görə, o, Sa'd'ın 1 rükətlik vitr qılmasını ona çox görmüş və: "1 rükət, əsla kifayət etmədi." demişdir. Onun sənədi, səhihdir.

Dəstəkləyicilərdən biri də, Tahavi'nin (l, 279) nəql etdiyi, bu rəvayətdir:

Süleyman b. Şuayb ---> Bişr b. Bəkr ---> Əvzai

sənədilə rəvayət edildiyinə görə, Muttalib b. Abdullah əl-Məxzumi, belə deyir:

Bir nəfər Abdullah b. Ömər (radiyallahu anh)'dan, vitri soruşdu və ondan, təfsilatlı bildirməsini istəyib: "Mən, insanların, 'O, buteyradır.' deməklərindən qorxuram." dedi. İbn Ömər də: "Sən, Allahın və peyğəmbərinin sünnətinimi qəsd edirsən? Bu, Allahın və peyğəmbərinin sünnətidir." deyə cavab verdi. (I, 165).

Bu, bütün raviləri siqa olan bir sənəddir. ibn Ömər (radiyallahu anh), o adamdan bunu eşitmiş, onu inkar etməmiş, ona: "Buteyranın nəhyi, əslsizdir." deməmişdir. Bu, göstərir ki, buteyranın nəhy edildiyi, o vaxt, insanlar arasında bilinirdi. O adam da, bunun üçün, "Mən, insanların, 'O, buteyradır.' demələrindən qorxuram." demişdi.

Bu, Osman b. Muhamməd b. Rabiə'nin rəvayətini dəstəkləməkdədir. Elə isə, hədis, həsəndir və dəlil olaraq götürülməyə əlverişlidir. Həm necə əlverişli olmasın ki?! Osman, nə mətrukdur, nə də yalançılıqla ittiham edilmişdir. Sadəcə, bəziləri, onun haqqında, xəfif bir tənqid ifadəsi istifadə etmişlərdir. Belə bir hədis, səhabədən nəql edilən səhih sözlərlə dəstəkləndiyi təqdirdə, dəlil olaraq götürülür.

Beyhaqi'nin rəvayətində (lll, 26), belə bir hadisə danışılır:

(ibn Ömər): "Doğru söylədin. Gecənin vitri, təkdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), elə əmr etdi." dedi. Mən dedim: "Ey əbu Abdu'r-Rahmən! İnsanlar, 'O, buteyradır.' deyirlər. O da: "Ey oğlum! O, buteyra deyildir. Buteyra, adamın 1 rükət qılması və onun rukusunu, səcdəsini, qiyamını tamamlamamasıdır." dedi.

Beyhaqi'nin bu rəvayəti, dəlil gətirilə bilməz. Çünki, sənədində yer alan Sələmə b. Fadl əl-Abraş, zəifdir. Həm ibn Ömər (radiyallahu anh)'ın bu təvili, əbu Səid'in mərfu olaraq rəvayət etdiyi və bütün insanlar tərəfindən bilinən o buteyra təfsirindən, daha əvla deyildir. Bil!

Buxari'nin ("Vitr", 1) ibn Ömər (radiyallahu anh) haqqındakı: "Vitrdə, 1 rükətlə 2 rükət arasında salam verirdi." şəklindəki rəvayəti də, buna müxalif ola biləcək (rəvayət) deyildir. Çünki, səhabənin feli, -xüsusilə ibn Ömər'dən daha iləri olan ibn Məsud, Sə'd'in elə etməsini ayıblamış ikən- mərfu olaraq rəvayət edilən sözə qarşı gələ bilməz.

Bu mövzuda, Tahavi'nin (l, 279), Səlim b. Abdullah b. Ömər ---> atası Abdullah sənədilə nəql etdiyi rəvayət də, (bizə) qarşı dəlil ola biləcək (səviyyədə) deyildir. Bu rəvayətə görə, o:

"2 rükəti ilə tək rükətin arasını, 1 salamla ayırırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, elə etdiyini xəbər verdi."

Bu rəvayət, qarşı dəlil ola bilməz. Çünki, ibn Ömər (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edərək, vitrin belə bölündüyünü rəvayət edən, tək insandır. Bu mövzuda, Ubeyy b. Ka'b, Aişə və ibn Məsud (radiyallahu anhum), ona müxalifət edir və -daha əvvəl də keçdiyi kimi-, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Sonuncusu xaricində salam vermədən, 3 rükət vitr qılırdı." deyə rəvayət edirlər. Həm ibn Ömər (radiyallahu anh), bir feli hekayə etməkdədir. Halbuki, buteyranın nəhy edildiyinə dair hədis, qövli/sözlüdür. Söz, felə təqdim edilər (yəni, əvvəl götürülər). Digər tərəfdən, bunlardan biri, "ibahə/mübah qılma"; digəri isə, "hazr/qadağan etmə" mənası ifadə etməkdədir. "Müqəddimə"də də bildirdiyimiz kimi; belə hallarda, 2 dəfə nəsx halı olmaması üçün, nəhy edən/qadağan edən hədis, zaman etibarı ilə, sonrakı dəlil qəbul edilir.

Mövzu ilə bağlı olaraq, Buxari ("Vitr", 1) də, ibn Ömər (radiyallahu anh)'ın belə dediyini rəvayət edir:

Bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gecə namazını soruşdu. O da: "Gecə namazı, 2-2-dir. Sizdən biri, sübhdən qorxarsa, 1 rükət qılar; bu 1 rükət, onun qılmış olduqlarını vitr edər." buyurdu.

İbn Həcər'in, "Fəthu'l-Bari"də (ll, 400) də dediyi kimi; bu hədis, bizə qarşı bir dəlil ola bilməz! İbn Həcər, bunu dilə gətirərkən, belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "1 rükət qıl." deməsini, vitrdə (son rükət ilə ondan əvvəlki 2 rükətin) arasını ayırmağın, bitişdirməkdən daha fəzilətli olduğuna dəlil saydı və ardından da, bunun, aranı ayırmağa dəlalətinin açıq olmadığını, "1 rükət qıl" deyərkən, keçən 2 rükətə əlavə ediləcək 1 rükət qıl, mənasını qəsd etmiş olma ehtimalının olduğunu söylədi. Ən doğrusunu, Allah bilir.

Daha əvvəl zikr etdiyimiz və ibn Ömər (radiyallahu anh)'ın müstəqil tək rükət halında vitr qılmadığına; aralarını ayırma görüşünə sahib olsa da, 3 rükətli vitr qıldığına dəlalət edən mövzuları xatırlayaq. Tahavi'nin, "Məani'l-Asar"da (l, 295) nəql etdiyinə görə, Sa'd (radiyallahu anh) da, belə edirdi.

əbu Umeyyə ---> Abdu'l-Vəhhab b. Ata ---> Davud b. əbu Hind

sənədilə nəql edilən bu rəvayətə görə, Amir:

"Sa'd ailəsi və Abdullah b. Ömər ailəsi, vitrin 2 rükətində salam verirlərdi və 1 rükətli vitr qılırlardı." demişdir.

Bu sənəddəki əbu Umeyyə, Muhamməd b. İbrahim ət-Tartusi'dir. İbn Yunus və əbu Davud, onun siqa olduğunu söyləmişlərdir. Xallal, onun, hədisdə imam, zamanının öndərlərindən və çox etibarlı biri olduğunu söyləməkdədir. ("ət-Təhzib", lX, 15). Abdu'l-Vəhhab b. Ata'nın ləqəbi, Xassaf'dır. Muslim'in və 4 Sünən sahibinin, rəvayətlərinə yer verdiyi saduq (çox doğru sözlü) bir ravidir. ("ət-Təqrib", s. 134)

Bu, səhih bir sənəddir. Tahavi, bu rəvayətin ardınca, belə deyir:

"Şa'bi, bu hədisdə, Sa'd (radiyallahu anh) ailəsinin, vitrlə bağlı görüşünü açıqlayır. Onlar, ona (yəni, Sa'd'a) tabe olurlardı. Onların, belə rükət-rükət olan vitri, namazdan sonra qıldıqları vitr idi ki, vitrlə namazın arasını da, salamla ayırırlardı. Bu fel, vitri 3 rükət qəbul edənlərin görüşünə görədir."

Tahavi, "Şərh-u Məani'l-Asar"da (l, 174),

əbu Bəkrə ---> əbu Davud (ət-Tayalisi) ---> Fuleyh b. Süleyman əl-Xuzai ---> Muhamməd b. əl-Munkədir ---> Abdu'r-Rahmən ət-Teymi (səhabə)

sənədilə, Osman (radiyallahu anh)'ın 1 rükət vitr qıldığını rəvayət edir. Bu sənəddəki,

~ əbu Bəkrə'nin, siqa olduğu daha əvvəl keçmişdi.

~ Fuleyh, Buxari'nin;

~ Muhamməd b. əl-Munkədir, "Kütüb-ü Sittə"nin ravilərindəndir.

Bu rəvayətdə, Abdu'r-Rahmən ət-Teymi, belə deyir:

"Bu gecə namaz qılma xüsusunda, heç kim, buna üstün gələ bilməyəcəkdir." dedim və namaz qılmağa başladım. Arxamdan bir adamın, kürəyimə toxunduğunu gördüm. Gördüm ki, bu, Osman b. Affan'dır. Onun üçün, olduğum yerdən ayrıldım. İləri keçdi, Qurana başladı. Nəhayət bitirdi, sonra ruku və səcdə etdi. "Şeyx tərk etdi." dedim. Namaz qılınca: "Ey əmiru'l-mu'minin! 1 qıldın." dediyimdə, "Bəli, o, mənim vitrimdir." dedi.

Tahavi, bu rəvayət qarşısında, cavab olaraq belə davam edir:

Mümkündür ki, Osman (radiyallahu anh), vitrin 2 rükətilə 1 rükətinin arasını ayırırdı və 2 rükətini, bundan əvvəl qılmışdı; sonra da bir müddət tək rükət qıldı. Abdu'r-Rahmən (radiyallahu anh) da, onu gördü. Abdu'r-Rahmən'in, onun etdiyini qəribə qarşılaması, daha əvvəl etdiyi və bildiyi adətin, Osman (radiyallahu anh)'ın etdiyi şəkildə olmadığına dəlalət edir. Abdu'r-Rahmən, səhabədir."

Deyirəm:

Nəticə budur ki, özündən 1 rükət vitr rəvayət edilən Osman, ibn Ömər, Sa'd və Muaviyə (radiyallahu anhum) kimi səhabələrin hər birinin bu tətbiqatı, digər səhabələr tərəfindən qəribə görülmüşdür. İbn Abbas və onunla bərabər olanlar, Muaviyə'nin felini/tətbiqatını qərib görmüş və onu, eybləmişlərdir. Eyni şəkildə, Abdu'r-Rahmən ət-Teymi də, Osman (radiyallahu anh)'ın felini, qəribə görmüşdür.

Bütün bunlar, bu başlıq altında yer alan, buteyra'nın nəhy edildiyinə dair rəvayətin səhih olduğuna dəlalət edir. Əgər 1 rükət vitr qılmaq və ya vitrin 1 rükətilə 2 rükətinin arasını ayırmaq, səhabə arasında bilinən bir hal olsaydı, onlar, belə edəni, qəribə qarşılamaz və eybləməzlərdi.

Elə isə, doğrusu, Hənəfi imamlarımızın görüşüdür ki, buna görə, vitr, məğrib namazı kimi arası ayrılmadan, 2 təşəhhüdlə, sadəcə sonunda salam verilərək qılınan 3 rükətdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən həm feli, həm də qövli olaraq sabit olan, budur. Təfsilatlı bir şəkildə açıqladığımız kimi, ondan sonra da, səhabələrin cumhuru, bunun üzərində ittifaq etmişlərdir.

And olsun ki, bu (mövzudakı) hədisləri incələyən kimsə, əgər insaflı davransaydı, əbu Hənifə'nin, bu dəryanın dərinliklərindən tapıb rəvayət etdiklərinin qüvvətli olduğunu, etiraf edərdi. Ancaq, "insanlardan biri" və onunla eyni istiqamətdə gedən, Allahın, qəlblərini sadəcə bu imama qarşı nifrətlə doldurduğu, bundan dolayı, ədalət və insafdan məhrum edilmiş, haqsızlıq və zülm yolunu tərcih etmiş kimsələr, dəvə, iynə deşiyindən keçmədikcə, bunu qəbul etməzlər. Doğru yola hidayət edəcək olan, Allahdır. Və O, bizə kifayət edər və nə gözəl vəkildir, O!

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 103 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR