Xəbər-i sifətlər (mütəşabihlər) necə başa düşülməlidir?
Elmli olduqlarını iddia edib, hədisləri zahiri mənaları üzərinə həml edərək təşbihə meyl edənlərə təəccüblənib qaldım.
Bu adamlar, bu hədisləri rəvayət olunduqları kimi oxuyub keçsə idilər, əmin-amanlıqda olacaqlardı. Çünki bu nasları gəldiyi kimi oxuyub etirazda və ya müxalifətdə olmayan adamlar, bunların nə lehinə, nə də əleyhinə bir şey deməmişlərdir.
Ancaq bəzi kimsələrin elmi az gəldi və kəlamın zahir mənası xaricinə həml edilməsinin, bir növ tə'til olduğu görüşünü mənimsədilər. Əgər onlar ərəb lüğətinin genişliyini anlamış olsaydılar, belə sanmazlardı.
Hədislərin zahiri mənaları xaricinə həml edilməsini, Allahın sifətlərini ibtal etmək olaraq görənlər, Haccac'ın, öz katibinə söyləmiş olduğu haldakı kimi bir haldadırlar. Hansa, belə deyərək Haccacı tərifləyirdi:
"Haccac, fitnə-fəsadın olduğu bir bölgəyə gəldiyində,
O bölgədə ən pis olan xəstəliyi axtarıb şəfa verər.
Ona çarəsiz elə bir xəstəlikdən şəfa verər ki,
Orda bir uşaq qarğısını qaldırdığı zaman, ona şəfa verər."
Hansa, öz qəsidəsini bitirib tamamladığında, Haccac, öz katibinə belə dedi:
"Söyləmiş olduqlarından dolayı, onun haqqını ver." (Haşiyə)
-----------------------------------------------------------
(Haşiyə: ibarənin əsli belədir:
"İqtaa lisənihə" bu sözün 2 mənası vardır:
Zahirən istifadə edilən mənası, "dilini qopar" deməkdir.
Ancaq bir digər mənası da, "söyləmiş olduqlarından dolayı, ona bolca hədiyyə ver."
Burda Haccac'ın katibi, ərəb dilini genişcə bilmədiyindən dolayı, ilk mənanı başa düşmüşdür.)
------------------------------------------------------------
Haccac, belə deyincə, bu saf katib, kəskin bir bıçaqla gəldi. Hansa ona:
"Sənə veyl olsun. Haccac belə dedi:
'Hansaya bol hədiyyə ver.'
Sonra Hansa, Haccacın yanına gəlib belə dedi:
'Vallahi, az qalsın, dilimi qoparacaqdı.'
Bax naslara təslim olmaqla kifayətlənməyən zahircilərin halı da, eynilə belədir. Ayələri və hədisləri oxuyub əlavə də etməyənləri qınamıram, zatən sələfin yolu da budur.
Ancaq:
"Hədis, bu mənanı gərəkdirir, buna həml edilir deyib, arşa zatı ilə istiva etmişdir, dünya səmasına zatı ilə nüzul edər (enər)."
kimi şeylər söyləyənlərə gəlincə, onların bu söylədikləri, öz anlayışlarının etdiyi əlavələrdir. Bunu söyləyən kimsə, hislərindən dolayı söyləmişdir, nəqldən dolayı deyil.
Mən, özünə "ibn Abdilbərr" deyilən Əndəluslu bir adama heyrət etdim. "Ət-Təmhid" deyə bir kitab təsnif etmiş, bu kitabında Allahın dünya səmasına nüzulundan bəhs edən hədisdən danışmışdır. Sonrasında isə, belə deyir:
"Bu hədis, uca Allahın ərş üzərində mövcud olduğuna işarət etməkdədir. Çünki əgər məna belə olmasaydı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), "nüzul edər/enər" sözünün bir mənası olmazdı."
Bu, mərifətullahı bilməyən bir kimsənin sözüdür. Çünki bu kimsə, cisimlərin enişinə dair bildiyi şeyləri öz hissindən çıxarmış, sonra da Allahın sifətini buna qiyas etmişdir.
Bunlar harda, əsərə/hədisə tabe olanlar harda? Bunlar təvil əhlinin söyləmiş olduqları şeylərdən daha iyrəncini danışdılar. Sonra da qalxıb kəlam əhlini ayıbladılar.
Ey doğru yola talib olan kimsə, sən bil ki, bizə nəqldən və ağıldan 2 sağlam əsas gəlmişdir. Bütün hədislər, bu 2 əsas üzərinə oxunulurlar.
1. Nəqldən gələn dəlil, Allah subhənəhu və taala'nın bu sözüdür:
"Onun heç bir bənzəri yoxdur." (Şura/11)
Bu əsası başa düşən kimsə, hissin gərəkdirdiyi heç bir sifəti Allah Taalaya həml etməz.
2. Əqldən gələn əsasa/dəlilə gəlincə, o da budur:
Ağıl, Yaradıcının, yaradılanlardan ayrı olduğunu bilməktədir. Yaradılan şeylərin hadis (sonradan mövcud olan) olduğuna dair, onların dəyişdikləri və özlərində təsirlənmələrin meydana gəldiyi ilə dəlil gətirmişlərdir.
Beləcə, ağıl nəzdində, Yaradıcının qidəmi sabit olmuşdur.
Kəlamın quruluşunu anlamayan, bundan dolayı onu rədd edən kimsəyə də, həqiqətin heyrət edilər:
"Ölüm, cənnət və cəhənnəm arasında boğazlanacaqdır." (Buxari, hədis no: 4730)
səhih hədisdə keçməkdədir mi?
Ağıl bu xüsusda müstağni olduğu vaxt, bunu həqiqət mənasından geri çevirməz mi? Ölümün mahiyyətini bilən bir kimsənin edəcəyi budur.
Dedi ki:
"Ölümün, həyatın yox olmasını gərəkli qılan bir arazdır. O halda, necə olur ki, ölüm öldürülür?"
Özünə:
"Bəs belə olduğu halda, hədisi nə edəcəksən?" soruşulduğunda, belə deyir:
"Bu, bir surət/nümunə zikr edilərək verilən bir məsəldir. Bu hissi surət ilə, mənanın bilinməsi üçün belə ifadə edilmişdir."
Biz ona belə deyərik:
"Səhih hədisdə belə rəvayət edilmişdir:
Bəqərə və Al-i İmran surələri, 2 bulud kimi bir halda gələrlər." (Muslim, 1/252-253)
Belə dedi:
"Allahın kəlamı nə bulud olar, nə də ona bənzəyər."
Biz ona belə deyərik:
"İndi sən nəqli tətil mi edirsən?"
O dedi:
"Xeyir, ancaq mən bunu deyirəm:
'Bəqərə və Al-i İmran surələrinin savabları gələr."
Biz belə deyərik:
"Səni, bu hədisin həqiqi mənalarını almaqdan uzaq tutan dəlil nədir?"
O, belə deyər:
"Allahın kəlamının cisimlərə bənzəməyəcəyi və ölümün də heyvanlar kimi boğazlanmayacağına dair olan elmimdir.
Zatən siz, ərəb dilinin genişliyini bilirsiniz. Bu cür şeyləri dinləməkdən sinələriniz daralmayacaqdır."
Bunun üzərinə alimlər belə dedilər:
"Doğru söylədin. Biz də bəqərə surəsinin gəlməsi və ölümün boğazlanması xüsusunda belə deyirik."
Sonra ona belə dedi:
"Sizin işiniz nə qəribədir?! Ölümə və kəlama layiq olmayan mənaları, onların həqiqətlərini bildiyinizdən dolayı, bu mənaları onlardan çevirdiniz.
O halda, necə olur ki, qədim olan Allahdan, Onun məxluqatına bənzəməsini gərəkli qılacaq mənaları çevirmirsiniz?
Belə şeylərdən münəzzəh olduğuna dair dəlil mövcud olmasına rəğmən, necə belə edirsiniz?
Bu adam, mübahisə etdiyi adamlarla, bu dəlillərlə cədəlləşməyə davam etdi. O, belə deyirdi:
"Mənə qarşı, qəti hüccətlər gətirilmədikcə, bu məsələləri danışmaqdan geri durmayacağam."
(İbn Cevzi, "Saydu'l-Xatir: Müşəbbihəyə rəddiyyə", s. 180-183)
- Kəlam sifəti
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Dörd məzhəbdən başqasına tabe olana rəddiyyə (ibn Rəcəb əl Hənbəli)
- Quran məxluqdurmu?
- İman, İslam və İhsan hədisinin izahı
- Kəlam elmi bidətdirmi?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- Qəriblər hədisi
- Bəqərə surəsi 219-cu ayətin təfsiri haqqında məlumat verərsinizmi?