Xabir isminin şərhi
32. Xabir isminin şərhi:
Gizli xəbərlərin, Özündən gizli qalmadığı (Zat)'dır.
~ Mülk və mələkutda (haşiyə) cari olan hər bir şey;
~ Hərəkət edən və sakit olan hər bir zərrə;
~ İzdirab çəkən və mutmain olan nə qədər nəfs
varsa, hər birinin xəbəri, Ondadır. Bu isim, Alim (isminin) mənasındadır. Lakin, elm, batini gizliliklərə izafə edildiyində, "xibra" adlanır. Sahibinə də, "Xabir" deyilir.
Tənbeh: Qulun, bu isimdən nəsibi, öz aləmində cari olan xüsuslardan xəbərdar olmasıdır. Öz aləmi isə, qəlbi və bədənidir. Qəlbin vəsfləndiyi:
~ aldatma;
~ xəyanət;
~ (qəlbin), dünya işləri ətrafında tavaf etməsi;
~ şərri gizləyib xeyri izhar etməsi;
~ əslində iflas ikən, zahirini ixlas ilə gözəlləşdirməsi
kimi gizli vəsflərdən xabir/xəbərdar olmasıdır. Bunları, ancaq, dərin "xibrə" sahibi bilə bilər. Çünki o, nəfsindən xəbərdar olmuş və onu müalicə etmişdir. Nəfsinin tələlərini, aldatma və hilələrini bilmişdir. Bu vəsflərdən, həzər etmiş və başqalarını da həzər etdirmiş; düşmənlərilə, canla-başla mücadilə etmişdir. Bax qullar arasından belə biri, "Xabir" deyə adlandırılmağa layiqdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------
(Haşiyə:
Mələkut nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...)
