Xafi nədir?
Bu, "siğasından başqa bir arizə səbəbilə dəlalət etdiyi şeylərin bəzisi haqqında mənası qapalı olan nass"dır.
Fəxru'l-İslam Pəzdəvi, bunu belə tərif edir:
"Siğası xaricindəki bir arizə səbəbilə mənası yaxşı başa düşülməyən, nə qəsd edildiyi qapalı olan və ancaq araşdırma ilə qavranıla bilən şeydir."
Bəşəri qanunları təfsir xüsusunda da belə ixtilaflar vardır. Əslində, qanun və ya nass, ləfzlərinin məfhumu cəhətindən, açıqdırlar. Lakin, bəzi hadisələrin, bunların muhtəvasına girib-girmədiyi, açıq deyildir. Hakim və hüquqçular, bu halda, nassın mənası ilə şümuluna (şamilliyinə, muhtəvasına) girib-girmədiyi müəyyən olmayan hadisənin mənasını qarşılaşdıraraq ictihad edirlər. Hər ikisinin mənası, bir və ya bir-birinə yaxındırsa, nassın hökmünə görə hərəkət edər; bu mənalar arasında bir uzaqlıq varsa, nassı tətbiq etməz. Dediyimiz kimi, bu cür şeylər, bəşəri hüquqda da çoxdur və ixtilaflara səbəb olmaqdadır.
Fəqihlərin "xafi" üçün iləri sürdükləri misallar arasında, "tarrar" və "nəbbəş" sözlərinin, Quranda keçən "sariq" (oğru) sözünün mənasına gəlib-gəlmədiyi yer almaqdadır.
~ Sariq, "başqasının malı olan, gərəyi kimi mühafizə altında saxlanılan və zay edilməyə tərk edilməyən bir şeyi oğurlayan kimsə" deməkdir.
~ Tarrar, "insanların mallarını gözləri qarşısında, qəflətlərindən də faydalanaraq oğurlayıb qaçan kimsə"dir. Bu, qaranlıq və bənzəri fürsətlər güdməz. Sadəcə insanların qəflətindən istifadə edər və məharətini göstərər.
~ Nəbbəş də, "ölülərin kəfənini çıxarıb götürən kimsə"dir.
Bunlar, oğru sayılırlarmı, sayılmırlarmı? Bu mövzu, fəqihlər arasında ixtilafa səbəb olmuşdur. Çünki, bunlara, sariq adı verilmir. O halda, bunlar, sariq sözünün muhtəvasına girmirlər. Digər tərəfdən, tarrar, malı gizlincə oğurlamır. İnsanların oyaq və diqqətli olmamasından istifadə edir. Burda, oğurluq, diqqətsizlikdən doğur. Ancaq fəqihlər, "tarrar"ın sariq olduğunda ittifaq etmişlərdir. Nəbbəş üçün də, sariq adı verilmir və bunun oğurladığı mal, bir kimsənin mülkü də deyildir. Oğurluq cəzasının tətbiqi üçün, bir düşmənçilik mövcud olmalıdır ki, bu da, ancaq malın sahibi tapılarsa, mümkün olur. Ölünün mülkiyyət haqqı olmadığına görə, oğurluq üçün lazım gələn cəza tətbiq oluna bilməz. Kəfən soymaq günahdırsa da, oğurluq sayıla bilməz. Üstəlik kəfən, mühafizə altında da deyildir.
Bax, əbu Hənifə ilə imam Muhamməd, bu görüşdədirlər.
İmam əbu Yusuf, Malik, Şafi və Əhməd b. Hənbəl isə, nəbbəş və tarrarın sariq (oğru) hökmündə olduğunu söyləmişlərdir. Onlara görə, bu ikisinin etdiyi işdə, oğurluq mənası gerçəkləşməkdədir və nəbbəş ilə tarrar arasında bir fərq yoxdur. Xalq bunlara başqa adlar verirsə, bu, onların etdiyi işin, daha pis olduğunu göstərir. Çünki, tarrar, layiqilə mühafizə altında olan və başqasına aid olan bir malı oğurlayır və şübhəsiz, bu da sariqdir. İstərsə, oğurluğu, qaranlıq və bənzəri vasitələrdən; istərsə də, insanların qəflətindən faydalanaraq etsin, örfə görə, bunlar, oğrudurlar.
Nəbbəş də, mühafizə altında olan bir malı oğurlamağa yönəlmişdir. Çünki, kəfən də, özünə görə mühafizə altındadır. O da, ölünün mülkü sayılır. Ölünün varisləri, nəbbəşin kəfəni geri qaytarmasını və cəzalanmasını istəyirlər. Kəfəni soyan, eynilə, ölünün borcunun ödəmədən əvvəl mirasından bir şey oğurlamış kimidir. Borclu bir ölünün mirası, onun mülkü hökmündədir. Vəlisi və ya vasisi, onun adına lazım gələn hər şeyi tələb haqqına sahibdir. Biz, sağ kimsələrə nisbətlə mülkiyyəti incələyərsək, həqiqətdə, onları, malik deyil; alacaqlı mövqeyində görərik. Bax varislər də, belədir. Həqiqətdə, mülkiyyət, ölü üçün də sabitdir və onun adına haqq tələb edən də, mövcuddur. Burdakı qapalılıq, ləfzin əslində deyil; söylənişindən iləri gəlməkdədir. Çünki, sariq ləfzi, açıqdır. Lakin, tətbiq sırasında diqqətə ehtiyac vardır. Hökm verərkən, əlbəttə, bu 2 görüşdən birini, digərinə tərcih etmək lazım gəlir.
Tətbiq sırasında xafa (xafilik, qapalılıq) ariz olan məsələlərdən biri də, "Qatil, mirasçı ola bilməz." (Tirmizi, "Fəraiz", 17) hədisidir. Burdakı qatil sözü, məna cəhətindən açıqdır. Şübhəsiz, bu, qəsdən öldürmə felini işləyən kimsəyə uyğun gəlir. İndi görəsən, xəta ilə və ya təsəbbübən (səbəbiyyət verərək) və ya müştərəkən və ya təhrik surətilə və ya köməkçi olaraq öldürmələrə də uyğun gəlirmi?
Bütün bunlar, alimlərin araşdırma mövzusu olmuşdur.
Qapalılıq, qatil vəsfinin tətbiqindən doğmaqdadır. Bu vəsf, qəsdən və ya məqsədsiz olaraq bir başa və ya vasitəli yollarla adam öldürən kimsələrdən hansına tətbiq ediləcəkdir?
~ İmam Şafi'yə görə, öldürmə (qətl) felini işləyən hər kəs, məqtula (öldürülənə) mirasçı ola bilməz. İstərsə qətl, bir başa və ya təsəbbübən olsun; istərsə qəsdən və ya məqsədsiz bir şəkildə olsun; istərsə qatil, mükəlləf və ya qeyr-i mükəlləf olsun, nəticə eynidir. Yəni, Şafi'yə görə, o, məqtulun mirasından məhrum olur. Çünki, qatil sözü, ona uyğun gəlir.
Görürük ki, Şafi, ləfzin zahirinə baxmaqda və onu hərfiyyən tətbiq etməkdədir. Ona görə, təcavüz edərək deyil; nəfsi müdafiə etmək kimi haqlı yerə qətl felini işləyən kimsə də, məqtula mirasçı ola bilməz.
~ Malikilər, qətldə məqsəd və təcavüzə baxırlar. Yəni, onlara görə, bir başa olmasa belə, qətlə səbəb olmaq və bu qətlin, təcavüz əsasına söykənməsi, mirasdan məhrumiyyəti gərəkdirir. Əgər qətl, haqlı yerə və ya nəfsi müdafiə üçün və ya bir üzr səbəbilə meydana gəlmiş və qatil də, adam öldürməyin cəzaya dair məsuliyyətini daşıyan kimsələrdəndirsə, yenə mirasdan məhrum olur. Bunların xaricində haqlı olaraq aldam öldürmək, məcnun (dəli) və uşağın işlədiyi qətl, mirasa mane təşkil etməz. Çünki burda, qəsd yoxdur. Bax Mədinəlilərin görüşü də, budur.
~ Hənəfilərə gəlincə, onlar, mücərrəd qəsdi deyil; mübaşərəti əsas götürürlər. Bununla bərabər, qətlin, haqlı yerə və bir üzr səbəbilə olmamasını, mükəlləf bir kimsə tərəfindən edilmiş olmasını da şərt qoşurlar. Buna görə, xəta ilə olan qətl, mükəlləf bir kimsədən meydana gəlmişdirsə, mirasa manedir. Təsəbbübən qətl, istərsə qəsdən və təcavüz şəklində işlənmiş olsun, mirasa mane deyildir. Çünki, Hənəfilərə görə, insana qatil vəsfini qazandıran və onu məqtulun mirasından məhrum buraxan şey, mübaşərətdir, birbaşa, felən işlənən qətldir.
~ İmam Əhməd b. Hənbələ görə, mirasa mane olan qətl, şəriətin cəza təyin etdiyi qətldir. Çünki, şəriətcə cəza təyin edilən qətl felini işləyən kimsə, "qatil" vəsfini almış olur. Bu vəsf sabit olunca, mirasdan məhrumiyyət də sabit olur.
Bu 2 misaldan da başa düşülür ki, xafa (qapalılıq), ləfzin əslində deyil; hadisələrə tətbiqi sırasında ortaya çıxmaqdadır. Bu cür qapalılıq, günümüz qanunlarında, daha çox görülməkdə və bu səbəbdən, bir xeyli ixtilaf meydana gəlməkdədir.
Qapalılığın ortadan qaldırılması üçün, incələmə və araşdırma, hökmlərin xüsusi və ümumi məqsədlərini təsbit etmək lazımdır. Bu məqsədlər, ləfzlərin tətbiq sahəsini genişləndirir və ya daraldır. Ümumun maslahatı, bu sahəni genişləndirməkdə və daraltmaqda, böyük rol oynayır. Ancaq, bu faydalara tətbiq üçün, ləfz, əlverişli olmalıdır.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
