Xanımlar haqqında
Qadının hüquq və məsuliyyəti kişinin qanunlarına bərabər, ancaq bunlar mütləq eyni deyil. Bu fərq aydındır, çünki kişi və qadın eyni deyil, ancaq bərabər yaranıblar.
Bərabərlik və oxşarlıq arasındakı bu fərq birinci dərəcəli əhəmiyyətə malikdir. Bərabərlik arzu olunandır, ədalətlidir, oxşarlıq isə yox. İnsanlar eyni yaranmayıblar, ancaq onlar bərabər yaranıblar.
İslamın qadının mövqeyinə olan münasibətində aşağıdakıları göstərmək olar.
1. İslam qəbul edir ki, insan nəslinin ardıcıllığının təmin edilməsi prosesində qadın və kişinin hüquqları bərabərdir.
2. Şəxsi və ictimai məsuliyyət daşımaqda və öz əməllərinə görə mükafatlandırılmaqda qadın kişiyə bərabərdir.
3. Qadın təhsil və bilik almaqda kişiyə bərabərdir. İslam müsəlmanlara bilik almağı məsləhət görəndə kişi və qadına fərq qoymur.
4. Qadın kişi kimi öz fikrini azad ifadə etmək hüququna malikdir. Onun fikir ifadə etməsi nəzərə alınır və ancaq qadın cinsinə məxsusu olduğu üçün bu fikrə etinasızlıq göstərilmir. Bundan əlavə elə hallar olurdu ki, müsəlman qadınları dövlət əhəmiyyətli qanunvericilik məsələlərində də öz fikirlərini bildirirdilər. Xəlifələr qadınların sağlam məsləhətlərini qəbul edirdilər. Belə hallar Ömər İbn Xəttabın xəlifəliyi dövründə olmuşdur.
5. İslamda qadının həyatı, onun mülkiyyəti, onun namusu kişinin namusu kimi müqəddəsdir. Əgər o, hansı bir cinayət edərsə, onun cəzası kişinin cəzasından nə azdır, nə də çoxdur. Əgər ona bir ziyan vurularsa o kişinin belə vəziyyətə düşdükdə aldığı qədər müvafiq ödəniş alır.
6. Qadını müstəqil insan, insanın varlığı üçün vacib qəbul etməkdən əlavə, İslam əmlakın bir hissəsinə varislik hüququ vermişdir. İslama qədər bu varislikdən məhrum olaraq qadın kişinin əmlakı sayılırdı. Əsas etibarilə, həm kişi və həm də qadın öz ölmüş qohumlarının əmlakına bərabər hüquqlu varisdirlər. Ancaq onların alacağı payın miqdarı müxtəlifdir. Bəzi hallarda kişi əmlakın iki hissəsini, qadın isə ancaq bir hissəsini alır. Bu o demək deyil ki, kişiyə, qadına nisbətən üstünlük verilir. Kişinin bu halda çox alması səbəbləri aşağıdakı kimi təsnif edilə bilər!
Birincisi, kişi öz arvadı, ailəsi və hər bir ehtiyacı olan qohumları qarşısında tam kömək göstərməkdə məsuliyyət daşıyan bir şəxsdir. Bütün maliyyə xərcləri onun üzərinə düşür.
İkincisi, kişidən fərqli olaraq qadın xırda xərclərdən başqa heç bir şeyə maliyyə məsuliyyəti daşımır. O, maliyyə cəhətdən qorunur və təmin olunur.
Üçüncüsü, əgər qadın kişidən az qazanırsa, o əldə etməyə can atdığı çalışdığı şeylərdən həqiqətdə məhrum edilmir. Varisilikdə əldə edilmiş əmlak onun qazancı və istəyinin nəticəsi deyil. Bu əlavə üstəlik gəlirdir.
Beləliklə, maliyyə məsuliyyəti daşıyan varis (kişi) İslama görə ədalətli olaraq heç bir maliyyə məsuliyyəti olmayan varisdən (qadın) çox pay alır.
7. Qadın kişiyə məxsusu olmayan müəyyən üstünlüklərə malikdir. O, bəzi dini xidmətlərdən azaddır (məsələn, aybaşı və doğuş zamanı namaz və orucdan).
O, cümə günləri mütləq məscidə getməkdən azaddır. O, bütün maliyyə vəzifələrindən azaddır. Ana kimi, Allah qarşısında o, daha çox tanınır və yüksək tutulur.
«Biz insanı ata-anasına yaxşılıq etməyə (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur.
(Biz insana buyurduq:) «Mənə və ata-anaya şükr et! Axır dönüş Mənədir!». Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (Dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəm!» (Loğman, 14-15).
«Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (9 ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti 30 aydır. Nəhayət (insan) kamillik həddinə yetişib 40 yaşa çatdıqda belə deyər: «Pərvərdigara! Mənə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməli saleh et. Mən sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!». (əl-Əhqaf, 15).
8. Qadının namaz zamanı kişidən arxada dayanması heç zaman onun kişidən alçaqda dayanmasına ifadə etmir. Bu namazın qaydasıdır. Əhəmiyyətliliyi xarakterizə etmir. Kişi sıralarında hökümət başçısı kasıbla çiyin-çiyinə dayanır. Cəmiyyətdə yüksək vəzifə tutan kişilər, məsciddə aşağı təbəqədən olan başqa kişilərlə yan-yana dayanır. Namaz zamanı sıraların yerləşməsi elə təyin edilir ki, bütün ibadət edənlərə öz fikirlərini cəmləşdirməyə imkan yaransın. Namaza müxtəlif hərəkətlər, ayaq üstə dayanmaq, əyilmək, üzü üstə düşmək və s. daxildir. Odur ki, əgər kişilər qadınlarla bir sırada ibadət edirlərsə, bu ibadətə mane olar və diqqəti yayındırar.
Müsəlman ibadətlərinin təbiəti və təyinatı ilə azacıq anlayışı olan hər bir kəs mömin sıralarının belə təşkilində asanlıqla müdrikliyi anlaya bilər.
Anaların gələcək nəsillərin tərbiyə edilməsində rolu əvəzedilməzdir. Analar Allah və cəmiyyət qarşısında uşaqların tərbiyəsi sahəsində böyük məsuliyyət daşıyırlar. Allah-Təala Qurani-Kərimdə buyurmuşdur:
«Ey iman gətirənlən! Özünüzü və ailənizi oddan qoruyun….» (Təhrim, 6).
uşaqların islami qayda-qanunlarına uyğun tərbiyəsini lazımi səviyyədə yerinə yetirmək üçün analar özlərini bütün ibadətlərdə və həyat tərzində şəriəti əsas götürməlidirlər. uşaqların tərbiyəsində aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
1) Uşaqlara «Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah» şəhadət kəlməsini öyrətmək və uşaq böyüdükcə bu şəhadətin mənasını ona izah etmək.
2) Uşağa Allahın yeganə Xaliq – Yaradan olmasını, ibadətlərin yalnız vahid Allaha aid olmasını öyrətmək.
3) Uşaqlara yeddi yaşa çatdıqda namaza biganə münasibət bəslədikdə hətta onları cəzalandırmaq və yataqlarını ayırmaq lazımdır.
4) Allaha çoxlu dua etməyi, cənnət arzulamağı, yalan danışmamağı, ata-anaya hörməti öyrətmək lazımdır.
5) Qız uşaqlarını kiçik yaşlardan hicaba və İslami libasa vərdiş etdirməli, qısa paltara icazə verilməməlidir.
6) Uşaqlara bir iş gördükdə məsələn, bir əşyanı bir nəfərə verdikdə və ya ondan aldıqda, yemək yedikdə və içdikdə sağ əldən istifadə etməyi öyrətmək lazımdır.
7) Hər hansı bir işə başladıqda uşağı, məsələn, yemək yedikdə «Bismilləh» kəliməsini deməyi öyrədin.
O, öz ərindən qeyri başqa kişilərdə ehtiras doğuran əməl və hərəkətlərindən çəkinməli, onun mənəvi təmizliyinə şübhə yaranmasına yol verməməlidir. Qadına xəbərdarlıq edilib ki, o cəlb edici baxışla baxmamalı və ya özgə qarşısında özünün fiziki cazibədarlığını göstərməməlidir. Onun örtüyü nəfsinə əsir olmaqdan, ağlını öz istəklərinə yol verməkdən, gözlərini ehtiraslı baxışlardan və şəxsiyyətini düşkünlükdən xilas edə bilər.
Allah Sübhənəhu və Təala bu barədə Qurani Kərimdə belə əmr edir:
«Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey möminlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Nur, 31).
«Ya peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir» (Əzhab, 59).
EY ALLAHIN ZƏRİF QULU!
O gün sən artıq həyat yoldaşından, ailəndən, övladlarından və dostlarından ayrılmış olacaqsan. Tabutla aparılıb torpağa, o qaranlıq yerə qoyulacağın günü bir düşün. Əgər xeyirli əməllər aparmırsansa (Allah bizləri qorusun) qəbrin dəhşəti ilə rastlaşacaqsan. Hesab mələkləri gəlib səndən suallara cavab verməyini istədikləri zaman sənin halın necə olacaq?
Qəbirlərdən çıxıb məhşərə çəkildiyin zaman, hesab dəftərin açıldığı zaman, sırat körpüsü və mizanın qurulduğu zaman onda həmin gün, ey Allahın qulu, sənin yerin hara olacaq?
Səni nələr gözləyir, bir ömürdən sonra nələr qazandın?
Allah Qurani-Kərimdə buyurur: «Nəhayət onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: «Rəbbim, yalvarıram, məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı iş görüm» Xeyir! Onun söylədiyi boş, faydasız bir sözdür. Onların önündə yenidən diriləcək günə qədər bir bərzaq aləmi var» (Muminun, 99, 100).
Allah səndən və bütün müsəlman xanımlarından razı olsun!
Bil ki, hicab sənin həyandır, ismətindir. Sən isə atanın, qardaşının, ərinin, oğlunun ismətisən, namususan! Geyindiyin hicab analarımızın, nənələrimizin əsrlər boyu qoruduğu həya və iffət rəmzidir, milli adətimizdir və ən başlıcası isə Uca Allahın əmridir, dinidir!
Allahın adını, dinini uca tut, az da olsa hələ qalmaqda olan, yaşayan əmrini yerinə yetir, qoru, gələcək nəslə ötür ki, Allahın razılığını qazana biləsən, Məryəm, Asiya, Xədicə, Aişə, Fatimə ilə görüşəsən!
- Qur`an-ı Kərim oxuyarkən hicab örtmək gərəkirmi?
- Nur surəsi 3-cü ayətin təfsiri
- Nur surəsi 3-cü ayətin təfsiri
- Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?
- 24. Nur ('Nur') surəsi
- "Cənnət anaların ayaqları altındadır." Bu hədis bütün analara da aiddirmi?
- Dini cəhətdən qadının işləməsində bir məhzur var? Qadının, kişilərin içində yan-yana, başı açıq işləməsi dini cəhətdən caizdir?
- ZİNA
- Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu
- Eşlərin cinsi vəzifədən qaçınması günah mıdır? Kişi və ya qadın xəstə ikən yoldaşının cinsi istəyinə xeyr deyə bilərmi?