Xavaric haqqında gələn hədislər (1)

167- Abidə b. Amr əs-Salmani (radiyallahu anh)'dan, Əli (radiyallahu anh)'ın xaricilərdən bəhs edərkən, belə dediyi rəvayət edilir:

"Xaricilər arasında (anadan gəlmə) qolları çox qısa (simbrakidaktili) olan bir adam vardır. Əgər məğrur olmaq ehtimalı olmasaydı, sizə, onları öldürən kimsələr üçün Allahın vəd etdiyi (savabı) sizə deyərdim. Bunlar Allah rəsulunun dilindən çıxan sözlərdir."

(Ravi Abidə deyir:

Mən, Əli (radiyallahu anh)'dan:

- "(Qəsd etdiyin) hədisi, Muhamməd (sallallahu aleyhi və səlləm)'dən eşitdinmi?" deyə soruşdum.

- Əli (radiyallahu anh), 3 dəfə:

"Bəli! Kəbə'nin Rəbbinə and olsun (ki, Peyğəmbərdən eşitdim.)" dedi.

---------------------------

İzahı:

Tahkim (hakimə müraciət etmə) məsələsinə razı olan, başda Əli (radiyallahu anh)' olmaq üzərə, bütün Müsəlmanları, Osman, Əli və Müaviyə (radiyallahu anhum)'dan nifrət etməyən cumhuru və hər hansı bir böyük günah işləyən kimsələri təkfir edən xaricilərin sapıq inancları, batil görüşləri və İslam aləminə ilk fitnə-fəsad və təfriqə toxumu atan firqə olmalarının, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən əvvəlcədən bilinməsi, Onun bir möcüzəsizidir. Hədis bizə bu möcüzəni bildirməkdədir. Bununla bərabər, onları öldürməyin çox böyük mükafatı gərəkdirdiyinə işarət edir. Elə ki, insanlar, onları öldürməyin mükafatını bilsələr, "Bu əcr, bütün günahların əfvinə və cənnətlik olmağa kifayət edir." deyə ibadətləri tərk etmək və günahlara dalmaq narahatlığı Əli (radiyallahu anh) tərəfindən hiss edilir və Allah tərəfindən Muhamməd (sallallahu aleyhi və səlləm) vasitəsilə vəd edildiyi bildirilən İlahi mükafat və əcr, bu (ibadətlərin tərki, günahlara dalmaq) kimi səbəblərlə, Əli (radiyallahu anh) tərəfindən açıqlanmır.

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, 12-ci bab: "Xaricilər haqqında (kı hədislərə dair) bir bab")

Read 85 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR