Xavaric haqqında gələn hədislər (2)

168- Abdullah ibn Məsud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Axır zamanda yaşları az, səfeh (ağılları az) bir zümrə çıxacaqdır. Onlar (xaricilər), insanların sözlərinin en xeyirlisi (olan Peyğəmbərin təbliğləri)'ndən danışacaqlar; Quran oxuyacaqlar; lakin oxuduqları Quran, boğazlarından aşağı keçməyəcəkdir. Bunlar, şiddətlə atılan oxun ov(u deşib on)'dan çıxdığı kimi, İslamdan çıxacaqlardır. (Bunun üçün) kim onlarla qarşılaşarsa, (dərhal) onları öldürsün. (Çünki) onların öldürülməsi, onları öldürənlər üçün Allah qatında savabdır."

-------------------------------------

İzahı:

Buxari'nin şarihlərindən (şərh edənlərdən) Qastallani'nin "İrşadu's-Sari li şərhi'l-Sahihi'l-Buxari"dəki bəyanına görə, hədis mətnindəki "insanların sözlərinin ən xeyirlisi" təbiri ilə: Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən təbliğ edilən Quran qəsd edilmişdir.

Qastallani deyir:

"Çünki xaricilər, hakimliyi rədd etməyə məsnəd olaraq göstərdikləri 'Hökm, ancaq Allaha məxsusdur.' sözünü, Qurandan almışlardı. Ancaq nə var ki, bu sözü yalnış başa düşmüşdülər."

İmam Sindi də, "İnhacu'l-Hacə"də, belə deyir:

"Bu təbirdən məqsədin, xaricilərin hakim təyini mövzusuna etiraz edərkən, 'Hökm, ancaq Allaha məxsusdur.' sözü olduğunu söyləyənlər vardır. Necə ki, onlar belə deyincə, Əli (radiyallahu anh): 'Bu söz, haqdır. Ancaq onunla batil bir şey qəsd edilmişdir."

Mətndə keçən, "...lakin oxuduqları Quran, boğazlarından aşağı keçməyəcəkdir..." cümləsindən qəsd edilən məna haqqında Qastallani deyir:

"Yəni:

~ Allah, onların Quran oxumalarını yüksəltməyəcək və qəbul etməyəcəkdir. Çünki onların batil etiqadlarını bilir.

~ Yaxud bundan məqsəd: Xaricilər, oxuduqları Quran ilə əməl etməzlər; dolayısı ilə qiraətlərinin qarşılığında mükafatlandırılmayacaqlardır.

~ Belə də açıqlana bilər: Onların Quran oxumalarından alacaqları pay, ancaq dilləri üzərində Quranın keçməsidir. Onların boğazına belə çatmayan qiraət, onların qəlbinə enib necə təsir buraxacaqdır? Halbuki qiraətdən arzu edilən məqsəd, Quranın qəlbə nüfuz etməsilə Quranın içindəkilərini düşünmək və ondan istifadə etmək, ondan təsirlənməkdir."

Buxari'nin də rəvayət etdiyi bu hədisi şərh edən Qastallani deyir:

"Bunlar, şiddətlə atılan oxun ov(u deşib on)'dan çıxdığı kimi, İslamdan çıxacaqlardır." sözü, xaricilərin kafir olduğunu söyləyənlər üçün bir dəlildir. Çünki dindən murad, İslamdır. Bunların İslamdan bir nəsib almayacaqları ifadə edilir.

Tirmizi'nin şərhində ("Arizatu'l-Əhvəzi bi Şərhi Sahihi't-Tirmizi") Qadı əbu Bəkr ibnu'l-Arabi də, bu sözü dəlil göstərərək, xaricilərin kafir olduğunu söyləmişdir.

Əgər hədisdə keçən "din" kəliməsilə İslam qəsd edilməyib "xəlifəyə itaət" mənasında açıqlanarsa, bu söz, xaricilərin küfrünə dəlil göstərilə bilməz. Xattabi, "din" kəliməsini belə açıqlamışdır.

Buxari'in "Nübüvvətin əlamətləri" babında və ibn Macə'nin 169 no-lu hədisdə əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət etdikləri mətndə; bununla bərabər ibn Macə'nin rəvayət etdiyi 170 və 172 no-lu hədislərdə, "Onlar dindən çıxarlar." təbiri istifadə edilmişdir. "Din" kəliməsi, yuxarıda bəyan etdiyimiz kimi, 2 şəkildə açıqlanmışdır. Lakin ibn Macə'nin, tərcüməsi yuxarıda keçən 168 no-lu və iləridə gələn 171 no-lu rəvayətlərində; bununla bərabər Buxari'nin, eyni babda Əli (radiyallahu anh)'dan olan rəvayətində, "Onlar, İslamdan çıxarlar." ifadəsi istifadə edilmişdir. Hələ 176 no-lu hədisdə, "Onlar, müsəlman idilər, sonra kafir oldular." sözü, açıqdır.

Qastallani'nin bəyanına görə, xaricilərin kafir olduğunu söyləyən imam Subki:

"Cənnətlik olduqları Peyğəmbərin şahidliyilə sabit olan böyük səhabələrə kafir deyən xaricilər, bu sözlərilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i yalanlamış, bu səbəblə də, küfrə girmiş olurlar." demək surətilə, görüşünün dəlilini bəyan etmişdir. Qurtubi də, eyni görüşü, bu hədislərlə bəyan etmişdir.

Lakin fəqihlərin və mühəddislərin cumhuruna görə, xaricilər, kafir deyil, asilər hökmündədirlər. (İbn Abidin, 3-cü cild, s. 339)

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, 12-ci bab: "Xaricilər haqqında (kı hədislərə dair) bir bab")

Read 72 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR