Xavaric haqqında gələn hədislər (3)
169- əbu Sələmə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə demişdir:
Mən, əbu Səid əl-Xudri'dən:
"Sən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, Haruriyyə haqqında bir şey buyurduğunu eşitdinmi?"
- (Bunun üzərinə) əbu səid:
"Peyğəmbərdən, onların çox ibadət edən bir qövm olduqlarını buyurduğunu eşitdim."
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, çox ibadət edən bir qövmü (belə) zikr etdiyini eşitdim:
"(Sizdən hər hansı biri) namazını onun namazına; orucunu onun orucuna görə aşağı görəcəkdir. Onlar, oxun (ovu deşib) çıxdığı kimi, dindən çıxacaqlardır.
(Oxun sahibi):
~ (Ovu deşib keçən) oxunu götürər, oxunun nasl'ına (dəmirinə) baxar (qan naminə bunda) bir şey görməz.
~ Oxun risaf'ına (oxun dəmirinin keçirildiyi yerə) baxar, orda bir şey görməz.
~ Sonra qidh'inə (ağac qisminə) baxar, orda da bir şey görməz.
~ Sonra quzəz'inə (oxun tükünə) baxar, bunda da (qan izindən) bir şey görüb görə bilmədiyində tərəddüd edər."
----------------------------------
170- əbu Zərr (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Şübhəsiz ki, Məndən sonra ümmətimdən bir qövm vardır (və ya olacaqdır)." dedi.
Bu qövm Quran oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı keçməz. Onlar, oxun ovdan (deşib) çıxdığı kimi dindən çıxacaqlardır. Sonra dinə dönməyəcəklərdir. Onlar, (əxlaq olaraq) insanların və məxluqların ən şərliləridirlər.
------------------
171- ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Ümmətimdən bəzi insanlar, şübhəsiz Quran oxuyacaqlardır. (Lakin) oxun ovu deşib çıxdığı kimi, onlar da İslamdan çıxacaqlardır."
--------------------------------
İzahı:
Xaricilər haqqındakı 169 no-lu hədisi, az bir ləfz fərqilə, Buxari də, "Əlamətu'n-Nübüvvə" babında, yenə əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət etmişdir.
Hədisdə, xaricilərin, İslamdan sürətlə çıxmaları, çox bəlağatlı bir mürəkkəb təşbih ilə ifadə edilmişdir.
Hədisdə təsvir edildiyi kimi, bir ox, sürətlə ova girib digər tərəfindən çıxar, elə bir sürətlə hədəfini deşər ki, oxun heç bir tərəfində qan izinə rast gəlinməz.
Hədisdə, oxa bənzədilən xaricilər də, İslama sürətlə girib sürətlə də İslamdan çıxarlar. Onların ruhunda və şüurunda, İslamın nurundan heç bir əsərə təsadüf edilməz.
Təşbihin mürəkkəb olması, xaricilərin, təsvir edilən halları ilə birlikdə oxa və gözlər önünə sərilən hallarına bənzədilməsindən və oxun parçalarının bir-bir zikr edilməsindən meydana gəlir.
Hədis, xaricilərin, özlərini ibadətə məcbur etməsindən və ifrat dərəcədə şəklən namaz və orucla məşğul olduqlarını bildirir. Bir möcüzə olan bu xəbər, eynilə baş vermişdir. Belə ki:
Xaricilər içində, səcdə etməkdən alınları yara olanlar; gecə namaz qılmaqdan, gündüz oruc tutmaqdan taqətsiz düşənlər, çox idi. Dayanmadan Quran oxuyurlardı. Ancaq Quranı yalnış təfsir etdikləri; fikir və inanc cəhətindən sapıq olduqlarından dolayı, etdikləri ibadətin heç bir dəyəri yox idi. Dinin özünü və mahiyyətini səhv başa düşdükləri üçün, batil inancları onları fəlakətə sürükləmişdi.
(İbn Macə, Sünən tərcümə və şərhi)
