Xavaric haqqında gələn hədislər (5)

 

173- ibn əbi Əvfa (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Xaricilər, cəhənnəm itləridir."

--------------------------------

174- Abdullah b. Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Elə gənc bir camaat meydana çıxacaq ki, Quran oxuyacaqlar. (Lakin) oxuduqları Quran onların boğazlarından aşağıya keçməyəcək. Hər nə vaxt çıxsalar, kökləri kəsiləcəkdir."

İbn Ömər deyir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən:

"Hər nə vaxt çıxsalar, kökləri kəsiləcəkdir." sözünü, 20 dəfədən çox eşitdim.

(Ravi ibn Ömər, bundan sonra, Peyğəmbərin buyurduğu bu hədisin son parçasını belə nəql edir:

"Hətta onların arasından dəccal çıxacaq."

---------------------

İzahı:

"Hər nə vaxt çıxsalar, kökləri kəsiləcəkdir." sözü üzərinə, İmam Sindi (əl-Hənəfi), hədisin şərhində deyir:

"Çox vaxt onların zühur edən qrupları (tarix səhnəsindən) silinmişlərdir. Məsələn, Əli (radiyallahu anh), Haruralıları qılıncdan keçirmişdir."

"Əksəra min işrinə mərratən" cümləsinin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aid olması da möhtəməldir. Əgər belə olarsa, bu qismin mənası:

"Onların çıxması və köklərinin kəsilməsi hadisəsi, 20 dəfədən çox baş verəcəkdir."

(İbn Macə, Sünən tərcümə və şərhi)

Read 59 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR