Xavaric haqqında gələn hədislər - 7
176- əbu Ğalib (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, əbu Umamə (radiyallahu anh), belə demişdir:
"Öldürülən (xaricilər), Səma altında öldürülənlərin ən pisləridir. Öldürülən insanların ən xeyirlisi də, xaricilərin öldürdüyü kimsələrdir. Xaricilər, cəhənnəm əhlinin itləridir. Bunlar müsəlman idilər, sonra kafir oldular."
"Bu, sənin dediyin bir şeydirmi?" dedim.
- (əbu Umamə):
"Xeyr! Əksinə, mən, bu sözü Allah rəsulundan eşitdim." dedi.
---------------------------------
İzahı:
İmam Sindi (əl-Hənəfi), hədisin şərhində deyir:
"Xaricilər, cəhənnəm əhlinin itləridir.' cümləsi, onların kafir olduğunu açıqca bildirir; 'Onlar, dindən çıxarlar.' və bənzəri hədis cümlələri də, bu xüsusu dəstəkləməkdə, qüvvətləndirməkdədir. Lakin cumhur, onları təkfir etmir. Cumhurun görüşünə görə, onların kafir olduqlarına dair təbir, "nemətlərə qarşı küfr, yəni nankorluq" mənasına təvil edilir. Eynilə, 'dindən çıxarlar' sözü də, 'Dinin kamalından çıxarlar.' şəklində təvil edilir."
(İbn Macə, Sünən tərcümə və şərhi)
- Xavaric kimlərdir?
- Xavaric haqqında gələn hədislər- 2
- Xavaric haqqında hədislər- 3
- Xavaric haqqında gələn hədislər- 5
- Xavaric haqqında gələn hədislər- 4
- Xavaric haqqında gələn hədislər- 1
- Xavaric haqqında gələn hədislər- 6
- Əhli-Sünnə təkfirdən (küfrlə ittiham etməkdən) qaçır.
- Allahın endirdiyi ilə hökm etməyənlər- 3
- Maidə surəsi 44-cü ayətin təfsiri- 3