Yalan danışmaq orucu pozurmu?

Əbu Hureyrə (رضي الله عنه) dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurdu:
"Yalan söyləməyi, cahilcə davranmağı və bununla əməl etməyi tərk etməyən (oruclu) kimsənin yeməsini-içməsini tərk etməsinə (yəni oruc tutmasına), Allahın ehtiyacı yoxdur. (Buna qiymət verməz.).[1]
---------------
İzahı:
Imam Muslim'dən başqa Kütüb-Sittə sahibləri, Imam Əhməd ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də bunu rəvayət etmişlərdir.
Hədisdən məqsəd budur:
Oruc ikən, yalançılıq, yalan şahidlik, qiybət, iftira, söymək, lənətləmək kimi batil söz söyləməyi tərk etməyənin tutduğu orucun məqbul olmadığıdır.
Çünki orucdan məqsəd, ac və susuz qalmağın özü deyil, bununla təmin edilməsinə çalışılacaq şəhvətləri qırmaq, pisliyi əmr edən nəfsi cilovlamaqdır.
Hədisdəki "Allahın ehtiyacının olmaması":
Orucun məqbul olmamasından məcazdır. Çünki nə batil sözü tərk edənin, nə də tərk etməyənin ac və susuz qalmasına, Allahın ehtiyacının olmadığı məlumdur.
İbni Battal ( رحمه الله) bu haqda belə deyir:
"Hədisin mənası, batil söz söyləyənin oruc tutmağı tərk etməsini əmr etmək deyil, batil sözdən çəkindirməkdir."
İbnu'l-Munzir ( رحمه الله) deyir :
"Allahın ehtiyacı yoxdur." cümləsi, orucun məqbul olmadığından kinayədir. Necə ki, qəzəblənən bir kimsəyə istədiyi şey verildiyi zaman, onu götürmədiyi vaxt:
"Mənim buna ehtiyacım yoxdur"- dəyər. Bu halda, hədisdən məqsəd, batil sözlə kirlədilən orucun, rədd edilməyə məhkum olduğu və belə kirlədilməyən orucun məqbul olduğudur.
Hədis, batil sözün, oruclunun savabını nöqsanlaşdırdığına dəlalət edir. Qiybət, yalançılıq, söz daşımaq, cahilcə davranmaq və bunlarla əməl etmənin, orucu pozub-pozmadığı xüsusunda ixtilaf vardır.
Cumhura görə bunlar orucu pozmaz. Hüccətu'l-İslam İmam Ğazzali ( رحمه الله) , İhya'u-Ulumi'd-din əsərində bəyan etdiyinə görə, Imam Mücahid ( رحمه الله) belə demişdir:
"Qiybət və yalançılıq, orucu pozan xislətlərdəndir."
İmam Əvzai ( رحمه الله) yə görə qiybət orucu pozar və qəza etməyi gərəktirər.
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam: Oruclunun qiybət və çirkin söz söyləməsi haqqında gələn hədislər babı, hədis no: 1689)
- "Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa:"-Mən oruclu bir adamam desin. hədisinin izahı nədir?
- "Oruclu üçün iki sevinc vardır"- hədsinin anlamı nədir?
- Orucun hansı dərəcələri var? Bizim orucumuz bunların hansındandır?
- Sahur etmək vacibdirmi?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?
- "Şübhəsiz, hər oruclu üçün iftarını açdığında rədd edilməyən bir dua vardır"- hədisinin alamı nədir?
- Cənabı Allahın ən çox sevdiyi oruc hansıdır?
- Ramazan orucundan bir və ya iki gün öncə oruc tutmaq caizmi?
- "Ramazan ayında şeytanların zəncirlərə vurulması"- hədisin anlamamı nədir?
- Hər ayın 13, 14 və 15-ci günü oruc tutmaq müstəhəbmidir?