Yandıraraq cəzalandırmaq olarmı? - 2

3016- əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Bir dəfə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizi, (əsgəri bir vəzifə üçün) göndərdi və belə dedi:

'Bu 2 adamı tutsanız, onları atəşdə yandırın!'

Sonra biz yola çıxmaq üzərə ikən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) bizə belə dedi:

'Mən, daha əvvəl sizə, bu 2 şəxsi tutsanız, atəşdə yandırmağınızı demişdim. Atəşlə əzab etmək, sadəcə Allaha məxsusdur. Onları ələ keçirəcək olarsanız, sadəcə öldürün."

--------------------------

3017- İkrimə'dən belə nəql edilir:

Əli (radiyallahu anh), bir qrupu, yandıraraq öldürmüşdü. Onun bu işindən xəbər tutan Abdullah ibni Abbas belə dedi:

"Mən, onun yerinə olsaydım, onları yandırmazdım. Çünki Nəbi (sallallahu aleyhi və səlləm):

'Əsla, Allaha xas olan əzab ilə insanları cəzalandırmayın!'

buyurmuşdur. Mən olsaydım, onları öldürərdim. Bu mövzudakı dəlilim isə, Nəbi (sallallahu aleyhi və səlləm)'in:

'Kim dinini dəyişdirəcək olarsa, onu öldürün!' hədisidir."

--------------------------

İzahı:

İnsanların yandırılmaması əmri ilə bağlı, bu qeydə yer vermək gərəkdir:

Bu hökm, normal şərtlər üçün məqbuldur. Lakin düşmən ilə döyüşərkən, döyüşü qazana bilmək üçün, yandırmaq xaricində bir yol qalmamışdırsa, bu yola baş vurula bilər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ilk əvvəl yandırmalarını əmr edib sonra fikrindən daşındığı şəxslərin isimləri, ibn İshaq rəvayətində açıqlanmışdır. Rəvayət belədir:

"Həbbar ibnu'l-Əsvəd (şair səhabə) ilə dostunu tutsanız, atəşdə yandırın. Onlar qızım Zeynəbin dəvəsini hürküdərək, yıxılmasına səbəb oldular."

Bu qissə belədir:

Nəbi (sallallahu aleyhi və səlləm)'in qızı Zeynəb, Məkkədə idi. Zəynəbin əri əbu'l-As ibnu'r-Rəbi isə, müsəlmanlar tərəfindən əsir edilmişdi. Nəbi (sallallahu aleyhi və səlləm), qızını Özünə göndərməsi şərtilə, sərbəst buraxdı. Əbu'l-As da, dönüncə, geri göndərdi. Lakin Həbbar ibnu'l-Əsvəd ilə bir dostu, Zeynəbi izləyərək, dəvəsini hürkütdülər. O da dəvədən düşdü və bu səbəbdən xəstələndi.

İbn İshaq rəvayətində isə, bu hadisə belə bildirilir:

"Nəbi (sallallahu aleyhi və səlləm), bir ordu hazırladı və onlara belə təlimat verdi:

'Əgər onu tutsanız, odunları yığın və onu içinə atın. Sonra da odunları yandırın.'

Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm), sonra belə buyurdu:

'Mən, Allahdan utanıram. Heç kim, Allaha xas olan bir əzab ilə insanları cəzalandıra bilməz."

Burda dostundan bəhs edilmədən, sadəcə Həbbar zikr edilmişdir. Çünki Zeynəbin dəvəsini əsl hürküdən və yıxılmasına səbəb olan, odur. Dostu isə, onun yanında olaraq, ona kömək etmişdi. Bu Həbbar, daha sonra müsəlman olmuşdur. Hətta ibn əbu Nəcih rəvayətində, belə keçməkdədir:

"Həbbarı, göndərilən əskərlər tapa bilmədi. Lakin onu, İslam tapdı. Həbbar müsəlman olduqdan sonra, hicrət etdi."

Həbbar, Müaviyənin xilafətinə qədər yaşamışdır. Onun dostu ilə bağlı olaraq, bir məlumata rastlamadım. Müsəlman olmadan əvvəl də ölə bilər.

-------------------

Atəşdə yandıraraq cəzalandırmaq:

Bu mövzu haqqında sələf alimlərinin müdafiə etdiyi fərqli görüş və izahlar vardır.

Ömər və Abdullah ibni Abbas (radiyallahu anhuma) başda olmaq üzərə, bəzi alimlər, atəşlə yandırmağı, mütləq olaraq qəbul etməmişlərdir. Dolayısı ilə, işlənən günah nə olarsa olsun, atəşlə yandırmaq cəzası verilə bilməz.

Bu cəhətdən, döyüş halında və ya qisas tətbiqatı gərəkli olan günahlarda, ya da irtidad halında, bu cəza tətbiq edilə bilməz; düşmənlər və günahkar kimsələr, atəşdə yandırılaraq öldürülə bilməz.

Buna müqabil, Əli və Xalid b. Vəlid kimi bəzi səhabə alimlər, atəşdə yandıraraq öldürmək cəzasının tətbiq edilə biləcəyini söyləmişlərdir.

əl-Mühəlləb belə deyir:

"Atəşdə yandırmaq cəzasının qadağan edilməsi, haram qılmaq mənasında bir qadağa deyildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Allahın ucalığı qarşısında, duyduğu tövazö səbəbilə bu qadağanı gətirmişdir. Zatən səhabə tətbiqatı da, bu hala görə, atəşdə yandırmaq yoluna baş vurula biləcəyini göstərir.

• Nəbi (sallallahu aleyhi və səlləm)'in, çox sərt, rəhmsiz bir cinayətlə, müsəlman çobanları öldürən Urani'lərin gözlərini, qızğın millə dağlatması;

• əbu Bəkr'in, səhabələrin hazır olduğu bir yerdə, üsyankarları (bağiləri) yandırması; və

• Xalid b. Vəlid'in, irtidad edən kimsələri yandırması,

bəzi hallarda bu tətbiqata baş vurulduğunu göstərən hadisələrdir.

Zatən Mədinəli alimlərin əksəriyyəti, içində insanlar olsa belə, qalaların və gəmilərin yandırılmasına icazə vermişlərdir."

İbnu'l-Muneyyir isə, bu görüşə belə etiraz edir:

"Burda zikr edilən hadisələr, atəşlə yandırmağın caiz olduğunu göstərməz. Çünki Urani'lərə verilən cəza, bir qisas gərəyidir və zatən nəsx edilmişdir. Ayrıca, səhabələr arasında da, bu mövzuda görüş birliyi yoxdur. Necə ki, atəşlə yandırmağı qəbul etməyən səhabələr də vardır. Qalaların və gəmilərin yandırıla biləcəyi hökmü isə, zərurət hallarında məqbuldur. Bu da, düşməni məğlub edə bilmək üçün, atəş yandırmaq xaricində bir yol qalmaması halında caizdir. Ayrıca, qalaların və gəmilərin yandırıla biləcəyi hökmünü, içərisində qadınların və uşaqların mövcud olmaması şərtinə bağlayan alimlər də vardır.

Bu cəhətdən, mövzu başlığı altında zikr edilən hədisin ilk baxışda anlaşılan açıq hökmünə görə, atəşlə yandırmaq qadağası, haramlıq ifadə edir."

---------------------

Hədisdən çıxan dərslər:

1. Bir mövzu haqqında ictihad edərək hökm verdikdən sonra, bu ictihaddan dönmək mümkündür.

2. Hər hansı bir mövzu haqqında qərar verərkən, dəlilini zikr etmək, muxatabların şübhəsini ortadan qaldırmaq üçün, daha yaxşı olar.

3. Hədlərin tətbiq edilməsində, vəkilə səlahiyyət verilə bilər.

4. Vaxtın keçməsi, cəzaya haqq qazanmış kimsələr üçün qətiləşmiş cəzanı, ortadan qaldırmaz.

5. Bit və s. kimi heyvanların odda yandırılması, uyğun görülməmişdir.

6. Sünnətin, sünnətlə nəsx edilməsində, görüş birliyi vardır.

7. Yolçunun, öz şəhər xalqının öndə gələnlərinə: 'Allaha əmanət olun' deməsi və dostları tərəfindən yola salınması, yolçu edilməsi uyğundur, tövsiyyə edilir.

8. Bir hökm, hələ özü ilə əməl edilmədən və ya bu hökm doğrultusundakı tətbiqat, tam olaraq əməl edilmədən əvvəl, nəsx edilə bilər.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 56-cı bölmə: "Cihad və Siyər", 149-cu bab: "Allaha xas olan əzab ilə əzab edilməz")

Read 7 times
In order to make a comment, please login or register