Yandıraraq cəzalandırmaq olarmı? -3

2673- Muhamməd b. Həmzə əl-Əsləmi'nin atasından rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu bir ordunun başına başçı təyin etmişdi. (Bu şəxs, başına gələn hadisəni) belə danışır:

Ordunun yanına çatdım. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əgər filan şəxsi tapsanız, onu atəşdə yandırın."

buyurdu. Sonra mən, (ordunun yanından) geri qayıtdım. (Nəbi sallallahu aleyhi və səlləm), məni çağırdı və belə buyurdu:

"Filan kimsəni tapsanız, onu öldürün. (Lakin) onu yandırmayın. Çünki atəşlə, ancaq atəşin sahibi (olan Allah) əzab edər."

-------------------------------

İzahı:

Şəvqani'nin açıqlamasına görə, alimlər, atəşlə cəzalandırmaq mövzusunda ixtilafa düşmüşlərdir:

• Ömər və ibn Abbas (radiyallahu anhuma), bunun, mütləq surətdə məkruh olduğunu söyləmişlərdir.

• Əli və Xalid b. Vəlid (radiyallahu anhuma)'ya görə isə, məxluqatı bu şəkildə cəzalandırmaq, caizdir.

Əl-Mühəlləb, bu hədisdə keçən qadağanın, təhrim ifadə etmədiyini və canlıları bu şəkildə cəzalandırmağın da, buna dəlalət etdiyini söyləmişdir. O:

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Arənilərin gözlərinə mil çəkməsini;

• əbu Bəkrin bəzi kimsələri, səhabənin yanında yandırmasını; və

• Xalid b. Vəlid'in, dindən dönən bəzi kimsələri atəşlə cəzalandırığı kimi,

• Əlinin də, bu cəzanı tətbiq etməsini

dəlil olaraq göstərmişdir.

Atəşlə cəzalandırmağın caiz olduğunu söyləyənlər:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, hədis uyduran bir kimsə haqqında diri tutulduğu halda öldürülməsi,

Ölü olaraq tutulduğu halda, yandırılması üçün əmr verdiyini; və

Nəticədə, o kimsənin ilan sancması nəticəsində ölü olaraq tapılıb cəsədinin atəşdə yandırıldığını ifadə edən hədislə,

Buxari'nin rəvayət etdiyi bu hədisi də dəlil olaraq göstərirlər:

"Nəbilərdən birini, bir qarışqa dişlədi. O nəbi, qarışqaların yuvası(nın yandırılması)nı əmr etdi və (onların yuvası) yandırıldı. Bunun üzərinə, Allah Taala,o peyğəmbərə:

"Səni bir qarışqa dişlədi. Bəs sən, Allahı təsbih edən ümmətlərdən bir ümməti yandırmadınmı?"

deyə xitab etmişdir.

Hakim ət-Tirmizi, bu hədis haqqında belə deyir:

"Allah, bir qarışqanın yandırılmasına izn verdiyinə görə, bu qarışqanın xaricində qalan canlıları yandırmağın da caiz olduğu ortaya çıxır." (Ayni, "Umdətu'l-Qari", XlV, 220)

Canlıları yandırmağın caiz olmadığını söyləyən alimlərə görə, canlıları yandırmağın caiz olduğuna dair dəlil olaraq iləri sürülən hədislərin heç birində, belə bir cəvaza dəlalət edən bir məna yoxdur. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Arəni'lərin gözlərinə qızğın mil basması, bir qisas idi. Çünki onlar, daha əvvəl, bəzi müsəlmanların gözlərinə qızğın mil basmışdılar. Ayrıca, bu tətbiqat, sonradan nəsx edildi.

Hər nə qədər, səhabələrdən bəziləri, atəşlə cəzalandırmağı caiz görmüşlərsə də, bəziləri də, bunun qadağan olduğunu söyləmişlərdir.

Oysa, bilindiyi kimi, səhabələrin bəzilərinin müxalifəti ilə qarşılanan bir səhabənin tətbiqatı, dəlil olmaq özəlliyindən məhrumdur. Ayrıca, bu hədis, canlıları atəşlə cəzalandırmağın haram olduğunu ifadə etməkdə, canlıları atəşlə cəzalandırmağa cəvaz verən baş tərəfdəki cümlələr, son cümlə ilə nəsx edilməkdədir. (Ayni, "Umdətu'l-Qari", XlV, 220)

-----------------

Hədisdə, adları açıqca söylənməyib kinayə təriqi ilə zikr edilən bu 2 nəfərdən biri, Həbbar b. Əsvəd'dir. Və bunda, ravilərin ittifaqı vardır.

Digərini təyin etməkdə, ixtilaf edilmişdir. İbn Hişam, "Sirə" əsərində, onu, Xalid b. Abdi Qays deyə göstərmişdir. Peyğəmbərimizin bunlar haqqında atəşdə yandırmaq kimi ağır bir cəza təyin etməsi, peyğəmbərin qızı Zeynəbin ölümünə səbəb olmaları ilə günahkar olmaqlarından dolayıdır. Belə ki:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hicrətdən əvvəl, qızı Zeynəbi, əbu'l-As ibn Rəbi ilə evləndirmişdi. Əbu'l-As, müşrik olduğundan, Zeynəb, peyğəmbərimizlə hicrət etməyib Məkkədə qalmışdı. Bədr döyüşündə, əbu Cəhl'in ordusunda, əbu'l-As da iştirak edib müsəlmanlara əsir düşmüş və Zeynəbi Mədinəyə göndərmək şərtilə sərbəst buraxılmışdı. Əbu'l-As, bu şərtə bağlı qalaraq, Zeynəbi rahat bir şəkildə Mədinəyə göndərmək üçün, mükəmməl təchiz edərək yollamış və özünə xidmət etmək üzərə bu 2 şəxsi yol yoldaşı kimi vermişdi.

Bunlar, yolda Zeynəbin mindiyi dəvəyə müdaxilə edərək, o vaxtlar hamilə olan Zeynəbi, dəvəsindən yıxmış və qarnındakı uşağı ilə birlikdə, ölümünə səbəb olmuşlardı.

Bu ağır cinayətin cəzasının da, o nisbətdə ağır olacağı təbii idi. O dövrdə, yandırmaq cəzası da, vəhşət sayılmırdı. Bu cəhətlə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ilk əvvəl belə bir cəzanın tətbiqini əmr etmiş ikən, bunu, İslam dininin təsis etməkdə olduğu yüksək mədəniyyətə uyğun görmədiyindən, daha sonra ölüm cəzası ilə cəzalandırılmaqlarını əmr etmişdir. (K. Miras, "Təcrid-i Sarih", Vlll, 400)

------------------------------

Hədisdən çıxan bəzi hökmlər:

1. Bir hökmlə əməl edilmədən əvvəl, o hökmün nəsx edilməsi caizdir.

2. Hədlərdə atəşlə yandırmaq cəzası yoxdur. Hədlər, qılıncla yerinə yetirilir.

• Kufə əhli; ilə

• Nəxai;

• Sevri;

• əbu Hənifə və tərəfdarları; ilə

• Hicaz əhlindən Ata

bu görüşdədirlər.

Alimlərdən bir qrup da, Əli (radiyallahu anh)'ın görüşünə tabe olaraq, dindən dönənləri yandırmağın caiz olduğunu söyləmişlərdir.

Bəziləri də, ancaq bir kimsəni yandırmış olan kimsələrin (qisas gərəyi olaraq) yandırıla biləcəyini, bunların xaricində kimsənin yandırıla bilməyəcəyini söyləmişlərdir.

• imam Malik və Mədinə əhli;

• Şafi üləması ilə Əhməd; və

• İshaq

da, bu görüşdədirlər.

3. Bir müctəhidin öz ictihadı ilə vermiş olduğu bir hökmdən dönməsi, caizdir.

4. Bir hökm verdikdən sonra, dəlilini zikr etmək, müstəhəbdir.

5. Sünnəti, sünnət nəsx edə bilər. Bu mövzuda ittifaq vardır.

(Əbu Davud, Sünən tərcümə və şərhi, Kitabu'l-Cihad, 112-ci bab: "Düşməni atəşlə yandırmağın kərahəti" babı, hədis no: 2673)

Read 5 times
In order to make a comment, please login or register