Yaradılışda nöqsanlıq var?
Burada əsl düşünülməyə dəyər bir şey var. Görəsən yaradılışa nöqsan tapıb, iftira edənlər, yaradılışın nöqsanını düşünəcək bu gözəlliyi haradan əldə etmişlər? Özləri də o nöqsan yaradılışın parçalarından olduqları halda, yaradılışın nöqsanı haqqında verdikləri bu hökmün doğruluğunu bizə nə ilə sübut edəcəklər? Haşa(qətiyyən), nöqsan olan bir yaradıcının yaratdığı şeylərin də nöqsan olması lazım gəlir. Çünki əyri bir şeyin kölgəsi də əyri olması lazımdır.
Əgər özlərində yaradılışın nöqsanlığına hökm edəcək bir gözəllik varsa, onların bu gözəlliyi mütləq, onun üstündə olan bir gözəlliyin əsəri olması lazımdır. Çünki nöqsandan, nöqsansız olan bir şey çıxmaz. Elə mükəmməl varlıqları yaradan bir Yaradıcının, yaratma və qüdrətinin də nöqsan ola bilməyəcəyi aşkardır.
Həqiqətə Doğru c: 3, Zəfər Nəşrləri
