Yaradılışda təsadüfün hissəsi vardır?
Kainatdakı möhtəşəm sənət, fövqəladə hikmət və davamlı nizamlılıq təsadüfü şiddətlə rədd edir. Bu yüksək həqiqəti, riyaziyyatın tətbiq budaqlarından biri olan ehtimallar hesabıyla da göstərmək mümkündür.
Əvvəl şansa bağlılıq və ya təsadüfilik deyə biləcəyimiz təsadüf anlayışını qısaca açıqlayaq. Hər hansı bir hadisənin və ya varlığın heç bir qəsd, iradə, seçim və elm istifadə etmədən təsadüfi meydana gəlməsi təsadüfdür. Məsələn, bir topçunun hər hansı bir hədəfi nişan almadan və nizamlamadan başlatdığı, təsadüfi atışlardan birinin, bizim tərəfimizdən bir hədəfə çatması təsadüfdür. Top avtomobilinin və ya sistemin, manevr qabiliyyətinə görə ediləcək milyonlarla atışdan, yalnız bir dənəsinin yeri hədəfdir.
Şansına güvənərək təsadüfən bir neçə düşmən tankını korlamaq istəyən bir topçuya, mövcud ən böyük orduların sursatı belə çatmaz.
Dünyamızın var oluşunda təsadüfün təsiri vardır? Dünyanın meydana gəlişində irəli sürülən nəzəriyyələrdən ən çox rəğbət görən kant-Laplace nəzəriyyəsinin bir an üçün etibarlı olduğunu qəbul edərək, bunun təsadüfən olma ehtimalını düşünək. Günəşdən qopan planetlərin kosmosda dayana biləcəyi yer və mövqe sayı sonsuz deyə biləcəyimiz qədər çoxdur. Bu sonsuza yaxın yerlər içində dünyamızın hər günkü yeri, mövqeyi, günəşə olan məsafəsi, gərək öz və gərəksə günəş ətrafındakı fırlanma nizamı təkdir. O halda dünyamızın gecə gündüzü, mövsümləri meydana gətirəcək və heç bir planetə dəyməyəcək şəkildə hikmətlərlə dolu bugünkü halının təsadüfən olması ehtimalı sonsuzda birdir. O da sıfır deməkdir. Ehtimalı sıfır olan hadisələrə "qeyri-mümkün" deyilir. Halbuki, dünyanın gərək öz və gərəksə günəş ətrafındakı çox sürətli dönüşü, bu fırlanmaya baxmayaraq üzərindəkiləri sarsıtmaması, gecə və gündüzlə mövsümləri meydana gətirməsi mükəmməl bir elmi və qüdrəti ən açıq şəkildə göstərməkdədir. Çünki, dünyanın gərək sürətində, gərəksə orbitindəki ən kiçik dəyişiklik, bütün varlıqların, bir anda xarab olması üçün kifayətdir. O halda, bu nizam ancaq və ancaq tək bir Qüdrət sahibi və her şeyə qüdrəti çatan Rəhmanın qüdrət, iradə və əmriylə ola bilər, təsadüfün əli qarışa bilməz.
Bu kimi həqiqətə tətbiq edərkən, milyonlarla cild böyüklüyündə kainat kitabının təsadüfən yazılması hadisəsini bir kənara buraxaq və kainatda yalnız bir söz vəziyyətində olan insan bədənini düşünək. Kainatın içində bir söz kimi görünən insan bədənində dövran, həzm, boşaltma kimi sistemlərdən hər biri cildlər tərəfindən ensiklopediya derəcəsindədir. Biz bu sistemdən ən sadə olan sklet sistemini ələ alaq. Yetkin bir insanda 208 qədər tapılan sümüklərin təsadüfən ən gözəl şəkildə yaradılmış olan insan vücudunu meydana getirəcək şəkildə düzülməsi ehtimalı nədir bilirsiniz? Birdən 208ə qədər olan ədədlərin hasiliylə əldə ediləcək ədəddə bir ehtimaldır. Bu da təxminən sıfır deməkdir. Başqa bir ifadəylə, belə bir quruluşun təsadüfən ortaya çıxması elmlə mümkün deyil. Hansı ki bu nizamlı quruluş bir insanda deyil bütün insanlarda və hətta heyvan və bitkilərin hamısında var.
Kainatdakı bütün canlılar milyardlarla hüceyrənin baş-başa verməsindən əmələ gələn milyonlarla insan toxusunun müəyyən bir intizamla bir araya gəlməsiylə bədən tapmaqdadırlar. Canlıların ən kiçik quruluş daşı olan tək hüceyrə zülalı belə 400 amin turşusudan hasil olmuşdur. Bu amin turşularıdan hər birisi də dörd və ya beş təməl elementdən və hər elementin də müəyyən ədəddə bir araya gəlmiş proton və neytronlardan təşəkkül etdiyi birlikdə düşünülsə, hər biri bir sənət möcüzəsi olan canlıların təsadüfi meydana gələ biləcəklərini söyləmək bir sayıqlamadır. Hüceyrədə mövcud 400 aminoasidi kontrol edən DNT zəncirində təqribən 41000 və ya 10600 fərqli silsilə mümkündür. Hər hansı bir yerdə xüsusi vəzifəsi olan bir DNTin meydana gəlməsi ehtimalı 1/10600dır. Demək ki canlıların ən kiçik quruluş daşı olan hüceyrədəki zülalda vəzifəsi olan DNTin belə təsadüfən meydana gəlməsi qeyri-mümkündür. O halda hüceyrələrin milyardlarcasını müəyyən bir formayla bir yerə gətirilməsiylə bir canlının yaradılışında təsadüfün heç bir hissəsi yoxdur.
- Yaradılışda təsadüfün hissəsi var?
- Bəziləri yaradılışı təsadüflə şərhə çalışırlar. Bunlara nə deyərsiniz?
- Quran elmə yol göstərir.
- “Təbii seçmə şüurlu şəkildə seçim edə bilir'' iddiası tarixin ən böyük yalanlarından biridir.
- Bəziləri yaradılışı təsadüflə şərhə çalışırlar. Bunlara nə deyirsiniz?
- Qayəli və Planlı Yaradılış
- Yarpaqlardakı mikroskopik fabrik.
- Səməndərlərin (salamandra) qolları və ayaqları qopduğu zaman yeni qol və ayaq meydana gəldiyini bilirdinizmi?
- Böyük balıqlar kiçik balıqları nə üçün udur?
- Allahın yaratma sənətinin təcəllisi: Pətək.