Yas tutmaq

5334- Zeynəb dedi:

"Atası əbu Sufyan ibn Harb vəfat etdiyi vaxt, Nəbi (sallallahu aleyhi və səlləm)'in zövcəsi ümmü Həbibə'nin yanına girdim. Ümmü Həbibə, içində sarı rəngli xaluq adı verilən ətirin yaxud başqa bir xoş ətirin gətirilməsini istədi. Daha sonra bu boyanın bir qismini bir qıza, əllərilə öz yanaqlarına sürtdükdən sonra:

"Allaha and olsun ki, mənim gözəl ətir istifadə etməyə ehtiyacım yoxdur. Bu qədər var ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

'Allaha və axirət gününə iman edən bir qadının, əri haqqında bəhs mövzhsu olan 4 ay 10 gün müddət xaricində, ölmüş hər hansı bir kimsə üçün 3 gündən artıq ihdad etməsi (bəzənmək və gözəl qoxu istifadə etməyi tərk etməsi), halal deyildir.'

buyuruğunu eşitdim." dedi.

------------------------------

5335- Zeynəb dedi:

Mən, qardaşı vəfat etdiyi vaxt Cahş qızı Zeynəbin yanına girdim. O da, bir ətir gətirilməsini istədi. Əlilə ondan bir az aldıqdan sonra:

"Allaha and olsun ki, mənim ətir istifadə etməyə ehtiyacım yoxdur. Bu qədər var ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in minbər üzərində:

'Allaha və axirət gününə iman edən bir qadının, əri üçün 4 ay 10 gün müddət xaricində (hər hansı bir kimsə üçün) 3 gündən artıq ihdad etməsi (bəzənmək və gözəl ətir sürtməyi tərk etməsi) halal deyildir.'

buyurarkən eşitdim." dedi.

-----------------------------

5336- Zeynəb dedi:

Mən, ümmü Sələməni belə deyərkən eşitdim:

Bir qadın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək:

"Ey Allahın rəsulu! Qızımın əri vəfat etdi. Gözləri də xəstələndi. Ona sürmə çəkə bilərikmi?" deyə soruşdu.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Xeyr!" deyə buyurdu -və 2 ya da 3 dəfə eyni şəkildə xeyr sözünü təkrarladıqdan sonra- Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Hamısı 4 ay 10 gündən ibarətdir. Halbuki cahiliyyə dövründə, sizdən hər hansı biri, il bitəndən sonra başı üstünə bir dəvə təzəyi atardı (və matəmdən belə çıxardı)." deyə buyurdu.

-----------------------------

5337- Humeyd dedi:

Mən, Zeynəbə:

"İl bitəndən sonra başının üzərinə dəvə təzəyi atardı, nə deməkdir?" deyə soruşdum. Zeynəb:

"Qadının əri vəfat etdiyində, evin ən pis yerinə girər, ən pis libaslarını geyinər və üzərindən bir il keçməyincəyə qədər də, əlini ətirə vurmazdı. Bundan sonra, eşşək, qoyun, ya da quş növündən bir heyvan, yanına gətirilər, qadın da o heyvana vücudunu sürtərdi. Vücudunu bir şeyə toxundurduğunda, ölmədiyi də çox az olardı. Daha sonra çölə çıxar və ona bir təzək verilər və bunu atardı. Bundan sonra, artıq istədiyi şəkildə ətir sürtər, ya da başqa şeylər edərdi." deyə cavab verdi.

Malikə, "təftaddu" nə deməkdir, deyə soruşuldu. O:

"Onu dərisinə sürtərdi." deyə cavab verdi.

--------------------------------

İzahı:

"...ihdad edər..."

İbn Dərəstəveyh deyir:

"İhdad:

• qadının, özünü bəzəməkdən, bədənini də ətir istifadə etməkdən uzaq tutması;

• onunla evlənmək istəyənlərin əngəllənməsi; və

• onunla evlənməyi ümid edənlərin uzaq tutulması

deməkdir. Necə ki, (bu məsdərdən meydana gələn bir isimi olaraq) həd də, günah işləməyi əngəlləyir.

---------------------------

"...halal olmaz..."

sözü, ərin xaricində kimsələr üçün, ihdadın haram olduğuna dəlil göstərilmişdir. Bu da, açıq bir dəlalətdir. Bununla bərabər, bəhsi keçən müddət zərfində, əri üçün ihdad etmək də, vacibdir.

-------------------------

"...bir qadına..."

Hənəfilər, bunun məfhumunu əsas alaraq:

"...kiçik qız uşağının ihdad etməsi, vacib deyildir..."

demişlərsə də, cumhur, kiçik qız uşağı üçün iddət necə vacibdirsə, ihdad etməsinin də vacib olduğu qənaətindədir.

-----------------------

"...Allaha və axirət gününə iman edən..."

ibarəsində:

• Hənəfilər, iman qeydinin bəhs mövzusu edilməməsini, zimmi bir qadın üçün, ihdadın bəhs mövzusu olmayacağına dəlil göstərmişlərdir.

• Bəzi Maliki alimləri və əbu's-Sevr də belə demişlərdir.

• Nəsai də bu şəkildə bir başlıq açmışdır.

• Cumhur isə, bunun, bu işdən uzaq tutmağın, -mübaliğəli bir şəkildə bildirmək üçün-, qüvvətləndirici olmaq üzərə zikr edildiyini, bundan dolayı da, onun bir məfhumunun olmadığını (yəni bir məna ifadə etmədiyini) söyləyərək cavab vermişlərdir. Necə ki, başqalarının da gedə bildiyi bir yol haqqında:

"...bu müsəlmanların yoludur..." deyilməsi, buna bənzəyir.

-------------

"...ölmüş biri üçün..."

ibarəsi də -Malikilərə müxalif olaraq- əri itkin düşmüş qadın haqqında ihdadın bəhs mövzusu olmayacağını söyləyənlərin lehinə dəlil göstərilmişdir. Çünki itkin ərin vəfatı, qəti olaraq bilinməməkdədir.

-------------------------

"...əri müstəsna..."

Bu hasrdan (mənanı məhdudlaşdırıcı, daraldıcı ifadədən), istər ata, istər başqa bir yaxın olsun, ər xaricində hər hansı bir kimsə üçün, 3 gündən artıq ihdad edilməyəcəyi anlaşılmışdır.

Ayrıca, Şafilərcə daha səhih qəbul edilən:

"...boşanmış qadının ihdad mükəlləfiyyəti yoxdur..."

şəklindəki görüşlərinə də, dəlik göstərilmişdir.

Rici talaq (haşiyə-1) ilə, boşanmış bir qadın üçün, ihdadın bəhs mövzusu olmayacağı, icma ilə qəbul edilmişdir.

Görüş ayrılığı isə, sadəcə bain talaq (haşiyə-2) ilə boşanmış qadın haqqındadır.

---------------------------

(Haşiyə-1:

Rici talaq: bir ya da iki talaqla (3 olmamaq şərtilə) gerçəkləşən talaq.

Yeni bir nigah əqdi olmadan, kişinin, xanımı ilə normal ailə həyatına dönməsinə imkan verən boşama şəklinə, rici talaq deyilir.

Rici talaqın başlıca 3 şərti vardır:

Bunlar;

1. Boşadığı xanımı ilə daha əvvəldən felən evlənmiş, ər-arvad həyatı yaşamış olmaq;

2. Hənəfilərə görə, sarih (açıq) boşama sözlərilə boşamış olmaq və şiddət ifadə edən bir kəlimə söyləməmiş olmaq;

3. Üçüncü boşama haqqını istifadə etməmiş olmaqdır.

Rici talaqdan sonra, kişi, zövcəsinə:

"Evliliyimizi davam etdirmək istəyirəm."

və s. kimi sözlərlə, xanımını öpməsi, şəhvətlə yaxınlaşması, ya da cinsi münasibətdə olmaq kimi fellərlə geri dönə bilər.)

(Haşiyə-2:

Bain Talaq:

Yeni bir nigah olmadan, kişinin, normal evlilik həyatına dönməsinə imkan verməyən boşama şəklinə, bain talaq deyilir.

1. İddət müddəti içində, evliliyinə dönülməyən rici boşama;

2. Nigahdan sonra, lakin birləşmədən və səhih xəlvətdən (ər-arvadın aralarında, şəri bir maneə olmaması halında birləşmələrindən) əvvəl boşamaq;

3. Hənəfilərə görə, kinai sözlərlə və ya şiddət ifadə edən sözlə boşamaq;

4. Qadının istəyilə, bir qarşılıq üzərə razılaşaraq boşamaq;

5. Hakim qərarı ilə gerçəkləşən boşamaq;

6. Üçüncü talaqın istifadə edildiyi boşamaq,

bain talaq nəticəsini doğurur.

Üçüncü talaqın istifadə edilməsi xaricindəki boşamalarda, qadınla kişinin ayrılığına, bəynunət-i suğra (kiçil ayrılıq) deyilir. Bu halda, kişi və qadın, yeni bir nigah əqdilə, evlilik həyatına dönə bilərlər.

Üçüncü talaqın istifadə edilməsi halında isə, kişi və qadın, bir-birindən qəti bir şəkildə ayrılırlar. Buna, bəynunət-i kübra (böyük ayrılıq) deyilir. Bəynunət-i kübrada, qadın, başqa bir kişi ilə həqiqi bir evlilik yaşamadan, ilk ərilə yenidən evlənə bilməz.)

-----------------------------

Cumhur:

"...onun üçün ihdad mükəlləfiyyəti yoxdur..."

deyərkən,

• Hənəfilər;

• əbu Ubeyd; və

• əbu's-Sevr:

"...əri vəfat etmiş olan qadına, qiyas ilə ihdad etmək mükəlləfiyyəti vardır..." demişlərdir.

Bəzi Şafi və Maliki alimləri də, bu görüşdədirlər.

-----------------------------

"...4 ay 10 gün..."

deyildiyinə görə, bundakı hikmət:

• anasının qarnındakı uşağın xilqətinin təkamülü;

• ona ruhun üflənməsi

120 gün keçdikdən sonra bəhs mövzusu olduğundan dolayıdır, demişlərdir.

----------------------------

"Xeyr dedi, bunu 2 ya da 3 dəfə təkrarladı...hər dəfə xeyr deyirdi..."

Nəvəvi belə deyir:

"Bunda, ihdad halında olan qadının, ehtiyac duysun, ya da duymasın, sürmə çəkməsinin haram olmasına, dəlil vardır.

-----------------------

"...qadının əri öldüyündə, evin ən pis yerinə girərdi..."

Şafi belə deyir:

"Evin ən pis yeri, evin quruluş cəhətindən ən bərbad bölməsi deməkdir."

-------------------------

"...onu dərisinə sürtərdi..."

• Malik, bunun nə mənaya gəldiyini, hədisin sonunda açıqlayaraq,

"...o heyvanı, dərisinə sürtərdi..." demişdir.

• Bu kəlimənin əsl mənası, qırmaqdır. Yəni (belə edərək) içində olduğu halı qırmış və bu heyvan ilə tətbiq etdiyi şey ilə (ihdad) halından çıxmış olurdu.

• əl-Əsbəhani və ibnu'l-Əsir belə deyirlər:

"Bu, tez hərəkət etməkdən bir kinayədir. Yəni mənzərəsinin çirkinliyindən çoxca utandığından, yaxud adət etmiş olduğu evlilik həyatına iləri dərəcədəki istəyindən dolayı, ana-atasının evinə sürətlə qaçaraq gedərdi."

• İbn Quteybə belə deyir:

Mən, Hicazlılara, bu işin mahiyyətinə dair sual soruşdum, mənə bunu bildirdilər:

"İddət gözləyən bir qadın, əlini suya dəydirməz, dırnaqlarını kəsməz, saçlarını qısaltmaz, sonra da bir il keçdikdən sonra, ən çirkin bir mənzərə ilə çölə çıxardı. Daha sonra da, gözlədiyi bu iddət halını, özü ilə fərcini (cinsiyyət orqanını) sildiyi bir quş ilə qırar və onu bir kənara atardı. Onu özünə sürtdükdən sonra, o quş, demək olar ki, yaşamazdı (yəni ölərdi)."

• Mən (ibn Həcər) isə, deyirəm ki:

Bu açıqlama, Malikin açıqlamasına müxalif deyildir. Ancaq, ondan daha xüsusi bir məna ifadə edər. Çünki Malik dərini, mütləq olaraq zikr etmişdir. Bununla da qəsdin: "fərcinin dərisi" olduğu anlaşılmaqdadır.

• ibn Vehb belə deyir:

"Bu, qadının əllərini bu heyvana sürtdüyünü, bu heyvan ilə də kürəyinə sürtdüyünü bildirməkdədir."

• Bunun:

"...onu, dərisinə sürtdükdən sonra qüsl etdiyi mənasına gəldiyi..."

də söylənmişdir. Çünki eyni kökdən gələn "əl-İfdidad": "kirləri təmizləmək və ortadan qaldırmaq məqsədilə şirin su ilə -gümüş kimi bəyaz və təmiz oluncaya qədər- yuyunmaqdır.

---------------------------------

Təzəyin atılması ilə nəyin qəsd edildiyi xüsusunda da, görüş ayrılığı vardır. Bunun:

• "...təzəyi atmaqla, iddəti də atıb bitirmiş olduğuna işarət olması..."

söyləndiyi kimi, onun:

• "...içində olduğu bəlaya səbr və gözləməyə bir işarət olduğu..."

da söylənmişdir.

• "...artıq bu sonlandığında, ona görə, bu işi həqir görərək, atdığı bir təzək kimi olar və ərinin haqqına nə qədər təzim etdiyini də göstərmiş olar..."

deyə də açıqlanmışdır.

• "...xeyr, o, bir də belə bənzəri bir hala dönməməsi üçün, gələcək üçün gözəl bir ümidi olduğunu bildirmək üçün, o təzəyi atardı..."

deyə də izah edilmişdir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 68-ci kitab: "Talaq", 46-cı bab: "Əri vəfat etmiş olan qadın, 4 ay 10 gün ihdad edər (bəzənmək və gözəl ətir istifadə etməyi tərk edər" babı)

Read 9 times
In order to make a comment, please login or register