Yaşamaq və mal çoxluğu sevgisi

 4233- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Yaşlı insanın qəlbi, 2 xisləti sevmək xüsusunda gəncdir (yəni qüvvətli və şəndir):

• (O xislətlər) yaşamaq sevgisi; və

• Mal çoxluğu sevgisi(dir)."

Not: Məcmau'z-Zəvaid'də belə deyilir:

"İbn Macə'nin bu hədisə dair sənədi səhihdir, raviləri də siqadır."

-------------------------

4234- Ənəs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Adəm oğlu qocalar. Lakin on(un əxlaqın)'dan 2 xislət gəncləşər (yəni qüvvətlənib inkişaf edər):

• Mal (toplama və çoxaltma) üzərinə ehtiras; və

• Ömür (uzunluğu) üzərinə ehtiras."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni uzun ömür və bol mal kimi nəfsin xoşlandığı şeyləri ummaq) və Əcəl babı"

-------------------------

4233 no-lu əbu Hureyrə (radiyallahu anh) hədisinin bənzərini:

• Buxari və Nəsai, "Riqaq" kitabında; 

• Muslim də "Zəkat" kitabında; və 

• Tirmizi də "Zühd" kitabında rəvayət etmişlərdir.

Qəlbin gəncləşməsi ifadəsi məcazi mənadadır. Məqsəd, yaşlı kimsənin qəlbinin mal çoxluğuna və çox yaşamağa düşgünlüyü, bunları çox sevməsidir. Gənc bir kimsə, necə güclüdürsə, yaşlının qəlbindəki mal və uzun ömür sevgisi də elə güclüdür.

--------------------

4234 no-lu Ənəs (radiyallahu anh) hədisini, Buxari, Muslim və Tirmizi də rəvayət etmişlərdir.

Bu hədis də, insan oğlunun yaşlandığı zaman, mal toplayıb çoxaltmaq arzusu ilə yaşamaq arzusunun gəncləşdiyini, yəni gücləndiyini bildirir.

Yaşlılıq vaxtlarında gərək mal-mülk sevgisi, gərəksə yaşamaq sevgisinin güclənməsi ümumidir. Bu hal, insanların çoxunda görülür.

• Çünki mütədəyyin (dindar) kimsə, axirətə daha çox ibadətlə gedə bilmək üçün, çox yaşamaq istəyər. 

Çox da dindar olmayan kimsələr də, dünya həyatının zövqünə alışdıqları üçün, uzun müddət yaşamaq istəyərlər.

• Mal sevgisinə gəlincə, dindar kimsələr, yaşlandıqdan sonra, baxıma və xidmətə daha çox ehtiyac olduğunu düşünərək, bu ehtiyaclarının ortadan qaldırılması cəhətindən, onlarda mal sevgisi özünü göstərir.

Dini hisləri zəif olan və nəfsi arzulara dalan kimsələrdə, zövq və səfa sürdürmək üçün, mal düşgünlüyü güclənər.

Read 11 times
In order to make a comment, please login or register