Yeni doğulan uşağa əqiqə qurbanı qanından sürtmək
ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:
"Doğulan uşaq üçün, 7 şey sünnətdir. Bunlar:
1. Yeddinci günündə, ona ad verilməsi;
2. Ondan əziyyətin qaldırılması;
3. (Qız uşağıdırsa), qulağının deşilməsi;
4. Onun üçün əqiqə kəsilməsi;
5. Saçının qazılması (yəni, traş edilməsi);
6. Ona əqiqə qanının sürtülməsi;
7. Saçı ağırlığında, qızıl və ya gümüş sədəqə verilməsidir."
Bu hədisi, Taberani, "əl-Əvsət"də rəvayət etmişdir. Ricalı, siqadırlar. (Heysəmi, "Məcmau'z-Zəvaid", 4/59)
Fayda:
əl-Muvəffəq, "Muğni"də belə deyir:
"Uşağın başına əqiqə qanı sürtmək, məkruhdur.
~ imam Əhməd;
~ Zühri;
~ imam Malik;
~ imam Şafi; və
~ ibn Munzir,
bunu, məkruh görmüşlərdir.
~ Həsən və Qatadə'dən rəvayət edildiyinə görə, bu ikisi, onun (yəni, əqiqə qanının uşağa sürtülməsinin) müstəhəb olduğunu demişlərdir. Çünki,
Səmura (radiyallahu anh) hədisində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur: "Uşaq, əqiqəyə (bir ləfzdə də, öz əqiqəsinə) bağlıdır. Əqiqəsi 7-ci gündə kəsilər və ona qan sürtülər."
Bu hədisi, Həmmam, "Qatadə'dən, Həsən'dən və Səmurə'dən..." deyərək rəvayət etmişdir.
ibn Abdi'l-Bərr, belə deyir:
"Həsən və Qatadə xaricində, bunu, kimsənin müstəhəb gördüyünü söylədiyini bilmirəm. Onların xaricindəki elm əhli, bu hədisi, münkər görmüş və uşağa qan sürtülməsini, məkruh görmüşlərdir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm): 'Uşaqdan əziyyəti qaldırın.' buyurmuşdur.'
(Deyirəm:
Cumhura görə, bu hədisin mənası, "Uşağa, cahiliyyə üsulu ilə əqiqə qanı sürtməyin." deməkdir. Həsən və Qatadə'yə görə isə, onun mənası, "Əqiqə günü, uşağın saçını kəsin." deməkdir. Bu mənanı, əbu Ubeyd və başqaları da söyləmişlərdir. Yezid b. Abd əl-Muzəni, öz atasından, bunu rəvayət etmişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm): 'Uşaq üçün, əqiqə kəsilər və onun başına, qan sürtülməz.' buyurmuşdur.")
Deyirəm:
Bu hədis, mübahisəli bir mövzuda, nass deyildir. Muhənnə belə deyir:
"Mən, bu hədisi, Əhməd b. Hənbəl'ə oxudum. Sevindi və 'Nə gözəl!' dedi.
Həm sonra, qan sürtmək, uşağı kirlədir. Bu səbəblə, digər nəcisləri sürtmək kimi, qan sürtmək də, məşru qılınmamışdır. Bureydə (radiyallahu anh), belə demişdir:
'Biz, cahiliyyədə, birimiz üçün bir uşaq doğulunca, əqiqə kəsilər, uşağın saçı kəsilər və ona, zəfəran (gözəl ətir) sürtülərdi.'
Bu hədisi də, əbu Davud rəvayət etmişdir.
əbu Davud, belə deyir:
"Səmurə hədisində, Ona, qan sürtülər.' deyilmişsə də, ən səhih olan, bunun yerində, 'Ona ad verilər." cümləsinin olmasıdır.
Sələm b. əbi Muti də, Qatadə və Əyas b. Muğfil təriqilə Həsən'dən bunu rəvayət etmiş və: "Rəvayətin doğrusu bu ikən, Həmmam xəta edib onu dəyişdirmişdir." demişdir.
Əhməd b. Hənbəl də, belə demişdir:
"ibn əbi Urubə, 'Ona, ad verilər.' deyərkən; Həmmam, 'Ona, qan sürtülər.' demişdir. Mən, bu ikinci rəvayətin xəta olduğunu zənn edirəm."
Bəziləri də, hədisdəki "Ona, ad verilər." cümləsinin, bir ravi tərəfindən yalnışlıqla, "Ona, qan sürtülər." şəklində yazılmış, təshif edilmiş, demişlərdir. ("Muğni", 11/123)
ibn Hazm isə, "əl-Muhalla"da (7/525) belə deyir:
"Burda xəta edən, əbu Davud'dur (yəni, onun mətni yalnışdır). Çünki Həmmam, səbt (sadiq və diqqətli)'dir. Necə ki, onlar, Qatadə'dən, qanın necə sürtüldüyünü soruşmuş; o da, bunlara, onu vəsf etmiş (yəni, necə sürtüləcəyini tərif etmiş)'dir."
Haqq olan budur ki, qan sürtülməsi, İslamın ilk dövrlərinə aiddir. Ondan sonra, Yezid b. Abd əl-Muzəni və Bureydə əl-Əsləmi (radiyallahu anh) hədislərindən də başa düşüldüyü kimi, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu, nəhy etmişdir.
Bu (yəni, nəhydən bəhs edən) hədislər, ibn Hazm'ın əleyhinə hüccətdirlər və bunlarla, onun, "Əqiqə qanından bir şeyin uşağa sürtülməsində bir beis yoxdur." sözü, batil olmuşdur.
(Təhanəvi, "İ'lau's-Sünən", "Əqiqə üçün qoyun kəsməyin əfdal olması", 16-cı cild, s. 7820-7821)
