"Yer üzü Mənim üçün məscid qılındı."
1163- Cabir b. Abdullah əl-Ənsari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Məndən əvvəl kimsəyə verilməmiş 5 şey, Mənə verildi:
1. Məndən əvvəlki hər nəbi, (xüsusi olaraq) öz qövmünə göndərildi. Mən isə, qırmızı və qara dərili hər kəsə göndərildim;
2. Qənimət, Mənə halal qılındı. Halbuki Məndən əvvəl, kimsəyə halal qılınmamışdır;
3. Yer üzü Mənim üçün həm təmiz və təmizlənmə vasitəsi, həm məscid qılındı. Hər kimə namaz harda yetişərsə, olduğu yerdə namazını qılsın;
4. Bir aylıq yol qədər uzaqlıqdan (düşmənimin qəlbinə salınan) qorxu ilə, Mənə (İlahi) yardım edildi; və
5. Mənə, şəfaət verildi.
--------------------
1165- Xuzeyfə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
3 xüsus ilə, digər insanlara üstün qılındıq:
1. Səflərimiz(i), mələklərin səfləri kimi qıl(mağımız əmr edildi)ındı;
2. Yerin bütünü bizə məscid qılındı;
3. Su tapmadığımız vaxt, torpaq, bizim üçün təmizlənmə vasitəsi qılındı."
------------------------
Şərhi:
1163 no-lu hədisdə:
"Yer üzü, Mənim üçün, həm təmiz, həm təmizlənmə vasitəsi..."
1165 no-lu hədisdə isə:
"...torpaq, bizim üçün təmizlənmə vasitəsi qılındı..." şəklindədir.
• Birinci rəvayəti, Malik və əbu Hənifə (Allah onlara rəhmət etsin) və onların xaricində, yer üzünün bütün cüzlərilə (parçaları ilə) təyəmmümünü caiz qəbul edənlər dəlil göstərirlərkən;
• İkinci rəvayəti də, Şafi və Əhməd (Allah hər iksinə rəhmət etsin) və xüsusi olaraq, ancaq torpaq ilə təyəmmümü caiz qəbul edənlər dəlil göstərmiş; və:
Birincisini mütləq, digərini muqayyəd olaraq açıqlamışlardır.
----------------------------
"Məscid qılınması..."nın mənasına gəlincə:
Bizdən əvvəlkilərə, ancaq kilsə və s. kimi xüsusi yerlərdə namaz qılmaları mübah qılınmışdı.
Qadı İyad (rahmətullahi aleyh) belə deyir:
"Deyildiyinə görə, bizdən əvvəlkilər, ancaq təmiz olduqlarından qəti olaraq əmin olduqları yerlərdə namaz qıla bilirdilər.
Bizə isə, nəcasətli olduğundan qətiliklə əmin olduğumuz yerlər xaricində, yerin hər tərəfində namaz qılmağımızın caiz olması hökmünə, xüsusi olaraq sahib qılındıq."
----------------------------
"Mənə şəfaət verildi..."
Bəhsi keçən şəfaət, məhşərdə bütün insanların, Nəbi (sallallahu aleyhi və səlləm)'ə sığınmaları arasındakı ümumi şəfaətdir. Çünki xüsusi kimsələr haqqında şəfaət, başqalarına da veriləcəkdir.
Qadı İyad deyir:
"Deyildiyinə görə, burda qəsd olunan, geri çevrilməyəcək olan şəfaətdir. Onun bu şəfaəti, qəlbində zərrə ağırlığı qədər iman olan kimsələrin, cəhənnəm atəşindən çıxması üçün edəcəyi şəfaət də ola bilər. Çünki başqalarının da edəcəyi şəfəat növləri, bundan əvvəl edilmiş olacaqdır."
İman bəhsində, Onun edəcəyi şəfaət növlərilə bağlı açıqlama keçməkdədir.
-----------------------
"Qırmızı və qara dərili hər kəsə göndərildim..."
Digər rəvayətdə:
"Bütün insanlara..."
ifadəsindən məqsədin bu olduğu söylənmişdir:
Qırmızı dərilidən məqsəd: Ərəb olmayan və digər ağ dərililərdir.
Qaradan məqsəd isə: Əksəriyyətlə əsmər olmaları səbəbilə Ərəblər ilə onların xaricində qalan digər qara dərililərdir.
Qaradan məqsədin: qara dərililər;
Qırmızı dərililər ilə də məqsədin: onların xaricindəki ərəb və başqaları olduğu söyləndiyi kimi,
Qırmızıdan məqsəd: İnsanlar;
Qaradan məqsədin isə: Cinlər
olduğu da söylənmişdir. Hamısı da doğrudur, çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), hamısına Peyğəmbər olaraq göndərilmişdir.
- "Yer üzü Mənim üçün məscid qılındı." hədisini izah edərsinizmi?
- Qiyamət günü şəfaət
- Qiyamət günü ən böyük şəfaət edən peyğəmbər kim olacaq.
- Peyeğəmbərin şəfaəti kimlərə məxsusdur?
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- İlham-7
- Allah zaman və məkandan münəzzəhdir və Ərşi su üzərindədir ayətinin təfsiri
- "Qara it şeytandır" hədisini necə başa düşməliyik?
- Bəqərə surəsi 183-cü ayətin təfsiri
- Bəqərə surəsi 183-cü ayətin təfsiri