"Yer üzü Mənim üçün məscid qılındı." hədisini izah edərsinizmi?

438- Cabir b. Abdillah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Məndən əvvəl, Peyğəmbərlərin heç birinə verilməyən bu 5 şey, Mənə bəxş edildi:

• Bir aylıq yol qədər uzaqlıqdan (düşmənimin qəlbinə salınan) qorxu ilə, Mənə (İlahi) yardım edildi.

• Yer üzü, Mənim üçün məscid və təmizləyici (vəsfə sahib) qılındı. Ümmətimdən hər kim, bir yerdə namaz vaxtı girərsə, namazını qılsın;

• Qənimətlər Mənə halal qılındı;

• Peyğəmbərlər öz qövmlərinə göndərdildilər, Mən isə, bütün insanlara göndərildim;

• Mənə şəfaət etmə haqqı verildi."

----------------------

İzahı:

"Yer üzü Mənim üçün məscid və təmizləyici (vəsfə sahib) qılındı..."

Buxari, bu hədisi, bu başlıq altıda zikr etmək surətilə, əvvəlku başlıqlarda keçən və kilsə və s. kimi yerlərdə namaz qılmağın məkruh olduğunda dair görüşlərin harama dəlalət etmədiyini ifadə etmək istəmişdir.

Çünki bu hədisdəki:

"Yer üzü Mənim üçün məscid qılındı..."

buyuruğu, ümumi bir ifadədir.

Buna görə, yer üzünün hər tərəfi, namaz və ya namaz qılınacaq yer edilməsi üçün uyğundur.

Əvvəlki başlıqlarda keçən "məkruh" məfhumu, "təhrim" mənasına da gələ bilər. Ancaq tərcihə uyğun olan, ilk görüşdür. Çünki bu hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Özünə verilən nemətləri saymaqdadır.

Dolayısı ilə, bu hədisin təxsis edilməsinə (xas qılınmasına), yəni mənasının xüsusiləşdirilməsinə ehtiyac yoxdur.

Burda, pis yerdə namaz qılmağın caiz olmadığı söylənilərək, bir etiraz yönləndirilə bilməz. Çünki nəcis/pis olma, fövqəladə bir haldır. Bu səbəbdən, bir şeyin nəcis/pis olmadan əvvəlki halına baxılır. Əsl etibar, ilk haladır.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 8-ci kitab: Namaz, 56-cı bab: "Yer üzünün Nəbi (sallallahu aleyhi və səlləm)'ə məscid və təmizləyici (vəsfə sahib) qılınması)

Read 9 times
In order to make a comment, please login or register