Yer və göylərin Quranda bərabər zikr edilməsinin hikməti nədir? Bu haqda məlumat verərsinizmi?
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), "Sözlər" adlı əsərində (15-ci Söz, s. 171-172)'də, Quranda yer və göylərin bərabər zikr edilməsinin hikmətlərindən birini, belə nəzərə verir:
"(İnsanın) beşiği ve meskeni olan zemin, âsumana nisbeten maddeten küçüklüğüyle ve hakaretiyle beraber:
1. Mânen ve san'aten bütün kâinatın kalbi, merkezi;
2. Bütün mucizât-ı san'atın meşheri, sergisi; ve
3. Bütün tecelliyât-ı esmâsının mazharı, nokta-i mihrakiyesi; ve
4. Nihayetsiz faaliyet-i Rabbâniyenin mahşeri ve mâkesi; ve
5. Hadsiz hallâkıyet-i İlâhiyenin, hususan nebatat ve hayvanatın kesretli envâ-ı sağîresinde cevâdâne icadın medarı ve çarşısı; ve
6. Pek geniş âhiret âlemlerindeki masnuatın küçük mikyasta nümunegâhı; ve
7. Mensucat-ı ebediyenin sür'atle işleyen destgâhı; ve
8. Menâzır-ı sermediyenin sür'atle değişen taklitgâhı; ve
9. Besâtîn-i daimenin tohumcuklarına sür'atle sünbüllenen dar ve muvakkat mezraası ve terbiyegâhı
olmuştur.
İşte, arzın (haşiye) bu azamet-i mâneviyesinden ve ehemmiyet-i san'aviyesindendir ki, Kur'ân-ı Hakîm, semâvâta nisbeten büyük bir ağacın küçük bir meyvesi hükmünde olan arzı, bütün semâvâta denk tutuyor. Onu bir kefede, bütün semâvâtı bir kefede koyuyor; mükerreren رَبُّ السَّمٰوَاتِ وَاْلاَرْضِ der.
(Haşiye:
Evet, küre-i arz, küçüklüğüyle beraber semâvâta karşı gelebilir. Çünkü, nasıl ki:
1. Daimî bir çeşme, varidatsız büyük bir gölden daha büyük denilebilir.
2. Hem bir ölçekle birşey ölçerek başka yere nakledilen ve onun elinden geçmiş ve ona girmiş çıkmış bir mahsulâtla, zahiren binler defa ölçekten büyük ve dağ gibi bir cisimle o ölçek muvazeneye çıkabilir.
3. Aynen öyle de, küre-i arz, Cenâb-ı Hak, onu,
• san'atına bir meşher; ve
• icadına bir mahşer; ve
• hikmetine medar; ve
• kudretine mazhar; ve
• rahmetine mezher; ve
• Cennetine mezraa; ve
• hadsiz kâinata ve mahlûkat âlemlerine ölçek; ve
• mazi denizlerine ve gayb âlemine akacak bir çeşme
hükmünde icad etmiş.
Her sene kat kat ve katmerli, yüz bin tarzda masnuattan dokunmuş gömleklerini değiştirdiği ve çok defa dolup maziye boşaltarak gayb âlemine döktüğü bütün o müteceddid âlemleri ve arzın müteaddit gömleklerini nazara al. Yani bütün mazisini hazır farz et, sonra yeknesak ve bir derece basit semâvâta karşı muvazene et. Göreceksin ki, arz, ziyade gelmezse, noksan da kalmaz.
İşte, رَبُّ السَّمٰوَاتِ وَالْاَرْضِ sırrını anla."
-----------------------------------------
İzahı:
Mətndəki cümlələri, tək-tək açıqlayaq. Belə ki:
"(İnsanın) beşiği ve meskeni olan zemin, âsumana nisbeten maddeten küçüklüğüyle ve hakaretiyle beraber...
İnsanın beşiyi və məskəni olan yer kürəsi, səmalara nisbətən maddi kiçikliyi ilə bərabər:
1. "Mânen ve san'aten bütün kâinatın kalbi, merkezi"dir.
Burda "qəlb" kəliməsi, "mərkəz" mənasında istifadə edilmişdir. Kainatın yaradılış səbəbi və ən mükəmməl meyvəsi olan insan, yer kürəsindədir. Mərifətullah (Allahı tanıma) vəzifəsini ən mükəmməl mənada yerinə yetirən kamil insanlar, başda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) və s. peyğəmbərlər, hər zaman bu yer kürəsində yaşamış və vəzifələrini burda davam etdirmişlərdir.
Digər tərəfdən, qiyamətin kafirlər üzərinə qopacağı düşünülərsə, kainatın həyatının davamı da, yer kürəsindəki möminlərin varlığına bağlıdır. Necə ki, qəlb dayanınca və yaxud vəzifəsini icra edə bilməyincə, insan həyatı sonlanırsa; yer üzündə iman edənlərin qalmaması, yaxud tam məğlub hala gəlməsi halında da, qiyamət qopacaqdır.
Bu yönü ilə də, yer kürəsi, kainatın qəlbidir; və kainatın varlığının davamı, onda yaşayan insanların iman mərifət vəzifələrini yerinə yetirmələrinə bağlıdır.
2. "Bütün mucizât-ı san'atın (sənət möcüzələrinin) meşheri, sergisi"dir.
Allahın hər əsəri, bir möcüzədir. Yəni, başqaları onun mislini yaratmaqdan acizdirlər. Ulduzlar, bir sənət möcüzələri olduqları kimi; hər bir çiçək də, bir möcüzədir. Növ yönündən, bu möcüzələrin ən çox olduğu məkan isə, yer kürəsidir.
Hər bitki və heyvan, bir möcüzə olduqları kimi; onların hər bir cüzləri (parçaları) da, yenə ayrı bir möcüzədir. Məsələn, insan yaratmaq, Allaha məxsus olduğu kimi; göz, qəlb, ciyər, böyrək və s. yaratmaq da, yenə Allaha məxsusdur və bunların hər biri, İlahi bir sənət əsəridir və bir qüdrət möcüzəsidir.
Yer kürəsini bu mənada seyr etdiyimizdə, onun bir "meşher", yəni bir təşhir salonu, bir sərgi yeri olduğunu görərik. Sərginin özü də möcüzədir, onda sərgilənən hər şey də.
3. "Bütün tecelliyât-ı esmâsının (isimlərinin təcəllilərinin) mazharı (zahir olduğu məkan), nokta-i mihrakiyesi (hərəkət nöqtəsi)"dir.
Haqq Taala'nın bütün isimləri, dünyada yaşayan varlıqlarda, xüsusilə insanda, hətta insanın qəlbində təcəlli etməkdədir.
Səma aləmində isə, Allahın:
~ "əl-Xaliq/yaradan";
~ "əl-Malik/mülk sahibi";
~ "əl-Müzəyyin/bəzəyən";
~ "əl-Musavvir/təsvir verən";
~ "əl-Hakim/hikmət sahibi"
kimi bir çox isimləri təcəlli etməklə bərabər,
~ "əş-Şafi/şəfa verən";
~ "ət-Təvvab/tövbələri qəbul edən;
~ "əl-Ğaffar/bağışlayan";
~ "əs-Səttar/örtən"
kimi isimləri təcəlli etməzlər. Çünki, səmada xəstələnən varlıqlar yoxdur ki, Allah, onlara şəfa verməklə, Özünün "əş-Şafi" olduğunu göstərsin. Səmada günah işləyən varlıqlar yoxdur ki, Allah onları bağışlamaqla, Özünün "əl-Ğaffar" olduğunu göstərsin. Səmada çirkin, qüsurlu işlər cərəyan etmir ki, Allah onları örtməklə, Özünün "əs-Səttar" olduğunu göstərsin. Səmada günahlarından tövbə edən varlıqlar yoxdur ki, Allah onların tövbələrini qəbul etməklə, Özünün "ət-Təvvab" olduğunu göstərsin.
Demək ki, təcəlli yönündən dünyamız, səmalardan çox daha zəngindir.
Digər yandan, yer kürəsi, kainatdakı təcəllilərə də, "nokta-i mihrakiye/hərəkət nöqtəsi, mərkəz" olmuşdur. Yəni, havadan suya; aydan günəşə qədər bir çox varlıqda təcəlli edən isimlərin hərəkət nöqtəsi, yəni təcəlli səbəbləri, yer kürəsində yaşayan canlılar və xüsusilə insanlardır.
Məsələn:
~ "Günəş, niyə bu böyüklükdədir və bu xüsusiyyətlərə sahibdir?" sualının cavabı, açıqdır. Çünki, insana belə bir günəş lazımdır, onun üçün.
~ "Atmosfer, niyə başqa kürələri deyil, yer kürəsini əhatə etmişdir?" Çünki insana belə bir hava lazımdır, onun üçün.
Suyun tərkibindən bütün elementlərin xüsusiyyətlərinə qədər hər şeyin mihrək (hərəkət) nöqtəsi, insandır. Yəni, bütün bunlar, insanlara görə şəkillənmiş, insan üçün hazırlanmış, ona görə bu məziyyətlərə sahib qılınmışlardır. İnsanın xidmətinə verilən bütün bu varlıqlar, İlahi sifətlərin və isimlərin təcəllilərilə meydana gəldiklərindən, bütün bu təcəllilərin də hərəkət nöqtəsi, yer kürəsidir; yəni, onda qonaq olan varlıqlardır.
4. "Nihayetsiz faaliyet-i Rabbâniyenin mahşeri ve mâkesi (Rabbani fəaliyyətlərin toplandığı və əks etdiyi yer)"dir.
Yer kürəsi, canlıların onun içində yaşaya bilmələrinə ən münasib şəkildə tərbiyə edildiyi kimi; üzərində yaşayan hər canlı növü də, ayrı və xüsusi bir tərbiyədən keçmişdir. Arının və qoyunun tərbiyələri bir-birindən çox fərqli olduğu kimi; şirin tərbiyəsi də, ceyranın tərbiyəsinə bənzəməz.
Bax beləcə, bitkisindən heyvanına; daşından torpağına; havasından suyuna qədər bir çox fərqli tərbiyələrin yer üzündə sərgilənmiş olmasından dolayıdır ki, yer kürəmiz, “nihâyetsiz faaliyet-i Rabbâniyenin mahşeri ve ma'kesi” olmuştur.
Mətndəki "makes": "əks yeri", yəni "ayna" deməkdir. İlahi tərbiyənin hər növünə, yerdəki varlıqlar bir ayna olmuş; və bu tərbiyə fəaliyyətinin hər tərəfi istila etməsi cəhətilə də, yer kürəsi, “nihâyetsiz faaliyet-i Rabbâniyenin mahşeri” olmuşdur.
5. "Hadsiz hallâkıyet-i İlâhiyenin (İlahi yaradıcılığın), hususan nebatat (bitkilər) ve hayvanatın (heyvanların) kesretli (çoxlu) envâ-ı sağîresinde (kiçik növlərində), cevâdâne (comərdcə) icadın medarı (mədarı, dövr etdiyi yer) ve çarşısı (bazarı)"dır.
Yer üzündə, 3 milyondan çox canlı növü olduğu təsbit edilmişdir. Bunlar içərisində, kiçik heyvanlar, çox daha sürətlə çoxaldıqları üçün, müəllifimiz Ustad Nursi, “enva'-i sağîre / kiçik növlər” ifadəsilə, bu kiçik növlərə diqqət çəkməkdədir.
Digər yandan, bu kiçik varlıqlarda, çox incə sənətlər sərgilənməkdədir, ki, Ustad Nursi, bir risaləsində, “Bir sineğin hilkati (yaradılışı), hayret-fezâdır (daha heyrət vericidir) filden,” deməkdədir.
6. "Pek geniş âhiret âlemlerindeki masnuatın (sənət əsərlərinin) küçük mikyasta nümunegâhı (nümunələrin olduğu yer, məkan)"dır.
Sani (sənətkar) olan Allah, cənnətdəki nemətlərin nümunələrini və kiçik misallarını, dünyada da sərgiləməkdədir. Ta ki, bu kiçik və fane misallara baxanlar, o böyük və əbədi əsərlərə müştəri olsunlar. Bu kölgələrə baxanlar, bunların əsllərinə qovuşma şövqü duysunlar.
Heç dadmağımız bir meyvəni arzulamağımız, bəhs mövzusu ola bilməz. Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənnətdəki nemətləri "heç bir gözün görmədiyi; heç bir qulağın eşitmədiyi; və heç kimin qəlbindən keçirmədiyini" şəklində xəbər verməkdədir.
Dünyanın çayları, cənnət çayları yanında; dünyanın sarayları, cənnət sarayları yanında; dünyanın baxçaları, cənnət baxçaları yanında kölgə kimi zəif qalırlar.
7. "Mensucat-ı ebediyenin (əbədi toxumaların) sür'atle işleyen destgâhı (dəzgahı)"dır.
Yer kürəsi, öz orbiti ətrafında, saatda 1670 km sürətlə; günəş ətrafında isə, saatda 108.000 km sürətlə dönməkdədir. Bununla, hər an, əbədi aləm hesabına savab və günah "toxumaq"dadır. Bir anda, yer üzündə, sayıla bilməyəcək qədər çox gözəllik və yenə sayıla bilməyəcək qədər çox çirkinlik sərgilənməkdədir. Məsələn:
~ Küçəyə çıxan 2 gəncin qarşısına haram bir tablo çıxdığında, ona həvəslə baxan, cəhənnəm naminə; üz çevirən isə, cənnət naminə bir əməl işləməkdədir;
~ Müştəriyə muxatab olan 2 satıcıdan, yalan söyləyən və malını mədh edən, günah işləyərkən; ticarətinin halal dairəsində olmasına diqqət edən, savab meyvəsi alır;
~ Danışan 2 qrupdan qiybət edənlər, yalnış işlər planlayanlar, cəhənnəm naminə çalışarkən; xeyirli şeylər danışan və yenə gözəl işlərin məşvərətini edənlər isə, cənnətlərini inşa etməkdədirlər.
~ Bir dilənçi ilə qarşılaşan 2 nəfərdən biri, onu azarlayarkən; digəri sədəqə verib onun könlünü qazanmaqdadır.
Beləcə, bütün insanların bir anda etdikləri işlərdən saysız-hesabsız savab və günahlar "toxunduğuna" görə, zamanın bütün dilimləri və dünyaya imtahan olmaq üzərə gələn bütün insanlar birdən nəzərə alındığında, dünyanın cənnət və cəhənnəm naminə dayanmadan çalışdığı, daha yaxşı başa düşülür.
8. "Menâzır-ı sermediyenin (əbədi mənzərələrin) sür'atle değişen taklidgâhı (təqlid yeri)"dir.
Mətndəki "təqlid" kəliməsi, axirətin, əsl; bu dünyanın isə, ona nisbətlə kölgə aləm olması səbəbilə istifadə edilmişdir. Məsələn, dağ şəkli, dağın; heykəl də, insanın təqlidi olduğu kimi; axirətdəki əbədi mənzərələrə görə dünyanın keçici mənzərələri, təqlid qədər aşağı dərəcədə qalmaqda; və əbədiyyətə aşiq olan insan qəlbini tətmin etməməkdədir.
Yenə Ustad Nursi (rahiməhullah), "Sözlər" əsərində (10-cu Söz: "Haşr" risaləsi, 10-cu Surət, s. 52), belə deyir:
"Şu toplanmak, dağılmak ve şu hallerden anlaşılıyor ki, bu görünen süratli içtimâlar (toplanmalar), dağılmalar, teşkiller, tahripler içinde, başka bir maksat var. Bir saatlik içtimâ (toplanma) için, on sene kadar masraf yapılıyor.
Demek, bu vaziyetler, maksud-u bizzat (şəxsən qəsd edilənlər) değiller; bir temsildir, bir takliddirler. O zât (Allah Taala), mu'cize ile yapıyor. Tâ sûretleri alınıp terkib edilsin ve neticeleri hıfzedilip (qorunub) yazılsın."
9. "Besâtîn-i daimenin (daimi bostanların) tohumcuklarına sür'atle sünbüllenen dar ve muvakkat mezraası (tarlası) ve terbiyegâhı (tərbiyə yeri)"dır.
Bu dünya, çox geniş olan axirət aləmlərinə nisbətən, çox dar; və o əbədi mülkün yanında qısa bir zamana sıxışmış kimidir. Ancaq o geniş və əbədi aləmin bostanları, bu qısa dünya həyatındakı toxumlardan çıxmaqdadır. İşlənən hər gözəl əməl, qısa bir zamanda meydana gəlməklə birlikdə, sahibinə daimi bostanlar, daimi baxçalar qazandıran bir toxum kimidir.
"İşte, arzın (haşiye) bu azamet-i mâneviyesinden ve ehemmiyet-i san'aviyesindendir ki, Kur'ân-ı Hakîm, semâvâta nisbeten büyük bir ağacın küçük bir meyvesi hükmünde olan arzı, bütün semâvâta denk tutuyor. Onu bir kefede, bütün semâvâtı bir kefede koyuyor; mükerreren رَبُّ السَّمٰوَاتِ وَاْلاَرْضِ der."
Bax, yerin, bu mənəvi əzəmətindən və sənət cəhətindən əhəmiyyətindən dolayıdır ki, hikmətli Quran, səmalara nisbətən böyük bir ağacın kiçik bir meyvəsi hökmündə olan yeri, bütün göylərə bərabər tutmaqdadır. Yeri tərəzinin bir gözünə; bütün səmaları da digər bir gözünə qoyur; təkrar-təkrar "رَبُّ السَّمٰوَاتِ وَاْلاَرْ/ səmaların və yerin Rəbbi" deyir.
(Haşiye:
"Evet, küre-i arz, küçüklüğüyle beraber semâvâta karşı gelebilir. Çünki nasıl ki..."
Bəli, yer kürəsi, kiçikliyi ilə bərabər, səmalara müqabil gələ bilər. Çünki, necə ki:
1. "Daimî bir çeşme, varidatsız büyük bir gölden daha büyük denilebilir."
Daim axan bir bulaq, varidatı olmayan böyük bir göldən daha böyükdür, deyilə bilir;
2. "Hem bir ölçekle birşey ölçerek başka yere nakledilen ve onun elinden geçmiş ve ona girmiş çıkmış bir mahsulâtla, zahiren binler defa ölçekten büyük ve dağ gibi bir cisimle, o ölçek muvazeneye çıkabilir."
Dağ böyüklüyündə bir tərəzi düşünək. Fərz edək ki, bu tərəzi, bir ölçüdə, dağ böyüklüyündə məhsulatı ölçə bilir. Ancaq o, bunu yalnız bir dəfə edir.
Bir də, kiçik bir tərəzi düşünək, bir ölçüdə, az miqdar ölçə bilir, ancaq davamlı ölçür. O dağ böyüklüyündəki tərəzinin bir ölçüdə ortaya qoyduğunu, bu kiçik tərəzi, 10 ildə edir. İkinci 10 ildə isə, bu kiçik tərəzi, o dağ böyüklüyündəki tərəzinin 2 qatını ölçmüş olacaq.
İndi biri çıxıb, "Bu kiçik tərəzi, o böyük tərəzidən daha böyük işlər görür." desə, bu söz, yalan olmaz.
Eynilə, dünya ilə səmalar arasında da bənzər bir münasibət vardır. Səma, bir dəfədə yaradılmış böyük bir tərəzi ikən; dünya, kiçik bir tərəzidir.
Dünya, səmalara nisbətən kiçik görünsə də, onda daimi bir təbəddülat (dəyişikliklər)'lə məhsullar alınıb başqa aləmlərə boşaldıldığı, yerlərinə yeni varlıqların gətirildiyi düşünülərsə, yerin, səmalardan geri qalmadığı görülür.
3. "Aynen öyle de, küre-i arz, Cenâb-ı Hak, onu..."
Eynilə də, Haqq Taala, yer kürəsini:
• "san'atına bir meşher"
Yəni, Allah, yer kürəsini, sənət əsərlərinin sərgiləndiyi bir yer hökmündə yaratmışdır.
• "icadına bir mahşer"
"Məhşər" deyilincə, ağlımıza, dərhal axirətdəki o böyük toplanma məkanı gəlir. Ustad Nursi, burda keçən məşhər ifadəsilə, hesab günündəki o toplanmanın kiçik nümunələrinin dünyada da sərgiləndiyinə işarət etməkdədir. Yer üzündəki bütün həyat sahibləri bərabər düşünüldüyündə, yerin Allahın icadına bir məşhər, toplanma yeri olduğu görüləcəkdir.
• "hikmetine medar"
"Mədar" kəliməsi, lüğətdə, "ətrafında dövr edilən məkan" deməkdir. Burda, Ustad Nursi, bunu məcaz olaraq istifadə etmişdir. Həm bir bütün olaraq dünyanın özündə, həm də üzərində yaradılan saysız-hesabsız bir-birindən fərqli hər varlıqda və hər hadisədə, hikmətin hakim olduğu mənası görünür. Bunların heç birində, hikmətin ziddi olan faydasızlıq və əbəsiyyət görülməməkdədir.
• "kudretine mazhar"
"Mazhar": "bir şeyin göründüyü, zahir olduğu yer, məkan" deməkdir. Məsələn, elm, bir mənadır, özünü kitabda göstərir. Beləcə, kitab, elmə mazhar olmuş olur. Eyni şəkildə, Allahın qüdrəti də, görünməz bir sifətdir. Məxluqatın yaradılmasında və asanca idarə edilməsində özünü göstərir.
Hər məxluq, Allahın qüdrətilə yaradılmaqla birlikdə, bu həqiqət, yer kürəsində daha yaxından müşahidə edilir. Dünyanın həm özü, həm də günəş ətrafında həssas bir nizamla hərəkət etməsində bu qüdrət göründüyü kimi; küləyin əsməsində, canlıların hərəkət etmələrində, toxumların ağac olmalarında, yumurta və nütfələrdən neçə-neçə canlıların çıxarılmasında da, müşahidə edilir. Ətrafımıza bu nəzərlə baxdığımızda, hər şeyin İlahi qüdrətə bir mazhar, bir ayna olduğunu, yəqinliklə görür və bilirik.
• "rahmetine mezher"
"Məzhər": "çiçəklik, çiçək baxçası" deməkdir. Dünyada həyat sürən hər varlıqda, Allahın rəhməti, bir çiçək kimi sanki təbəssüm etməkdədir. Məsələn, öz simamıza baxaq. Bir çiçək baxçasını xatırlatmaqdadır. Saçımız, qaşımız, gözümüz, burnumuz, qulağımız, ağzımız və s. bir rəhmət çiçəyi kimidirlər.
Bədənimizdəki bütün orqanlar, onları meydana gətirən bütün hüceyrələr, ruhumuzdakı bütün hislər də, ayrı bir çiçək hökmündədirlər.
• "Cennetine mezraa (tarla)"
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurmuşdur:
"Dünya, axirətin tarlasıdır." (Nəvəvi, "əl-Əzkar", s. 129)
Ustad Nursi (rahmətullahi aleyh), "Risale-i Nur" külliyyatında, ömür dəqiqələrini, çəyirdəklərə, toxumlara bənzətməkdədir.
Demək ki, bizlər, bu dünya tarlasına, "zaman toxumları" əkməkdəyik. Xeyirli işlərdə keçən zamanlar, axirətdə cənnət meyvələri verirlər.
• "hadsiz (ucu-bucağı olmayan) kâinata ve mahlûkat âlemlerine ölçek"
Yuxarıdakı tərəzi misalına bax!
• "mâzi (keçmiş) denizlerine ve gayb âlemine akacak bir çeşme (bulaq)"
Bir əsr sonra gələcək bütün canlılar, hal-hazırda gələcəkdədirlər. Yaradıldıqlarında, indiki zamana uğramış olacaqlardır. Öldüklərində isə, artıq onlardan bəhs edilərkən, keçmiş zaman forması istifadə ediləcək. Nəvələr, gələcəkdə gözləyərkən; babalar keçmişə axmış olacaqlardır.
Demək ki, dünya, sanki bir bulaq kimidir. Hal-hazırda içində olanları "keçmiş dənizləri"nə və "qeyb aləmi"nə axıtmaqdadır (aparmaqdadır).
"Her sene kat kat ve katmerli, yüz bin tarzda masnuattan dokunmuş gömleklerini değiştirdiği ve çok defa dolup maziye boşaltarak gayb âlemine döktüğü bütün o müteceddid âlemleri ve arzın müteaddit gömleklerini nazara al. Yani bütün mazisini hazır farz et, sonra yeknesak ve bir derece basit semâvâta karşı muvazene et. Göreceksin ki, arz, ziyade gelmezse, noksan da kalmaz. İşte, رَبُّ السَّمٰوَاتِ وَالْاَرْضِ sırrını anla."
Hər il qat-qat, yüz min tərzdə sənət əsərlərindən toxunmuş libaslarını dəyişdirdiyi və çox dəfə dolub keçmişə boşaldaraq qeyb aləminə tökdüyü bütün o yenilənən aləmləri və yerin bir-birindən fərqli libaslarını nəzərə al. Yəni, yerin bütün keçmişini hazır fərz et, sonra monoton və bir dərəcə bəsit səmalara qarşı müvazinə et (qarşılaşdır). Görəcəksən ki, yer, artıq gəlməsə də, nöqsan da qalmır.
Bax, "رَبُّ السَّمٰوَاتِ وَالْاَرْضِ / göylərin və yerin Rəbbi"ndəki sirri, burdan başa düş.
- Allah zaman və məkandan münəzzəhdir-2
- Kafirin dişi cəhənnəmdə Uhud dağı boydamı olacaqdır?
- Allah zaman və məkandan münəzzəhdir və Ərşi su üzərindədir ayətinin təfsiri
- Planetlərin sayındakı Quran möcüzəsi
- Səhabələrə yetişmək niyə mümkün deyildir?
- Səhabəyə söyməyin hökmü nədir?
- Maidə surəsi 51-ci ayətin təfsiri
- Kafirlərlə dostluqda ölçümüz necə olmalıdır?
- "4 çay cənnətdəndir" hədisi
- Əttəhiyyətu