Yunus surəsi 87-ci ayətin təfsirini verə bilərsinizmi?

Biz Musaya və onun qardaşına:

“Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi qiblə (namazgah) edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik. (Yunus/87)

---------------------

Bil ki, Allah Taala, möminlərin, kafirlərdən dolayı duyduqları narahatlığı və onlardan meydana gələn Allaha təvəkkül etmək xüsusunu bəyan edincə, bunun ardından, Musa və Haruna (Allahın onlara salamı olsun), (evləri) məscidlər qılmaq və namazlara yönəlmək əmrini gətirmişdir. Ərəbcədən:

"Filan yeri məskən etdi (və ya qıldı)." mənasında deyilir. Bu, bir kimsənin, bir yeri (özünə) vətən etdiyi zaman, deyilən:

"Oranı (özünə) vətən etdi." felinin istifadəsi kimidir. Yəni:

"Misiri, qövmünüzə evlər və ibadət üçün özünə yönələcəyiniz bir mahal və məskən qılın, edin..." deməkdir.

-------------------

"Qiblə" kəliməsinin təfsiri:

Daha sonra Allah Taala:

"O evlərinizi namazgah qılın." buyurmuşdur. Bu xüsusda bir neçə bəhs mövcuddur:

• Birinci bəhs:

Bəzi alimlər, bu ayətdə keçən "evlər" kəliməsindən məqsədin: "məscidlər" olduğunu, necə ki, Allah Taala'nın da:

فِى بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا ٱسْمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ

"Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər." (Nur/36)

buyurduğunu söyləmişlərdir.

• Bəzi alimlər də:

"Burda məqsəd, mütləq mənada evlərdir." demişlərdir.

Birincilərə gəlincə, onlar "qiblə" kəliməsini, "namazda yönələcək cəhət" deyə təfsir etmiş, sonra da, Allah Taala'nın:

"Evlərinizi, namazlarınız üçün, özünə yönələcəyiniz məscidlər edin (və ya qılın)."

ifadəsi olduğunu, söyləmişlərdir.

• Fərra da:

"Evlərinizi qibləyə doğru çevirin." mənasını verərkən,

• ibnu'l-Ənbari:

"Evlərinizi qiblələr, yəni məscidlər edin, qılın."

mənasını vermiş və burdakı müfrəd qiblə kəliməsindən, cəm mənasının qəsd edildiyini söyləmişlərdir.

Alimlər, bu qiblənin hara olduğu xüsusunda ixtilaf etmişlərdir. Quranın ləfzinin zahiri, onun harda və ya hara olduğuna dəlalət etməməkdədir. Ancaq nə var ki, ibn Abbasın:

"Kəbə, Musa (əleyhissəlam)'ın qibləsi idi."

Hasan əl-Basri'nin də:

"Kəbə, bütün peyğəmbərlərin qibləsi idi. Ancaq nə var ki, hicrətdən sonra Muhamməd (sallallahu aleyhi və səlləm) zamanında, Kəbədən (Beytu'l-Maqdisə) yönəlmə işi, Allahın əmrilə meydana gəlmişdir."

dediyi nəql edilmişdir.

• Digər alimlər də:

"O qiblə, Beytu'l-Maqdis cəhətidir." demişlərdir.

------------------

Bu ayətdə zikr edilən "evlər" ləfzindən, mütləq mənada "evlər" olduğunu söyləyənlər, ayətdəki "qiblə" sözünü 2 şəkildə təfsir edirlər:

a) Məqsəd:

"O evlərin qarşı-qarşıya tikilmələridir (və ya qurulmalarıdır). Bunun məqsədi isə, bir birliyin meydana gəlməsi və bir biriləri sayəsində güc-qüvvət qazanmaqlarını təmin etməkdir."

b) Bəziləri də:

"Bundan məqsəd:

"Evlərinizi qiblə edin, yəni evlərinizdə namaz qılın."

mənasıdır." demişlərdir.

-----------------

• İkinci bəhs:

Allah Taala, ayətin başında, xitabı, Musa və Haruna təxsis edərək (xas qalaraq):

"Misirdə qövmünüz üçün evlər hazırlayın." buyurmuşdur.

Daha sonra da, xitabı ümumiləşdirərək:

"O evlərinizi namazgah qılın." buyurmuşdur.

Bunun səbəbi budur:

Allah Taala, Musa və Haruna (Allahın onlara salamı olsun), qövmləri üçün, ibadət etməkləri məqsədilə, evlər hazırlamağı əmr etmişdir. Bu, peyğəmbərlərə həvalə edilən şeylərdəndir. Bundan sonra da, xitab, həm Musa və Harunu, həm də qövmlərini ehtiva edəcək bir şəkildə ümumiləşdirilərək, onların məscidlər qılınmaları və və o məsciddə namaz qılmaları əmr edilmişdir. Çünki bu, hər kəsə vacibdir. Daha sonra, Allah Taala, xitabı, ayətin sonunda, Musaya təxsis edərək:

"Möminləri müjdələ." buyurmuşdur.

Çünki bütün ibadətlərin əsl məqsədi, bax belə bir müjdənin gerçəkləşməsidir.

Bundan dolayı, Allah Taala, bu xitabı, Musanın əsl, Harunun isə, ona tabe olduğuna dəlalət etsin deyə, Musaya təxsis etmişdir.

----------------------

• Üçüncü bəhs:

Müfəssirlər, bu hadisənin necə cərəyan etdiyi xüsusunda, bu 3 izahı vermişlərdir:

1. Musa və bərabərində olanlar, kafirlər özlərinə qalib gəlməsin və beləcə də (özlərini) əziyyət edərək özlərini dinlərindən döndərməsinlər deyə, ilk başda, evlərində kafirlərdən gizli bir şəkildə, namaz qılmaqla əmr edilmişlərdir. Bu eynilə, möminlərin, Məkkədə İslamın ilk illərində, içində mövcud olduqları hala bənzəyir.

2. Bu da iləri sürülmüşdür:

Allah Taala, Musanı İsrail oğullarına peyğəmbər olaraq göndərdiyində, Firon, İsrail oğullarının məscidlərinin yıxılmasını əmr etmiş və onları, namaz qılmaqdan əngəlləmişdi. Bunun üzərinə, Allah Taala, inanan o kimsələrə, evlərini məscidlər qılmalarını və Fironun qorxusundan dolayı, orda namaz qılmalarını əmr etmişdir.

3. Allah Taala, Musanı onlara peyğəmbər olaraq göndərib Firon da o şiddətli düşmənliyini izhar edincə (üzə vurunca), Allah Taala, Musa ilə Harun və onların qövmlərinə, düşmənlərinə rəğmən məscidlər qılmalarını əmr etmiş və onları düşmənlərinin şərrindən qorunmağı təkəffül etmişdir (kəfil olmuş, boynuna almışdır).

(İmam Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir")

Read 7 times
In order to make a comment, please login or register