Yusif peyğəmbərin fəziləti

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbərə:

"Ey Allahın rəsulu! İnsanların ən kərim olanı kimdir?"

deyə soruşuldu. O:

"Ən təqvalı olanlarıdır."

deyə buyurdu. Səhabələr:

"Biz, Səndən bunu soruşmuruq."

dedilər. Allah rəsulu:

"O halda, Allahın xəlilinin oğlu, Allahın nəbisinin oğlu, Allahın nəbisinin oğlu, Allahın nəbisinin oğlu Yusuf'dur."

buyurdu. Səhabələr:

"Səndən bunu soruşmuruq." deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"O halda, Mənə, ərəblərin mədənləri (əslləri, kökləri) haqqındamı soruşursunuz? Onların cahiliyyə dövründə xeyirli olanları, fəqih olmaları (yəni dini yaxşı bilmələri) şərtilə, İslamda da xeyirli olanlarıdır." buyurdu.

------------------------

Şərhi:

Bu hədisi:

• Buxari də, "Səhih"ində (hədis no: 3353, 3490) rəvayət etmişdir.

"Ey Allahın rəsulu! İnsanların ən kərimi hansıdır?" deyə soruşuldu...

Muslim'in Səhih'ində bu şəkildə:

"Allahın xəlilinin oğlu, Allahın nəbisinin oğlu, Allahın nəbisi"

deyə qeyd edilmişdir. Buxari'nin rəvayətlərində də, bu şəkildə olmaqla birlikdə, bəzilərində isə:

"Allahın xəlilinin oğlu, Allahın nəbisinin oğlu, Allahın nəbisinin oğlu Allahın nəbisi" şəklindədir.

Əsl olan, bu rəvayətdir. Birincisi isə, bundan qısaldılmış bir rəvayətdir. Çünki Yusuf, Yaqubun oğlu, o, İshaqın oğlu, o, İbrahim əl-Xalil'in oğludur. Beləliklə, ilk rəvayətdə, (mərhum Nəvəvi'nin işarət etdiyi rəvayət), onu, babasına nisbət etmiş olmaqdadır.

------------------------------

"Yusuf" adındakı "sin" hərfi:

• ötrəli də;

• kəsrəli də;

• fəthalı da (haşiyə)

söylənə bilir. Bununla birlikdə, arada, həmzəli də, həmzəsiz də söylənə bilir. (Yusuf, Yusif, Yusef, Yu'suf, Yu'sif, Yu'sef) olmaqla, 6 cür deyilə bilir.

(Haşiyə:

Quran hərfləri içərisində, səsli hərflər yoxdur. Onun üçün, bu hərflərin oxunuşunu, ancaq hərəkələr və bəzi xüsusi işarətlər təmin edir. Hərəkələr, 3 növdür. Bunlar:

• üstün;

• ötrə; və

• əsrə

deyərək adlandırılırlar. Quran hərflərində, Azərbaycan dilindəki (a,e,i,u,ü) səsli hərflərin yerini, üstün, əsrə, ötrə hərəkələri alır. Bu hərəkələr, hərfi, Azərbaycan dilindəki kimi qısa oxudurlar.)

------------------------------

Elm adamları, belə demişlərdir:

Kərəm sahibinin əsl mənası, xeyrin çox olması deməkdir. Yusuf (əleyhissəlam)'ın da, nəsəbinin şərəfli olması ilə birlikdə, nübüvvət şərəfinin yanında, gözəl və üstün əxlaqi xüsusiyyətləri də vardı. Özü, həm bir nəbi, həm də, biri digərinin övladı olan 3 nəbinin soyundan gəlməkdədir. Bunların biri Xəlilullah İbrahim (əleyhissəlam)'dır.

Bütün bunlara əlavə olaraq:

• bir də yuxu elmini bilmə şərəfi və bu xüsusda həqiqətən iləri olması;

• dünyada lider və gözəl bir tətbiqat ilə, idarəsi altındakıların lehinə ehtiyatlı hərəkətləri;

• hamısına birlikdə mənfəətli olması;

• onlara şəfqətli davranması;

• özlərini o qıtlıq illərindən qurtarması

kimi gözəl tətbiqatları da, buna əlavə edilmişdir. Allah, ən gözəl biləndir.

-------------------

Elm adamlarının dediklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, insanların ən kəriminin kim olduğu soruşulduğunda, O da, kərəmin ən mükəmməl və ümumi şəklini xəbər verib:

"Allaha qarşı ən təqvalı olanlarıdır", demişdir.

Az əvvəl bildirdiyimiz kimi, kərəmdə əsl olan, xeyrin çoxluğudur. Təqvalı olan bir kimsə isə, həm çox xeyir sahibi olmağı, həm də dünya həyatında çoxca faydalı olmağı, birlikdə əldə etmiş olur. Bununla birlikdə, axirətdə də, bir çox üstün dərəcələrin sahibi olur.

-------------------------

Səhabələr:

"Biz, Səndən bunu soruşmuruq."

deyincə, bu dəfə, dünya və axirətin xeyir və şərəflərini bir arada toplamış olan Yusuf (əleyhissəlam) olduğunu söyləyir.

--------------------------

Yenə onlar:

"Biz, Səndən bunu soruşmuruq."

deyincə, onların, ərəb qəbilələrini qəsd etdiklərini başa düşdüyündə, özlərinə, cahiliyyə dövründə xeyirli olanların, dində bilgi/məlumat sahibi (fəqih) olmaları şərtilə, İslamda da xeyirli olacaqlarını xəbər verir.

Yəni, cahiliyyə dövründə mərdlikləri olan, üstün əxlaqi dəyərlərə sahib olan kimsələr, müsəlman olub fəqih olduqları təqdirdə, insanların ən xeyirliləri olarlar.

-------------------------------

Qadı İyad belə deyir:

"Bu hədis, bu 3 cavab ilə:

• kərəmin bütününü;

• toplu halda olanını;

• xüsusi halda olanını,

bütün bunların yüksəldiyi təməlin isə:

• təqva;

• nübüvvət;

• nübüvvətdə nəsəb kökü; və

• fiqh

sahibi olmaqla birlikdə, İslam əsaslarına dayandığını açıqlamış oldu."

--------------------------

"Ərəblərin mədənləri..."

Əslləri, kökləri (qəbilələri) deməkdir.

--------------------------

"Fəqih olmaları..."

isə, şəri fiqhi hökmləri bilən fəqih kimsələr olmaqları mənasındadır. Ən doğrusunu isə, Allah bilir.

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", 43-cü kitab: "Kitabu'l-Fədail" (Fəzilətlər kitabı), 44-cü bab: "Yusuf (əleyhissəlam)'ın fəzilətlərindən bəziləri haqqında bir bab", hədis no: 6111)

Read 36 times
In order to make a comment, please login or register