Yusuf surəsi 76-cı ayətin təfsiri

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ ۚ كَذَ‌ٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ نَرْفَعُ دَرَجَـٰتٍ مَّن نَّشَآءُ ۗ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌ

"O, qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı.

Biz Yusufa belə bir tədbir (və ya hiylə) öyrətdik.

Allahın istəyi olmasaydı, padşahın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Biz istədiyimiz kəsi, dərəcə-dərəcə yüksəldirik.

Hər bilik sahibindən də üstün bir bilən vardır." (Yusuf/76)

------------------------------------

Təfsiri:

...كَذَ‌ٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ...

"...Biz Yusufa belə bir tədbir öyrətdik. Yoxsa O, padşahın dininə görə, qardaşını tutub öz yanında saxlaya bilməzdi..."

Bu ifadə ilə bağlı 2 bəhs vardır:

• Birinci bəhs:

Ayətin mənası: "Biz Yusufa belə bir tədbir öyrətdik." deməkdir.

Bu tədbir, oğurluq edənin qul olaraq qəbul edilməsinə qərar verməsinə bir işarətdir. Bu:

"Yusufun qardaşlarının söylədiyi o hökm (cəza) kimi bir hökmü, Yusufa verdik." deməkdir.

• İkinci bəhs:

"Kəyd": "hiylə" və "tələ" mənasını ağla gətirir. Bu isə, Allah haqqında caiz deyildir. Lakin biz, bu kimi xüsuslarda nəzərə alınması lazım olan bu prinsipi bildirdik:

Bu kimi ləfzlər, bunlardan qəsd edilən mənaların başlanğıclarına deyil, nəticələrinə həml edilirlər. Bu təməl prinsipi:

إِنَّ ٱللَّهَ لَا يَسْتَحْىِۦٓ أَن يَضْرِبَ مَثَلًا مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا...

"Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən həya etməz/utanmaz..." (Bəqərə/26)

ayətinin təfsirində izah etdik. (Haşiyə)

------------------------------------

(Haşiyə:

İmam Razi, ayətin bu qisminin təfsirində belə deyir:

"Həya": qınanma və tənqid edilmə qorxusu ilə insanda meydana gələn depressiya və hal dəyişikliyidir.

Bu kəlimə, حَيَاةُ (həyətun) ləfzindən meydana gəlmişdir. نَسِىَ خَشِىَ (nəsiyə xaşiyə) deyildiyi kimi, حَيٍىَ الرًجُلُ (hayyiyə'r-racul) = (adam utandı) da deyilir.

Bir də eyni şəkildə, atın diz qapağı sümükləri xəstələndiyi vaxt, eyni vəzndə, (şəziyə'l-fəras) deyilir.

Həya, özündə depressiya və dəyişiklik ariz olan varlığın, qüvvətini qıran, həyatını kədərləndirən şey mənasına alınmışdır. Necə ki, ərəblər:

مَاتَ حَيَاءُ، هَلَكَ حَيَاءُ مِنْ كَذَا ذَاب حَيَاءُ، وَ رَأَيْتُ الْهَلاَكَ فِى وَجِْهِهِ مِنْ شِدًةٍ الحَيَاءِ

~ "Bundan utandığından dolayı, həlak oldu";

~ "Utancından öldü";

~ "Üzündə utancının şiddətindən dolayı, həlak olma əlaməti gördüm"; və

~ "Utancından əridi."

demişlərdir.

Bunun belə olduğu sabit olunca, həya, bədəndəki bir dəyişikliyi ifadə etdiyi üçün, bu, Allah haqqında imkansızdır. Çünki bu dəyişiklik, ancaq cisimlər haqqında düşünülə bilər. Bununla bərabər, hədislərdə, bu kəlimə də yer almışdır:

اِنً اللًه تَعَالَى حَيىُّ كَرِيمُ يَسْتَحْيِى اِذَا رَفَعَ الْعَبْدٌ اٍلَيْهِ يَدَيْهِ اَنْ يَرٌدًهُمَا صِفْرََا حَتًى يَضَعَ فِيهِمَا خَيْرََا

"Allah Taala, həyalıdır, comərddir. Qulu, Özünə doğru əllərini qaldırdığında, onlara bir xeyir qoymadıqca, onları boş geri çevirməkdən həya edər." (Əbu Davud, "Vitr"/23)

Hal belə olunca, təvil etmək lazımdır. Bunda, 2 xüsus vardır:

• Birincisi -ki, bu, bu cür şeylərdə, bir qanundur.- budur:

Cisimlərə xas olan sifətlərdən qullar üçün olanlarla, Allah Taala vəsf edildiyində, bu, arazların (həya və s. kimi şeylərin) başlanğıclarına deyil, nəticələri etibarı ilə düşünülür.

Bunun misalı budur:

Həya, insan üçün bəhs mövzusu olan bir haldır. Ancaq bunun, bir başlanğıcı və bir sonu vardır. Bunun başlanğıcı, çirkin olan şeyə nisbət edilmə qorxusundan ötürü, insanda meydana gələn fiziki dəyişiklikdir. Nəhayəti isə, insanın bu işdən geri durmasıdır.

Allah haqqında həya ləfzi istifadə edilincə, bundan məqsəd, həyanın başlanğıcı və müqəddiməsi olan qorxu deyildir. Tam əksinə, nəhayəti və sonu olan feli tərk etməkdir.

Qəzəb də belədir. Bunun da bir əlaməti və müqəddiməsi vardır ki, bu, qəlbin qanının qabarması və intiqam alma arzusudur. Bunun, bir də nəticəsi vardır ki, bu da, özünə qəzəb ediləni cəzalandırmaqdır.

Allahı qəzəb ilə vəsf etdiyimiz vaxt, bundan məqsəd, intiqam arzusu və qəlbdəki qanın qabarması mənasına gələn qəzəbin başlanğıcı deyildir. Tam əksinə, məqsəd, onun nəticəsidir ki, bu da, cəza verməkdir. Bax bu, bu mövzuda, külli bir qaydadır.

• İkincisi:

Bu:

-"Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz..."-

sözünün, kafirlərin sözləri arasında yer almış olmasının, caiz olmasıdır. Kafirlər, belə demişlərdi:

"Muhammədin Rəbbi, ağcaqanadı və hörümçəyi misal gətirməkdən utanmırmı?"

Sual, cavaba uyğun düşsün deyə, ayətdə, "lə yəstəhyi" = "utanmaz" şəklində gəlmişdir.

Bu, söz sənətində, gözəl bir sənətdir.

(Bəqərə, 26-27 təfsiri)

Haşiyə, burda bitir.)

---------------------------------

Bundan dolayı, ayətdəki "keyd": hilə və tələ qurmağa cəhd etmək olub, bunun ən iləri şəkli, insanın fərqinə vara bilməyəcəyi və özünü ona qarşı müdafiə edə bilməyəcəyi bir şəkildə, pis bir hala salmaqdır.

Allah haqqında, "keyd", bu mənanı ifadə edir.

Daha sonra alimlər, bu "keyd" ilə nəyin qəsd edildiyi xüsusunda ixtilaf etmişlərdir:

~ Bəziləri, belə demişlərdir:

Bununla:

"Yusuf (əleyhissəlam)'ın qardaşları, Yusufun bu tədbirini pozmaq üçün çalışmışlardır. Allah Taala isə, Yusufa kömək etmiş, onu dəstəkləmiş və onun işini üstün gətirmişdir."

mənası qəsd edilmişdir.

~ Bəzi müfəssirlər də:

"Bu 'keyd'dən məqsəd, Allah Taalanın, onun qardaşlarının qəlbinə, oğurluq edənin cəzasının, onun nökər edilmə olduğu hökmünü gətirməsidir. Piyalə Yusufun öz qardaşı (Bünyaminin) yükü içindən çıxınca, digər qardaşlar, halları ilə, onun nökər olmasına hökm etmişlərdir. Bu isə, Yusuf (əleyhissəlam)'ın, qardaşını yanında saxlamaq imkanını əldə etməsinə vəsilə olmuşdur."

demişlərdir.

Daha sonra, Allah Taala:

...مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ...

"...yoxsa O, kralın dininə görə, qardaşını tutub Öz yanında saxlaya bilməzdi..."

buyurmuşdur. Bu:

"Kralın oğru ilə bağlı qanunu:

~ onun döyülməsi; və

~ oğurladığının 2 mislini ödəməyə məcbur edilməsi"

şəklində idi. Bundan dolayı, Yusuf, kralın dininə və qanununa görə, qardaşını öz yanında saxlaya bilməyəcəkdi.

Lakin Allah Taala, qardaşlarının ağzı ilə, oğrunun cəzasının, özünün nökər olaraq alınması olduğunu, söylətmişdir. Bundan dolayı biz, bu söz sayəsində, Yusuf (əleyhissəlam)'ın, qardaşını öz yanında saxlama imkanına sahib olduğunu bəyan etmişdik.

Ayətdəki:

"...Allahın istəyi olmasaydı..." ifadəsinin mənası da, budur.

-------------------------------------

Daha sonra Allah Taala:

"...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik..." buyurmuşdur.

Bu təbirlə bağlı, 2 məsələ vardır:

✓ İkinci məsələ: Elmin ən şərəfli mərtəbə olduğu

Bu təbirdən məqsəd: Allah Taalanın, istədiyi şəxsə, məqsədinə çatmasını təmin edəcək doğru şeyləri göstərməsi və ona fərqli elmləri, fərqli fəzilətləri verməsidir.

Bu ayətdə, Allah Taalanın, hər xüsusda, Yusufun dərəcəsini, qardaşlarının dərəcəsindən daha yüksəyə çıxarması qəsd edilmişdir.

Bil ki, bu ayət, elmin, ən şərəfli bir məqam və dərəcə olduğuna dəlalət edir. Çünki Allah Taala, Yusuf (əleyhissəlam)'ı, belə bir çarə, tədbir və biliyə çatdırdığında, onu bundan ötürü mədh edərək:

"...Biz, istədiyimiz kimsəni, dərəcə-dərəcə yüksəldirik..."

buyurmuşdur.

Haqq Taala, İbrahim (əleyhissəlam)'ı, tövhidin dəlillərini və günəşi, ayı və ulduzları ilah olaraq tanımaqdan bəri olduğunu söyləyərkən, onu da eyni şəkildə:

"...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldərik..." (Ənam/83)

buyuraraq mədh etmişdir.

Bax bu ayətdə də, Yusuf (əleyhissəlam)'ın çarə və düşüncəyə nail etməsini, eyni təbirlə mədh etmişdir.

--------------------------------------

Hər biləndən daha alim olan var:

Daha sonra Allah Taala:

...وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌ

"...Hər bilik sahibindən də üstün bir bilən vardır."

buyurmuşdur. Bu:

"Yusufun qardaşları, alim və fəzilətli kimsələrdi. Lakin Yusuf (əleyhissəlam), onlardan daha alim idi." deməkdir.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri)

-------------------------------

Ustad Nursi'nin izahı:

Ustad Said Nursi (rahmətullahi aleyh), Şualar əsərində (bax: Meyve risalesi, s. 212) belə deyir:

Bir sual:

~ Bazen ehemmiyetli bir hakikat sathî nazarlara görünmediğinden; ve

~ Bazı makamlarda cüz'î ve âdi bir hadiseden yüksek bir fezleke-i tevhidi (Allahın birliyini göstərən icmallar) veya küllî bir düsturu beyan etmekte münasebet bilinmediğinden,

bir kusur tevehhüm (zənn) edilir. Meselâ:

Hazret-i Yusuf aleyhisselâm kardeşini bir hile ile alması içinde

وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌ

"...və hər bilik sahibindən də üstün bir bilən vardır..." (Yusuf/76)

diye gayet yüksek bir düsturun zikri, belâğatça münasebeti görünmüyor. Bunun sırrı ve hikmeti nedir?"

Elcevap: Her biri birer küçük Kur'ân olan ekser uzun sûrelerde ve mutavassıtlarda ve çok sahife ve makamlarda, yalnız iki üç maksat değil... Belki Kur'ân, mahiyeti:

~ hem bir kitab-ı zikir ve iman ve fikir;

~ hem bir kitab-ı şeriat ve hikmet ve irşad

gibi, çok kitapları ve ayrı ayrı dersleri tazammun ederek, rububiyet-i İlâhiyenin herşeye ihatasını ve haşmetli tecelliyatını ifade etmek cihetiyle, kâinat kitab-ı kebîrinin bir nevi kıraati olan Kur'ân, elbette her makamda, hattâ bazen bir sahifede çok maksatları takiben marifetullahtan ve tevhidin mertebelerinden ve iman hakikatlerinden ders verdiği haysiyetiyle, öbür makamda, meselâ zâhirce zayıf bir münasebetle başka bir ders açar ve o zayıf münasebete çok kuvvetli münasebetler iltihak ederler, o makama gayet mutabık olur, mertebe-i belâğatı yükselir.

---------------------------------

Bir sual:

Bəzən əhəmiyyətli bir həqiqət:

~ səthi nəzərlərə görünmədiyindən; və

~ bəzi məqamlarda cüzi və adi bir hadisə üzərindən verilən tövhidə dair yüksək bir fəzləkə (icmal, xülasə, öz) və ya külli bir düsturu bəyan etməkdə

münasibət bilinmədiyindən,

bir qüsur zənn edilir. Məsələn:

Yusuf (əleyhissəlam), Öz qardaşını bir hiylə ilə ələ alması içində,

...وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌ

"...Hər bilik sahibindən də üstün bir bilən vardır."

deyə çox yüksək bir düsturun zikri, bəlağat gərəyi münasibət görünmür. Bunun sirri və hikməti nədir?

Cavab:

Hər biri kiçik bir Quran olan əksər uzun və mutavassıtlarda (Tariq surəsindən Bəyyinə surəsinə qədər olan surələrdə) və çox səhifə və məqamlarda, yalnız 2-3 məqsəd deyil...

Bəlkə Quran, mahiyyəti:

~ həm bir zikir, iman və fikir kitabı;

~ həm bir şəriət, hikmət və irşad kitabı

kimi, çox kitabları və ayrı-ayrı dərsləri ehtiva edərək, Allahın rububiyyətinin (tərbiyə ediciliyinin) hər şeyi əhatə etdiyini və (kainatdakı) həşmətli təcəllisini ifadə etməsi cəhətilə, böyük kainat kitabının bir növ qiraəti olan Quran, əlbəttə hər məqamda, hətta bəzən bir səhifədə, çox məqsədləri izləyərək, mərifətullahdan (Allahı tanımaqdan) və tövhidin mərtəbələrindən və iman həqiqətlərindən dərs verməsi ilə, digər bir məqamda, məsələn, zahircə zəif bir münasibətlə, başqa bir dərs açar və o zəif bir münasibətə, çox qüvvətli münasibətlər qoşularlar. O məqama çox uyğun olar və bəlağat mərtəbəsi yüksələr.

----------------------------------

İzahı:

Fəzləkə: Quranda, ayət sonları, əksəriyyətlə Allahın isimlərindən bəzi isimlərlə sonlanır. Bu da, ayət içindəki mövzuların, nəticə etibarı ilə, bu isimlərə bağlanması mənasına gəlir.

Ustad Nursi, ayət sonlarında yer alan bu qısa və mücməl cümlələrə, "fəzləkə" olaraq baxır və ayətdə bəhsi edilən mövzunun, bu qisimdə icmal edilmiş olduğunu ifadə edir. Ancaq Ona görə, bu icmallar, təsadüfi bir nəticə deyil, çox hikmətləri ehtiva edən, xüsusilə Allahın isimlərini göstərən bir icmaldır. Ədəbi bir üslub və gözəl bir ifadə tərzilə Allahın isimlərini göstərən bu fəzləkələr, eyni zamanda, Quranın möcüzəvi özəlliklərini göstərən nümunələr hökmündədirlər.

Bu fəzləkələr:

~ Allahın isimlərini və ya bunların mənalarını içinə alan qısa və mücməl sözlərdən; və ya

~ Ağlı təfəkkürə sövq etmək üçün, ağla həvalə edilən bir qaydadan; ya da

~ Quranın məqsədlərini ehtiva edən külli bir qaydadan

ibarətdir. Ayətlərdə keçən mövzular, bu şəkillərdən biri ilə fəzləkədə icmal edilmiş və bir nəticəyə bağlanmışdır. Bundan dolayı, fəzləkələr, ayətləri təkid və təyid edici (qüvvətləndirici) bir xüsusiyyət daşıyır. Məsələn:

هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبْعَ سَمَـٰوَ‌ٰتٍ ۚ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

"Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi Biləndir." (Bəqər/29)

Ayətdən də göründüyü kimi, Quran, möcüzəvi bəyanı ilə, Yaradanın fel və əsərlərini geniş bir şəkildə nəzərə verir. Sonra da bu əsər və fellərdən, onların bağlı olduğu ilahi isimləri üzə çıxarır və ya bu yolla tövhid və haşr kimi Quranın əsas məqsədlərindən birini isbat edir.

Quran, Yusuf (əleyhissəlam)'dan bəhs edərkən də, hekayənin axışı içərisində:

"...Hər bilik sahibindən də üstün bir bilən vardır."

ayəti ilə də, yüksək bir həqiqəti ixtar edir (xatırladır). O qissəni, adi bir hekayə olmaqdan çıxarıb, yüksək qanunların ixtar edildiyi bir rəhbər mövqeyinə gətirir.

Burdakı ən yüksək düstur:

"...hər bilik sahibindən də üstün bir bilən vardır."

düsturudur. Bu düstur içində:

~ həm tövhid;

~ həm Allahın sonsuz elminə (yəni hər şeyi bildiyinə ətf);

~ həm əxlaqi dəyər;

~ həm də ictimai bir qaidə

vardır. Bəli:

~ Allah, bilənlər üstündə ən böyük bir biləndir;

~ Bilməkdə, bir üstünlük vardır;

~ Bilənlər, hər sahədə üstündürlər;

~ Bilmək, kainatda ən əhəmiyyətli həqiqətdir.

Burda bilməkdən qəsd edilən şey, elmdir.

Halbuki bu həqiqət, səthi nəzərlərə görünmədiyindən və tövhidə dair bu həqiqətlər, cüzi bir hadisə (piyaləni qardaşının yükü içinə yerləşdirib qardaşını öz yanında saxlaya bilməsi kimi) üzərindən nümunə verildiyindən, insanlar tərəfindən qüsur deyə zənn edilir.

Allah isə, bəsit bir yol göstərmə işində, belə külli həqiqətləri də yanında ixtar edir.

Bəlağat: az söz ilə çox şey bildirmək və cüzi kəlamları, külliləşdirməkdir. Bu ayətdə də, cüzi və bəsit bir hadisədə, əhəmiyyətli və külli həqiqətlər ifadə edilmişdir.

Read 2 times
In order to make a comment, please login or register