Zəfər Əhməd ibn Lətif əl-Osmani ət-Təhanəvi kimdir?
Allamə, mühəqqiq, müdəqqiq, hüccət, səbt, müfəssir, fəqih, zahid, sufi Zəfər Əhməd ibn Lətif əl-Osmani ət-Təhanəvi (rahiməhullahu Taala), rəbiü'l-əvvəl ayının 13-ü, 1892-ci ildə, Hindistanın ən böyük elm mərkəzi olan Deobənd şəhərində dünyaya göz açmışdır. 3 yaşında ikən, anası vəfat edən bu imamı, nənəsi böyütmüş və ona, ən gözəl tərbiyəni vermişdir. 5 yaşı tamamlanınca, Deobənd'in məşhur hafizləri yanında, Quran-i Kərim öyrənməyə başladı. Şeyxləri, Daru'l-Ulum müdərrisi hafiz Namdar, onun köməkçisi Qulam Rəsul və nənəsinin qardaşı Mövlana Nəzir Əhməd'dir. İmam 7 yaşını tamamlayınca, böyük şeyx Mövlana Muhamməd Yasin'in yanında, urduca və farsca yazılan kitabları və s. elmlər üzərinə yazılan kitabları oxumağa başladı. Şeyx Muhamməd Yasin, Pakistan alimlərinin ən böyüklərindən biri və Kəratəşi'nin ən böyük müftisi olan və bu şəhərdə Daru'l-Ulumi'l-İslamiyyə'ni təsis edən Mövlana Allamə Şeyx Muhamməd Şəfi əd-Deobəndi'nin atasıdır.
Ondan sonra, imam, Deobənd'dən, dayısı, hakimu'l-ümmət Mövlana Muhamməd Əşrəf Əli ət-Təhanəvi (qaddəsallahu sirrahu)'nun yaşadığı Təhanə Behun'a köçüb dayısının elm dərslərinə qatıldı və onun yanında, Mövlana Muhamməd Abdullah əl-Gənguhi'dən, ərəbcə olaraq sarf, nəhv və ədəbiyyat elmlərilə bağlı dərslər aldı. Hakimu'l-ümmət dayısından da, təcvid elmini, onun öz təlifi olan "ət-Təlxisatu'l-Aşr" kitabını və Cəlaləddin ər-Rumi'nin "Məsnəvi"si oxudu. Ondan sonra, hakimu'l-ümmət olan dayısı, böyük kitabı olan "Bəyanu'l-Quran" kitabını urdu dililə yazınca, özü, onu, Kanbur şəhərinə apardı və onu, Camiu'l-Ulum mədrəsəsinin dərs proqramına daxil etdi. Çünki bu mədrəsəni, Kanburda ikən, dayısı təsis etmiş və onun tədris və təlim vəzifəsini, ən müvəffəq tələbəsi olan Mövlana Muhamməd İshaq əl-Bərdəvani və Mövlana Muhamməd Rəşid əl-Kanburi'yə vermişdi. Şeyximiz də, bunların yanında, o ölkələrdəki mədrəsələrdə dərs olaraq oxudulan hədis kitablarını oxudu. Bunlar:
~ Buxari'nin "Səhih"i;
~ Muslim'in "Səhih"i;
~ əbu Davud'un "Sünən"i;
~ Nəsai'nin "Sünən"i;
~ Tirmizi'nin "Sünən"i;
~ ibn Macə'nin "Sünən"i; və
~ (Xatib ət-Təbrizi)'nin "Mişkatu'l-Məsabih"dir.
Bunların yanında, nmustalah (istilah, termin kitabları) və hədis elmləri kitablarını, fiqh, təfsir, ədəbiyyat və bir miqdar da əqli elmlər oxudu. Bütün bunlar, Daru'l-Ulum mədrəsəsinin zəruri dərs proqramı idi.
Bacarıqları və ciddi çalışmaları ilə üstün tələbələrin də üstündə bir üstünlük və imtiyazla, şəri və əqli elmlərin diplomunu aldıqdan sonra, Səhar Nufur şəhərinə köçdü və Məzahiru'l-Ulum mədrəsəsinə girdi. Orda, arif, mühəddis və fəqih, "Bəzlu'l-Məchud fi şərh-i Sünən-i əbi Davud" kitabının müəllifi Mövlana Xəlil əs-Səhar Nufuri'nin verdiyi hədis dərslərinə qatıldı. Bir müddət, arif, mühəddis imamın dərslərinə davam etdikdən sonra, özü, ona, hədis elmləri və digər nəqli və əqli elmlərin icazətini verdi və özü, 1910-cu ildə, ən yüksək mədrəsədən elmləri tamamlamaq və bitirmək diplomu aldı. O sırada, özü, hələ 18 yaşında idi. Bu kiçik yaşda, elm mərtəbəsinin zirvəsinə çatmaq, ancaq nadir tapılan dahilərə nəsib ola bilən bir müvəffəqiyyətdir. Bəhsi keçən mədrəsədə qaldığı müddət içində, məntiq, həndəsə və ali riyaziyyat dərslərinə də, bu dərslərin şeyxləri yanında iştirak etdi. Mədrəsənin idarəçisi Mövlana Abdu'l-Lətif və Mövlana Abdu'l-Qadir əl-Pəncabi də, bu müdərris şeyxlərdən idilər.
Üstünlüyü, zəkasının iləri səviyyədə olması və dühası göz önündə tutularaq, adı keçən mədrəsəyə müdərris olaraq təyin edildi və orda, 7 ilə yaxın fiqh, üsul, məntiq, fəlsəfə və daha başqa elmləri dərs verdi. Ondan sonra, ordan, Təhanə Behun'dakı İmdadu'l-Ulum mədrəsəsinə keçdi və orda, mədrəsə proqramına daxil olan sünnət və hədis kitablarını tədris etdi. Bunlar, yuxarıda zikr edilən 7 kitabdır. Bununla bərabər, fiqh və təfsir elmlərini tədris etdi. Əlində, bir camaat qədər nadir və mümtaz yetişən alimlər yetişdi və bunlar, elmi, ətrafa yaydılar və şəriətin yolunu insanlara aydınlatdılar.
Şeyximiz, dərs və fətva verməklə məşğul ikən, hakimu'l-ümmət olan dayısı, ona, "İ'lau's-Sünən" kitabını təlif etmək vəzifəsini də verdi. Özü də, bu vəzifəni, ən gözəl bir şəkildə yerinə yetirdi. Və bu böyük kitabı təlif etmək üçün, 20 il vaxt sərf etdi. Bu səbrli çalışmanın sonunda, 18 cildlik kitabı tamamladı; ondan sonra, ona, 1 cild halında, 2 Müqəddimə əlavə etdi. Sonra, bunlara, "İncau'l-Vatan ani'l-İzdirai bi imami'z-zaman" adını verdiyi 1 cild də əlavə etdi. Beləcə, ansiklopediya dəyərindəki bu həcmli kitabın cildləri, 21-ə çatdı. Bu son cilddə, imam azam əbu Hənifə və tələbələrinin tərcüme-i hal (avtobiografiyası)'nı, ən geniş bir şəkildə yazdı.
Bundan sonra, Mövlana hakimu'l-ümmət, ona, Cəssas (əl-Hənəfi)'nin "Əhkamu'l-Quran" kitabı -(ki, bu kitab, 11 cilddir)- tərzində, "Dəlailu'l-Quran alə Məsəili'n-Numan" adında bir kitab təlif etməsini əmr etdi. Özü, bu kitabın təlifinə başladı və Nisa surəsinə qədər gətirdiyi 2 böyük cildi tamamladı və bunlar, 1967-ci ildə, Kəratəşi'də nəşr edildilər.
İmam, Təhanə Behun'da yaşadığı müddət içində, Urdu dililə də fərqli kitablar təlif etmişdir. Bunlardan bəziləri, bunlardır:
~ "əl-Qavlu'l-Mətin fi'l-ixfai bi amin";
~ "Şaqqu'l-Ğayn an haqqi rafi'l-yedeyn";
~ "Rahmətu'l-Quddus fi tərcəməti Bəhcəti'n-Nufus";
~ "Fatihatu'l-Kəlam fi'l-Qiraəti xalfə'l-imam"
Şeyximizin bir digər əsəri də, "Kəşfu'd-Duca an Vəchi'r-Riba" risaləsidir. Bu risalə, tək başına da, "əl-Fətəva əl-İmdadiyyə"nin içində də nəşr edilmişdir. Bu sonuncusu isə, 7 böyük cild halındadır və özünün hakimu'l-ümmət olan dayısına gələn fiqh və digər elmlərlə bağlı suallara verdiyi fətvaları və cavabları əhatə edir. Hakimu'l-ümmət, bu fətva kitabını, "İmdadu'l-Əhkam fi Məsəili'l-Halali və'l-Haram" adını vermişdir.
Şeyximiz, daha sonra, Burma'ya bağlı Bernekun'dakı əl-Mədrəsətu'l-Muhammədiyyə'yə köçdü və orda, 2 il qədər qalaraq, vaz, irşad və təbliğlə məşğul oldu. Ondan sonra, təkrar Təhanə Behun'a qayıtdı və həm "Dəlailu'l-Quran" çalışmasını davam etdirdi; həm də insanları dinləri xüsusunda məlumatlandırmaq üçün bu bölgənin şərqindəki Dakka'ya köçdü və ordakı universitetə, hədis, fiqh və üsul müdərrisi təyin edildi. Bir müddət sonra, Dakka'dakı Yüksək Mədrəsə'nin baş müdərrisliyi vəzifəsinə gətirildi və bu vəzifədə, 8 il qaldı. Özü, bu sırada, əl-Camiatu'l-Quraniyyətu'l-Arabiyyə'ni təsis etdi. Bu mədrəsə, indi, Pakistan'ın şərq bölgəsində, Quran, hədis, fiqh və digər İslami elmləri öyrədən ən yüksək mədrəsə mərtəbəsindədir.
Ən son isə, Heydərabad'a bağlı Əşrəfabad'a köçdü və burdakı Daru'l-Ulumi'l-İslamiyyə'də baş müdərris sifətilə hədis tədris etməyi öz üzərinə götürdü.
Bu böyük imam, 1974-cü ildə vəfat etmişdir.
