Zəif hədis nədir? Onunla əməl etmək, caizdirmi?

[Hədisin] üçüncü növü, zəif [olan hədislər]dir. O, səhih, ya da həsən hədis vəsflərinin özündə toplanmadığı hədisdir.

[Nəvəvi], o ikisini [yəni, səhih və zəifi], ibnu's-Salah'a tabe olaraq, bir arada zikr etmişdir.

Lakin, belə də deyilmişdir:

"Həsən vəsflərinin bir araya gəlmədiyi hədisdə, səhih vəsflərinin də bir araya gəlməyəcəyinə görə, sadəcə həsən hədisi zikr etməklə kifayətlənmək, daha isabətlidir."

Necə ki, ibn Dəqiq əl-İd, məzkur [zikr edilən] səbəbdən dolayı, səhih hədisi zikr etməmişdir.

Daha sonra, ibnu's-Salah, zəif hədisi,

~ İttisal [sənədin bitişik, qopuq olmaması];

~ Ədalət [Bir ravinin adil olaraq vəsf edilə bilməsi üçün, aşağıdakı şərtlərin olması lazımdır:

1. Müsəlman olmaq. Hədis, İslam dininin əsas qaynaqlarından biri olduğu üçün, bu elmlə məşğul olan kimsənin müsəlman olması, şərtdir. Kafirin hədis öyrənməsi, caizdirsə də, rəvayəti, ancaq, Müsəlman olduqdan sonra qəbul edilə bilər.

2. Ağıl. Bu vəsflə, ravinin, söyləniləni başa düşüb cavab verə bilmə qabiliyyəti [təmyiz] qəsd edilir. Buna görə, təmyiz yaşından, kiçik uşaqların [ümumi olaraq 5 yaşından kiçik olanların] və dəlilərin hədis öyrənmələri və hədis rəvayət etmələri, qəbul edilə bilməz. Hədis öyrənmək üçün təmyiz qabiliyyəti kifayət edirsə də, hədis rəvayətində, bununla bərabər, büluğ şərti də axtarılır. Ancaq müməyyiz bir uşağın, sırf nəqlə istinad edən rəvayətləri nəzərə alınmamaqla bərabər, müşahidə ilə bağlı rəvayətlərinin qəbul edilə biləcəyi deyilmişdir.

3. Mükəlləf olmaq. Ravinin, rəvayətinin əhəmiyyətini və etdiyi işin məsuliyyətini başa düşə bilməsi üçün, ağlının baliğ olması və ya 15 yaşını doldurması lazımdır.

4. Təqva. Təqva, burda, ravinin, böyük günahlardan çəkinməsi; kiçik günahlarda isə israr etməməsi mənasındadır. Buna görə, istər hədis mövzusunda, istər həyatın başqa sahələrində olsun, yalan söyləyən və fisq içində olan kimsələrin rəvayətləri, qəbul edilə bilməz. Xüsusilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqqında yalan söyləyən kimsənin, daha sonra tövbə etsə belə, rəvayəti, bir daha mötəbər sayılmaz. Eyni şəkildə, bidətçinin rəvayəti də, ancaq, bəzi şərtlərlə qəbul edilə bilər.

5. Mürüvvət. Ravinin şəxsiyyət sahibi olması, şəxsiyyətini zədələyən iş və davranışlardan uzaq olması deməkdir. Bu vəsfin sərhədləri, İslamın ümumi prinsiplərinə uyğun örflərə bağlı olaraq, cəmiyyətlərə görə dəyişir.

Bu şərtləri daşıyan azad və ya nökər, qadın və ya kişi hər ravi, adil sayılır.

Hədis üsulunda, bir ravinin bildirilən şərtləri daşıdığının bilinməsi, kifayət edici görülmüş, onun bu vəsfləri həqiqətən daşıyıb-daşımadığının təsbit edilməsi isə, imkansız görülmüşdür.

Bir ravinin ədaləti, ya səlahiyyətli bir kimsənin ifadəsilə [sərih/açıq bir şəkildə]; və ya bəzi halların, onun adil olduğunu ortaya qoyması ilə [hökmən] bilinir.

Hədis alimlərinin əksəriyyətinə görə, bir ravinin adil olduğunu deyən və ya buna hökm edən kimsənin [muaddil'in], bu işin əhli, diqqətli və mühəqqiq olması halında, kişi və ya qadın, azad və ya nökər olduğuna baxılmadan, ravi haqqındakı hökm və şəhadəti, mötəbər sayılır.

Ancaq Mədinəli alimlərin əksəriyyəti, nökər və qadının tə'dilini, qəbul etməmişlərdir.

Bu mövzuda olduqca yumşaq davrananlar da vardır. Onlara görə, elm [hədis] öyrənmək ilə tanınan hər kəsin, əksi varid olmadıqca, ədalətinə hökm etmək lazımdır.

Mühəddislərin ittifaqla qəbul etdikləri görüşə görə isə, ravinin ədalət sahibi olaraq şöhrət qazanmış olmadsı, onun adil sayılması üçün kifayət edici bir səbəb olduğundan, artıq onun haqqında, ayrıca bir təhqiqat aparmağa da ehtiyac yoxdur.]

~ Zəbt [Lüğətdə, "bir şeyi möhkəm tutmaq; bir sözü yaxşıca əzbərləmək, qeyd etmək" mənasındakı "dabt" (dilimizdə "zəbt") kəliməsi, hədis termini olaraq, "ravinin, qəbul görmüş təhəmmül yolları ilə (təhəmmülü'l-hədis, aşağıda izahı gələcək) aldığı bir rəvayəti, hər hansı bir tərəddüdə düşmədən və dəyişiklik etmədən, şeyxindən götürdüyü kimi nəql etmə xüsusiyyəti"ni ifadə edir.

Zəbtin:

1. Əzbər zəbti (dabtu's-sadr); və

2. Kitab zəbti (dabtu'l-kitab)

olmaq üzərə, 2 növü vardır.

• Birincisi: Rəvayətləri əzbərləyərək öyrənən kimsənin, bu rəvayətləri əzbərdən nəql edə biləcək şəkildə hifz etməsi;

• İkincisi isə: Hədisləri yazaraq öyrənən şəxsin, bunları, ilk əvvəl yalnışsız yazması; ardından da, əslilə qarşılaşdırdıqdan sonra, hər cür dəyişiklikdən qoruyaraq rəvayət etməsi mənasına gəlir.

Əzbər və kitab zəbti ilə bağlı diqqət edilməsi lazım gələn bəzi xüsuslar vardır. Məsələn:

~ Yaşlılıqda görülən məsələləri qarışdırma halı (ixtilat), əzbər zəbtilə bağlı əhəmiyyətli bir problemdir. İxtilata düşən ravilərin bu hala gəlmədən əvvəlki rəvayətlərilə daha sonrakı rəvayətləri, fərqli ola bilər. Bu ravilərin əvvəlki rəvayətləri qəbul edilərkən, sonrakı rəvayətləri qəbul görməz.

~ Kitab zəbtilə bağlı olaraq da, məsələn, borc verilən və ya itən kitablara, hər hansı bir əlavə edilməsi ehtimalı olduğundan, kitabları yanlarında olmayan kimsələrin rəvayətlərinə, ehtiyatla yaxınlaşılır. Normal şərtlər altında, kitabdan rəvayət etdikləri halda, kitabları təbii fəlakətlərlə cırılan və ya görmə qabiliyyətini itirdikləri üçün, kitablarını düzgün oxuya bilməyən kimsələrin, yaddaşlarından rəvayətləri əsnasında, bir çox zəbt qüsuru işlədikləri təsbit edilmiş və onların bu rəvayətləri, mənimsənilməmişdir.

Əzbər zəbtində,

~ ilk əvvəl, rəvayəti əzbərləmək;

~ əzbərlədikdən sonra nəql edilincəyə qədər də, yaddaşda tutmaq

üzərə, 2 mərhələ vardır.

Bəzi alimlər, zəbti, rəvayətlərin zahir'i (yəni, lüğət mənalarını) və batin'ini (fiqhi mənasını) qavramaq şəklində ikiyə ayırmışlarsa da (məsələn bax: ibnu'l-Əsir, "Camiu'l-Üsul", l, 35); hədislərin məna ilə rəvayəti caiz olduğundan, əksəriyyətə görə ravi üçün şərt qoşulan zəbt, ləfzlərin əzbərlənməsi mənasındakı zahiri zəbt'dır.

Bir ravinin məqbul ola bilməsi üçün, ədalət sahibi olması ilə bərabər, zəbt sahibi olması da lazımdır. Ravinin zəbt sahibi olduğu,

~ rəvayətlərinin adil və zəbit ravilərin rəvayətlərinə uyğun olması;

~ hədisi götürdüyü kimsədən soruşularaq yoxlanılması;

~ bir rəvayətin, ravidən fərqli zamanlarda götürülməsi surətilə qarşılaşdırılması,

~ özündən o hədisi eşidən ikinci bir şəxs istənilməsi;

~ ravinin imtahan edilməsi; yaxud

~ yazılı qaynağa müraciət edilməsi

kimi müxtəlif yollarla bilinir.

Hər ravinin zəbt gücü eyni olmadığı kimi, zəbt qüsurları da eyni deyildir. Bu səbəblə, elm adamları, zəbtinin qüvvətli və ya zəif olması etibarı ilə, raviləri, fərqli dərəcələrə ayırmışlardır. Bu hal, hədislərin sihhəti cəhətindən dəyərləndirilməsində, əhəmiyyətli ölçüdə təsirli olmuşdur.

Bir ravinin rəvayətlərinin digər səhih rəvayətlərə uyğunluğu tədqiq edilərkən, ləfz deyil, məna və muhtəva əsas götürülür. Nadir olaraq qarşılaşılan xətalar, ravinin zəbtinə zərər verməz. Lakin, qabiliyyətsizlik, yaddaş zəifliyi, yaxud da diqqətsizlik kimi səbəblərlə tez-tez xəta edən ravinin, zəbt xüsusiyyətini itirdiyinə hökm edilir. Çox xəta etməsi, xətalarının, doğrularından çox olması halında, bu ravidən rəvayəti caiz görməyən mühəddislər olduğu kimi, caiz görənlər də vardır.

Xətanın təsbiti, görüşə bağlıdır. Dolayısı ilə, bir ravinin çox xəta etməsilə bağlı fərqli görüşlərin ortaya çıxması, mümkündür. Cərh-tə'dil əsərlərində, bəzi ravilər haqqında müsbət və mənfi qənaətlərin birlikdə qeyd edilməsinin səbəbi, əksəriyyətlə, budur.

Ravinin cərh edilməsinə yol açan zəbt sifətilə bağlı qüsurlar,

~ ğalat (lüğətdə, "məqsədsiz olaraq xəta etmək, xəta, yanılma" kimi mənalara gəlir. Hədis terminologiyasında isə, "ğalat", ravinin, yaddaş zəifliyi, məlumatsızlığı, ərəb dilində kifayət qədər bilməməsi, rəvayət mövzusundakı səhlənkarlığı və diqqətsizliyi, fiziki və ya psixoloji qüsuru, mənfi ətraf mühit şərtləri, rəvayəti səhv başa düşməsi kimi səbəblərlə, fərqində olmadan, bilmədən xəta etməsidir.)

~ qəflət;

~ vəhm (lüğətdə, "insanın xatirinə, ağlına gələn şey", doğru zənn edərək bir şeyi səhv etmək, yanılmaq" mənalarındakı "vəhm", hədis termini olaraq, ən ümumi mənası ilə, "ravinin, məqsədli olmadan xəta etməsi"ni ifadə edir. Bu yanılma, hədisin yazılması və əzbərlənməsi sırasında meydana gələn əlavə, nöqsan, təhrif, təğyir/dəyişdirmə kimi səhvləri ehtiva edir.)

~ siqa ravilərə müxalifət; və

~ yaddaş xarablığıdır.

Bunlar, 10 cərh səbəbindən 5-ini meydana gətirməkdədir.

Ravi, bu qüsurlardan biri və ya bir neçəsi ilə tənqid edilərsə, zəbt xüsusiyyətini itirər və rəvayət etdiyi hədis, dəlil olaraq istifadə edilməz. Məsələn:

~ Şu'bə b. Haccac'a görə, tanınmış ravilərdən, onların rəvayəti olduğu bilinməyən çox hədis rəvayət edən və çox ğalatı təsbit edilən, xəta etdiyində, görüş birliyinə gəlinən ravilərin hədisləri, tərk edilir.

~ Abdullah b. Mübarək də, ğalatı çox olduğu halda xətasından dönməyən və hədisi yaxşı əzbərləmədiyi halda, yaddaşından rəvayət edən kimsələrdən hədis rəvayət edilə bilməyəcəyini bildirmişdir.

~ Muslim b. Haccac, cərh səbəbləri arasında, digər ravilərə çoxca müxalifət, fahiş xəta, hifz və itqan sahibi olmamaq kimi qüsurlara işarət etdikdən sonra, hədis əhli tərəfindən ittiham edilənlərlə rəvayətlərində çox ğalat və ya münkər olan kimsələrdən hədis nəql etmədiyini bildirməkdədir.

Təhəmmülü'l-hədis: "Bir ravinin, başqalarına rəvayət etmək məqsədilə, hədis rəvayət edən bir şeyxdən rəvayət etdiyi hədisləri,

~ səma (şeyxin, əzbərdən və ya yazılı bir mətndən rəvayət etdiyi hədisi, tələbənin, şəxsən şeyxinin ağzından eşitməsi);

~ qiraət (tələbə, əzbərindəki və ya əlindəki bir kitabdan, şeyxin hüzurunda hədis oxuyar; şeyx də, ya əzbər və ya əlindəki bir nüsxədən izləyərək dinləyər. Lazım gəlsə, xətasını düzəldər. Beləcə, tələbə, şeyxdən, o hədisləri öyrənmiş olar. Bu üsula, "ərz" də deyilmişdir.)

~ icazət (şeyxin, tələbəsinə, eşitdiklərini və ya kitablarını rəvayət etmə icazəsi verməsi)

~ munavələ (şeyxin, özündən nəql və rəvayət etməsi üçün, tələbəsinə bir kitab, ya da yazılı bir mətn verməsi)

~ kitabət (şeyxin hüzurunda olan və ya olmayan bir tələbəsi üçün öz əlilə bir və ya bir neçə hədis yazıb və ya yazdırıb verməsi və ya göstərməsi)

~ i'ləm (şeyxin, tələbəsinə, -icazətdən bəhs etmədən- müəyyən bir hədis və ya hədis kitabı haqqında, sadəcə, 'Bu, mənim eşitdiyimdir.' deyə açıqlama verməsi)

~ vəsiyyət (ölmək və ya səyahətə çıxmaq üzərə olan şeyxin, rəvayət icazəsi haqqında danışmadan, kitabını, təbələrindən birinə vəsiyyət edərək qoyması)

~ vicadət (bir ravinin, əlyazma bir kitabı ələ keçirməsinə, tapmasına, vicadə deyilir. Hədis alimləri, bunu, səma, icazət və munavələ olmadığı halda, bir kitabdan hədis götürməyi ifadə üçün istifadə edirlər. Bu halda hədisləri ələ keçirən kimsə, rəvayət edərkən, "vəcədtu bixətti fulan/filankəsin xəttilə yazılmış olaraq tapdım" deyərək, məsələni açıqlaması lazımdır.)

kimi yollarla götürməsi, yəni, götürdüyü hədisləri, başqasına nəql etmək üzərə yüklənməsidir.];

~ Məstur (halı məruf olmayan) raviyə mutabaat [Mutabaat: Təfərrüd etdiyi (rəvayətində tək qaldığı) zənn edilən raviyə, rəvayət etdiyi şeyin ləfzində, başqa bir ravinin (başqasının, başqasına mutabaatında), səhabənin eyni olması şərtilə, mutabaat, yəni müvafiq olması, deməkdir. Bu başqa raviyə, "mutabi" və ya "tabi" adı verilir.

~ Əgər bu mutabaat, təfərrüd etdiyi zənn olunan bir ravinin özü üçün hasil olarsa, buna - "tam mutabaat";

~ Əgər onun şeyxi və ya mütləq olaraq onun fövqündə olan kimsə üçün hasil olarsa, buna da - qasir mutabaat

deyilir.

Bəziləri, mutabaatı, ləfz ilə hasil olan müvafiqlik ilə məhdudlaşdırmış və bu müvafiqliyin, məzkur (zikr edilən) səhabənin rəvayətindən hasil olub-olmaması arasında heç bir fərq yoxdur, demişlər; şahidi isə, yenə, eyni şərtlə, məna ilə hasil olan müvafiqlik ilə məhdudlaşdırmışlardır.];

~ Şazz [Siqa və ya saduq (çox doğru sözlü) olan bir ravinin, zəbtinin çoxluğu, ravi ədədinin çoxluğu və ya başqa bir mürəccih (tərcih etdirici) səbəblə, özündən daha racih (üstün, tərcih edilən) raviyə müxalif olaraq nəql etdiyi və bu müxalifətin, daha üstün olan ravinin rəvayətinin rəddini istilzam etdiyi (gərəkdirdiyi) rəvayət] olmamaq;

~ İllətsizlik [İllət: gizli, fərq edilməsi müşkil, hədisə qüsur verən bir səbəb]

şəklindəki, 6 qəbul şərtindən hər hansı birinin olmaması; bir vəsfi özündə daşımaqla bərabər başqa bir vəsfi daşıyıb-daşımadığı; ya da 6 qəbul şərtinin hamısı ortadan qalxacaq şəkildə, birdən çox vəsfi daşımaması etibarı ilə, bir çox qismə ayırmışdır.

Bunun nəticəsində, İraqi'nin, "Şərhu'l-Əlfiyyə"də zikr etdiyinə görə, [zəif hədis] 42 qismə çatmış, daha başqa alimlər isə, bu sayı, 63-ə yüksəltmişlərdir.

Şeyximiz, qadıların qadısı Şərafuddin əl-Munavi, mövzu haqqında bir risalə qələmə almışdır. O,

~ ittisalı salan (düşürən) isnadı, səhabə təbəqəsindən birinin ya da digər təbəqələrdən 1 və ya 2 nəfərin sənəddən düşməsi;

~ ədaləti salanı isə, sənədində zəif, ya da məchul birinin yer alması

şəklində fərqli növlərə ayırdı və bunları nəzərə alaraq, [zəif hədisi], əqlən 129 qismə; hər nə qədər reallaşmasa da, reallaşma imkanına görə də, 81 qismə ayırmışdır.

Mən [Suyuti] də, zəif hədis məsələsini, bu şərhdə, təfsilatlı olaraq ələ almaq istəmişdim. Ancaq sonradan, şeyxu'l-İslam [ibn Həcər'in] belə dediyini təsbit etdim:

"[Zəif hədisi bu tərz qisimlərə ayırmaq], faydası olmayan bir yorğunluq vəsiləsidir. Çünki bu iş [yəni, elmi səylər], zəifin dərəcələrini və onlardan hansının daha zəif olduğunu bilmək üçündür və ya bunun üçün deyildir; üçüncü bir ehtimal da, yoxdur."

Əgər birincisi bəhs mövzusudursa, bu, daha çox [sihhət] şərtini itirən hədislərin, daha zəif olduğunu təsbit etmək üçündür və ya deyildir; başqa bir ehtimal da, yoxdur.

Əgər birincisi [yəni, daha çox şərti itirənin, daha zəif olduğunu təsbiti] bəhs mövzusudursa, hal, belə deyildir. Çünki, tək bir [sihhət] şərtini itirən hədis, digər 5 şərti daşımayan hədisdən daha zəif ola bilər ki, bu şərt, ravinin sidqi [doğruluğu]dur.

Əgər ikinci hal bəhs mövzusudursa, elə isə, bu, nədir?

Əgər bu iş, daha zəif olanı bilmək xaricində bir məqsəd üçündürsə, bu halda, əgər bir hədis növünü, fərqli bir ismə/ada təxsis edilmək üçün edilirsə, [mühəddislərin etdiyi], bu da deyildir. Çünki onlar, bu növlərdən, sadəcə mu'dal (sənədindən, bir-biri ardına 2 və ya daha çox ravinin düşmüş olduğu rəvayət), mürsəl (İsnadının ən sonundan 1 nəfərin hazf edilmiş olduğu rəvayət) kimi az bir qisminə isim/ad vermişlərdir. Ya da [hədis növlərinin] neçə növə ayrıldığını geniş olaraq işləmək üçün edilirsə, bu da, mənasız bir nəticədir. Əgər başqa bir səbəblə ediləcəksə, o halda, bu səbəb, nədir?

[Onun ifadəsi, burda bitir.]

Bundan dolayı, onları zikr etməklə səhifələri ziyan etməyi, tərk edirəm.

Zəif hədisin dərəcələri, ravilərinin zəifliyinin çoxluğu, ya da azlığı səbəbilə, səhih hədisin sihhətində olduğu kimi, fərqlilik göstərməkdədir. Bununla [musannif], səhih hədislər içərisində, daha səhihlər olduğu kimi; zəif hədislər içərisində də, çox daha zəif olanların mövcudluğuna işarət etməkdədir.

Hakim, belə deyir:

• [əbu Bəkr] əs-Siddiq'dən gələn isnadların ən zəifi:

Sadəqa əd-Dəqiqi ---> Fərqad əs-Səbəxi ---> Murrə ət-Tayyib təriqilə, Ondan nəql ediləndir.

• Əhl-i beyt isnadlarının ən zəifi:

Amr b. Şimr ---> Cabir əl-Cu'fi ---> Haris əl-A'vər ---> Əli (radiyallahu anh) isnadıdır.

• Ömər ailəsinin isnadlarının ən zəifi:

Muhamməd b. əl-Qasim b. Abdullah b. Ömər b. Hafs b. Asim'in ---> atası ---> babası isnadıdır.

Çünki isnaddakı 3 nəfərin [Muhamməd, Qasim və Abdullah'ın] hədisləri, dəlil olaraq istifadə edilməyə əlverişli deyildir.

• əbu Hureyrə'dən nəql edilən isnadların ən zəifi, budur:

Səri b. İsmayıl ---> Davud b. Yezid əl-Əvdi ---> atası ---> əbu Hureyrə.

• Aişə'dən nəql edilən isnadların ən zəifi, budur:

Basralıların əlində olan nüsxə ---> Haris b. Şibl ---> ümmü Nu'man ---> Aişə.

• ibn Məsud'dan nəql edilən isnadların ən zəifi, budur:

Şərik ---> əbu Fəzarə ---> əbu Zeyd ---> ibn Məsud.

• Ənəs'dən nəql edilən isnadların ən zəifi, budur:

Davud b. Muhəbbər b. Qahzəm ---> atası ---> Əban b. əbi Ayyaş ---> Ənəs.

• Məkkəlilərdən nəql edilən isnadların ən zəifi, budur:

Abdullah b. Meymun əl-Qaddəh ---> Şihab b. Xiraş ---> İbrahim b. Yezid əl-Xuzi ---> İkrimə ---> ibn Abbas.

• Yəmənlilərdən nəql edilən isnadların ən zəifi, budur:

Xafs b. Ömər əl-Adəni ---> Hakəm b. Əban ---> İkrimə ---> ibn Abbas.

Bulqini, son 2 isnad haqqında, belə deyir:

"Ehtimal ki, [Hakim], İkrimə'nin xaricindəkiləri qəsd etmişdir. Çünki Buxari, onun hədislərini dəlil olaraq istifadə etməkdədir."

Mən [Suyuti] deyirəm ki: Bunda, şübhə yoxdur.

Mütləq olaraq ibn Abbas'dan nəql edilən isnadların ən zəifi, budur:

Süddi əs-Sağir [olaraq bilinən] Muhamməd b. Mərvan ---> Kəlbi ---> əbu Salih ---> ibn Abbas.

Şeyxu'l-İslam [ibn Həcər], bu son isnad haqqında, belə deyir:

"Bu, qızıl silsilə deyil; yalan silsiləsidir."

Hakim, sonra belə davam edir:

• Misirlilərdən nəql edilən isnadların ən zəifi, budur:

Əhməd b. Muhamməd b. əl-Haccac b. Rişdin ---> atası ---> babası ---> Qurrə b. Abdu'r-Rahmən ---> özündən rəvayət etdiyi hər hansı biri.

Bu rəvayətlər, böyük bir nüsxə tutmaqdadır.

• Şamlılardan nəql edilən isnadların ən zəifi, budur:

Muhamməd b. Qayd əl-Məslub ---> Ubeydullah b. Zəhr ---> Əli b. Zeyd ---> Qasim ---> əbu Umamə.

• Xorasanlılardan nəql edilən isnadların ən zəifi, budur:

[Abdullah b.] Abdu'r-Rahmən b. Muleyha ---> Nəhşər b. Səid ---> Dahhak ---> ibn Abbas.

Onun, yəni, zəif hədisin,

~ mövzu [Uydurulmuş, yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə qəsdən yalan isnad edilmək surətilə nəql edilmiş rəvayətdir. Bu, zəif hədislərin içində, ən şərli və ən pis olanıdır. Bunun uydurma olduğu, bu şəkildə bilinir:

~ Ravinin, öz iqrarı ilə və ya rüəsanın (öndər insanların) bəzilərinin həvasına tabe olmaq kimi, ravinin halından əldə edilən bir qərinə ilə; və yaxud da

~ kəzzab (yalançı) olduğu halda, rəvayətin sənədində vaqe olması və bu xəbərin, onun xaricindəki bir kimsədən məruf olmaması, rəvayət xüsusunda, heç kimin özünə mutabaat/müvafiq olmaması; və ya

~ şahidinin olmaması; və ya

~ rəvayət edilən mətnin halından; mətnin ləfzlərinin və ya mənalarının aşağı olması;

~ Quran, mütəvatir sünnət, icmanın qəti bir bölməsinə və ya sərih/açıq ağla müxalif olması

kimi şeylərlə başa düşülür. Hədisin mövzsu olması xüsusunda, hədisi rəvayət edən ravinin,

~ bunu, özünün uydurmuş olması; və ya

~ başqasının sözündən götürmüş olması; və ya

~ isnadı zəif olan bir hədisə, onu tərvic etmək (isnadı qüvvətləndirmək) üçün, səhih bir isnad tərtib etmiş olması

arasında, heç bir fərq yoxdur. Və yenə, hədisi,

~ başqasını dəlalətə sövq etmək üçün; və ya

~ savaba nail olmaq niyyətilə; və ya

~ təəssüb səbəbilə; və ya

~ qəribə bir şey ortaya qoymaq üçün; və ya

~ rəislərdən bir qisminin həvasına tabe olmaq məqsədilə

vaz etmiş olması arasında fərq olmadığı kimi; hədis uydurmağın, səhvən və ya xətaən olmuş olması arasında da, heç bir fərq yoxdur.];

~ şazz [Siqa və ya saduq (çox doğru sözlü) olan bir ravinin, zəbtinin çoxluğu, ravi ədədinin çoxluğu və ya başqa bir mürəccih (tərcih etdirici) səbəblə, özündən daha racih (üstün, tərcih edilən) raviyə müxalif olaraq nəql etdiyi və bu müxalifətin, daha üstün olan ravinin rəvayətinin rəddini istilzam etdiyi (gərəkdirdiyi) rəvayət];

~ məqlub [Özündə, vəhmən (yalnışlıqla) təqdim və təxirin və ya yenə, vəhmən təğyir (başqalaşdırma) və ya təbdilin (dəyişdirməyin) vaqe olduğu rəvayətdir. Bu,

~ ya isnadda; ravinin adını, atasını adı qılmaq; və ya atasının adını, ravinin adı qılmaq surətilə olur. Murrə b. Ka'b və Ka'b b. Murrə'də olduğu kimi və əksər olan da, budur. Və

~ ya hədisin, onun rəvayətilə iştihar etmiş olduğu bir ravinin yerinə, yenə, onun təbəqəsindən başqa bir ravini qoymaq surətilə olur. Məsələn, Səlim'dən məşhur olmuş olan bir hədisi, Nafi'dən qılmaq kimi. Əgər bu, vəhm'dən dolayı deyil, iğrab'dan (həqiqəti dəyişdirməkdən) dolayı olmuş olarsa, mövzu hədis kimidir. Və

~ yaxud da məntdə olur; Muslim'in rəvayət etdiyi əbu Hureyrə (radiyallahu anh) hədisindəki bu ibarədə olduğu kimi:

"Bir sədəqə verib onu gizlədən, hətta sol əlinin infaq etdiyini sağ əlinin bilmədiyi kimsə."

Bu ibarə, ravilərdən biri tərəfindən məqlub qılınmışdır və doğrusu: "Hətta sağ əlinin infaq etdiyini, sol əlinin bilmədiyi kimsə." surətindədir.

Məqlub, bəzən də,

~ bir mətnin isnadının götürülərək başqa bir mətnə qoyulması surətilə və ya bunun əks surətində ola bilir ki, əgər bununla, həqiqəti dəyişdirmək qəsd olunarsa, mövzu rəvayət kimi olar.

Bəzən bu, mühəddisin hifzini və təlkini (özünə deyiləni) qəbul edib-etmədiyini imtahan etmək üçün də edilmiş ola bilər ki, hədis əhli, bunu etmişlərdir. Bağdad mühəddisləri, Buxari'ni imtahan etmək üçün, 100 hədisdə qəlb etmiş (dəyişdirmişlər)'dir. O da, qəlb edilənləri (yəni, məqlubları), öz yerlərinə qoymuş, bunun üzərinə, onlar, Buxari'nin fəzilətini etirafa məcbur olmuşlardır.];

~ mualləl [Özündə, hədisə qüsur verən, gizli və dərin bir səbəbdən ibarət olan bir illətə muttali (xəbərdar) olunan və bununla birlikdə, zahirən illətdən səlim olan rəvayətdir.

Bu illət, ravinin, bu rəvayətdə təfərrüd etməsilə (tək qalması ilə) və digər ravilərin (bu rəvayət xüsusunda) ona müxalif olması ilə başa düşülür.

Bununla birlikdə, bu illətin başa düşülməsinə köməkçi olan bəzi qərinələr vardır ki, bunlar, bu elmin arifi olan kimsələrin bildiyi;

~ mövsul rəvayətdəki irsal (mürsəl olma halı); və ya

~ mərfu rəvayətdəki vəqf (məvquf olma halı); və ya

~ bir hədisin, başqa bir hədisə daxil olma halı; və ya

~ vəhmli olan ravinin, vəhm edərək, qalib zənnilə, hədisin səhih olmadığına hökm etməsi; və ya

~ tərəddüd edərək, o xüsusda təvəqquf etməsi

kimi şeylərdir.

Hədisin bu növü, hədis elmi növlərinin ən yüksəyi və ən incəsi olub, buna, ancaq hifz əhli, təxəssüs (mütəxəssislik) və dərin anlayış sahibi olan kimsə qadir ola bilər.

İllət, bəzən isnadda vaqe olur və əksər olan da, budur, bəzən də mətndə vaqe olur. İsnadda vaqe olan illət, isnadın və mətnin hər ikisinə birdən qüsur verə bildiyi kimi; bəzən də, xüsusilə isnada qüsur verir və bununla birlikdə, mətn, səhih və mərfu ola bilir.];

~ muztarib [bir-birinə bərabər müxtəlif surətlərdə rəvayət edilmiş olan hədisdir. Bunun, 1 ravidən 2 və ya daha çox rəvayət edilmiş olması ilə, ikinci bir ravidən və ya tərcih edilmə səbəbi olmayan 2-dən çox ravidən rəvayət edilmiş olması arasında, heç bir fərq yoxdur. Əgər 2 rəvayətdən və ya rəvayətlərdən 1-i, ravisinin hifzi və ya digər tərcih növlərindən birilə mürəccəh (tərcih edilmiş) olarsa, bu halda, hökm, racih (sihhət yönü daha qüvvətli) olan rəvayətindir və hədis, muzdarib olmamış; və mərcuh (racih olmamış) olan rəvayət də, şazz və ya münkər olmuş olur. İzdirab (rəvayətin muzdarib olması), bəzən sənəddə, bəzən mətndə və bəzən hər ikisində də vaqe ola bilər.];

~ munqati [İsnadının ortasından tək 1 ravinin hazf edilmiş olduğu rəvayət];

~ mu'dal [Sənədindən, bir-biri ardınca 2 və ya daha çox ravinin düşmüş olduğu rəvayət];

~ münkər [Zəif olan ravinin, məqbul olan raviyə, eyni şeyi istilzam edən bir müxalifətlə, müxalif olaraq etmiş olduğu rəvayət]

kimi adları da vardır.

Fayda:

İləri dərəcədə zəif olan hədislər haqqında ibnu'l-Cevzi, "əl-İləlu'l-Mutənahiyə fi'l-Əhədisi'l-Vahiyə" adlı bir əsər qələmə almış və orda, bir çoxunda tənqid edildiyi ifadələr istifadə etmişdir.

(Cəlaləddin əs-Suyuti, "Tədribu'r-Ravi fi şərh-i Təqribi'n-Nəvəvi")

Not: Qara rənglə qeyd edilənlər, İmam Nəvəviyə, digərləri isə, imam Suyutiyə, mötərizə içində yazılanlar isə, tərcüməçiyə məxsusdur.

------------------------------------------------

Birinci fəsil: Hədis ricalının zəif və siqa; hədislərin də, səhih və həsən olduğuna dair hökm etməyin, ictihadi bir iş; və hər bir hökmün də, özünə aid bir izahı olduğunun bəyanı haqqındadır.

Belə ki: Bir ravinin, bir müctəhid nəzdində zəif, bir digərinin nəzdində də siqa olması, caizdir. Eyni şəkildə, hədis də, bəzisi nəzdində zəif, bir digərinin nəzdində də səhih və ya həsən ola bilər.

~ İmam Suyuti, "Tədribu'r-Ravi"də, belə deyir:

"İllət, gizli, fərq edilməsi müşkil, hədisə qüsur verən bir səbəbdən ibarətdir; bununla bərabər, zahir olan, hədisin ondan səlim olmasıdır."

~ İbn Salah, belə deyir:

"Mualləl (illətli) hədis, özündə, hədisin sihhətinə qüsur verən bir illət var olan; bununla bərabər, zahirən bundan səlim olan hədisdir. Bu illət, sihhət şərtlərini zahirən cami olan (cəm edən) isnada ariz olur və ravinin təfərrüdü (rəvayətdə tək qalması) və başqa ravinin, (o rəvayətdə) özünə müxalif olması və buna münzəm (əlavə edilmiş) olan digər qərinələr ilə başa düşülür. Bu qərinələr, alimi, illətin varlığına zənn-i qalib hasil edərək, hədisin səhih olmadığına hökm edəcək və yaxud da tərəddüdə qalaraq təvaqquf edəcək dərəcədə iqaz (tənbeh) edər. Bəzən də, hədisin illətini araşdıran kimsənin (yəni, muallil'in) ibarəsi, dinar və dirhəmin keyfiyyətini başa düşmək üçün məhəng daşına vuran sərrafda olduğu kimi, iddiasına hüccət iqaməsində də kifayət etmir."

~ ibn Mehdi, belə demişdir:

"Hədis elmində məlumat sahibi olmaq, ilham işidir. Əgər hədisin illətlərilə məşğul olan hər hansı bir alimə: 'Bunu, necə dedin?' deyəcək olsan, özünə aid bir hüccəti olmaz; buna çata bilməyən, neçə-neçə kimsələr vardır."

Bunlar, xülasə olaraq nəql edilmişdir.

Mən (Təhanəvi), deyirəm ki: Bu, açıqdır ki, bir müctəhidin zənni, digər bir müctəhidin zənni əleyhinə hüccət ola bilməz.

~ Hafiz ibn Həcər, "əl-Fəth"də, ibn Main'in, ibn Uyeynə'ni, namaz qılanın qarşısından keçən şəxs haqqındakı hədisin sənədi xüsusunda xətaya nisbət etməsi məsələsini zikr etdikdən sonra, belə deyir:

"İbnu'l-Qattan, bunu tənqid etmiş və: 'Burda, ibn Uyeynə'nin xəta etdiyi təəyyün etmiş deyildir (yəni, müəyyənləşməmişdir).

Mən deyirəm ki: İmamların, hədisləri tə'lil etmələri (illətlərini təsbit etmələri), zənn-i qalib üzərinə qurulmuşdur. Bundan dolayı: 'Filan kimsə, burda xəta etmişdir.' dedikləri vaxt, onun xətası, həqiqətdə təəyyün etmiş deyildir. Bəlkə də, o xətanın mövcud olma ehtimalı racih görülmüşdür ki, ona da etimad olunmuşdur."

Mən (Təhanəvi) isə deyirəm ki: Ehtimalın, bir şəxs nəzdində, bir cəhətdən racih (tərcihə uyğun) olmasından, digəri nəzdində də, eyni cəhətdən racih olması lazım gəlməz.

Suyuti, "Kənzu'l-Ummal"da, belə deyir:

Tirmizi və ibn Cərir, belə demişlərdir:

Bizə, İsmayıl b. Musa əs-Süddi ---> Ona da, Muhamməd b. Amr ər-Rumi xəbər verdi ---> O da, Şərik'dən ---> O da, Sələmə b. Kuheyl'dən ---> O da, Suveyd b. Ğaflə'dən ---> O da Sənabəhi'dən ---> O da Əli (radiyallahu anh)'dan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu rəvayət etmişdir:

"Mən, hikmət eviyəm. Əli də, onun qapısıdır."

Tirmizi, belə deyir:

"Bu, ğarib (haşiyə) bir hədisdir."

---------------------------

(Haşiyə:

Ğarib hədis: Bir tək şəxsin (bu şəxs, siqalardan və ya digərlərindən ola bilər, rəvayətində təfərrüd etdiyi (tək qaldığı) hədisdir. Bu təfərrüd, sənədin hər hansı bir yerində vaqe ola bilər. (Belə ki):

~ Əgər sənədin ucunda, yəni, səhabədən rəvayət edən tabiunda vaqe olarsa, buna, mütləq fərd deyilir. Ancaq

~ Əgər sənədin ortasında vaqe olarsa, məsələn, birdən çox şəxs, bir səhabədən bir rəvayət nəql edər, sonra da, başqa bir şəxs, bu rəvayəti, o şəxslərdən hər hansı birindən rəvayət etmə xüsusunda təfərrüd edərsə, buna da, nisbi fərd deyilir.

Mühəddislər, əksəriyyətlə, mütləq fərdə, fərd; nisbi fərdə də, "ğarib" təbirini istifadə edirlər.

Ğarib hədis:

~ ya səhihdir ki, təfərrüd edən ravinin siqa olması halında, hədis kitablarında təxric edilmiş olan fərd hədislər, belədir;

~ və ya səhih deyildir, ki, əksəriyyəti də, budur.

Yenə, ğarib hədis:

~ ya isnad (mətnə çatdıran yol; yəni, ravilərin ard-arda sıralanmış adlarının yekunu) və mətn (mənanı özündə ehtiva edən hədis ləfzləri) cəhətindən ğaribdir ki, mətnində, bir tək şəxsin təfərrüd etdiyi hədisdir;

~ və ya mətn cəhətindən olmayıb, yalnız isnad cəhətindən ğaribdir.

Bu da, mətnin, səhabədən bir camaatdan rəvayət edildiyi məruf olub, bunu, başqa bir səhabədən rəvayət etmə xüsusunda, bir tək şəxsin təfərrüd etmiş olduğu hədisdir.

Tirmizi'nin: "Bu rəvayət, bu cəhətdən ğaribdir." sözü, ğarib hədisin bu növünü ifadə edir.

İsnad cəhətindən olmayıb, yalnız mətn cəhətindən ğarib olan hədis, ancaq, fərd bir hədisin iştihar edərək, çox sayda camaatın, onu rəvayət etmə xüsusunda təfərrüd etmiş olması halında, mövcud ola bilər. Beləcə, o, ğarib, məşhur hədis olmuş sayılır.

"Əməllər, ancaq niyyətlərə görə (mötəbər)'dir." hədisi rəvayətin əvvəlki tərəfində ğarib olmaqla; son tərəfində isə, məşhur olmaqla müttəsif (vəsflənmiş)'dir.

---------------------------

Yenə O, başqa bir nüsxədə də, belə deyir:

"(Bu), münkər bir hədisdir. Bəziləri, bu hədisi, Şərik'dən rəvayət etmiş və orda, 'Sənabəhi'dən' ləfzini zikr etməmişlərdir. Bu hədis, Şərik'in xaricində siqa olan heç bir kimsədən məruf deyildir. Bu babda, ibn Abbas'dan da rəvayət vardır."

İbn Cərir, belə deyir:

"Bu, bizim nəzdimizdə, sənədi səhih olan bir xəbərdir. Başqalarının məzhəbinə görə, bu xəbərin sənədinin, 2 illətdən dolayı illətli və qeyr-i səhih olması lazım gələ bilər. Bunlardan:

~ Biri: Bu xəbərin, Əli (radiyallahu anh)'dan, Onun da, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət olunan, bu təriqin xaricindəki məxrəcinin məruf olmadığı bir xəbər olması;

~ Digəri də: Onların nəzdində, Sələmə b. Kuheyl'in rəvayəti nəql etməsilə, hüccətin sabit olmadığı kimsələrdən olmasıdır. Halbuki, Əli (radiyallahu anh)'a, bu xəbəri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etmə xüsusunda, başqaları da müvafiqdirlər."

Mən (Təhanəvi) deyirəm ki: ibn Cərir'in bu sözü, hədis üləmasının, hədisin sihhət şərtləri və ricalın təvsiqi (siqa olduğunu hökm etmə) xüsusundaki ixtilaflarına dəlildir.

Tirmizi, "əl-Cami"də, belə deyir:

"Əbu Hureyrə (radiyallahu anh)'ın: 'Şərq və qərb arası, qiblədir.' hədisi, özündən, birdən çox cəhətdən nəql edilmişdir. Elm əhlinin bir qismi, əbu Mə'şər haqqında, onun hifzi (yaddaşı) haqqında (yəni, əleyhində) kəlam etmişlərdir. Əbu Mə'şər'in adı, Nəcih'dir. Bəni Haşim'in mövlası (azad etdiyi nökər)'dir. Muhamməd (yəni, Buxari): 'Mən, ondan heç bir şey rəvayət etmərəm. İnsanlar isə, ondan rəvayət etmişlərdir.' demişdir."

Mən (Təhanəvi) isə, deyirəm ki: Bu da, ricalın, tə'zif və təvsiqi (yəni, zəif olduğuna hökm etmə və siqa olduğuna hökm etmə)'nin, ictihadi bir iş olduğuna dəlildir.

Tirmizi, "əl-İləl"də, belə deyir:

"Elm əhlindən olan imamlar, digər elm sahələrində ixtilaf etdikləri kimi; ricalın tə'zifi xüsusunda da ixtilaf etmişlərdir. Şu'bə'dən,

~ əbu Zubeyr əl-Məkki'ni;

~ Abdu'l-Məlik ibn əbu Süleyman'ı; və

~ Hakim b. Cubeyr'i

tə'zif etmiş (zəif olduğuna hökm etmiş) və onlardan rəvayəti tərk etmiş olduğu zikr edilmişdir.

Daha sonra, Şu'bə, hifz və ədalət xüsusunda, onların dun'unda olan (yəni, aşağısında yer alan)

~ Cabir əl-Cufi'dən;

~ İbrahim b. Muslim əl-Həcəri'dən;

~ Muhamməd b. Ubeydullah əl-Arzəmi'dən

və hədis xüsusunda zəif olduğuna hökm edilmiş olan bir çox kimsədən hədis rəvayət etmişdir. Ona:

"Abdu'l-Məlik b. Süleyman'ı tərk edib Muhamməd b. Ubeydullah əl-Arzəmi'dən rəvayətmi nəql edirsən?" deyildiyində, o:

"Bəli, imamlardan bir çoxu, onları təvsiq etmiş və əbu Zubeyr'dən, Abdu'l-Məlik b. Süleyman'dan və Hakim b. Cubeyr'dən rəvayət nəql etmişlərdir." demiş, sonra da,

~ Ata və Əyyub əs-Saxtiyani'dən, əbu Zubeyri təvsiq etmiş olduqlarını; bununla bərabər,

~ Süfyan əs-Sevri'dən də, Abdu'l-Məlik b. əbu Süleymanı təvsiq etdiyini;

~ Əli b. Mədini'dən isə: "Yəhya: 'Süfyan əs-Sevri və Zaidə, Hakim b. Cubeyr'dən rəvayət etmişlərdir.' demişdir və Yəhya, onun hədislərində bir beis görməzdi.' demiş olduğunu zikr etmişdir."

Bunlar, xülasə olaraq nəql edilmişdir.

Zəhəbi, "Təzkirətu'l-Huffaz"ın dibacəsində, belə deyir:

"Bu kitab,

~ ilmu Nəbəvi'ni (Peyğəmbərə aid elmi, hədis elmini) nəql edən kimsələri tə'dil edən (yəni, ədalətlərini incələyən); və

~ Onların təvsiq, tə'zif (siqa və zəif olduqlarına hökm) edilmələri;

~ Hədislərin də, təshih və təzyif (səhih və qeyr-i səhih olduqlarına hökm) edilmələri

xüsusunda, ictihadlarına müraciət olunan kimsələrin adlarını zikr edən bir təzkirədir."

Bu ibarə:

~ ricalın təvsiq və tə'zifinin (siqa və zəif olduğuna hökm edilməsinin);

~ hədislərin də, təshih və təzyifinin (səhih və qeyr-i səhih olduğuna hökm edilməsinin),

ixtilafa ehtimalı olan ictihadi bir iş olduğunu, sərih (açıq bir şəkildə) bəyan edir.

Bundan dolayı, bir kimsənin, bir ravini cərh etməsindən, o ravinin hər kəsin nəzdində məcruh (cərh edilmiş) olması lazım gəlməz.

Nəvəvi, Muslim şərhi olan "Minhac"ın müqəddiməsində, belə deyir:

"Bəziləri, imam Muslim'i, Səhih'ində, zəiflərdən (duafa'dan) olan bir qisim camaatdan rəvayət etməklə eyibləmişlərdir. Halbuki, bunda, Onun üçün, hər hansı bir eyb yoxdur. Buna, bir neçə cəhətdən cavab verilə bilər. İbn Salah, bunları, belə zikr etmişdir ki, bunlardan:

~ Biri: Bu ravilərin, başqasının nəzdində zəif, öz (Muslim) qatında da siqa olmasıdır.

'Cərh (ravinin, ədalət, zabt və hifzində qüsur olduğuna hökm etmə), tə'dil (ravinin, ədalət, zabt və hifz cəhətindən siqa olduğuna hökm etmə) üzərinə müqəddəmdir (daha əvvəl gəlir).'

deyilə bilməz. Çünki bu, cərhin, sabit və müfəssər (izah edilmiş) olması halında belədir. Əks halda isə, cərh, məqbul olmaz."

Hafiz, "Fəthu'l-Bari"nin müqəddiməsinin, ricalından tən'ə (tənqidə) məruz qalanların adlarını zikr etmək üzərə açdığı 9-cu fəslində, deyir:

"Mövzuya girmədən əvvəl, insaf əhlinin, bunu bilməsi lazımdır ki, Səhih sahibinin, hansı ravidən olursa olsun hədis təxric etməsi, o ravinin, öz nəzdindəki ədalətini, zəbtini, zəbtinin sihhətini və qəflətinin olmadığını iqtiza edir (gərəkdirir). Bu, üsula aid hədislərin təxric edilməsi xüsusunda, belədir.

Lakin, mutabaat (haşiyə), şəvahid (haşiyə - 2) və tə'liq'ə aid hədislərin təxricində isə, ravilərə aid sidq sifətinin hasil olması ilə bərabər, onların zəbt və digər xüsuslardakı dərəcələri, bir-birindən fərqli olur. Bax bu halda, Səhih sahibindən başqasının, onlardan biri haqqındakı tən'inə rast gəlsək, bu tə'n, bəriki imamın tə'dil'inə uyğun gəlir. Dolayısı ilə, bu tə'n'in, ancaq səbəbi açıqlanmış, müfəssər olanı qəbul edilir. Yəni, o ravinin ədalətinə, mütləq olaraq zabtına və ya müəyyən bir xəbərdəki zəbtinə qüsur gətirən səbəbin, izah edilmiş olması lazımdır. Çünki, imamları, ravini cərh etməyə sövq edən səbəblər, bir-birindən fərqlidir və o səbəblərdən bir qismi, raviyə qüsur verərkən, bir qismi isə qüsur gətirməz."

Xülasə olaraq nəql edilmişdir.

------------------------

(Haşiyə - 1:

Mutabaat: Təfərrüd etdiyi (rəvayətində tək qaldığı) zənn edilən raviyə, rəvayət etdiyi şeyin ləfzində, başqa bir ravinin (başqasının, başqasına mutabaatında), səhabənin eyni olması şərtilə, mutabaat, yəni müvafiq olması, deməkdir. Bu başqa raviyə, "mutabi" və ya "tabi" adı verilir.

~ Əgər bu mutabaat, təfərrüd etdiyi zənn olunan bir ravinin özü üçün hasil olarsa, buna - "tam mutabaat";

~ Əgər onun şeyxi və ya mütləq olaraq onun fövqündə olan kimsə üçün hasil olarsa, buna da - qasir mutabaat deyilir.

Bəziləri, mutabaatı, ləfz ilə hasil olan müvafiqlik ilə məhdudlaşdırmış və bu müvafiqliyin, məzkur (zikr edilən) səhabənin rəvayətindən hasil olub-olmaması arasında heç bir fərq yoxdur, demişlər; şahidi isə, yenə, eyni şərtlə, məna ilə hasil olan müvafiqlik ilə məhdudlaşdırmışlardır.)

---------------------------

(Haşiyə - 2:

Şahid: Digərinə, yalnız məna xüsusunda bərabər və ya bənzər olan hədisdir və bunu rəvayət edən səhabə də, 1-dən çoxdur. Belə bir rəvayəti zikr etməyə isə, istişhad [şahid gətirmə] adı verilir.)

----------------------------

Mən (Təhanəvi) deyirəm ki: Hədis imamlarının, cərh və tə'dil'in ictihadi olduğu xüsusundakı sərih (açıq) bəyanları, sayıla bilməyəcək qədər çoxdur və zikr etdiklərimizin kifayət edəcəyi ümid edilir.

Bundan dolayı, bir hədisin, bir imam nəzdində səhih olmasından, başqa bir imam nəzdində də səhih olması lazım gəlməz. Yenə, biri qatında zəif olmasından, digəri qatında da zəif olması lazım gəlməz. Yaxşı bil və qafillərdən olma!

-------------------------------------------

İkinci fəsil: Bu fəsil, təshih (səhih olmağına hökm etmək) və təhsinə (həsən olmağına hökm etmək) ilə bağlı olan mühim qayda və üsulların bəyanı haqqındadır.

1. "Tədribu'r-Ravi"də belə deyilmişdir:

"Bu, səhih bir hədisdir." deyildiyində, bunun mənası, "zikr edilmiş olan vəsflərlə bərabər, bu hədisin sənədi, muttəsil (bitişik)'dir və biz, bu isnadın zahiri ilə əməl edərək, onu qəbul edirik" deməkdir. Yoxsa, nəfsu'l-əmirdə (işin əslində, həqiqətdə), səhih olduğu qətidir demək deyildir. Çünki, siqa bir ravi üçün xəta və nisyan (unutmaq), caizdir. "Xəbər-i vahid, qətiyyəti gərəkdirir." deyənlər, bu qövlün xilafındadırlar.

"Bu hədis, səhih deyildir (yəni, zəifdir)." deyildiyi vaxt, bunun mənası, "məzkur (zikr edilən) şərtə görə, isnadı səhih deyildir" deməkdir. Yoxsa, nəfsu'l-əmirdə, yalandır demək deyildir. Çünki yalan danışan bir kimsənin doğru danışmış olması və xətası çox olanın isabətli olmuş olması, caizdir.

Mən isə, deyirəm ki:

Zəif hədisi dəlil gətirmək, səhih olduğuna dair bir qərinənin ortaya qoyulması halında, caizdir. Eynilə, səhih hədislə əməl etməyi tərk etməyin, onun xilafına dair bir qərinənin mövcud olması halında, caiz olmasında olduğu kimi. İləridə, bu mövzu (daha təfsilatlı olaraq) gələcəkdir.

2. Mühəqqiq ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də, deyir:

"Muslim, kitabında, cərh qailəsindən (problemindən) səlim olmayan (yəni, cərh edilən) bir çox kimsədən təxric etmiş; eyni şəkildə, Buxari'də də, əleyhlərində kəlam edilmiş olan kimsələrdən rəvayətlər görülmüşdür. Dolayısı ilə, ravilər xüsusundakı qərar, alimlərin, onların haqqındakı ictihadları üzərinə bina edilmişdir.

Şərtlər xüsusundakı hökmlər də, belədir. Birinin mötəbər qıldığı şərti, digəri ilqa edə (yəni, hökmsüz qıla) bilər. Yəni, digərinin rəvayət etdiyi hədis, özündə, bərikinin qatında kifayət edən şərti, o şərti ehtiva edən şeyə müxalif olması səbəbilə ehtiva etməyə bilər.

Eyni şəkildə, birinin tə'zif etdiyi (zəif olduğuna hökm etdiyi) bir ravini, digəri təvsiq etmiş (siqa olduğuna hökm etmiş) ola bilər.

Bəli, müctəhid olmayan və ravi haqqında öz başına ixtisas sahibi olmayan kimsə, əksəriyyətin üzərində ictima etdiyi şey xüsusunda, tətmin olur. Lakin, şərtin mötəbər olub-olmaması xüsusunda, müctəhid olanlar və ravi haqqında ixtisas sahibi olanlar, başqasına deyil, ancaq öz rəyinə müraciət edirlər."

İbnu'l-Hümam, nəticədə belə deyir:

"Sənədi səhih olan bir hədisin, zəifliyinə dəlalət edən bir qərinənin mövcud olması səbəbilə, nəfsu'l-əmirdə zəif olduğuna hökm edilməsi; və həsən bir hədisin, yenə bir qərinə səbəbilə səhih dərəcəsinə yüksəlməsi, nəyə görə caiz olmasın?! Səhabənin böyüklərinin və yenə sələfin böyüklərinin əməlləri (yəni, tətbiqatları) və əlaqəli hədislərin muqtəzasını (gərəyini) tərk etmələri, bizim söylədiyimiz şeyə müvafiqdir."

3. İbnu'l-Hümam, "ət-Tahrir"ində və başqalarında olduğu kimi, bir müctəhid, hər hansı bir hədislə istidlal etdiyi (yəni, onu dəlil olaraq istifadə etdiyi) vaxt, onu, təshih etmiş (yəni, onun səhihliyinə hökm etmiş) sayılır.

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

əbu'l-Həsən əl-Hassar (əbu'l-Həsən b. Muhamməd əl-Xəzrəci əl-İşbili əl-Fasi əs-Səbti) "Təqribu'l-Mədərik alə Muvatta imam Malik"də, belə deyir:

"Fəqih olan kimsə, bir hədisin sənədində kəzzabın (yalandan hədis uyduranın) olmaması halında, Allahın kitabından bir ayətə və ya şəriətin üsullarından bəzisinə müvafiq olması surətilə, onun səhih olduğunu bilə bilər və bu da, özünü, onu qəbul etməyə və onunla əməl etməyə sövq edər."

Mən deyirəm ki:

Dolayısı ilə, belə bir hədis, lizatihi (özündən dolayı) deyil, liğayrihi (xarici bir səbəblə) səhih olmuş olur ki, Suyuti'nin "Tədrib"dəki sözü də, bunu ifadə edir.

Hafiz, "ət-Təlxisu'l-Habir"də, Beyhaqi'nin, haqqında (yəni, əleyhində) danışdığı hədis xüsusunda, belə deyir:

"Əhməd və ibn Munzir, bu hədislə ihticac etmişdirlər (yəni, onu hüccət olaraq istifadə etmişlərdir) və o ikisinin, bu hədis xüsusunda cəzm etmiş olmaları (yəni, əleyhində hər hansı bir söz danışmamaları), onların nəzdində, bu hədisin səhih olduğuna dəlalət edir."

Mən deyirəm ki:

Eyni şəkildə, hər müctəhidin, hər hansı bir hədis haqqında cəzm etmiş olması, onun nəzdində, o hədisin səhih olduğuna dəlalət edir. Bil!

İbnu'l-Cevzi, "ət-Təhqiq"də, deyir:

"Bir mühəddisin, bir hədisi rəvayət etmək surətilə gətirməsi və bir hafizin də, onunla ihticac etməsi halında, nəfslərdə, onun səhih olduğundan başqa bir intiba oyanmaz."

"Nasbu'r-Rayə"də də belədir. Məsələn, Hafiz, "Fəthu'l-Bari"də: "İbn Hazm, bu əsəri, dəlil gətirmək surətilə təxric etmişdir." demişdir.

Mən deyirəm:

İmam Muhamməd b. Həsən'in və ya mühəddis hafiz Tahavi'nin, dəlil gətirmək surətilə zikr etdikləri hədis, bu üsula görə, səhih bir hüccətdir. Çünki, (iləridə izah edəcəyimiz kimi), bu 2 şəxs, mühəddis və müctəhiddir.

Mühəqqiq ibnu'l-Hümam:

"Zəif bir hədis, Qurandan, onun səhih olduğuna dəlalət edən bir dəlil ilə təyid edildiyi (dəstəkləndiyi, qüvvətləndiyi) vaxt, səhih olur." demişdir.

Yenə, o, belə deyir:

"Belə də deyilə bilər: 'Hədisin zəif və səhih olduğuna hökm etmək, ancaq, zahirə görədir. Nəfsu'l-əmirdə isə, zahirən zəif olduğuna hökm edilən bir hədisin səhih olması, caizdir."

Yəni, buna dair bir qərinənin ortaya çıxmış olması halında, belədir. Necə ki, məzkur kəlamına bitişik olaraq, bunu, itin bir qabı yalaması məsələsində, əbu Hureyrə (radiyallahu anh)'ın məzhəbinin, 3 dəfə yuyulmasının kifayət edəcəyinin sabit olması ilə misallandırmışdır ki, bu da, özündən, bu babda mərfu olaraq rəvayət edilənin, səhih olduğunu; və bunu rəvayət edən zəif olduğuna hökm edilmiş olan ravinin də, ceyyid bir rəvayət nəql etdiyini ifadə etməkdədir.

Yenə o, eyni kitabda (yəni, "Fəthu'l-Qadir"də), belə deyir:

"Xülasə, mərfu olmayan və ya digər bir mərfuya nəzərən sübut yönündən mərcuh olmayan (tərcih edilmiş olmayan) mərfu bir rəvayət, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən səhih olduğunu və əməl edilərək gəldiyini ifadə edən qərinələr olması halında, bənzərləri üzərinə təqdim edilir."

4. Hər hansı bir hədis, insanların onu qəbul ilə tələqqi etdikləri halda, səhih bir isnadı olmasa da, səhih olmağına hökm edilir.

İbn Abdi'l-Bərr, "əl-İstizkar"da, Buxari'nin, dənizlə bağlı: "Onun suyu, tahurdur (tahir və təmizləyən)'dir." hədisinin səhih olduğuna hökm etməsi xüsusunda, Tirmizi'dən nəql edərək, belə deyir:

"Hədis əhli, bunun kimi bir isnadı, təshih (səhih olduğuna hökm) etməzlər. Lakin bu hədis, mənim nəzdimdə, səhihdir. Çünki, alimlər, bunu, qəbul ilə tələqqi etmişlərdir."

Mən deyirəm ki:

Qövl, bəzən qəbul ilə, bəzən də əməlin onun üzərində cari olması ilə hasil olur. Bu səbəblə, mühəqqiq (ibnu'l-Hümam), "əl-Fəth"də:

"Tirmizi'nin: 'Elm əhli nəzdində əməl, bu hədis üzərinə caridir.' qövlü, hədisin o təriqi zəif olsa da, əslinin qüvvətli olmasını iqtiza edir." demişdir.

Suyuti, "ət-Taaqqubat"da, deyir:

"Bu hədisi, Tirmizi təxric etmiş və: 'Sənəddəki Hüseyni, imam Əhməd və başqaları tə'zif etmişlərdir (yəni, onun, zəif olduğuna hökm etmişlərdir), elm əhli qatında isə, əməl, bu hədis üzərinə caridir." demişdir.

Dolayısı ilə, bu sözlə, hədisin, elm əhlinin qövlü ilə qüvvət qazandığına işarət etmişdir. Bir çox kimsə, bir hədisin, etimad edilən bir isnada sahibi olmasa da, səhih olduğunun dəlillərindən birinin də, elm əhlinin ona qail olması olduğunu, sərih olaraq bəyan etmişdir.

Yenə, eyni kitabda, belə deyilmişdir:

"Tirmizi: 'İbn Mübarək və başqaları, təsbih namazının mövcud olduğu rəyində idilər və onun haqqındakı fəzilətləri zikr etdilər." demiş;

Beyhaqi isə: "Abdullah ibn Mübarək, o namazı qılardı və salehlər, o rəvayəti, bir-birindən götürmüşdülər. Bunda isə, mərfu hədisin qüvvətləndirilməsi vardır." demişdir.

Əksinə, ümmətin, bir hədisi, qəbul ilə tələqqi etmələri (qəbul ilə qarşılamaları) halında, o hədis, bizim nəzdimizdə, mütəvatir (haşiyə) mənasındadır.

--------------------------------

(Haşiyə:

Mütəvatir hədis: Adətin, yalan üzərinə ittifaq etdiklərini muhal/imkansız saydığı miqdardakı şəxsin, yalnız ağla deyil, hissə istinad edərək rəvayət etdiyi və ya başından sonuna qədər bu vəsfdə olan camaatdan rəvayət etdiyi hədisdir və ən sonunda olan şəxsin rəvayəti də, yenə, hissə istinad etməkdədir.

Mütəvatirin birinci növünün təbəqələri yoxdur. İkinci növünün isə, 2 və daha çox təbəqəsi vardır.

Mütəvatir hədis, hər 2 qismilə birlikdə, nəzəri deyil, zəruri (dəlilə möhtac olmayan) elm ifadə edir; bəzilərinin söylədiyinin xilafına, müəyyən bir ədədlə məhdudlaşmamışdır; yəni, çox sayda mövcud olmadığı kimi; mə'dum (yox) da deyildir; az miqdarda mövcud da deyildir.

Şərtləri tamamlandığında, zəruri elm ifadə edən bir halda olmaması, yalnız mütəvatir olması səbəbilə deyil; başqa bir maneədən dolayıdır.

Mütəvatir hədisin xüsusiyyətlərindən biri də, digərlərinin xilafına olaraq, ravilərinin ədalətinin şərt qılınmamış olmasıdır.)

---------------------------------

əl-Cəssas, "Əhkamu'l-Quran" adlı kitabında, deyir:

"Bu 2 hədis, əhəd bir təriq ilə varid olmuş olsa da, ümmət, o hədisləri (dəlil olaraq) istifadə etmişdir. Bundan dolayı, onlar, təvatür mövqeyini qazanmışlardır. Çünki müxtəlif yerlərdə izah etdiyimiz üzərə, ümmətin qəbul ilə qarşıladığı xəbər-i vahidlər, bizim nəzdimizdə, mütəvatir mənasındadır."

5. Səhih hədislər, Buxari və Muslim'in "Səhih"lərindəki hədislərlə məhdudlaşmamışdır. Əksinə, "Tədribu'r-Ravi"də də ifadə edildiyi kimi; bu ikisinin xaricindəki kitablarda da, səhih hədislər mövcuddur. Buxari və Muslim kitabları, səhih hədislərin hamısını ehtiva etməz və onlar, bunu, iltizam da etməmişlərdir (yəni, bunu, üzərlərinə vəzifə olaraq da almamışlardır.)

Buxari: "əl-Cami' adlı kitaba, səhih olandan başqasını qoymadım və uzun olar deyə, səhih hədislərin bir qismini xaricdə saxladım." demiş;

Muslim isə: "Mən, bu kitaba, nəzdimdə səhih olan hər şeyi qoymamışam. Ancaq, mühəddislərin üzərində icma etdiklərini qoydum." demişdir.

Bununla, o, bəziləri nəzdində sihhət şərtlərinin bir qismində icma zahir olmasa da, öz nəzdində, üzərində icma edilmiş olan sihhət şərtlərinin mövcud olduğu hədisləri qəsd etmişdir. Bunu, ibn Salah demişdir.

Nəvəvi isə, Muslim'in muradının, siqaların, hədisin özündə, mətn və isnad cəhətindən ixtilaf etməmiş olduğu hədislər olduğunu; yoxsa, ravilərin təvsiqi (siqa olduğuna hökm edilməsi) xüsusunda ixtilaf edilmiş olmayan hədislər olmadığını tərcih etmişdir.

İbn Salah, belə deyir:

"Muslim'dən, əbu Hureyrə (radiyallahu anh)'ın rəvayət etdiyi: 'Qiraət edildiyi vaxt, səssiz olun.' hədisi haqqında: 'Bu, səhihdirmi?' deyə soruşulmuş, Muslim də: 'Mənim nəzdimdə, o, səhihdir.' deyincə, ona: 'O halda, onu bura nə üçün qoymadın?' deyildiyində, eyni şəkildə cavab vermişdir."

Mən isə deyirəm ki: Buxari və Muslim'in və ya ikisindən birinin təxric etdiyi bir hədisin, onlardan başqasının təxric etmiş olduğu səhih bir hədisə müxalif olması, caizdir.

Mühəqqiq, "əl-Fəth"də, belə deyir:

"Səhih bir hədisin muarızının (müxalifinin) Buxaridə olması, bu 2 hədis, səhih olma xüsusunda müştərək olduqdan sonra, Buxaridə olanın təqdim edilməsini (yəni, daha əvvəl götürülməsini) istilzam etməz (gərəkdirməz). Tərcih isə, xarici bir yerdən axtarılar.

~ Hədislərin ən səhihləri, "Sahiheyn"də (Buxari və Muslimin 'Səhih'lərində) olanlardır; sonra

~ Buxari'nin münfərid olaraq rəvayət etdiyi; sonra

~ Muslim'in mündərid olaraq rəvayət etdiyi; sonra

~ Buxari və Muslim'dən başqasının, o ikisinin şərtlərini ehtiva edən rəvayəti; sonra da

~ İkisindən birinin şərtini ehtiva edən rəvayətdir.

deyən kimsənin sözü, təhəkküm (dəlilsiz bir hökm) olub, təqlid edilməsi, caiz deyildir. Çünki əsahiyyət (ən səhih olma halı), ancaq "Səhiheyn" ravilərinin, Buxari və Muslim'in mötəbər saydığı şərtləri ehtiva etməsi səbəbilədir. Bundan dolayı, bu şərtlərin, Səhiheyn'in xaricindəki hər hansı bir hədisin ravilərində mövcud olmasının fərz edilməsi halında, Səhiheyn'də olan hədisin daha səhih olduğuna hökm etmək, təhəkkümün özü deyildirmi?!

Sonra da ki, Buxari və Muslim'in və ya ikisindən birinin, müəyyən bir ravinin bu şərtləri özündə toplamış olduğuna hökm etməsi, vaqeəyə uyğun olması cəhətindən, qəti olan xüsuslardan deyildir. Dolayısı ilə, vaqe olanın, bunun xilafı olması, caizdir."

Mən (Təhanəvi) deyirəm ki: Buxari və Muslim'in kitablarında olan hədislərin, ən səhih hədislər olduğu təslim edilsə belə, bu, muaraza (başqa kitablardakı səhih hədislərə ziddiyyət) halında, iltifat edilməyən xüsuslardandır. Bu, eynilə buna bənzər:

2 nəfər, bəyyinə iqamə edir (ortaya qoyur) və ikisinin də şahidləri (deyək ki) adildir; lakin ikisindən birinin şahidləri, təqva və vəra cəhətindən, digərinin şahidlərinə nəzərən daha üstündür. Bu halda, ikisinin də şahidləri, şəri ədalət xüsusunda müştərək olduqdan sonra, bu üstünlükdən ötürü, o şəxsin bəyyinəsi, tərcih edilmiş olmaz; tərcih, xarici bir səbəbdən axtarılar.

Qaldı ki, "Səhiheyn"də olan hədislərin, ən səhih; və ya Buxari'nin, Muslim və digərlərinə nəzərən daha səhih olduğu iddiası, təfsili cəhətdən və tək-tək hər bir hədis etibarı ilə deyil; ancaq, icmali yöndən və məcmuu (bütünü) etibarı ilə doğrudur.

Bu xüsus, "ət-Tədrib"də, sərih olaraq bəyan edilərək, belə deyilmişdir:

"Bəzən, faiqiyyəti (üstünlüyü) olmayan bir xəbərə, onu faiq qılan bir şey ariz olur; məsələn, Buxari və Muslim, ğarib bir hədisi təxric etmə xüsusunda ittifaq etmiş olur; Muslim və ya başqası da, məşhur (haşiyə) bir hədisi və ya isnadların ən səhihi olmaqla vəsfləndirilmiş bir hədisi təxric etmiş olur. Bu hal, daha əvvəl zikr edilən hökmə (hədislərin ən səhih olması hökmünə) bir qüsur verməz. Çünki bu hökm, icmal etibarı ilədir."

----------------------------

(Haşiyə:

Məşhur hədis: "2-dən çox olmaq üzərə, məhdud miqdarda təriqi olan və təvatür dərəcəsinə çatmamış olan hədis"dir; yəni, yalnız özü, elm ifadə etməz.

Bu növ hədis, fəqihlərdən bir camaatın rəyinə görə, mustəfid (yayğın) hədisdir. Mustəfid: "əvvəli, sonu və ortasındakı ravi ədədinin bərabər olduğu hədis"dir də deyilmişdir ki, bu halda, məşhur, ondan daha ümumidir.

Məşhur hədis, bəzən, özünün bir isnadı olması belə, mütləq olaraq dillərdə iştihar etmiş olan/ məşhurlaşmış, yayılmış hədisə də itlaq edilir/verilir.)

----------------------------

Zərkəşi, belə deyir:

"Burdan, bu məlum olmuş olur ki, Buxari'nin kitabının, Muslim və digərlərinin kitablarına tərcih edilməsi ilə murad olunan, ancaq, bütününün tərcihidir. Yoxsa, Buxari hədislərinin hər birinin, digər hədislərin hər birinə tərcih edilməsi xüsusu deyildir."

Yenə, "ət-Tədrib"də mövcud olduğuna görə, Hakim, belə deyir:

"Səhih hədis, 10 qismə təqsim olunur. Bunlardan:

~ 5-i, üzərində ittifaq edilmiş olan;

~ 5-i də, ixtilaf edilmiş olan qisimdir.

• Üzərində ittifaq edilmiş olanlar, Buxari və Muslim'in ixtiyar etdikləridir (seçdikləridir). Beşincisi isə, imamlardan bir camaatın, atalarından və babalarından rəvayət etmiş olduqları və onların xaricində, atalarından və babalarından nəql edilmiş olan rəvayətlərin mütəvatir olmadığı hədislərdir. Məsələn:

~ Amr b. Şuayb'ın, atasından, babasından;

~ Bəhz b. Hakim'in, atasından, babasından;

~ İyas b. Müaviyə b. Qurrə'nin, atasından, babasından

nəql etmiş olduqları rəvayətlər kimi, ki, bunların babaları, səhabə; nəvələri isə, siqa olan kimsələrdir.

Bundan dolayı, bunlar, özlərilə ihticac edilmiş və "Səhiheyn"in xaricindəki hədis imamlarının kitablarında təxric edilmiş olan rəvayətlərdir.

Mən deyirəm ki: Bu da, "Səhiheyn" xaricindəki kitablarda da, səhih hədislərin mövcud olduğuna dair, sərih bir dəlildir.

6. Suyuti, "Cəmu'l-Cəvami"nin "əl-Əqval" qisminin dibacəsində, deyir:

"~ Buxari üçün - (Xə);

~ Muslim üçün - (Mim);

~ ibn Hibban üçün - (Hə, Bə);

~ Hakim'in "əl-Müstədrək"i üçün - (Kəhf);

~ Ziya əl-Maqdisi'nin "əl-Muxtarə"si üçün - (Dad)

rumuzunu (rəmzlərini, işarələrini) istifadə etdim.

Bu 5 kitabda olan hədislərin hamısı, səhihdir. Dolayısı ilə, hər hansı bir hədisi onlara nisbət etmək, o hədisin səhih olduğunu bildirir; "əl-Müstədrək"dəki tənqid edilmiş olan hədislər isə, bunun xaricindədir ki, mən, onlara dair iqazlar (tənbehlər) etdim.

Eyni şəkildə,

~ imam Malik'in "əl-Muvatta"sında;

~ ibn Xuzeymə'nin, ibnu's-Səkən'in "Səhih"lərində;

~ ibn Carud'un "əl-Muntəqa"sında və

~ "əl-Mustaxrəcat"dakı

hədislər də, belədir və hədisin onlara nisbət edilməsi də, onun, səhih olduğunu bildirir.

İmam Əhməd'ın "Müsnəd"indəki hədislərin hamısı, məqbuldur. Dolayısı ilə, ordakı zəif hədislər də, həsənə yaxındır."

(Bunlar), "Kənzu'l-Ummal"dan xülasətən nəql edilmişdir.

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"Səhih məsələlərindən üçüncüsü, Səhiheyn üzərinə təxric edilmiş olan kitablardır ki, bunlar:

~ İsmaili'nin, əl-Bərqani'nin, əbu Abdullah əl-Ğitrifi'nin, əbu Abdullah ibn əbu Zuhəl'in və əbu Bəkr ibn Mərduyə'nin - Buxari üzərinə "Mustaxrəc"ləri;

~ əbu Avanə əl-İsfərayini'nin, əbu Cəfər ibn Hamdən'in, əbu Bəkr Muhamməd ibn Rəca ən-Nəysaburi'nin, əbu Bəkr əl-Cəvzaqi'nin, əbu Həmid əş-Şərqi'nin, əbu Vəlid Hassan ibn Muhamməd əl-Qureyşi'nin, əbu İmran Musa b. Abbas əl-Cuveyni'nin, əbu Nasr ət-Tusi'nin, əbu Səid ibn əbu Osman əl-Hiri'nin - Muslim üzərinə "Mustaxrəc"ləri;

~ əbu Nuaym əl-İsfəhani'nin, əbu Abdullah ibn Axram'ın, əbu Zərr əl-Hərəvi'nin, əbu Muhamməd əl-Xallal'ın, əbu Əli əl-Məsəcisi'nin, əbu Məsud Süleyman b. İbrahim əl-İsfəhani'nin, əbu Bəkr əl-Yezdi'nin - Buxari və Muslim'dən hər biri üzərinə;

əbu Bəkr ibn Abdan əş-Şirazi'nin, tək bir cilddə - hər biri üzərinə "Mustaxrəc"ləri vardır.

"Mustaxrəc"lərin 2 faydası vardır. Bunlardan:

~ Biri: Ali isnad;

~ Digəri də: Səhihə olan əlavədir. Çünki bu əlavələr də, səhihdir. Çünki, 2 isnad ilə gəlmişlərdir."

Yenə, "ət-Tədrib"də, belə deyilmişdir:

"Hafiz əbu Abdullah əl-Hakim, əl-Müstədrək'də,

~ Səhiheyn üzərinə zaid olan; və

~ Onların ikisinin və ya ikisindən birinin şərti üzərə olan; və ya

~ İkisindən birinin şərti mövcud olmasa da səhih olan

hədislərin zəbti xüsusuna əhəmiyyət vermişdir.

Bəzən ora, öz nəzdində səhih olmayan hədisləri də, ona tənbeh etmək surətilə dərc etmişdir (yerləşdirmişdir). Özü, təshih (səhih olmasına hökm etmə) xüsusunda, mütəsahil (tənqidində yumşaq davranan; xətası çox əhəmiyyətli və çox olmadıqca, ravini cərh etməyən münəqqid) idi.

Hafiz əz-Zəhəbi, Hakim'in əl-Müstədrək'ini təlxis (xülasə) etmiş; və ordakı hədislərin bir çoxunu, zəif və münkər olmaqla tənqid etmiş; mövzu (uydurma) hədisləri də bir cüz'də toplayaraq, bunların 100 qədər olduğunu demişdir.

Hakim'in təshih etdiyi (səhih hökmünü verdiyi) və Onun xaricindəki mötəməd kimsələrdən təshih və təzif (səhih və zəif olduğuna hökm etmə) xüsusunda hər hansı bir hökmün mövcud olmadığı bir hədisin, həsən olduğuna hökm edərik. Ancaq, hədisin zəif olmasını gərəkdirən bir illətin zahir olması halı, bundan müstəsnadır."

(Bu məlumatlar) Xülasətən nəql edilmişdir.

Mən deyirəm ki: əz-Zəhəbi, bizi bundan müstağni (zəngin) qılmışdır. Bundan dolayı, Onun iqrar etdiyi hədislər, səhih; sükut edərək hər hansı bir şəkildə tənqid etmədikləri isə, ibn Salah'ın dediyi kimi, həsəndir.

"əl-Camiu's-Sağir" şərhində, əl-Əzizi'ni, əz-Zəhəbi'nin, əl-Hakim'i, hədisi təshih etməsi üzərinə təqriri ilə bir çox dəfə ihticac etdiyini gördüm. Bunu bil! Allah, ən doğru biləndir.

Səhih olduğu möhtəməl olan kitablardan biri də, Nəsai'nin "əl-Muctəba" adlı kitabıdır. Bu, fərqli diyarlarda oxunan və yayğın olan bir kitabdır. Bu kitabı, Nəsai'dən rəvayət etmiş olan Muhamməd b. Müaviyə əl-Əhmər, belə demişdir:

"Nəsai, belə dedi: 'əs-Sünənü'l-Kubra' adlı kitabın hamısı, səhih; bəziləri isə, mə'lul (illətli)'dir. Bu qədər var ki, onların illəti, bəyan olunmamışdır. Bunun, 'əl-Muctəba' olaraq adlandırılmış olan muntəhabının (seçilmiş olanının) isə, hamısı səhihdir."

Hafiz əbu'l-Fadl ibn Həcər isə, belə deyir:

"ən-Nəsai'nin kitabına, əbu Əli ən-Neysaburi, əbu Əhməd ibn Adiyy, əbu'l-Həsən əd-Daraqutni, əbu Abdullah əl-Hakim, ibn Məndə, Abdu'l-Ğani ibn Sə'd, əbu Yə'lə əl-Xəlili, əbu Əli ibn əs-Səkən, əbu Bəkr əl-Xatib və başqaları, 'Səhih' adını vermişlərdir."

əs-Sindi də, Nəsai'nin "Sünən"i üzərinə yazmış olduğu tə'liq'ində, belə demişdir:

"Nəticə etibarı ilə, ən-Nəsai'nin, məşhur olan 'kiçik kitab'ına (Sünənu'l-Kubra deyil) səhih isminin itlaqı, yayğındır. Bu hökm, həsən hədisin, səhih olaraq da adlandırılmış olmasından dolayıdır. Burda, zəif hədis çox nadir hallarda mövcud olur və o hədis, əlaqəli babda, özündən başqa hədisin mövcud olmaması halında, həsən hədisə ilhaq edilir (yəni, o hökmə daxil edilir). Bu növ zəif olan hədis, musannif (Nəsai) və əbu Davud nəzdində, şəxslərin rəyindən daha qüvvətlidir. Allah, ən doğru biləndir."

7. Hədisin, muxtələfun fih (haqqında ixtilaf edilmiş) olması halında, yəni, onu, bəzilərinin təshih və ya təhsin, bəzilərinin də, təzif etməsi halında, o hədis, həsəndir. Ravinin, muxtələfun fih olması halında, yəni, onu, bəzilərinin təvsiq, bəzilərinin də təzif etmiş olması halında da, o ravi, həsənu'l-hədis'dir (rəvayət etdiyi hədislər, dəlil olaraq istifadə edilə bilər).

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"Tənbeh: Həsən hədis də, səhih hədis kimi, dərəcə-dərəcədir. əz-Zəhəbi, belə demişdir: 'Onun ən yüksək mərtəbəsi, Bəhz b. Hakim'in, atasından, babasından; Amr b. Şuayb'ın, atasından, babasından; və ibn İshaq'ın, ət-Teymi'dən nəql etmiş olduğu rəvayətlərdir. Bunların misalları da, haqqında: 'Bu, səhihdir.' deyilmiş olanlardır və bunlar, səhih mərtəbəsinin ən altındadırlar. Bunlardan sonra, təhsin və təzif edilmələri xüsusunda ixtilaf edilmiş olanlar gəlir ki, əl-Haris ibn Abdullah, Asim b. Dəmrə, Haccac b. Ərtat və bənzərlərinin hədisləri, belədir."

Mən deyirəm ki: Muhamməd b. əbi Leyla, əl-Həsən ibn Umarə, Qadi Şərik, Şehr b. Həvşəb və digərləri kimi təvsiq və təzifləri xüsusunda ixtilaf edilmiş olan kimsələr də, belədir və bunlar, sayca çoxdurlar. Çünki, ravilərin cərhi mövzusunda tam bir təhqiq sahibi olan hafiz əz-Zəhəbi:

"Bu fənnin (hədis elminin) alimlərindən 2 nəfər, zəif bir ravinin təvsiqi; siqa bir ravinin də təzifi xüsusunda, əsla ictima etməmişlərdir."

Bu səbəblə, ən-Nəsai'nin məzhəbi, bir ravinin hədisini, alimlər onun tərki xüsusunda ictima etmədikcə, tərk etməmiş olmasıdır.

əs-Səxavi'nin "Fəthu'l-Muğis"indən nəqlən, "ər-Rəf və ət-Təkmil"də də, belədir.

əl-Munziri, "ət-Tərğib"inin müqəddiməsində, deyir:

"Bir hədisin raviləri siqa olduğu və lakin aralarında, haqqında ixtilaf edilmiş bir kimsə olduğu vaxt, mən: 'Bunun isnadı, həsəndir və ya müstəqimdir və ya bunda, bir beis yoxdur.' deyirəm."

Yenə, muxtələfun fih olan ravilərin bəyanı üçün açmış olduğu babda, "əl-Məğazi" sahibi Muhamməd b. İshaq ibn Yəsar'ın hal tərcüməsində, uzun bir kəlamdan sonra, belə deyir:

"Sözün özü, bu şəxs, haqqında ixtilaf edilmiş olan bir kimsədir və o, həsənu'l-hədisdir (rəvayət etdiyi hədislər, dəlil olaraq istifadə edilə bilər)."

əz-Zeylai, Qays b. Talq'ın, atasından rəvayət etdiyi hədis haqqında, ibnu'l-Qattan'dan nəqlən, belə deyir:

"Bu hədis, muxtələfun fih'dir. Dolayısı ilə, layiq olan, onun haqqında həsən deyilməsi və səhih olduğuna hökm edilməməsidir. Uca Allah, ən gözəl biləndir."

Yenə bu kitabda ("Nasbu'r-Rayə"də), bu ibarə vardır:

İbn Dəqiqu'l-İd, belə demişdir: "Bu hədis (yəni, "2 qulaq, başdan sayılır." hədisi), 2 vəchdən/cəhətdən mə'lul'dur (illətlidir). Bunlardan:

~ Biri: Şehr b. Həvşəb'in haqqında (yəni, əleyhində) söz edilməsi;

~ Digəri də: Rəvayətin mərfu olması xüsusundakı şübhədir.

Lakin, Şehr b. Həvşəb'i, imam Əhməd, Yəhya, əl-İcli və Yaqub ibn Şeybə, təvsiq etmişlərdir. Sinan b. Rəbia isə, Buxari'nin, özündən təxric etmiş olduğu bir şəxsdir. O, leyyin (haşiyə) olduğuna hökm edilmiş olsa da, ibn Adiyy: "Onda, bir beis olmadığına ümid edirəm." demiş; ibn Main isə: "O, qavi (qüvvətli) deyildir." demişdir. Dolayısı ilə, bu hədis, bizim nəzdimizdə, həsəndir."

------------------------------

(Haşiyə:

"Lin" kökündən meydana gələn "leyyin" kəliməsi, lüğətdə, "yumşaq, asan" mənasına gəlir.

Hədis termini olaraq, "xəfifdən şiddətliyə doğru edilən cərh ləfzləri bölgüsünə görə, birinci mərtəbədə yer alan ən xəfif və tə'dilə ən yaxın ləfzlərdən biri olub, Daraqutni'yə görə, ravinin ədalat vəsfini yox etməyəcək, dolayısı ilə, rəvayətinin rəddini gərəkdirməyəcək qədər xəfif bir cərh"i ifadə edir.

---------------------------------

"əbu Davud Haşiyəsi"ndə, "Mürüvvət (əxlaqi məziyyətlər) sahibi əxlaqlı kimsələrin, hədlər xaricindəki kiçik xətalarını bağışlayın." hədisi haqqında, belə deyilmişdir:

Bu hədis, hafiz Siracuddin əl-Qəzvini'nin, əl-Bəğavi'nin "əl-Məsəbih"inə qarşı tənqid etdiyi və onun mövzu olduğunu söylədiyi hədislərdən biridir.

İbn Adiyy, belə demişdir:

"Bu hədis, bu sənədilə, münkərdir (haşiyə). Onu, Abdu'l-Məlik'dən başqası rəvayət etməmişdir. Halbuki əl-Munziri: 'Abdu'l-Məlik, zəifdir.' demişdir."

----------------------------

(Haşiyə:

Münkər hədis: "Zəif olan ravinin, məqbul olan raviyə, eyni şeyi istilzam edən bir müxalifətlə müxalif olaraq etdiyi rəvayət"dir.)

----------------------------

Hafiz Səlahuddin əl-Alai isə, belə deyir:

"Bu Abdu'l-Məlik b. Zeyd haqqında, ən-Nəsai: 'Onda, bir beis yoxdur.' demiş; ibn Hibban isə, onu təvsiq etmişdir.

Dolayısı ilə, bu hədis, xüsusilə, ən-Nəsai'nin də, özündən təxric etməsi ilə bərabər, inşallah həsəndir. Çünki ən-Nəsai, kitabında, münkır və şiddətli zəif hədis təxric etməmiş, tərk edilmiş olan ravidən də, rəvayət etməmişdir."

Mühəqqiq ibn Hümam, "əl-Fəth"də, belə deyir:

"əd-Daraqutni, Ubeydullah b. Abdullah'dan təxric edərək rəvayət etmiş, o da, ibn Abbas (radiyallahu anh)'dan, müşarun ileyhin (özünə işarət edilənin, adı keçən şəxsin) belə dediyini rəvayət etmişdir:

'Allah rəsulu (sallallahu aleyhi və səlləm), meytənin (leşin), ancaq ətini haram qılmışdır.'

Daraqutni, bu rəvayəti, Abdu'l-Cabbar b. Muslim'in zəif olduğuna hökm etmək surətilə illətli qılmışdır. Halbuki, bu, məmnu'dur (mən edilmiş, əngəllənmişdir). Çünki ibn Hibban, bu şəxsi, siqalar arasında zikr etmişdir. Bundan dolayı, bu hədis, həsən mərtəbəsindən aşağı düşməz."

Suyuti, "ət-Taaqqubat"da, Aişə (radiyallahu anha)'nın, mərfu olan:

"Əbu Bəkr (radiyallahu anh)'ın da içində olduğu bir camaat üçün, Ondan başqasının özlərinə imamlıq etməsi, layiq deyildir." hədisi xüsusunda, ibnu'l-Cevzi'yə, bu hədisi, İsa b. Meymun'un özü ilə ihticac edilməyən bir kimsə olması və Əhməd b. Bəşir'in də, mətruk (haşiyə) bir kimsə olması ilə illətli qılmasından dolayı rəddiyyə verməsi sədədində, deyir:

"Bu hədisi, Tirmizi təxric etmişdir. Əhməd b. Bəşir ilə də, Buxari ihticac etmiş, alimlərin əksəriyyəti də, onu, təvsiq etmişdir.

Daraqutni isə: "Bu şəxs, zəifdir. Hədisinə etibar olunar." demişdir.

İsa haqqında isə, Hammad: "O, siqadır." demiş; Yəhya da, bir dəfə: "Onda beis yoxdur." demiş; bu ikisinin xaricindəkilər isə, Onun zəif olduğuna hökm etmişlərdir. Lakin, kizb (yalan) ilə ittiham etməmişlərdir. Bundan dolayı, bu hədis, həsəndir."

----------------------------

(Haşiyə:

Mətruk: Ravisinin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə yalan isnad etməklə müttəhəm (ittiham edilmiş) olan rəvayətdir. Bu da, hədisin, bilinən qaydalara müxalif olması və o ravi xaricindəki bir cəhətdən rəvayət edilməmiş olması və ya ravinin yalanının, xüsusilə insanların kəlamı xüsusunda olması və ravinin yalan söyləməklə məruf (bilinən) bir kimsə olması ilə başa düşülür.)

-----------------------------

Hafiz, "Təhzibu't-Təhzib"də, əl-Leys'in katibi Abdullah b. Salih'in hal tərcüməsində deyir:

"İbnu'l-Qattan: 'O, saduq'dur (doğru sözlüdür). Hər hansı bir hədisin saqit olacağı (düşəcəyi) bir hal, əleyhində sabit olmamışdır. Bu qədər var ki, muxtələfun fih'dir (haqqında ixtilaf edilmişdir). Bundan dolayı, hədisləri, həsəndir.' demişdir."

Mən (Təhanəvi) isə deyirəm ki: Bütün bu ibarələrdə, bizim söylədiyimiz:

"Ravinin, haqqında ixtilaf edilmiş bir kimsə (muxtələfun fih) olması halında, o ravi, həsənu'l-hədisdir (rəvayət etdiyi hədislər, dəlil olaraq istifadə edilə bilər) və rəvayət etdiyi hədislər də, həsəndir." sözünə, dəlil vardır.

Əgər sözü uzatmaq qorxusu olmasaydı, (bu məsələnin) təfsilat(ı) xüsusunda, sənə, bundan daha çoxunu gətirərdim. Rical (hədis raviləri), iləl (hədisin illətləri) və məvduat (uydurma hədislər) üzərinə yazılmış olan taaqubat (tənqid) kitablarını mütaliə edən kimsə, bu əsasda, əsla şübhə etməz.

8. Həsən hədis, qüvvət cəhətindən, səhih hədisin dun'unda (aşağısında) olsa da, özü ilə ihticac etmə cəhətindən, səhih hədis kimidir. Bu səbəblə, Hakim, ibn Hibban və ibn Xuzeymə kimi bəzi mühəddislər, onu, səhih hədis qisminə daxil etmişlər və bununla birlikdə, onun, daha əvvəl izah edilmiş olan səhih hədisin aşağısında olduğunu söyləmişlərdir. Bu ibarə, "Tədribu'r-Ravi"də zikr edilmişdir.

Hafiz, "Nuxbətu'l-Fikər fi Mustalahi'l-Əhli'l-Əsər"ində, belə deyir:

"Həsən hədisin bu qismi, hər nə qədər səhih hədisin aşağısında olsa da, özü ilə ihticac etmə xüsusunda, səhih hədisə müşarik; və bir qisminin, digərinin üzərində olduğu müxtəlif mərtəbələrə ayrılma xüsusunda da, ona müşabihdir (bənzəyir)."

9. Lizatihi (öz başına) həsən olan bir hədis, vələv ki, bir vəch/cəhətlə olsa da, başqa bir vəch'dən rəvayət edildiyində, qüvvət qazanır və həsən dərəcəsindən, səhih dərəcəsinə yüksəlir. Bu, "Tədribu'r-Ravi"də zikr edilmiş və "Şərhu'n-Nuxbə"də də təsrih edilmişdir (sərih/açıq olaraq bəyan edilmişdir).

10. Zəif bir hədis, vələv ki, başqa bir tək təriq ilə də olsa, təriqlərinin çoxalması halında, bu təriqlərin məcmuu (yəni hamısı) ilə, həsən dərəcəsinə yüksəlir və özü ilə ihticac edilir.

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"Hər biri, münfərid olduğunda hüccət olmayacaq halda 2 təriqi olan 1 hədis ilə ihticac etmək, təsadüf edilməyən bir şey deyildir. Mürsəl (haşiyə-1) bir rəvayətin, başqa bir cəhətdən müsnəd (haşiyə-2) olaraq varid olması və ya öz şərtindəki başqa bir mürsəl rəvayətin ona müvafiq olmasında olduğu kimi...Ki, bu, iləridə gələcəkdir."

-------------------------

(Haşiyə - 1:

Mürsəl: "İsnadının ən sonundan 1 nəfərin hazf edilmiş olduğu rəvayət"dir.

Mürsəl, Tabiun'dan bir kimsənin: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu." və ya "Belə etdi." deməsidir.

İrsal (rəvayəti mürsəl qılmaq), bəzən, sənədin hansı yerindən olursa olsun, mütləq olaraq hazf edilmiş olmağı ifadə etmək üçün də istifadə edilə bilər.)

---------------------------

(Haşiyə - 2:

Müsnəd: Bu sözün, fərqli cəhətlər etibarı ilə, bir neçə mənası vardır:

1. Müsnəd: Ən son ravidən, xəbər qaynağına qədər, sənədi, muttəsil/kəsilmədən, qopmadan olan hədisdir. Bu məna ilə müsnəd adı, mərfu, məvquf və məqtu üçün istifadə edilir. Lakin o, ən çox, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gələn hədislər üçün istifadə edilir; başqalarından gələn üçün deyil.

Hakim və başqaları: "Müsnəd, sadəcə, mərfu və muttəsil olan üçün istifadə edilir." demişlərdir.

Ən səhih olan görüş də, budur. Hafiz də, "Şərhu'n-Nuxbə"də, belə demişdir.

2. Müsnəd: Əshabın, isnad, yəni, rəvayət etdikləri hədisləri toplayan kitabdır.

Müsnəd ləfzi, bu 2 mənası ilə, ismu'l-məful'dur.

3. Müsnəd: isnad etməkdir.

---------------------------------

Yenə, eyni kitabda, belə deyilmişdir:

"Eyni şəkildə, rəvayətin, mürsəl və ya müdəlləs (haşiyə) olması və ya ricalının məchul olması surətindəki zəifliyi, rəvayətin, başqa bir cəhətdən gəlmiş olması ilə zail olmuş (ortadan qalxmış) və hədis də, lizatihi həsən'in (ravidəki zabt və digər sifətlər qüvvətini itirəcək olsa, buna, həsən lizatihi deyilir) aşağısında qalmış olur."

--------------------------

(Haşiyə:

Müdəlləs: "İsnadında, ravinin düşmə hadisəsinin xafi/gizli olduğu rəvayət"dir. Yəni, ravinin, mulaqi (qarşılaşdığı) və müasiri olduğu kimsədən, özündən eşitməmiş olduğu bir hədisi, eşitmiş olduğu intibaını verəcək surətdə, "an fulən (filan kimsədən rəvayət etmişdir)" və ya "filan kimsə, belə demişdir" kimi bir siğa ilə rəvayət etməsidir. Bu, isnadda vaqe olan tədlis'dir.

Tədlis, bəzən də, ravinin şeyxində vaqe olur. Yəni, ravi, şeyxinin adını və ya kunyəsini və ya nəsəbini və ya sifətini, məruf olmayan şəkli ilə söyləyir.

Tədlisin qisimlərinin ən pisi, təsviyə edilməsidir ki, bu, ravi'nin, öz şeyxini isqat etməyərək (düşürtməyərək), ondan başqasını, yəni, şeyxinin və ya ondan daha yuxarıdakı bir şeyxi isqat etməsidir. Ravi, bunu, isqat etdiklərinin zəif və ya sağir (aşağı təbəqədə), öz şeyxinin isə, siqa olmasından dolayı edir və hədisi, həsən bir mərtəbəyə çatdırmaq üçün, rəvayəti, siqa olan ikinci bir ravidən eşitmə ehtimalı olan bir ləfzlə verir.)

-----------------------------------

"Şərhu'n-Nuxbə"də, belə deyilmişdir:

"Hifzi (yaddaşı) pis olan bir ravi, mötəbər bir ravi ilə, yəni, özünün aşağısında deyil, özünün fövqündə və ya özünün misli olan başqa bir ravi ilə mutabaat olunduğunda; və yenə, təmyiz (ayırma) qabiliyyəti olmayan muxtəlit (yaddaşında qarışıqlıq baş vermiş olan), məstur (halı məruf olmayan) bir ravi və mürsəl bir isnad və yenə, hazf edilən (düşürülmüş olan) ravinin məruf olmadığı müdəlləs bir isnad, bunların səviyyəsində bir ravi və ya isnad ilə mutabaat olunduğunda, bu hədislər, həsən olurlar. Lakin, lizatihi həsən olmazlar. Əksinə, məcmuu, yəni, mutabaat edəni və mutabaat olunanı etibarı ilə, həsən sifətini alırlar. Çünki, o ravilərin hər biri, rəvayətlərin doğru olub-olmamağa ehtimalı olması etibarı ilə, eyni mərtəbədədirlər. Dolayısı ilə, mötəbər olan ravilərdən, onlardan birinin rəvayətinə müvafiq olan bir rəvayətin gəlməsi halında, məzkur (yuxarıda zikr edilən) 2 ehtimaldan biri, racih olmuş olur və bu da, hədisin məhfuz (haşiyə) olduğuna dəlalət edir. Bu halda, hədis, təvaqquf (hökm verməyərək gözləmək) dərəcəsindən, qəbul dərəcəsinə yüksəlmiş olur. Uca Allah, ən gözəl biləndir."

------------------------------

(Haşiyə:

Məhfuz: "Ərcah (daha çox tərcih edilən) ravinin, rüchaniyyət (üstünlük) cəhətindən, özündən daha aşağıda olan raviyə müxalif olaraq etdiyi və bu müxalifətin, daha aşağıda olanın rəvayətinin rəddini istilzam etdiyi [gərəkdirdiyi] rəvayət"dir.)

-----------------------------

"Mə Səbətə bi's-Sünnə"də, hafiz əl-İraqi'dən nəqlən, belə deyilmişdir:

"Beyhaqi'nin sözünün zahirinə görə, məhərrəm ayının 10-cu günündəki təvsia (ailənin ruzisini artırma) ilə əlaqəli hədis (haşiyə), ibn Hibban'dan başqasının rəyinə görə, həsəndir. Çünki, o, bunu, səhabədən bir camaatdan, bir neçə təriq ilə, mərfu olaraq rəvayət etmiş, sonra da belə demişdir:

'Bu isnadlar, zəif olsa da, bir-birinə əlavə edildiyi vaxt, qüvvət qazanır.'

İbn Teymiyyə'nin: 'Təvsia haqqında mərvi (rəvayət edilən) bir şey yoxdur.' şəklindəki etirazı, bildiyin kimi, vəhmi'dir.

İmam Əhməd'in: 'O, səhih (yəni, lizatihi səhih) deyildir.' demiş olması, hədisin, liğayrihi (xarici bir səbəblə) həsən olmasını nəfy etməz (ortadan qaldırmaz).

Hədis elmində bəyan olunduğu kimi, liğayrihi həsən olan bir hədis ilə ihticac oluna bilər."

------------------------------

(Haşiyə:

Təvsia hədisi üçün bax:

https://suallarlaislam.com/.../asur%C9%99-gunu-ail%C9%99...

------------------------------

Mühəqqiq, "əl-Fəth"də, belə deyir:

"Bir çox hədis, zəif olsa da, mətnləri, həsəndir; bundan dolayı, onlardan bəzilərinin həsən dərəcəsindən düşməməsi halında necə həsən olmasın?!"

Yenə, eyni kitabda, belə deyilmişdir:

"Bu təriqlər, 10 nəfərdən çox səhabədən gəlmək surətilə, çoxalmış olan təriqlərdir ki, onların hər biri zəif olsa belə, məcmu olma halının hüccətliyi, sabit olur (yəni, bütün təriqlərin bir araya gəlməsilə, hədis, dəlil olaraq istifadə edilə bilir). Bundan dolayı, onlardan bir qisminin həsən dərəcəsindən düşməməsi halında, hüccətliyi, necə ola bilər ki, sabit olmasın?!"

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"Ravinin, fasiq və ya kazib olmasından dolayı zəif olan hədisə gəlincə, bu növ hədisə, başqa bir hədisin müvafiq olması, bu başqa hədisin, onun misli olması halında, zəifliyin ortadan qalxması xüsusunda, müəssir deyildir. Çünki bu, qüvvətli bir zəiflikdir və ona müvafiq olan başqa bir rəvayət də, zəifliyi qaldırma xüsusunda əhəmiyyət daşımır.

Bəli, hədis, bütün bu təriqlərin məcmuu (bir araya gəlməsi) ilə, münkər olma (haşiyə) və ya əslinin olmaması (səviyyəsindən) yüksəlmiş olur ki, şeyxu'l-İslam hafiz ibn Həcər, bunu, sərih/açıq olaraq bəyan etmiş və belə demişdir:

'Bəzən, hədisin təriqləri, ravini, məstur (ravinin halının məruf/bilinən olmaması) və pis yaddaş (səyyiu'l-hifz) mərtəbəsinə çatdıracaq dərəcədə çoxalır. Belə ki, hədisin, özündə yaxın və qəbul edilə bilən bir zəifliyin olduğu başqa bir təriqinin mövcud olması halında, hədis, bütün bu təriqlərin məcmuu ilə, həsən dərəcəsinə yüksəlir."

-----------------------------

(Haşiyə:

Münkər: "Zəif olan ravinin, məqbul olan raviyə, eyni şeyi istilzam edən bir müxalifətlə, müxalif olaraq etmiş olduğu rəvayət"dir.)

-------------------------------

Hafiz Suyuti'nin tələbəsi olan Allamə mühəddis Arif Şa'rani, "əl-Mizan"da, belə deyir:

"Mühəddislərin cumhuru, təriqlərinin çox olması halında, zəif hədis ilə ihticac etmişlər və onu, bəzən səhih, bəzən də həsən hədisə daxil etmişlərdir. Bu növ hədis, Beyhaqi'nin, imamların (müctəhidlərin) və onların əshabının qövllərinə hüccət təşkil etmək məqsədilə təlif etmiş olduğu 'əs-Sünənu'l-Kubra'sında, bol miqdarda mövcuddur. Çünki o, hər hansı bir imamın və ya onun müqəllidlərindən birinin qövlü üçün dəlil olaraq istifadə edilə biləcək səhih və ya həsən bir hədis tapa bilmədiyi vaxt, filan, filan təriqdən zəif bir hədis rəvayət etmə cəhətinə gedər və bununla kifayətlənərək: 'Bu təriqlər, bir-birini təqviyə edir (qüvvətləndirir).' demişdir."

11. Əbu Davud'un haqqında sükut etdiyi hədislər, ihticaca salih (əlverişli)'dir.

əl-Munziri, "ət-Tərğib"inin müqəddiməsində, deyir:

"əbu Davud'a nisbət etdiyim və sükut etmiş olduğum hər hədis, əbu Davud'un zikr etdiyi kimi, həsən dərəcəsindən aşağı düşməz. Bəzən də, 'Səhiheyn'in və ya ikisindən birinin şərti üzərə olar."

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"Həsən olduğu zənn olunan hədislərin yer aldığı kitablardan biri də, əbu Davud'un 'Sünən'idir. Özündən, orda,

~ səhih, səhihə bənzəyən və ona yaxın olan hədislər zikr etdiyi,

~ şiddətli zəif olanları isə bəyan etdiyi;

~ haqqında heç bir şey danışmadıqlarının isə, ihticaca salih (əlverişli) olduğu rəvayəti gəlmişdir."

əl-Munziri, əbu Davud'un "Sünən"ində yer alan:

"Allah, qula, namazında ikən iltifat etmədiyi (üzünü döndərmədiyi) müddətcə, iqbal edər (rəhmət və savab verməsilə yönələr); qul, iltifat etdiyində (üzünü döndərdiyində) isə, ondan insiraf edər (üz çevirər, savab verməyi kəsər).' hədisi haqqında, belə deyir:

əbu'l-Ahvas, adı məruf olmayan bir şəxsdir və özündən, əz-Zühri'dən başqa heç kim rəvayət etməmişdir. Onun haqqında,

~ Yəhya b. Main: 'Heç bir şey deyildir.' demiş;

~ Kərabisi: "Mühəddislər nəzdində, qüvvətli deyildir; demiş;

~ Nəvəvi isə, 'əl-Xülasə'də: 'O, haqqında cəhalət olunan (yəni, məchul) bir kimsədir. Lakin, bu hədisi, əbu Davud, təzif etməmiş (zəif olduğuna hökm etməmiş)'dir. Dolayısı ilə, hədis, onun nəzdində, həsəndir.' demişdir."

(Bu məlumatlar), Zeylai'dən nəql edilmişdir.

12. əl-Hafiz'in, "Fəthu'l-Bari"də zikr etmiş və haqqında sükut etmiş olduğu zaid hədislər, özünün nəzdində səhih və ya həsəndir ki, bunu, "Fəthu'l-Bari"nin müqəddiməsində, bu şəkildə təsrih etməkdədir:

"Sonra, ikinci olaraq, bu hədis haqqında, səhih bir məqsədlə bağlı olan, mətnə və isnada dair olan faydalardan olan tətimmə'ləri (tamamlayıcı rəvayətləri), ziyadat'ı (zaid rəvayətləri), ğamiz (dərin mənası olan) bir şeyin açıqlanmasını, müdəllisin (tədlis edən ravinin) eşitməyi sərih olaraq bəyan etməsini, rəvayəti eşidənin, daha əvvəl muxtəlit olmuş (yaddaşına xələl gəlmiş) olan bir şeyxdən olan mutabaatını təxric edəcəm və bunların hamısını, məsanid (müsnədlər), cəvami (camilər), mustaxrəcat (mustaxrəclər), cüzlər və favaid (faydalar) kitablarının ummuhat'ından (analarından, bəlli-başlılarından) çıxarmaq surətilə, bu iradə etdiklərimin səhih və həsən olması şərti ilə edəcəm."

13. Mühəddislərin: "Bu babda, bundan daha səhih bir şey yoxdur." sözündən, o hədisin sihhəti (səhih olması) lazım gəlməz. Lakin, bu sözdən məqsəd, o hədisin, bu babda, digərlərinə nəzərən daha səhih olduğudur və bu sözlə, onlar, əksəriyyətlə, bu mənanı qəsd edərlər." "əl-Cəvhəru'n-Naqi"də də belədir.

Mən (Təhanəvi) deyirəm ki: Belə bir hədisin zəif, lakin digərlərindən daha doğru olması da, caizdir. Lakin, mövzu (uydurma) olması, caiz deyildir.

-----------------------------------------------------

Üçüncü Fəsil: Bu fəsil,

~ zəif hədislə əməl etməyin hökmü; və

~ ancaq, 1 cəhətdən rəvayət edilməsi halında, onunla əməl etməyin şərtləri; və

~ 2 və ya daha çox cəhətdən rəvayət edilməsi halında da, bəzən səhih, bəzən də həsən hədisə ilhaq edilmiş olmasının

bəyanı haqqındadır.

1. "əd-Durru'l-Muxtar"da:

"Əməllərin fəzilətləri mövzusunda, zəif hədislə əməl edilə bilər." deyilmiş; bu kitabın muhaşşi'si (haşiyə yazan) ibn Abidin də: "Əməllər üzərinə tərəttüb edən fəzilətləri təhsil səbəbilə, (zəif hədislə əməl edilə bilər)." demişdir.

İbn Həcər, "Şərhu'l-Ərbəin"də, deyir:

"Çünki əgər zəif hədis, nəfsu'l-əmirdə (işin özündə, həqiqətdə) səhihdirsə, onu işləyən şəxs, o əməlin haqqını vermiş olur; əks halda isə, onu işləməklə, halal və haram qılma məfsədəti (fəsadı) ilə, başqasının haqqını zay etmək məfsədəti tərəttüb etməmiş olur. Zəif bir hədisdə: 'Bir kimsəyə, hər hansı bir əməlin savabı xüsusunda, Mənim tərəfimdən bir xəbər çatar, o da onu işləyərsə, Mən, onu deməmiş olsam da, özü üçün, onun əcri hasil olar.' varid olmuşdur."

(Tahtavi) Suyuti də: "Ehtiyatın mövzu olması halında, zəif hədislə əhkam xüsusunda da əməl edilə bilər." demişdir.

2. "əd-Durru'l-Muxtar"da, belə deyilmişdir:

"Fayda: Zəif hədislə əməl etməyin şərti,

~ zəifliyinin şiddətli olmaması;

~ ümumi bir əslə daxil olması; və

~ bu hədisin, sünnət olduğuna etiqad edilməməsidir.

Mövzu (uydurma) hədisə gəlincə isə, onunla əməl etmək və mövzu olduğunu bəyan etmədikcə, onu rəvayət etmək, istənilən halda caiz deyildir."

İbn Abidin, belə deyir:

"Şiddətli zəif hədis, təriqlərindən hər hansı bir təriqinin, kəzzab (yalan ilə məruf, yalançı deyə tanınan) və kizb (yalan) ilə müttəhəm (ittiham edilən) bir ravidən xali (uzaq, boş) olmayan hədisdir. Bunu, ibn Həcər demişdir."

(Tahtavi) Suyuti'nin: "Bu hədisin, sünnət olduğuna etiqad edilməməsi" sözünün mənası, onunla əməl etməyin sünnət olduğuna etiqad edilməməsidir, deməkdir.

Suyuti'nin, "Şərhu't-Təqrib"dəki ibarəsi, belədir:

"Üçüncüsü, onunla əməl edərkən, onun sabit olduğuna etiqad edilməməli, ehtiyata etiqad (riayət) edilməlidir."

"Mövzu hədisə gəlincə, onunla əməl etmək, istənilən halda caiz deyildir." sözünün mənası, vələv ki, əməllərin fəzilətləri xüsusunda olsun, caiz deyildir, deməkdir.

Tahtavi: "Yəni, şəri qaydalara müxalif olması halında belədir; ancaq ümumi bir əslə daxil olması halında, əməl etməyə, mane olmaz; bu halda, onunla əməl etməyin caiz olması, onu hədis qılmaqdan dolayı deyil, ümumi bir əslə daxil olmasından dolayıdır." demişdir.

3. "Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"İsnadı zəif olan bir hədis gördüyün vaxt: 'Bu hədis, bu isnad ilə zəifdir.' deməli; lakin: 'Mətni, zəifdir.' deməməlisən; halbuki, o, zəif olmaya da bilər; və sən, yalnız o isnadın zəif olması səbəbilə ona zəif demiş ola bilərsən; lakin, onun, başqa bir səhih isnadı ola bilər. Ancaq, bir mühəddisin: 'O, səhih bir vəchdən rəvayət olunmamışdır.' və ya: 'Onun özü ilə sabit olduğu bir isnadı yoxdur.' və ya zəifliyini təfsir etmək surətilə, o, zəif bir hədisdir, demiş olması halı, bundan müstəsnadır. Ancaq əgər hədisin zəif olduğunu deyər və onun səbəbini bəyan etməzsə, bu xüsusdakı izahlar, yaxında gələcəkdir."

Daha sonra danışdıqlarının xülasəsi, budur ki:

Onun hökmünün, hədisin halı vüzuha (açıqlığa) qovuşana qədər təvaqquf etmək (gözləyərək, hər hansı bir hökm verməmək) olduğudur.

Mən (Təhanəvi) deyirəm ki: Belə bir hədisin halı, müctəhid nəzdində, qiyasa və ya səhabə və tabiun qövllərinə və ya nass'ların dəlalətinə müvafiq olması ilə vüzuha qovuşar.

Buna, birinci fəsildə işarət etmişdik, xatırla!

4. İbn Hazm, belə deyir:

"Hənəfilərin hamısı, əbu Hənifə'nin məzhəbinin, zəif hədisin, rəydən əvla olduğu xüsusunda, icma etmişlərdir."

Hədisə göstərilən bu diqqətə və onun, imam əzəm əbu Hənifə nəzdindəki cəlalət və mövqeyinin ucalığına bax və düşün! "Xayratu'l-Hisən"də də belədir.

Allamə, mühəddis Əli əl-Qari, "əl-Mirqat"da, belə deyir:

"Onların (yəni, Hənəfilərin) qüvvətli məzhəbləri, zəif hədisi, çürüdülmə ehtimalı olan mücərrəd qiyas üzərinə təqdim etmiş olmalarıdır."

"Tədribu'r-Ravi"də deyildiyinə görə, ibn Məndə, Muhamməd b. Səid əl-Bavərdi'nin:

"Nəsai'nin məzhəbi, tərki üzərinə icma edilməmiş olan hər kəsdən hədis təxric etməkdir." dediyini eşitdiyini nəql etmişdir.

İbn Məndə isə, belə deyir:

"əbu Davud da, Nəsai'nin məzhəbini götürmüş və bir babda, başqa hədis olmadığı vaxt, isnadı zəif olan hədisi təxric etmişdir. Çünki, onun nəzdində, isnadı zəif olan bir hədis, şəxslərin rəy'indən daha qüvvətlidir. Bu, eyni zamanda, imam Əhmədin də rəyidir. Çünki o: 'Zəif hədis, mənə, ricalın (şəxslərin) rəyindən daha sevimlidir.' demişdir. Çünki özü, ancaq, nass'ın olmaması halında qiyasa meyl etmişdir."

Mən (Təhanəvi) deyirəm ki:

Zəif hədis ilə murad olunan, zəifliyi şiddətli olan hədis deyildir. Çünki, daha əvvəl, "əd-Durru'l-Muxtar"dan nəql etdiyimiz kimi, onunla, əsla, əməl edilməz və onunla, heç bir hökm, sabit olmaz. Əksinə, onunla murad olunan, ibnu'l-Qayyim'in, "İ'ləmu'l-Muvaqqiin"də söylədiyidir ki, müşarun ileyh (özü haqqında danışılan şəxs, yəni, ibnu'l-Qayyim), imam Əhmədin fətvalarındakı üsulunu zikr etmə sədədində, belə deyir:

"Dördüncü əsl: Bir babda, muariz (müxalif) hər hansı bir rəvayətin olmaması halında, mürsəl rəvayəti və zəif hədisi götürmək. Çünki imam, bunları, qiyasa tərcih edərdi. Onun nəzdində, zəif hədis ilə murad olunan isə, batil, münkər və ravilərinin arasında kizb ilə müttəhəm bir kimsənin olduğu hədis deyildir. Çünki o, hədisin dəlalət etdiyi hökmə zahib olmaq və o hədislə əməl etmək, caiz deyildir. Əksinə, onun nəzdində, zəif hədis, səhihin bir qismi və həsən qisimlərindən bir qisimdir. İmam Əhməd, hədisi, səhih, həsən və zəif deyə təqsim etməmiş, səhih və zəif deyə təqsim etmişdir. Onun nəzdində, zəif hədisin mərtəbələri vardır. Bundan dolayı, hər hansı bir babda, onu

~ rədd edən bir əsər; və ya

~ səhabə qövlü; və ya

~ onun xilafına bir icma

olmadığı vaxt, zəif hədislə əməl etmək, onun nəzdində, qiyasdan əvladır.

Heç bir imam (müctəhid) yoxdur ki, bu üsulda, özünə, ümumiyyətlə müvafiq olmasın. Çünki, onların arasında, zəif hədisi qiyasa tərcih etməyən, bir nəfər belə yoxdur."

Yenə ibnu'l-Qayyim, deyir:

"əbu Hənifə'nin əshabı, əbu Hənifə'nin məzhəbinin, zəif hədisin, Onun nəzdində, qiyas və rəydən əvla görmüş və məzhəbini də, bunun üzərinə qurmuş olduğu xüsusunda, icma etmişlərdir. Məsələn,

~ qəhqəhə hədisini, zəif olması ilə birlikdə, qiyas və rəyə;

~ səfərdə, xurma nəbizi ilə dəstəmaz alma hədisini isə, zəif olması ilə birlikdə, rəy və qiyasa təqdim etmişdir. Və yenə,

~ 10 dirhəmdən az bir şeyi oğramaqla, oğrunun əlinin kəsilməsini, əngəlləmişdir. Halbuki, bu xüsusdakı hədis, zəifdir."

İbnu'l-Qayyim, ən sonunda, belə deyir:

"Zəif hədisin və səhabə əsərlərinin, qiyas və rəyə təqdim edilməsi, imam əzəm əbu Hənifə və imam Əhmədin qövlüdür.

Sələfin istilahında (terminologiyasında), zəif hədislə murad olunan, mütəaxxirun (sonrakı alimlər)'in istilahındakı zəif hədis deyildir. Daha əvvəl də bəyan edildiyi kimi; mütəaxxirun'un, həsən olaraq adlandırdığı hədisi, mütəqaddimun (əvvəlki alimlər, yəni, sələf), zəif olaraq adlandırmışlardır."

Nəticə olaraq, əshabımızın: "Zəif hədis, qiyas üzərinə müqəddəmdir." kəlamında, zəif hədislə murad olunan, mütəaxxirun alimlərin, zatında zəif; şahidlər və digər şeylərlə təyid edilməsi halında da, həsən liğayrihi olaraq adlandırdığı hədisdir.

İbnu'l-Qayyim'in, əbu Hənifə'nin qiyas üzərə təqdim etdiyi zəif hədislərə misal olaraq zikr etdiyi hədisləri təhqiq etdiyin vaxt, onların hamısının, ya zatında həsən; və ya həsən liğayrihi hədislər olduğunu görərsən, ki, bu həqiqət, bizim bu kitabımızı mütaliə etmək surətilə də, sənin üçün, inşallah, açıqlığa qovuşacaq.

5. Zəif hədis ilə tə'zif edilmiş (zəifliyinə hökm edilmiş) hədis arasında, fərq vardır.

~ Birincisi ilə, fəzilətli əməllər xaricində, əhkam xüsusunda ihticac edilməz.

~ İkincisi ilə isə, ihticac edilə bilər.

Qastallani, "İrşadu's-Sari li şərh-i Sahihi'l-Buxari"də, belə deyir:

"Tə'zif edilmiş olan hədis, zəifliyi üzərində icma edilməmiş olan; lakin mətnində və ya sənədində, bəzilərinin zəif, bəzilərinin də qüvvətli olduğuna hökm etdiyi xüsusların mövcud olduğu hədisdir və bu hədis, zəif hədisdən daha yüksək mərtəbədədir. Buxari'də də, belə hədislər vardır.".

Bu ibarə, imam əbu Hənifə'nin "Müsnəd"inin, fəzilətlilərdən birinə aid olan müqəddiməsindən nəql edilmişdir.

Mən (Təhanəvi) deyirəm ki:

Bu da, daha əvvəl dediyimiz: "Muxtələfun fih/ haqqında ixtilaf edilmiş olan hədis, həsəndir." kəlamına racidir (rücu etməkdə, dönməkdədir).

"Tədribu'r-Ravi"də, belə deyilmişdir:

"Hakim, belə deyir: 'Səhih hədis, 10 qismə ayrılmış; bunlardan 5-ində ittifaq (muttəfəqun aleyh), beşində isə, ixtilaf edilmişdir (muxtələfun fih).'

Hakim, əvvəlcə, muttəfəqun aleyh olanları zikr edir, sonra belə deyir:

'Muxtələfun fih olan qisimlər isə, bunlardır:

1. Mürsəl;

2. Müdəllislərin, səma'larını (eşitmiş olduqlarını) zikr etməmiş olmaları halındakı hədisləri;

3. Bir siqanın isnad etdiyi (müsnəd qıldığı), birdən çox siqanın isə, irsal etdiyi (mürsəl qıldığı) hədislər;

4. Hafiz və arif olmayan siqaların rəvayətləri;

5. Sadiq olmaları halında, bidət əhlinin rəvayətləri."

Şeyxu'l-İslam hafiz ibn Həcər, belə deyir:

"Birinci və ikinci qisimlər, Hakimin dediyi kimidir.

~ Üçüncü qismə isə, əl-Alai, Səhiheyn'də mövsul və mürsəl olması xüsusunda ixtilaf edilmiş olan bir çox hədisin mövcud olduğu şəklində etiraz etmişdir.

~ Dördüncü qismə haqqında da, əl-Alai, belə deyir:

'Bu qisimdəki hədislərdə qəbul şərtlərinin mövcud olması halında, onların qəbul edilməsi və dəlil olaraq istifadə edilməsi xüsusunda ittifaq vardır. Bunlar, qətiyyən muxtələfun fih hədislərdən deyildirlər və ravinin hafiz olması da, şərt deyildir. Əks halda, ravilərin çoxu ilə ihticac edilməzdi.'

~ Beşinci qismə gəlincə, zikr edildiyi kimi, bu qisimdə olanlar haqqında, ixtilaf vardır. Lakin, Səhiheyn'də, sidqi məruf (doğru sözlü olduğu bilinən) və hədis xüsusundakı mərifətləri iştihar etmiş (yayılmış) olan bidət əhli bir çox kimsədən rəvayət edilmiş hədislər mövcuddur. Onlar, bidətləri səbəbilə tərk edilmiş deyillərdir.

İbn Həcər, daha sonra, belə deyir: 'Muxtələfun fih olan qismə, bir də, ədaləti məchul olan kimsənin rəvayəti də daxildir."

(Bunlar), xülasə olaraq nəql edilmişdir.

Mən (Təhanəvi) deyirəm ki:

Burdan, 2 xüsus, xülasə edilə bilər. Bunlardan:

1. Birincisi: Səhiheyn'də, təshihi (səhih olduğuna hökm edilməsi) xüsusunda ixtilaf edilmiş olan hədislərin də mövcud olduğu;

2. İkincisi isə:

~ Mürsəl rəvayətin;

~ Müdəllisin, eşitməyi zikr etmədən nəql etmiş olduğu rəvayətinin; və

~ Ədaləti məchul olan kimsənin rəvayətinin,

haqqında ixtilaf edilmiş olan səhih hədis qisminə daxil olduğudur. Bu qisimdəki hədisləri, bəziləri təshih, bəziləri də tə'zif etmişlərdir. Bundan dolayı, bu hədislər, zəif deyil, təzif edilmiş olan hədislərdir.

6. Mühəqqiq, "əl-Fəth"də: "Müstəhəb olma (istihbab), mövzu olmayan zəif hədislə sabit olur." demişdir.

Şeyximizin "Camiu'l-Asar"ında da, belədir.

Mən (Təhanəvi) deyirəm ki: Bu, daha əvvəl, Suyuti'dən də nəql etdiyimiz xüsus kimidir ki, ehtiyatın bəhs mövzu olduğu halda, əhkam xüsusunda da zəif hədis ilə əməl edilə bilər.

7. "ət-Tə'liqu'l-Həsən"də: "Zəif hədis, (rəvayəti) təqviyə (qüvvətləndirmək) üçün kifayət edir." deyilmiş; başqa bir yerində də: "Zəif hədis, təqviyəyə salih (əlverişli)'dir." deyilmişdir.

Mən (Təhanəvi) deyirəm ki: Bu, mühəddislər arasında icma edilmiş olan bir xüsusdur. Çünki, onların nəzdində, mürsəl rəvayət, zəifdir və mürsəl və müsnəd, zəif bir rəvayətin başqa bir vəchdən gəlməsi ilə qüvvətlənir ki, bu xüsus, iləridə gələcəkdir.

Daha əvvəl də, "Tədribu'r-Ravi"dən nəql etdiyimiz kimi, hər biri münfərid olaraq hüccət olmayan 2 təriqi olan 1 hədisi dəlil olaraq istifadə etmək, ilk dəfə baş verən bir şey deyildir.

8. Beyhaqi, təsnif etdiyi kitablarda, mövzu olduğunu bildiyi heç bir hədisi təxric etməməyi iltizam etmişdir. Bunu, Suyuti, "Tədribu'r-Ravi"də söyləmişdir. "əl-Ləali'l-Masnua"da, ibnu'l-Cevzi'nin mövzu saydığı bir hədisi müdafiə etdikdən sonra, belə deyir:

"Bu hədisin isnadında zikr edilən ravinin, ibn Hibban'ın siqalar arasında zikr etdiyi İbrahim b. Zəkəriyyə əl-İcli olub, zəiflər arasında zikr etdiyi və bu hədisi, özü ilə cərh edilmiş olmaqla ittiham etdiyi əl-Vasiti olmadığını öyrəndiyin vaxt, bu hədisin, mövzu olma mövqeyindən çıxmış olduğunu və Beyhaqi'nin də, iltizam etdiyi kimi, kitablarında, heç bir mövzu hədis təxric etməmiş olma xüsusundakı cəlalətini (ucalığını) başa düşmüş olarsan."

Mən (Təhanəvi) deyirəm ki: Yenə, əl-Munziri, "ət-Tərğib"ində, haqqında: "Bu, mövzu olduğu təhəqqüq etmiş olan (gerçəkləşən) hədislərdəndir." deyilmiş olan heç bir hədisi təxric etməməyi iltizam etmişdir ki, bunu, kitabın müqəddiməsində sərih/açıq olaraq bəyan etmişdir. Dolayısı ilə, Beyhaqi ilə Munziri'nin, sükut etmiş və ya zəif olduğuna hökm etmiş olduqları hədisləri, təqviyə qəbilindən zikr etmək, caiz olur."

9. İbnu'l-Cevzi, belə deyir:

"Hədislər, 6 qisimdir:

~ Birincisi: Buxari və Muslim'in ittifaq etdikləri ki, bunlar, ən yüksək mərtəbədirlər;

~ İkincisi: Buxari və ya Muslim'in təfərrüd etdikləri (yəni, rəvayətində tək qaldıqları)'dır;

~ Üçüncüsü: Sənədi səhih olub ikisinin də təxric etmədikləridir;

~ Dördüncüsü: Sənədində, səhihə yaxın, qəbul edilə bilən zəiflik olanlardır ki, bunlar, həsən hədislərdir;

~ Beşincisi: Zəifliyi şiddətli, izdirabı (haşiyə) çox olanlardır ki, alimlər nəzdində, bunların mərtəbələri bir-birindən fərqli olub, bəziləri onu, həsən hədisə yaxınlaşdırmış və izdirabın qüvvətli olmadığını demiş; bəziləri də, onun izdirabının şiddətli olduğu rəyində olmuş və onu, mövzu hədislərə ilhaq etmişdir.

Mən, bu xüsusda, "əl-İləlu'l-Mutənahiyə fi'l-Əhədisi'l-Vahiyə" adlı kitab yazdım.

------------------

(Haşiyə:

Muzdarib: "Bir-birinə bərabər müxtəlif surətlərdə rəvayət edilmiş olan hədis"dir. Bunun, 1 ravidən 2 və ya daha çox rəvayət edilmiş olması ilə, ikinci bir ravidən və ya tərcih edilmə səbəbi olmayan 2-dən çox ravidən rəvayət edilmiş olması arasında, heç bir fərq yoxdur. Əgər 2 rəvayətdən və ya rəvayətlərdən 1-i, ravisinin hifzi və ya digər tərcih növlərindən birilə mürəccəh (tərcih edilmiş) olarsa, bu halda, hökm, racih (sihhət yönü daha qüvvətli) olan rəvayətindir və hədis, muzdarib olmamış; və mərcuh (racih olmamış) olan rəvayət də, şazz və ya münkər olmuş olur.

İzdirab (rəvayətin muzdarib olması), bəzən sənəddə, bəzən mətndə və bəzən hər ikisində də vaqe ola bilər.)

------------------

~ Altıncısı isə: Yalan olduğu qəti olan mövzu hədislər ki, "əl-Məvduat" adlı kitabımızı, bu qisim haqqında yazdıq."

Suyuti, deyir:

"İbnu'l-Cevzi'nin kitablarında olanların hamısını gətirməyimiz sonlandığına görə, indi də, o kitab üzərinə əlavə olan rəvayətləri gətirməyə başlayırıq. Onlardan:

~ Biri, mövzu olduğuna dair qəti hökm olan hədis;

~ Digəri də, hər hansı bir hafizin, mövzu olduğuna dair sərih/açıq hökmünün olduğu hədisdir ki, burda, mənim üçün təvaqquf vardır. Bunu, burda dayanıb düşünülməsi üçün zikr etdim.

(Bunlar) "əl-Ləali'l-Masnua"dan nəql edilmişdir.

Mən (Təhanəvi) deyirəm ki: Bütün bunlarla bunu öyrənmiş oldun ki, ibnu'l-Cevzi'nin, "əl-İləlu'l-Mutənahiyə"də zikr etmiş olduğu hədislərin hamısı, zəifliyinin şiddəti xüsusunda icma edilmiş deyildir. Əksinə, bunların içində, üləmanın ixtilaf etdiyi və həsən hədisə yaxın gördükləri hədislər vardır. Bunu bil!

Bununla, zəifliyi şiddətli olanların da 2 dərəcəyə sahib olduğu üzə çıxır. Bunlardan:

~ biri: zəifliyinin şiddəti xüsusunda alimlərin ittifaq etdiyi;

~ digəri də: alimlərin, bu xüsusda ixtilaf etdikləri

hədislərdir.

Birinci, əsla hüccət ola bilməz. İkincisi isə, bəzən dəlil olaraq istifadə edilə bilər.

10. Məqbul bir hədis haqqında, hədis əhli nəzdində istifadə edilən ləfzlərdən bəziləri, bunlardır:

~ Ceyyid: Şeyxu'l-İslam, ibn Salah'ın sözünü nəql etdikdən sonra, belə deyir:

"Bu da, ibn Salah'ın, ceyyid ilə səhih arasında bir fərq görmədiyinə dəlalət edir."

Tirmizi'də, "Tibb bəhsi"ndə: 'Bu, ceyyid, həsən bir hədisdir." ibarəsi vardır.

Başqaları da elə demişlərdir. Yəni, onların nəzdində də, ceyyid ilə səhih arasında bir fərq yoxdur. Bu qədər var ki, onların müdəqqiq olanları, ancaq bir nüqtə (mənadakı incə bir fərq) səbəbilə, səhih kəliməsindən üz çevirərək, ceyyid kəliməsinə gedirlər. Sanki onların nəzdində, hədis, lizatihi həsən mərtəbəsindən yüksəlir və səhih mərtəbəsinə çatmaq xüsusunda tərəddüd edir. Bundan dolayı, hədisi, ceyyid kəliməsilə vəsf etmək, səhih kəliməsilə vəsf etməyə nəzərən, hədisi, bir mərtəbə salır. Qavi kəliməsi də, eyni şəkildədir.

~ Salih: Bu kəlimə, səhih və həsənə də şamildir. Çünki səhih və həsən hədis, dəlil gətirməyə (ihticaca) səlahiyyətlidir. Bununla bərabər, bu kəlimə, mötəbər olmağa əlverişli olan zəif hədis üçün də istifadə edilməkdədir.

~ Mə'ruf: Bu kəlimə, münkərin müqabilidir.

~ Məhfuz isə: Şazz'ın müqabilidir, ki, bunun təhqiqi məhəllində izah ediləcəkdir.

~ Bununla bərabər, mücəvvəd və sabit də, səhih və həsən hədisə şamildir.

Hədis əhlinin istifadə etdiyi ləfzlərdən biri də, "müşəbbəh"dir. Bu ləfz, həsən və həsənə yaxın olan hədislər üçün istifadə edilir. Bunun, həsənə olan nisbəti; ceyyidin, səhihə olan nisbəti kimidir. (Bunlar), "Tədribu'r-Ravi"dən nəql edilmişdir.

11. "İ'la"nın mətnində və ya haşiyə qismində, bəzən, hər hansı bir kimsənin təqviyəsindən xəbərdar olmadığım bəzi zəif hədisləri, dəlil gətirmə qəsdilə deyil, dəstəkləmək qəsdilə zikr edirəm.

Yenə, bəzən, haşiyə qismində, "Kənzu'l-Ummal" və digər hədis kitablarından, halına, yəni, səhih, həsən və ya zəif olduğuna vaqif ola bilmədiyim bəzi hədisləri zikr edirəm ki, bunların zikrindən məqsəd, mətndəki hədisin, təriqlərin çox olması surətilə təyidi; və ya sənədinin təfsilinə vaqif olmasaq da, o məsələnin, hədisdə bir əslinin olduğu xüsusuna tənbehdir. Çünki, biz, fiqh kitablarında, hədis imamlarından hər hansı birinin təxric etmiş olduğu bir hədisin, özünə müvafiq olduğu bir qövl gördüyümüz vaxt, o hədisin, imamlarımıza çatmış olması xüsusunda, bizdə, qalib bir zənn hasil olur. Bəlkə də, onlar, ihticaca salih (dəlil gətirməyə əlverişli) olan bir sənəd ilə, o hədisdən xəbərdar olmuşlardır. Bizim nəzərimizin qüsurlu və istedadımızın az olması səbəbilə, o hədisdən xəbərdar ola bilməməyimiz, hədisin zəif olmasını və rəddini istilzam etməz (gərəkdirməz). Hədis kitablarından və ravilərin adlarını zikr edən kitablardan bir çoxu, bu gün, adlarının xaricində mövcud deyildir və biz, onlardan heç birinin əsərinə rastlamırıq. Vələv ki, bu hədislərin zəif olduğu təslim edilsə belə, fəqihlərin qiyasının onlara müvafiq olması, o hədislərin qəbul tərəfinin tərcih edilməsinə dair bir qərinədir, ki, buna, daha əvvəl işarət edilmişdi. İləridə, buna dair dəlilləri zikr edəcəyik və bu mühim işdə bizə kömək edən kimsələri, Allah, ən xeyirli şəkildə mükafatlandırsın. Uca Allah, bizə kifayət edər və O, nə gözəl vəkildir.

(Təhanəvi, "Qavaid fi Ulumi'l-Hədis")

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR