Zəif möminlərin fəziləti

 Harisə b. Vehb (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu belə buyurmuşdur:

"Diqqət edin! Mən, sizə cənnətlik olanları xəbər verirəm:

Zəif olub (cəmiyyət arasında) zəif görülən hər (mömin) kimsə.

Diqqət edin! Mən, sizə cəhənnəmlik olanları (da) xəbər verirəm:

Qatı qəlbli, mal toplamağa çox düşkün olub xeyirdə xərcləməmək üçün çox paxıllıq edən və təkəbbürlülük göstərən kimsələr." (1)

--------------------

İzahı:

Bu hədisi, Buxari, Muslim, Tirmizi və Nəsai də rəvayət etmişlərdir.

Hədisdə keçən bəzi kəlimələri açıqlayaq:

Daif: Zəif deməkdir. Burda zəiflikdən məqsəd:

Maddi sıxıntı və kasıblıq ola bilər. İbn-i Həcər'in bəyanına görə, əbu'l-Baka belə açıqlamışdır. Özü isə, belə deyir:

Zəiflikdən məqsəd: alçaq könüllülüyündən və maddi vəziyyətindən dolayı gücsüz olandır.

------------------

Mutədaif: Özünü heçə sayan alçaq könüllü deməkdir.

Mutədaaf: Cəmiyyət nəzərində zəif görülən, təhqir edilən deməkdir.

-------------------------

Utull: Bu kəlimə, fərqli şəkillərdə açıqlanmışdır.

İbn-i Həcər əl-Asqalani, əl-Fəth'də, "Nun və Qələm" surələrinə aid babda, bu hədisin izahı sədədində, bu kəlimənin açıqlamasına dair görüşləri belə nəql etməkdədir:

Bu kəlimə, əl-Fərra'ya görə: düşmənliyi şiddətli olan deməkdir. Bir qövlə görə isə, irşad və nəsihətə arxa çevirən kimsə deməkdir.

Əbu Ubeydə'yə görə: qatı qəlbli, sərt təbiətli kəs deməkdir. Burda kafir mənası qəsd edilmişdir.

Əl-Həsən bu kəlimə haqqında belə izah verir:

"Utull: həyasız, günahkar kimsə mənasını ifadə edər."

Davudi'yə görə bu kəlimə: boynu və qarnı böyük, kök kimsə mənasındadır.

Əl-Hərəvi isə, belə izah edir: 

"Utull": çox mal toplamağa düşkün və xeyrə xərcləməyə şiddətlə qarşı olan kimsə deməkdir.

----------------------

Cəvvaz: çox kök olub lovğalanaraq kibirlə yeriyən kimsə deməkdir. Bu qövlü, Xattabi nəql etmişdir. 

Bir qövlə görə isə, facir, yalançı və günahkar kimsə deməkdir.

İmam Sindi (əl-Hənəfi):

"Cəvvaz, mal toplamağa çox düşkün olub xeyrə xərcləməyə şiddətlə qarşı olan kimsə deməkdir." dedikdən sonra, yuxarıdakı görüşlərin bəzisini nəql edir və daha sonra isə, belə deyir:

"Hədisdən məqsəd, çoxluqla birinci qisimdə zikr edilən özəllikləri daşıyanların cənnətlik; və ikinci qisimdə zikr edilən vəsfləri daşıyanların cəhənnəmlik olmasıdır.

Və lakin bu hökm, ümumi deyildir."

(1) ibn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Cəmiyyət tərəfindən) heç qiymət  verilməyən, iltifat edilməyən (mübarək mömin) lər babı", hədis no: 4116

Read 3 times
In order to make a comment, please login or register