Zəif möminlərin fəziləti haqqında hədis verə bilərsinizmi?
Muaz b. Cəbəl (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu mənə:
"-Sənə cənnət padşahların(ın vəsflərin)'dən xəbər verməyim mi?" buyurdu. Mən:
"-Bəla (xəbər ver)." dedim. (Bunun üzərinə) O:
"• Zəif olub (cəmiyyət nəzərində) zəif görülən;
• köhnə 2 parça libasa bürünən;
• özünə heç dəyər və iltifat göstərilməyən; və
• (bir şeyin olması və ya olmaması üçün) Allaha and içərsə (vəya dua edərsə), Allah onun duası (və ya andı)nın gərəyini (kərəmiylə) yerinə gətirəcək (dərəcədə Allah qatında qiymətli mömin) olan hər adamdır." buyurdu."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Cəmiyyət tərəfindən) heç qiymət verilməyən, iltifat edilməyən (mübarək mömin)lər babı, hədis no: 4115)
-----------------------
İzahı:
Hədisdə keçən bəzi kəlimələri açıqlayaq:
Müluk: Məlik'in cəm halıdır. Məlik: Padşah, kral, hökmdar və mülk sahibi kimi fərqli mənalar gəlir. Hədisdə isə:
"Cənnətin üst dərəcələrinə yetişən möminlər" mənası qəsd edilmişdir.
------------------
Daif: Zəif deməkdir. Burada zəiflikdən məqsəd- maddi sıxıntı və kasıblıq ola bilər.
İbni Həcər'in bəyanına görə, əbu'l-Baka belə açıqlamışdır. İbni Həcər isə, belə deyir:
"Zəiflikdən məqsəd: Alçaq könüllülük və maddi halından dolayı gücsüz olandır."
--------------------
Mustad'af: Xalq tərəfindən zəif və həqir görülən, həqarət və haqsızlığa düçar edilən kəs deməkdir.
Mustad'if: Alçaq könüllü olub öz nəfsini heçə sayan, həqir görən kimsə deməkdir. Bunu, əl-Kirmani demişdir.
İmam Sindi isə:
"Çox zəif olan, dünyanı və dünya əhlini tərk etməklə daha zəif olma səyləri içərisinə girən kimsədir." demişdir.
---------------------
Timr: "Köhnə paltar" deməkdir.
Hədisin:
"---لو أقسم على الله لأبره---"
cümləsi, 2 şəkildə izah edilə bilər:
1. "Əgər bir şeyin olması və ya olmaması üçün, Allah'ın ehsan və kərəmini umaraq, Onun adına and içərsə, Allah onun xətri üçün, o şeyi arzusuna uyğun bir şəkildə gerçəkləşdirər."
Yəni o mübarək mömin, Allah qatında çox qiymətli bir quldur. O qul, Allahdan bir şey istəsə və misal olaraq:
"Allaha and olsun ki, bu iş belə olacaq." desə, Allah onun xətri üçün, o işi eləcə gerçəkləşdirər.
Bununla bərabər:
"Allaha and içirəm ki, bu iş olmayacaq." desə, Allah onun xətri üçün, o işi onun arzusu doğrultusunda nəticələndirər.
Hədisin bu cümləsində keçən "ibrar" kəliməsi:
"And içənin andında doğru çıxması üçün, onun arzu ettiyi şeyi yerinə gətirməkdir."
Misal üçün, bir kimsə sizə xitabən:
"Allaha and olsun ki, siz bu işi edəcəksiniz." dediyində, onun andı doğrultusunda hərəkət etməyiniz, o işi görməyiniz: "ibrar"dır.
Bu hədisdə, Allah'ın, sevimli qulunu, andında "ibrar" buyurduğu bildirilməktədir.
2. "O qul, Allaha dua edərsə, Allah onun duasını qəbul buyurar."
-------------------------
Bu hədis, cənnətin üstün məqamlarına yetişən möminlərin özəlliklərini bildirir. Təbii ki, bu hökm və vəsflər ümumi deyil, çoxluq etibarı ilədir.
Yəni cənnətin üstün məqamlarına ancaq bu vəsfləri daşıyanlar yetişəcək, bunlar xaricində kimsə yetişə bilməyəcək, mənası qəsd edilməmişdir.
Məqsəd, o məqamları əldə edəcək kimsələrin çoxunun bu insanlar olduğu bildirilməktədir.
- Zəif möminlərin fəziləti
- Qədr surəsinin təfsiri
- Nəfslə cihad vardırmı?
- Məzhəblər niyə var?
- Qadına 3 gündən artıq yas tutması caizdirmi?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?
- Qadınların üç gündən artıq yas tutması caizdirmi?
- "Hər kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər." hədisini izah edərsinizmi?
- Təvəkkülə dairdir-2
- Yusif peyğəmbərin fəziləti