Zəqqum ağacının təsviri

İbn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ"

"Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" (Al-i İmran/102)

ayətini oxuyub belə buyurdu:

"Əgər zəqqumdan bir damla yerə damladılmış olsaydı, o damla dünyadakı canlıların məişətini pozardı. 

Artıq zəqqumdan başqa yeyəcəyi olmayan (cəhənnəm xalqın)'ın halı necə (əzablı)'dır?"

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı", hədis no: 4325

----------------------------

İzahı:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), haqqıyla Allahdan qorxmağı, yəni fərz və vacibləri ifa etmək və haram ilə məkruhlardan uzaq durmaq surətilə, Allahın əzabından çəkinməyi və İslam dinindən son nəfəsə qədər ayrılmamağı əmr edər mahiyyətdəki ayəti oxuduqdan sonra, İman üzərə səbat göstərməyin lüzumunu bildirmək üçün, cəhənnəmliklərin yeganə yeyəcəyi olan zəqqumun necə bir şey olduğunu ifadə etmişdir.

"əl-Məcma"da: "Zəqqum": 

"Dadı və qoxusu pis olub acı bir ağacdır. Cəhənnəm xalqı onu yeməyə məcbur edilər."  deyə məlumat verilmişdir.

Saffat surəsinin 63-66-cı ayətləri, zəqqumun necə bir şey olduğunu və cəhənnəmliklərin yeyəcəyi olduğunu belə bəyan edər:

إِنَّا جَعَلْنَـٰهَا فِتْنَةً لِّلظَّـٰلِمِينَ • إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ • طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ • فَإِنَّهُمْ لَءَاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ

"Biz onu zalımlar üçün bir sınaq etdik.  O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır. Onun meyvəsi şeytanların başları kimidir. Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar."

In order to make a comment, please login or register