Zərurət rüxsətlərindən faydalanmaq.

Zərurət, insanı istəmədiyi bir davranışa yönəldən, məcbur edən haldır. Bunu dini həyata tətbiq etdiyimiz zaman belə deyə bilərik: "Zərurət, müsəlmanı, haram qılınmış bir davranışa yönəldən, məcbur edən vəziyyətdir." Fiqh alimləri bu məcburedici vəziyyətin sərhədlərini təsbit etməyə çalışmışlar. Ortaya çıxan fikirləri "əhəmiyyətli ehtiyaclar" çərçivəsində bir araya toplamaq mümkündür. İnsanların ehtiyaclarını:

a) aradan qaldırılmazsa dərhal ölümə səbəb olan,

b) aradan qaldırılmazsa uzun gələcəkdə ölümə və yox olmağa səbəb olan,

c) aradan qaldırılmazsa yalnız konfort və rahatlığı aradan qaldıran ehtiyaclar şəklində üç yerə ayırmaq mümkündür.

Bunlardan ilk ikisi zərurət sayılmış, bunları qarşılayan şeylər və davranışlar, qarşılayacaq qədəri ilə kifayətlənmək şərtiylə mübah görülmüşdür. Ölümlə təhdid edilən bir kimsənin İslama zidd bir söz söyləməsi və ya bir iş işləməsi birincisinə, xəstəlik və ağrının aradan qaldırılması üçün haram qılınmış bəzi nəsnələrin yeyilib-içilməsi, övrət yerlərinin həkimə açılıb toxundurulması ikincisinə nümunədir. Yenə İslam fəqihləri, bir kimsənin haqlı olan bir işini başqa cür gördürə bilməməsi səbəbiylə rüşvət verməsinin caiz olduğunu da zərurət prinsipinə dayandırmışlar. Zərurət icazəsi, əlaqədar ayə və hədislər əsasında bu hikmətə əsaslanır: Allah Təala insanları yaratmış, onlara ağıl və iradə vermiş, bunları necə istifadə edəcəklərini sınamaq üzrə (imtahan üçün) dünya həyatını təqdir etmişdir. İnsanların dünyada yaşayıb sınaqdan keçmələri, minimum həyat şərtlərinin təmin edilməsinə bağlıdır.

Zərurət prinsipini mövzumuza tətbiq etdiymiz zaman qarşımıza, biri fərdə, digəri cəmiyyətə aid iki sahə çıxar.

Fərd sahəsində zərurət, fərdin təməl ehtiyaclarını (yemək-içmək, məskən, geyim, müalicə xərcləri, lazım olduğunda səfər və daşınma xərcləri və s kimi) təmin etdiyi zaman sona çatar; bu nöqtədən sonrakı mərhələdə isə fərdin halal-haram sərhədinə riayət etməsi lazımdır.

Cəmiyyət sahəsində isə zərurət, cəmiyyətin həyat və inkişafını təmin edəcək minimum şərtlərin təmin edilməsilə ortadan qalxar. Allah-Təala İslam cəmiyyətinə, din və millət düşmənlərinin gözünü qorxudacaq gücə sahib olma vəzifəsini vermişdir. Bu gücün başında, hərbi, elmi, texnoloji və iqtisadi güc gəlməkdədir.

Müsəlmanlar xarici dairələrin diqtəsi, məcburiyyəti səbəbiylə "bəzi qadağaların müvəqqəti olaraq qalxması" rüsxətindən istifadə etməzlərsə uzun müddətdə zəif düşməyə və yox olmağa məhkumdurlar. Bu səbəblə, zərurət aradan qalxana qədər bu rüsxətdən istifadə edər, oyunu ətraf mühitin qaydalarına görə oynayaraq güclənərlər. Burada diqqət edilməsi lazım olan iki xüsus vardır:

a) Cəmiyyətə aid zərurətin qazancı (rüxsəti) da cəmiyyətə aid olacaq. İslam cəmiyyətinin varlığını qorumaq və gücləndirmək məqsədinə yönəlmiş rüsxətlərdən (icazələrdən) istifadə edərək fərdlərin zənginləşməsi və bu sərvətləri özlərinə və varislərinə həvalə etmələri caiz deyildir.

b) Zərurət halı keçicidir, müvəqqəti olmalıdır. İslamın nəzərdə tutduğu nizam reallaşdığında zərurətlərin, həm sayı, həm də müddətləri minimum ölçülərə enəcək. Zərurət halını hava çirklənməsinə bənzədəsi olsaq, müsəlmanların vəzifəsi bu çirkli havada yaşamaq rüxsətindən faydalanaraq rahat etməyə çalışmaq deyil, əldə etdikləri imkanlarla havanı təmizləməyə cəhd etməkdir. Bu təmizləmə fəaliyyətinə iş və ticarət sahəsini seçərək qatılan müsəlman üçün halal loxma (iş və ticarətdən qazancı nə olursa olsun) ortalama bir müsəlmanın loxması qədərdir. Qazancın geri qalanı təmizləmə məqsədinə təsis edilməlidir.

_________

Müəllif-Hayreddin Karaman, İslam İşığında Günümüz Məsələləri

 

Read 1.072 times
In order to make a comment, please login or register