Zahir nədir?
Zahir:
Bəzi alimlərə görə, zahir ilə nass arasında bir fərq yoxdur. Maliki, Şafii və Hənbəli'lərin əksəriyyəti, bu görüşdədir.
Bəzi Maliki və Şafii alimlərinə görə isə, zahir ilə nass arasında belə bir fərq vardır:
~ Nass, dəlalət etdiyi mənada, ehtimal qəbul etmir.
~ Zahir isə, dəlalət etdiyi şeydə, ehtimal qəbul edir.
Bəzi Maliki'lər, nass'ın qəbul etmədiyi ehtimalı, dəlildən qaynaqlanan bir ehtimal olaraq təfsir edirlər. Dəlildən meydana gəlməyən ehtimal isə, ləfzin nass olmasına, bir mane təşkil etməz.
Bəzilərinə görə də, nass, hər hansı bir ehtimala yer vermədən, öz mənasına dəlalət edən şeydir. İstərsə bu ehtimal, say bildirən 5 ləfzi kimi dəlildən meydana gəlməsin. Buna görə, amm bir ləfz, ümuma dəlalətində, zahir qəbilindəndir. Çünki, təxsisə ehtimalı vardır.
Birinci təfsirə görə, amm bir ləfz, nass qəbilindəndir. Çünki ondakı ehtimal, dəlildən meydana gəlmir.
Hənəfi'lər isə, bu mövzuda, başqa bir yol izləməkdədirlər. Onlara görə, zahir:
Açıqca bir mənaya dəlalət edən sözdür; lakin o söz, bu məna üçün sövq edilməmişdir. Bir ləfzin belə sövq edilmədiyi mənaya dəlaləti, ləfzi bir dəlalətdir. Lakin birinci planda, onunla bu qəsd edilməmişdir. Əksinə, bu dəlalət, başqa bir məqsədə tabedir. Məsələn,
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَـٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟
"Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq etməməyə daha yaxındır." (Nisa/3) ayətinin ləfzi, yetim qızlara ədalətli muamələ edilməsi (davranılması) üçün sövq edilmişdir. Lakin bu ayə, zahirilə, 2, 3 və 4-ə qədər evlənməyin, ədalətli davranmamamaq qorxusu olarsa, 1 qadınla evlənməklə kifayətlənməyin mübah olduğuna dəlalət etməkdədir.
Yenə, bu ayə, zahirilə, 4-dən çox qadınla evlənməyin doğru olmayacağına dəlalət etməkdədir.
Üçüncü olaraq da, 1 qadından artığı ilə evlənmədə, ədalətin dini bir şərt olduğunu; qəzai bir şərt olmadığını göstərməkdədir. Çünki burda, ədalətin, evlənmədən əvvəl isbatı, imkansızdır. Evlənən kimsənin zülmü görülmədikcə, ədalətsizliyi isbat oluna bilməyəcəyindən, 1-dən artıq qadınla evlənməsinə müdaxilə edilməz.
Bu faiz ayəti də, zahir üçün bir misal ola bilər:
ٱلَّذِينَ يَأْكُلُونَ ٱلرِّبَوٰا۟ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِى يَتَخَبَّطُهُ ٱلشَّيْطَـٰنُ مِنَ ٱلْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوٓا۟ إِنَّمَا ٱلْبَيْعُ مِثْلُ ٱلرِّبَوٰا۟ ۗ وَأَحَلَّ ٱللَّهُ ٱلْبَيْعَ وَحَرَّمَ ٱلرِّبَوٰا۟
"Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: 'Alış-veriş də sələmçilik kimidir!'– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir." (Bəqərə/275)
Bu ayə, faizin haram olmasını və faiz ilə alış-veriş arasındakı fərqi bildirmək üçün göndərilmişdir. Lakin, ləfzin zahiri, şübhəsiz, alış-verişin halal olduğunu bildirməkdədir.
Yenə, zahir üçün misal olaraq, bu qisas ayətini də zikr edə bilərik:
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌ
"Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır." (Maidə/45)
Bu ayə, Tövratın hökmlərini tərk edən yəhudilərin qüsurunu üzünə vurmaq üçün gəlmişdir. Lakin, eyni zamanda, bu ayə, zahirilə, Quranda da qisasın əmr edildiyini göstərməkdədir. Çünki Quran, bunların, Allahın hökmü olduğunu söyləməkdə və bu ayəti, bu sözlərlə bitirməkdədir:
...فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
"Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır." (Maidə/45)
Zahirin hökmü, ifadə etdiyi mənanın sübutu (sabit olması) və əməl cəhətindən dəlalətinə görə hərəkət etməkdir. Məsələn, yuxarıdakı ayələr və bəzi hökmlər ifadə etməkdədir ki:
~ birincisi, 4-ə qədər evlənməyin mübah olmasını;
~ ikincisi, alış-verişin halal qılındığını;
~ üçüncüsü də, qisas cəzalarını və qisasda bağışlamağın, günahların əfvi üçün kəffarət olduğunu
bildirməkdədir.
Zahir, ləfzin ifadə etdiyi mənaya və ehtiva etdiyi təklifi hökmə dəlalət etməklə bərabər, təxsis, təvil və nəsx də qəbul edir ki, bu yönlərdən, ona, ehtimal daxil olur; qətiliyi də azalır.
(əbu Zəhra, "Usulul-Fiqh")
