Zahir və Batin elmləri nə deməkdir? - 1
Tasavvuf əhli, dini elmləri, biri - zahir; digəri - batin olmaq üzərə ikiyə ayırmış:
1. Hədis, fiqh və kəlam kimi elmlərə - zahir elmlər;
2. Tasavvufa da - batin elmi adını vermişdirlər.
~ Zahir elmlərlə məşğul olanlara - zahir alimləri, rüsum üləması və əhl-i zahir;
~ Özlərinə də - batin üləması və əhl-i batin deyirlər.
Mutasavvıflara (tasavvuf əhlinə) görə, batin elmi:
1. Nass'lardakı gizli mənaları;
2. İbadətlərin mənəvi və əxlaqi özünü;
3. Varlıq və hadisələrin arxasındakı sirləri açıqlığa qovuşduran
bir elmdir. O, gizlidir və onun hər məsələsini xalqa açmaq, caiz deyildir. Çünki xalq, bu yüksək elmi və ondakı incə mənaları, ya başa düşə bilməz və ya yalnış başa düşər. Bundan dolayı, batin elmi, ancaq zəkalı, qabiliyyətli, istəkli və qəlb gözü açıq kimsələrə öyrədilər. Başlanğıcda batin elmindən sadəcə işarət yolu ilə bəhs edilər, bu elm, açıq şəkildə ifadə edilməzdi.
1. Batin elmini işarətlə deyil, sözlə açıqlayan ilk sufi - Zünnun əl-Mısri'dir (vəfatı: 859-cu il).
Lakin o, bu elmi, sadəcə onu tanıyanlara açıqlamaqda idi.
2. Cüneyd əl-Bağdadi, bu elmi qapalı və gizli qapılar arxasında öyrədərdi.
3. Tasavvuf tarixində, batin elmindən kürsülərdə açıqca bəhs edən ilk sufinin - Şibli olduğu söylənmişdir.
Tasavvuf əhlinə görə, batin elmi, İslamdan ayrı və onun xaricində bir elm deyildir. Bu elm, əsasən, nass'ların dərin və incə mənalarından ibarət olub Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən bəzi səhabələrə öyrədilmişdir. Necə ki, Onun sirr dostu Huzeyfə b. Yəman'a bəzi sirlər verdiyi; bununla bərabər, əbu Hureyrə'nin:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən 2 qab elm əzbərlədim. Birini yaydım, birini gizli tutdum. Onu da yaysaydım, boğazım kəsilər."
dediyi rəvayət edilir. (Buxari, hədis no: 120)
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, dində fəqih olması üçün dua etdiyi ibn Abbas'ın elminin də, batin elmi olduğu söylənmişdir.
Cüneyd əl-Bağdadi, Musa (əleyhissəlam)'ın Xızırdan öyrəndiyi "ledün elmi" (bax: Kəhf/65) ilə, Əli (radiyallahu anh)'ın bildiyi batin elminin, eyni şey olduğunu söyləmişdir.
Sərrac'a görə, Quranın, hədisin və İslamın da, zahir və batini vardır. Geniş mənası ilə, şəriət elmi, bu ikisini də ehtiva edir. Necə ki, sufilərə görə:
أَلَمْ تَرَوْا۟ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَـٰهِرَةً وَبَاطِنَةً...
"Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün zahir və batin nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü?" (Loğman/20)
ayətində, bu xüsusa işarət edilməkdədir.
İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirində, bu ayətin təfsirində bu nəqlləri verir:
"1. Bir açıqlamaya görə, zahiri nemət - sağlamlıq və mükəmməl yaradılışdır. Batini nemət isə - mərifət və ağıldır.
2. Bir başqa izaha görə, zahiri nemət - gözlə görülən mal, mövqe, gözəllik, itaətlərə müvəffəqiyyətdir. Batini nemət isə - insanın öz içində duyduğu Allahı bilmək, gözəl bir yəqin və uca Allahın quldan uzaqlaşdırdığı afətlərdir."
Batin elmi ilə bağlı ən doğru açıqlamalara, Ğazzali'nin "İhya'u-Ulumi'd-din" əsərində rast gəlinir. O, namaz, oruc, zəkat, həcc və Quran tilavəti kimi, bütün ibadətlərin, bir zahiri, bir də batini yönü olduğunu ifadə edərək:
~ zahiri əməl - batini əməl;
~ zahiri hökm - batini hökm;
~ zahiri ədəb - batini ədəb;
~ zahiri təmizlik - batini təmizlik;
kimi təsniflər etmişdir.
Məsələn, ona görə rükunun zahiri mənası - əyilməkdir; batini mənası isə - hörmət göstərməkdir.
Zahiri məna - bədən; batini məna - ruh kimi olduğundan, batini yönü reallaşmayan ibadətlər, cansız sayılır.
Quranın, hədislərin və elmin, zahir və batinindən bəhs edən mutasavvıflar, Peyğəmbərin də zahiri və batini yönü olduğunu, zahirini - mömin, kafir hər kəsin bildiyini; batinini isə - ancaq möminlərin və vəlilərin başa düşə biləcəyini bildirirlər.
"Sənə baxırlar, ancaq görmürlər." (Ə'raf/198)
ayətində işarət edildiyi kimi, kafirlərin baxdıqları halda görə bilməmələri, Onun batini yönüdür.
Zahir ilə Batin arasında bir ziddiyyətin olub-olmadığı mövzusu haqqında mübahisələr olmuşdur. Gizli və batini bir elmin məşruluğu qəbul edildikdən sonra, bu mövzuda fərqli qənaətlərə sahib kimsələr, bəzi zamanlar, "şathiyyat" növündən ifrata varmış sözlərlə ifadə etdikləri öz düşüncələrini, batin elmi olaraq təqdim etmə yolunu tutmuşlardır. Ancaq bu cür ifratlar, deyil yalnız zahir alimləri tərəfindən, eyni zamanda bir çox tasavvuf əhli tərəfindən də, İslamın zahiri hökmlərinə və təməl əsaslarına zidd görülərək rədd edilmişdir. Necə ki, əbu Səid əl-Xarraz, Hücviri, Ğazzali, Sührəvərdi kimi bir çox sufilər:
"Zahirə zidd düşən hər batin, batildir."
qaydasını mənimsəmişdirlər.
Ancaq Musa ilə Xızırın hekayəsində olduğu kimi, görünüş etibarı ilə də olsa, bu 2 elm arasında bir ziddiyyət ola biləcəyini qəbul edən imam Ğazzaliyə görə, bu biliklərin həqiqətini və xalqa açıqlanmayan qədər və ruhla bağlı bəzi sirləri, ancaq vəlilər və ariflər bilə bilərlər.
Nass'ların məcazi mənaları da, batini məna sayılır. Bir şeyi bilməklə, o şeyi yaşayaraq öyrənmək arasında fərq olduğu kimi; zahir ilə batin arasında da bir fərq ola bilər. Hal dililə söylənəni, söz dililə bildirmək də, bir qapalılığa yol açar.
Zahir elmi ilə Batin elmi arasındakı uyğunluq və tutarlılığın hər zaman kifayət qədər açıq bir şəkildə ortaya qoyula bilməməsi:
• bir tərəfdən - Suləmi, Ğazzali (halbuki İmamın bir əsəri, Şiə batini firqəsinə rəddiyyə olaraq yazılmışdır) kimi mutasavvıfların Batiniliklə tənqid edilməsinə;
• digər tərəfdən - fərqli xarici qaynaqlardan, xüsusilə Şiə batinilikdən, İxvan-ı Səfa və Yeni Platonçuluqdan gələn təsirlərin, "batin elmi" və "nass'ların batini mənası" adı altında, İslam mühitində asanlıqla yer qazanmasına
yol açmışdır.
Şiə İsmailiyyə və Təlimiyyə'nin "batin" anlayışı ilə, tasavvufdakı "batini məna" arasındakı fərq, budur:
~ İsmailiyyə'yə görə də, nass'ların zahiri və batini mənaları vardır. Ancaq əsl məqbul olan, batini mənadır. Zahir, sadəcə avam və zahir əhli üçündür. İsmailiyyə müntəsibləri, özlərini, zahiri mənalar və bunlara söykənən şəri hökmlərlə mükəlləf saymazlar.
~ Ancaq buna müqabil olaraq, tasavvuf əhli, nass'ların həm zahiri, həm batini mənalarını məqbul qəbul edirlər. Onlara görə, zahiri məna - "haqq"; batini məna - "həqiqət"dir. Bu səbəblə, hər 2 mənaya görə hərəkət etmək məcburiyyəti vardır.
Batin elminin varlığı, daha çox Ğazzali'dən sonra və Onun təsirilə, zahir alimləri tərəfindən də mənimsənilmişdir. Ancaq kəlam alimləri, bilik qaynağı olaraq, ağıl və 5 hiss ilə sadiq xəbər içində düşündükləri peyğəmbərlərə gələn vəhy və ilhamı qəbul edirlər. Ğazzali, Razi, Amidi kimi mütəaxxir dövr kəlamçıları, tasavvuf əhlinin "kəşf, ilham, batin" elmi kimi məfhumlarla ifadə etdikləri bilikləri də, bilik qaynağı olaraq qəbul etməklə bərabər, bu cür subyektiv bilikləri, vəhy və şübhələrdən ayıra bilmək üçün, bunların, Kitab və Sünnətə uyğunluğunu əsas almışlardır. Kəlam alimlərinin bu görüşü, əslində yuxarıda da bildirildiyi kimi, sufilərin, "zahirə zidd düşən hər şey, batildir." prinsipinin fərqli bir şəkildə ifadə edilməsindən başqa bir şey deyildir. Taftazani'nin:
"İlhamla elm hasil olarsa da, bu elm, hər kəs üçün bir dəlil təşkil etməz."
sözü, bu mövzuda kəlamçıların ortaq görüşlərinin icmalı sayıla bilər.
İbn Teymiyyə də, batin elminin, "imanın gizli həqiqətlərini bilmək" mənasına gəldiyini söyləmişdir. (bax: "Məcmuu'l-Fətava", Xl, s. 221-227)
Haris əl-Muhasibi, Kələbazi, Quşeyri, Hücviri və Ğazzali kimi Sünni mutasavvıflar, Quran və hədis çərçivəsində qalan batin elmini qəbul etmişlər, bunu da, nass'ların mənalarını dərinləşdirmək olaraq başa düşmüşlərdir.
