Zarafatla Küfr Söyləmək
ZARAFATLA KÜFR SÖYLƏMƏK
Günümüzdə bir çox insan küfr sayılan kəlimələri zarafatla söyləyib, qəlbində buna inanmadığı halda, bunun ona zərər verməyəcəyini və kafir olmayacağını sanar. Bu tərz şeylərə şahid olduğumuz üçün mövzu haqda yanlış düşüncələri düzəltməyə qərar verdik.
Maliki fəqihlərindən olan Əbu Bəkr İbnul Arabi (468-543 h/1076-1148 m) özünün "Əhkamul Quran" adlı təfsirində, Tövbə surəsinin 65-ci ayəsini açıqlarkən deyir:
"Onlar bu sözü ya ciddi şəkildə ya da zarafatla söyləmişdilər. Bu, nəcür olursa olsun küfrdür. Küfr (sözü və əməli) ilə zarafat küfrdür. Bu məsələdə ümmət arasında ixtilaf yoxdur." (Qaynaq: Əbu Bəkr İbnul Arabi: Əhkamul Quran: 2/543..Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003)
Qeyd: Gördüyümüz kimi, İbnul Arabi küfr olan kəlimənin ciddi və ya zarafatla deyilməsi arasında bir fərq olmadığı haqda Ümmətin icmasını nəql edir.
***
Hənəfi alimlərindən olan məşhur müfəssir Şihəbuddin Əl Alusi (1217-1270 h/1802-1854 m) özünün "Ruhul Məani" adlı təfsirində, Tövbə surəsinin 65-ci ayəsini açıqlarkən deyir:
"(Alimlərdən) Bəziləri bu ayəti, küfr kəliməsini izhar etməkdə/söyləməkdə ciddiliklə, zarafatın eyni olduğuna dəlil gətirmişlər. Bu məsələdə imamlar arasında ixtilaf yoxdur" (Qaynaq: Şihəbuddin Əl Alusi: Ruhul Məani: 10/131..Qahirə: İdəratut Tibəatil Muniriyyə)
***
Hənəfi alimlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) bu barədə icma nəql edir:
"Nəticə olaraq: Qadixanın da fətvalarında ifadə etdiyi kimi, kim zarafatla və ya əyləncə üçün küfr olan bir kəlimə söylərsə, hər kəsə görə kafirdir və etiqadına baxılmaz." (Qaynaq: İbn Nuceym: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 5/210..Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997)
***
Hənəfi fəqihlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) "Fəthul Qadir" isimli şərhində deyir:
"Kim küfr olan sözü zarafatla söylərsə - öz dediyinə inanmasa belə - dini xəfifə aldığı üçün mürtədd olar. Bu küfr inad küfrü kimidir." (Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir: 6/91..Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003)
***
Şafi alimlərindən olan Bədruddin Əz Zərkəşi (745-794 h/1344-1392 m) özünün "Əl Mənsur fil Qavaid" adlı kitabında deyir:
"Kim zarafatla küfr kəliməsi söylərsə (bununla) küfrü qəsd etməzsə (belə) kafir olar" (Qaynaq: Bədruddin Əz Zərkəşi: Əl Mənsur fil Qavaid: 2/380..Vizəratul Əvqaf vəş Şuunil İsləmiyyə)
Qeyd: Göründüyü kimi İmam Bədruddin Əz Zərkəşi küfr sözünü zarafatla söyləyənin qəsdini etibarsız sayır.
***
Hənbəli fəqihlərindən olan Əbul Fərəc İbnul Cəvzi (508-597 h/ 1114-1201 m) rahiməhullah özünün "Zədul Məsir" adlı təfsirində Tövbə surəsinin 65-ci ayəsini açıqlarkən deyir:
"Bu, küfr kəliməsini izhar etmədə/söyləmədə ciddiyyətin və zarafatın eyni olduğuna dəlalət edir." (Qaynaq: Əbul Fərəc İbnul Cəvzi: Zədul Məsir: 3/465..Əl Məktəbul İsləmi)
***
Hənəfi alimlərindən Fəxrul İslam Əl Bəzdəvi (400-482 h/1010-1089 m) öz məşhur üsulunda küfrün səbəbinin məhz zarafatın özü olduğunu qeyd edir:
"Riddətə səbəb olacaq şeyi zarafatla demək küfrdür. Zarafat etdiyi şeylə/o səbəblə deyil, məhz zarafatın özü səbəbilə küfrdür. Çünki zarafat edən, zarafatın özündə/onu etmədə ciddi, ixtiyar sahibi və razı birisidir.
Küfr kəliməsini zarafatla söyləmək haqq olan dini xəfifə almaqdır və belə birisi zarafatla dediyi şey səbəbilə deyil məhz bu zarafat səbəbilə mürtəd olar." (Qaynaq: Fəxrul İslam Əl Bəzdəvi: Kənzul Vusul ilə Mərifətil Usul: 351..Mir Muhəmməd Kitabxanası)
- ZARAFATLA KÜFR SÖYLƏMƏK
- RÜŞVƏT VƏ HÖKMLƏRİ
- Avam Dəlillərdən Hökm Çıxara Bilərmi?
- Novruz bayramını qeyd etmək olarmı?
- Səcdə etmək
- Musiqisiz zümzümə etmək caizdirmi? Musiqi dinləmək caizdirmi? Musiqili toylara, ad günlərinə qatılmaq olarmı? İslamda ilahilərin hokmü nədir?
- QAN NƏCİSDİRMİ?
- Əlfaz-ı Küfr
- Avam dəlillərdən hökm çıxara bilərmi?
- HARAM MALDAN İKRAM