Zikrin fərzlə sünnət arasında, yoxsa (əgər fərzdən sonra nafilə namaz varsa) sünnət namazdan sonra edilməsi daha fəzilətlidir?

908. Bəra b. Azib (radiyallahu anh) belə rəvayət edir:

"Muhamməd (sallallahu aleyhi və səlləm) bərabər qılınan namazı diqqətlə izlədim və Onun qiyamını, arxasından rukusunu, arxasından rukudan qalxmasını, sonra səcdəsini, sonra 2 səcdə arasındakı oturuşunu, sonra təkrar səcdəsini, sonra salam verməklə qalxıb getməsi arasındakı oturuşunu, demək olar ki bir-birinə yaxın gördüm." (Muslim, "Kitabu's-Salətin", 193, hədis no: 1057)

Bu hədis, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, salamdan sonra və namazdan qalxıb getmədən əvvəl, namazını qıldığı yerdə qısa bir müddət oturduğunu göstərməkdədir. Nəvəvi, Muslim şərhi olan "Minhac"da buna diqqət çəkməkdədir. (haşiyə)

----------------------

(Haşiyə:

Müəllifimiz şeyx Təhanəvi'nin qəsdi, budur:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, fərz namazdan sonra, çox qısa bir müddət oturduqdan sonra evinə doğru yönəlməsi, zikrin, fərz namazının sonunda deyil; evdə qılınan sünnət namazın ardından edildiyini göstərir. Hədis, buna açıqca dəlalət etməkdədir.

Əgər belə deyilsə, burda, 2 hal qarşımıza çıxır:

~ Ya Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu zikri, yol boyu edirdi;

~ Ya da evə çatdıqdan sonra, sünnət namazı qılmamışdan əvvəl.

Heç biri haqqında da, bizə bir rəvayət gəlməmişdir.

Dolayısı ilə, zikrin, fərzə bağlı (son) sünnətin ardından edilməsi, daha qüvvətlidir.

Muslim'in bu hədisini, eyni zamanda:

~ Buxari (792, 801);

~ əbu Davud (852, 854);

~ Tirmizi (279, 280);

~ Nəsai (1147, 1331)

də rəvayət etmişlərdir.

-------------------------

-------------------------

909. Ümmü Sələmə (radiyallahu anha), belə rəvayət edir:

"Nəbi (sallallahu aleyhi və səlləm), (namazı bitirib) salam verdiyində, olduğu yerdə qısa bir müddət qalardı."

ibn Şihab belə deyir:

"Ən doğrusunu Allah bilir, Peyğəmbər (sallallahu aleyhi və səlləm), qadınların namazı bitirib çıxıb getməsinə imkan vermək üçün belə edərdi."

Hədisi, Buxari (hədis no: 849) rəvayət etmişdir.

Buxari'nin bir başqa rəvayətində, ümmü Sələmə (radiyallahu anha):

"Nəbi (sallallahu aleyhi və səlləm), salam verər; qadınlar (namazdan çıxıb dərhal) qayıdardılar və Allah rəsulu (sallallahu aleyhi və səlləm) namazından qayıtmadan əvvəl evlərinə gedərdilər." (Buxari, hədis no: 850)

Bu rəvayət də, -bir az əlavə ilə bərabər-, əvvəlki hədislə eyni şeyi ifadə etməkdədir. Bəhsini etdiyimiz əlavə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in olduğu yerdə gözləməsinin səbəbini, qadınların kişilərdən əvvəl qayıdıb getmələrinə imkan vermək olaraq göstərməkdədir. Bu açıqlamanın gərəyi, camaat sadəcə kişilərdən ibarət olduğu təqdirdə bəhsi keçən gözləməyin müstəhəb olmamasıdır. Necə ki, hədisi şərh edən bəzi alimlər, belə demişlərdir.

Deyirəm:

Bir şeyin, birdən çox səbəbi ola bilər. Dolayısı ilə, bəhsi keçən gözləmə:

~ zikr;

~ qadınların qayıdıb getməsi; və

~ bunların xaricində başqa bir

səbəb ilə ola bilər.

-------------------------

-------------------------

910. Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Nəbi (sallallahu aleyhi və səlləm), salam verdiyi vaxt, "Allahummə, Əntə's-Sələmu və minkə's-Sələm. Təbəraktə zə'l-cələli və'l-ikram." deyəcək qədər oturardı.

ibn Nəmir'in rəvayətində isə, "yə zə'l-cələli və'l-ikram" ibarəsi vardır. (haşiyə)

---------------------------

(Haşiyə:

Hədisi:

~ Muslim ("Məsəcid", 136, hədis no: 1334);

~ əbu Davud (hədis no: 1512);

~ Tirmizi (hədis no: 298);

~ Nəsai (hədis no: 1337);

~ ibn Macə (hədis no: 954)

də rəvayət etmişlərdir.)

---------------------------

---------------------------

911. Səvban (radiyallahu anh), belə rəvayət edir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazından çıxdığı vaxt, 3 dəfə istiğfar edər və: 'Allammə, Əntə's-Sələmu və minkə's-Sələm. Təbəraktə zə'l-cələli və'l-ikram.' deyərdi.

Vəlid deyir:

Əvzai'dən, 'Bu istiğfar necə olur?' deyə soruşdum.

- O: 'Əstəğfirullah, əstəğfirullah deyərsən.' dedi." (haşiyə)

----------------------------

(Haşiyə:

Hədisi:

~ Muslim ("Məsəcid", 135, hədis no: 1333);

~ əbu Davud (hədis no: 1513);

~ Tirmizi (hədis no: 300);

~ Nəsai (hədis no: 1336);

~ ibn Macə (hədis no: 928)

də rəvayət etmişlərdir.)

----------------------------

Munavi, belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), salam verdiyi vaxt, 'Allahummə, Əntə's-Sələmu...' deyəcək qədər oturardı.' ifadəsinin mənası: fərzlə sünnət arasında, bu zikri oxuyacaq qədər oturardı, deməkdir."

"Əzizi"də (lll, 13) də belədir.

Deyirəm:

Hənəfi məzhəbi də, hədisi, bu mənaya həml etmişdir.

"Məraqi'l-Fəlah"da, bu mövzu ilə bağlı olaraq belə deyilməkdədir:

"Fərzdən sonrakı sünnəti əda etmək üçün, fərzin dərhal arxasından ayağa qalxmaq, sünnətdir. Ancaq Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, salam verdiyində, 'Allahummə, Əntə's-Sələmu...' duasını oxuyacaq qədər dayanması; və sonra sünnəti əda etmək üzərə ayağa qalxmasında olduğu kimi, bunların (yəni, fərzlə son sünnətin) arasını ayırmaq, müstəhəbdir.

ibnu'l-Hümam, belə deyir:

'Sünnəti ertələyən və onunla fərzin arasını ayıran, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən zikrlər, bunlardan ibarətdir.'

Deyirəm:

Məqsəd, məğrib namazından sonra ayaqlarını bükmüş olaraq 10 dəfə zikr söylənilən lə iləhə illəllah və cümə namazından sonra 7 dəfə deyilən fatihə, fələq və nas surələrinin oxunması yolunda sabit olan xəbərlərdən başqası olsa gərəkdir." (Şurunbulali, "Məraqi'l-Fəlah", s. 181)

Tahtavi, belə deyir:

"Aişə (radiyallahu anha)'nın rəvayət etdiyi hədis, -müəllifin zikr etdiyi üzərə-, məqsədin, namaz qılan şəxsin hər gün eyni duanı oxuması gərəkdiyini vurğulamaq deyildir. Əksinə, namaz qılan şəxs, o müddət qədər və ya o duanın bənzəri bir duanı oxuyacaq qədər oturar. Nəticə olaraq, bu hökm, Buxari və Muslim'dəki Muğirə rəvayətilə zidd düşməz.

~ Buxari'nin Muğirə rəvayətində, Muğirə (radiyallahu anh), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər bir fərz namazın arxasından sonra, belə buyurardı:

'Lə iləhə illəllahu, vəhdəhu, lə şərikə ləh, ləhu'l-mulku və ləhu'l-həmdu və Huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə. Və lə mu'tiyə limə mənə'tə. Və lə yənfəu zə'l-cəddi minkə'l-cəddi.'

(Yəni):

Allahdan başqa ilah yoxdur. Onun şəriki yoxdur. Mülk, Ona məxsusdur. Həmd, Onadır. O, hər şeyə qadirdir.

Allahım! Sənin (nemət) verdiyinə mane olacaq; mane olduğuna da verəcək bir (kəs) yoxdur. Heç bir hörmət sahibinə, Sənin yanında hörməti fayda verməz." (Buxari, hədis no: 844)

~ Yenə, Muslim'dəki Abdullah b. Zubeyr (radiyallahu anh) hədisilə də zidd düşməz. (Muslim)'in rəvayəti, belədir:

"Abdullah b. Zubeyr, salam verdiyi vaxt, hər namazın arxasından, belə deyərdi:

'Lə iləhə illəllahu, vəhdəhu, lə şərikə ləh, ləhu'l-mulku və ləhu'l-həmdu və Huvə alə kulli şeyin qadir. Lə həvlə və lə quvvətə illə Billəh. Lə iləhə illəllahu və lə nə'budu illə iyyəhu ləhu'n-ni'mətu və ləhu'l-fadlu və ləhu's-sənəu'l-həsənu. Lə iləhə illəllahu muxlisinə ləhu'd-dinə və ləv kərihə'l-kafirun.'

(Yenə, ibn Zubeyr) dedi:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hər namazın arxasında, bunları təhlil (lə iləhə illəllah) ilə (səsini yüksəldərək) söyləyərdi." (haşiyə)

------------------------------

(Haşiyə:

Bu hədisi:

~ Muslim ("Məsəcid", 139, hədis no: 1342, 1343, 1344, 1345);

~ əbu Davud (hədis no: 1506, 1507);

~ Nəsai (hədis no: 1338, 1339)

də rəvayət etmişlərdir.)

--------------------------------

Aişə (radiyallahu anh) hədisində zikr edilən miqdar (yəni, Allahummə, Əntə's-Sələmu və minkə's-Sələm deyəcək qədər oturmaq), müddəti tam olaraq müəyyənləşdirmək məqsədilə deyil; təxmini olaraq ifadə etməkdədir. Bu zikrlərdən hər biri, aralarında böyük bir fərq olmadığı üçün, o müddətdə oxunula bilər. (Tahtavi, "Məraqi'l-Fəlah", s. 181)

Elə başa düşülür ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər namazın sonunda, yuxarıdakı zikrlərdən birini oxuyardı və hər bir ravi də, öz eşitdiyi zikri rəvayət etmişdir. Hər gün namazların ardından yuxarıda zikr edilən zikrlərin hamısını oxumuş olması isə, -ən qıt ağıllı bir adamın belə asanca başa düşəcəyi üzərə- uzaq bir ehtimaldır.

Bizim Hənəfi məzhəbinə görə:

~ Aişə (radiyallahu anha) hədisi, arxasınca sünnət namazı qılınacaq olan fərz namazlarla;

~ Namazın sonunda oxunacaq olan uzun zikrin yer aldığı hədislər isə, arxasında ratib sünnət olmayan fərzlərlə

bağlı olması mənasına həml edilmişdir.

Məzhəbimizə görə, fərzdən sonra sünnət qılınacaqsa, o vaxt, sünnətin ardınca bu zikrlər ediləcəkdir. Belə edildiyi təqdirdə, bu mövzuda zikr edilən hədislərin hamısına görə əməl edilmiş olacaqdır.

Aradakı fərqə gəlincə:

Rəvatib sünnətlər, fərzin arxasınca qılınırlar. Bu namazları, fərz namazlara tabe olduqları və -iləridə gələcəyi üzərə- bəzi ratib sünnətlər haqqında tələsilməsi əmri mövcud olduğu üçün, fərzlərə bitişik olaraq əda etmək lazımdır. Bu babda zikr edilən hədislərin açıqladığımız şəkildə uzlaşdırılması, ən uyğun olanıdır. Bil!

"Məraqi'l-Fəlah"da belə deyilir:

"ibnu'l-Hümam (l, 383), şəmsu'l-əimmə (imamların günəşi) əl-Hulvani'nin, 'Fərz və sünnət arasında, uzun olmayan bəzi virdlərin oxunmasında, hər hansı bir beis yoxdur.' dediyini nəql edir. Ancaq, daha uyğun olanı, o virdlərin, sünnətdən sonraya buraxılmasıdır. Bu, məkruhluğu ortadan qaldırır. Bu söz, 'əl-İxtiyar'dakı bu ifadə ilə zidd düşməkdədir: 'Ardınca sünnət qılınacaq olan hər fərz namazın arxasından, o sünnəti qılmadan və duadan əvvəl oturmaq, məkruhdur. Tam əksinə, insan, sünnətlə fərzin arasını açmış bir hala düşməmək üçün, sünnətlə məşğul olmalıdır.' Aişə (radiyallahu anha)'nın rəvayətinə görə -ki, daha əvvəl keçdi- Peyğəmbər (sallallahu aleyhi və səlləm), 'Allahummə, Əntə's-Sələmu'nu oxuyacaq qədər oturardı və bu duadan daha çoxunu oxumaz və ya o miqdardan daha çox oturmazdı.'

ibnu'l-Hümam, daha sonra, belə davam edir:

'Əsrimizdə, məscidlərdə oxunmaqda olan ayətu'l-kursi, 33 dəfə zikr edilən subhanallah, əlhəmdulilləh və Allahu Əkbər zikrlərilə, fərzlə sünnətin bir-birindən ayrılması şəklində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gələn bir rəvayət yoxdur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, mühacirlərin kasıblarına, 'Hər namazın sonunda, subhanallah, əlhəmdulilləh, Allahu Əkbər deyərsiniz.' (Buxari, hədis no: 843) şəklindəki ifadəsi, bu zikrlərin, fərzə bitişdirilməsini gərəkdirməz. Əksinə, bunların, yemək və içmək kimi namaza tabe olan şeylərlə məşğul olmadan, sünnətin ardından oxunması lazımdır. Dolayısı ilə, bunların, namazın sonunda oxunması, səhihdir." (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", l, 384)

Deyirəm:

~ "əl-İxtiyar" mətnindəki "oturma və dua"nı, "uzun müddət oturmaq" "dua" şəklində;

~ Hulvani'nin ifadəsindəkini isə, qısa olaraq oturmaq mənasına

həml etmək, bəhsi keçən ixtilafı və ziddiyyəti, ortadan qaldırar. Bil!

Lakin, Əhməd b. Hənbəl'in "Müsnəd"ində (lV, 227),

Ravh ---> Həmmam ---> Abdullah b. əbi'l-Hüseyn əl-Məkki ---> Şehr b. Həvşəb ---> Abdu'r-Rahmən b. Ğunm

isnadı ilə nəql edilən rəvayət, bu görüşə qarşı dəlil olaraq iləri sürülə bilər. Bu rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kim, məğrib və sübh namazını əda etdikdən sonra, ayrılıb getmədən və ayaqlarını yığmadan əvvəl, 10 dəfə 'lə iləhə illəllahu, vəhdəhu, lə şərikə ləh, ləhu'l-mulku və ləhu'l-həmdu bi yədihi'l-xeyr, yuhyi və yumit və Huvə alə kulli şeyin qadir' deyərsə:

~ özünə, hər birinə müqabil 10 savab yazılar; və

~ özündən, 10 günah silinər;

~ dərəcəsi isə, 10 qat yüksəldilər.

Bu,

~ başına gəlməsindən xoşlanmadığı hər şeydən və qovulmuş şeytandan qoruyar.

~ Şirk xaric heç bir günah, ona çata bilməz.

~ Onun dediyindən daha fəzilətlisini söyləyən şəxs xaric, əməlcə, insanların ən fəzilətlisindən biri olar."

Hafiz Munziri, "ət-Tərğib"də (l, 77), "Bu xəbərin raviləri, -Şehr xaric- Səhih'in raviləridir. Abdu'r-Rahmən'in səhabə olub-olmadığı, ixtilaflıdır. Bu hədis, bir qrup səhabə tərəfindən rəvayət edilmişdir."

Bu hədisdə, rəvatib sünnətdən əvvəl (yəni, məğribin fərzini əda etdikdən sonra), uzunca bir zikirdən söz edilməkdədir.

Bu rəvayətə, bir neçə yöndən cavab vermək, mümkündür. (Belə ki):

✓ Birincisi:

Bu hədis, Aişə (radiyallahu anha) hədisi qədər, güclü deyildir. Çünki, Aişə (radiyallahu anha) hədisinin bütün raviləri, siqadır. Bu hədisin isnadında isə, siqalığı ixtilaflı olan Şehr b. Həvşəb vardır. Tahtavi, "Məraqi'l-Fəlah Haşiyəsi"ndə (s. 181), belə deyir:

"Hər halda, məğrib namazından sonra uzun zikrdən bəhs edən hədis, Aişə (radiyallahu anha) hədisi qədər güclü olmasa gərəkdir. Bundan dolayı, məzhəb imamlarımız, bu rəvayətə görə hökm verməmişlərdir."

Deyirəm:

Tirmizi'nin ("Daavat", 62), əbu Zərr (radiyallahu anh)'dan rəvayət etdiyi və içində məğrib namazından bəhs edilməyən hədis də, bunu dəstəkləməkdədir. Bu hədisi, Nəsai ("Aməlu'l-Yəvm və'l-leyl", 127), Muaz (radiyallahu anh)'dan nəql etməkdədir. Munziri, "ət-Tərğib və't-Tərhib"də (l, 76), belə deyir:

əbu Zərr (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kim, sübh namazının ardınca, ayaqları bükülmüş olduğu halda, hələ danışmadan lə iləhə illəllahu, vəhdəhu (zikrini) oxuyarsa..."

əbu Zərr (radiyallahu anh), bundan sonra, Əhməd b. Hənbəl hədisini, məna etibarı ilə zikr edir və sonra, belə deyir:

"Hədisi, Tirmizi rəvayət etmiş olub ləfz, ona aiddir və Tirmizi, hədisin 'həsən-ğarib-səhih' olduğunu bildirmişdir.

Hədisi, ayrıca, Nəsai də rəvayət etmiş olub, buna 'biyədihi'l-xeyr' cümləsilə, 'Kim, bunu oxuyarsa, hər söylədiyi hər bir kəliməyə, mömin bir qul azad etmiş olar.' cümləsini əlavə etmişdir. Hədisi, Nəsai, Muaz (radiyallahu anh) rəvayətilə nəql etməkdədir. Muaz'ın nəqlində, 'Kim, əsr namazından çıxarkən bu kəlimələri oxuyarsa, ona, gecə də bir o qədəri verilər.' əlavəsi vardır." ("əs-Sünənu'l-Kubra, "Aməlu'l-yəvm və'l-leyl" qismində, Vl, 37)

Deyirəm:

Nəsai'nin bu rəvayəti, Munziri'nin "ət-Tərğib"dəki qaydalarına (kriteriyalarına) görə, səhih və ya həsəndir.

✓ İkincisi:

Rəvayət edilən ibn Ğunm hədisinə, Huzeyfə (radiyallahu anh)'dan mərfu olaraq rəvayət edilən və -iləridə gələcək olan bu hədis- müxalifdir. (Belə ki):

"Məğrib namazının arxasından, dərhal 2 rükət qılın. Çünki bu, məğribin fərzilə bərabər (göylərə) qaldırılır."

Bu hədis, həsən olub, 2 rükət sünnətin, fərzdən geri qoyulmasının məkruh olduğunu ifadə etməkdədir. ibn Ğunm hədisi isə, o 2 rükətin fərzdən geri buraxılmasını, mübah qılmaqdadır.

Hər hansı bir məsələdə, mübah qılanla; haram qılan rəvayət bir-birilərinə zidd düşdüklərində, haram qılan rəvayətə əvvəl götürülür.

ibn Ğunm hədisinin mənası haqqında söylənilə biləcək ən uyğun məna, budur:

"Kim, məğrib və sübh namazını əda etdikdən sonra ayrılmadan və ayaqlarını toplamadan əvvəl" ifadəsinin mənası: sadəcə məğribin fərzini deyil; "fərzlə bərabər sünnəti qıldıqdan sonra qalxıb getmədən əvvəl" şəklində olmalıdır. Ratib sünnətlər, fərzlərə tabe və onları tamamlamaq üçün gətirilmiş və sanki onların bir parçası kimi olduğundan, "ratib sünnətdən sonra"sı üçün: "fərzdən sonra" demək, mümkündür. Beləcə, 2 rəvayət arasındakı ziddiyyət də, ortadan qalxmış olar. Allah Taala'yə həmd olsun.

 

Tənbeh:

Tahtavi, "Məraqi'l-Fəlah" üzərinə yazdığı "Haşiyə"də (s. 181), belə deyir:

"Bilmək lazımdır ki, fərzlə sünnət arasındakı zaman aralığını azaltmaq xüsusunda söylənən əvvəlki ifadə, insan, sünnəti -məsələn- məsciddə qıldığı təqdirdədir. Buna müqabil olaraq, sünnəti evində qılmaq istəyirsə, fərzlə sünnət arasındakı fasilə, sünnət olan miqdardan daha çox olsa belə, bu, ona, məkruh olmaz!"

Buna dəlalət edən rəvayətlər, iləridə gələcəkdir.

------------------------------

------------------------------

912. Əli (radiyallahu anh)'ın: "İmamın, olduğu yerdən başqa bir yerə keçmədikcə tatavvu namazı qılmaması, sünnətdəndir." dediyi rəvayət edilmişdir.

Bunu, ibn əbi Şeybə ("əl-Musannəf", ll, 210) həsən bir isnadla rəvayət etmişdir. Eyni şey, "Fəthu'l-Bari"də (ll, 390) də mövcuddur.

-----------------------------

-----------------------------

913. ibn Cureyc'in, Ömər b. Ata b. əbi'l-Xuvar'dan nəqlinə görə:

Nafi b. Cubeyr, Ömər b. Ata'nı, Səib b. uxti Nəmir'ə göndərərək, Muaviyə'nin yanına göndərərək, namaz haqqında, özündə hər hansı bir əskiklik görüb-görmədiyini soruşdurur. Səib, bu cavabı verir:

"Bəli, gördü. Mən, Muaviyə ilə bərabər, məqsura (kiçik otaq, imam otağı və s.)'da cümə namazı qıldım. İmam salam verincə, olduğum yerdə ayağa qalxaraq, namaza durdum. (Muaviyə) içəri girincə, mənə belə dedi:

"Bir də, belə etmə! Cüməni qıldığın vaxt, danışmadıqca, yaxud ordan çıxmadıqca, ona başqa namaz əlavə etmə. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, danışmadıqca, yaxud məsciddən çıxmadıqca, bir namazı başqa bir namaza əlavə etməyimizi qadağan etdi." (Muslim, "Cümə", 73)

Deyirəm:

Bu rəvayətlər, imamın, sünnəti qılmaq üçün, fərzi qıldırdığı yerdən başqa tərəfə keçməsinin sünnət olduğunu, açıqca göstərməkdədir.

(913 no-lu) Muaviyə hədisi isə, camaatın da, eyni şəkildə, fərz qıldıqları yerdən başqa tərəfə çəkilmələrinin, müstəhəb olduğunu ifadə etməkdədir. Çünki, rəvayətdə, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, danışmadıqca, yaxud məsciddən çıxmaqdıqca, bir namazı, başqa bir namaza əlavə etməyimizi qadağan etdi." deyilməkdədir.

Nəvəvi (Muslim şərhi "Minhac"da, l, 288, bu hədisin şərhində), belə deyir:

"Bu rəvayət, məzhəb imamlarımızın, 'rəvatib və digər nafilə namazların, fərz qılınan yerdən başqa bir yerdə qılınmasının, müstəhəb olduğu' şəklindəki görüşlərinə, istinad təşkil etməkdədir. Bundan daha əfdalı isə, insanın, evində qılmasıdır. Evə getməsə, o vaxt, məsciddə, başqa bir tərəfə və ya məscidin çölündə başqa bir yerə getməlidir ki, səcdə etdiyi yerlər, çoxalsın və nafilə namazın qılınışı, fərzinkindən ayrı olsun. Hədisdəki 'danışmadıqca' ifadəsi, fərzlə sünnət arasının, sözlə (yəni, danışmaqla da) açıla biləcəyinə dəlildir. Lakin, fərz qılınan yerdən başqa bir tərəfə keçmək, -zikr etdiyimiz səbəblərdən dolayı- daha fəzilətlidir. Allah, ən doğrusunu bilir."

Deyirəm:

Səcdə məhəllərinin çoxaldılmasının hikməti, namaz qılan şəxsin olduğu məkanın qiyamət günü, özünə şəhadət edəcəyinə dair rəvayətdir. Necə ki, Tirmizi'nin ("Sifətu'l-Qiyamət", 7) nəqlinə görə, əbu Hureyrə (radiyallahu anh), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), 'yəvməizin tuhəddisu əxbərahə = o gün (yer), Rəbbinin ona bildirməsilə, bütün xəbərlərini danışar' ayətini (Zilzal/6-7-8) oxuyur. Sonra, 'Yerin xəbərlərinin nə olduğunu soruşur.' Səhabələr: 'Allah və rəsulu, daha yaxşı bilir.' deyirlər. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): 'Yerin xəbərləri, hər qula və ya ümmətə, üzərində etmiş olduğu şeylərə, 'bu şəxs, filan gün, belə-belə etdi' deyərək, şahidlik etməsidir. Bax, yerin xəbərləri, bunlardır." buyurdu. (haşiyə)

-----------------------------

(Haşiyə:

Bu mövzudakı hədislərin sonunda, bunun, əqlən necə mümkün ola biləcəyinə toxunulacaqdır.)

------------------------------

Bu hədis, həsən-səhih-ğaribdir.

İləridə gələcəyi üzərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, sünnət namazını qılmaq üçün evinə keçdiyi, sabitdir və bu, fərz namazla sünnətin arasını danışaraq açmaqdan daha əfdaldır. (haşiyə)

-----------------------------

(Haşiyə:

Diqqət et! Muaviyə (radiyallahu anh), bu adama, fərz ilə nafilə arasında, 33 subhanallah, 33 əlhəmdulilləh, 33 Allahu Əkbər zikrini söyləməyi əmr etmir.)

----------------------------

----------------------------

914. ibn Ömər (radiyallahu anh)'ın nəqlinə görə:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümədən və məğrib namazından sonrakı 2 rükət sünnəti, evindən başqa bir yerdə qılmazdı. (Haşiyə)

-----------------------

(Haşiyə:

908 no-lu hədisin haşiyəsinə bax!)

------------------------

Bu hədisi, Tayalisi rəvayət etmişdir. Eyni rəvayəti, əl-Əzizi (lll, 148) də nəql etmiş və isnadının həsən olduğunu bildirmişdir.

Bu hədis, -daha əvvəl keçdiyi üzərə- sünnət qılmaq üçün, insanın evinə getməsinin müstəhəb olduğunu göstərməkdədir. Ancaq bu rəvayətdə, yalnız məğrib və cümə namazından bəhs edilməkdədir. Bundan sonra gələcək olan ibn Məsud (radiyallahu anh) hədisi, həm bu 2 namazı və həm də bunların xaricində rəvatib və nafilə bütün namazları əhatə etməkdədir. Bilindiyi üzərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), sünnət qılmaq üzərə keçdiyi otağı, namaz qıldığı sırada, sol tərəfinə düşürdü. Bundan dolayı, Hənəfi məzhəbi imamlarımız, "İnsan, sünnəti, məsciddə və ya məscidə yaxın bir yerdə qılacaqsa, sol tərəfə keçməlidir." demişlərdir. Çünki, evinə getmək fikrindən daşındığına görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in felinə bənzəməyi tamamilə tərk etməməli və heç olmasa, Onun felinə yaxınlaşmaq üçün, sol tərəfə çəkilməlidir. Bil!

Geriyə, sünnəti və ya özündən sonra sünnət olmayan fərzi bitirdikdən sonra, virdləri oxumaq üçün olduğu yerdən ayrılmaq məsələsi qalır. Bu sualın cavabı, bundan əvvəl zikr etdiyimiz hədisdə, açıqca mövcuddur. O rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəzən, sol tərəfinə; bəzən də, sağ tərəfinə dönərdi. Sol tərəfinə dönməsi, məzhəbimizə görə, evində sünnət qılmaq üçün getməsi mənasına həml edilmişdir. Sağ tərəfinə dönməsi isə, "namaz qıldığı yerdə, virdlərini oxumaq üçün oturmaq məqsədilə keçməsi" mənasına həml edilmişdir. Çünki, sağın, sola üstünlüyü vardır. Dolayısı ilə, insan, sol tərəfində, hər hansı bir ehtiyacı yoxdursa, sağa dönməlidir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəzən də, camaata dönərdi. Yəni, kürəyini qibləyə çevirər; üzünü camaata döndərərdi. Bu, "camaata bir şey öyrətmə və ya xatırlatma" məqsədi olduğu mənasına həml edilmişdir. Bu mövzuda rəvayət edilən hədislər, ancaq belə uzlaşdırıla bilər. Bəhsi keçən dönüş, camaata deyil, imama aiddir. Çünki, -Muaviyə (radiyallahu anh) hədisilə sünnət qılmaq üçün olduğu yerdən başqa tərəfə keçmək hökmünün ümumiliyinin sabit olması kimi- bu dönüşün də, imam və camaata ümumi olduğunu göstərən hər hansı bir rəvayət, yoxdur.

------------------------------

------------------------------

915. Huzeyfə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məğrib namazından sonrakı 2 rükəti, dərhal qılın. Çünki bu, fərz namazla bərabər yüksəldilir."

Hədisi, ibn Nasr rəvayət etmişdir. "Camiu's-Sağir"də, həsən olduğuna işarət edilmişdir.

Bu rəvayət, söz, zikr və bənzəri bir şeyə başlamadan, sünnətin, fərzin dərhal arxasınca qılınmasının müstəhəb olduğunu göstərməkdədir. Çünki, rəvayətdəki "2 rükəti dərhal qılın." ifadəsi, mütləq olaraq tələsməyi ifadə edir. Mütləq bir ifadə isə, kamal mənasına həml edilir. Bunu, Abdu'r-Razzəq'in "mərfu mürsəl" olaraq Məkhul'dan nəql etdiyi bu rəvayət dəstəkləməkdədir:

"Kim məğrib namazından sonra, danışmadan 2 rükət namaz qılarsa, bu namazı, illiyin'də yazılar." (Abdu'r-Razzəq, "əl-Musannəf", lll, 70)

Əzizi (lll, 344), bu hədisin isnadının, səhih olduğunu bildirir.

Rəvayətdəki "danışmadan" ifadəsi, -gərək zikr, gərəksə də başqa- hər cür sözə şamildir. Lakin, Aişə (radiyallahu anha)'nın rəvayət etdiyi (910 no-lu hədis) miqdar qədəri, ondan bir az az, bir az çox fasilə vermək, istisnadır. Nəticə olaraq, bu hədisdən dolayı, sünnətdən əvvəli, bu hökmə tabe deyildir.

Bu rəvayət, hər nə qədər xüsusi olaraq məğrib namazının sünnəti haqqında varid olmuşdursa da, zöhr və işa namazının sünnətləri də, bu hökmə tabedir. Çünki, bunların hər biri, fərzləri tamamlamaq üçün gətirildiyindən, onlara tabedirlər. Bu səbəblə, aralarında bir fərq yoxdur. Bil!

(Təhanəvi, "İ'lau's-Sünən")

-------------------

-------------------

Əlavələr:

"Namaz qılınan yerin, qiyamət günü, namaz qılana şahidlik edəcəyi" məsələsinin əqli izahı:

• Birincisi:

Dəyərli oxuyucu! Bütün kainat, zərrələrdən mürəkkəbdir. Zərrələrin yaddaşı olması isə, bu günki fənlərin isbatı ilə də sabitdir. Buna dəlil, bizim, radioda, televizorda, kimlərisə eşidə, onları görə bilməyimizdir. Radio dalğaları, hava zərrələrində mövcud olan səsimizə və ya görüntümüzə toxunmaqla, onları eşidilə və görülə bilən qılır. Burdan başa düşülür ki, varlıqların görüntüləri, səsləri, hava zərrələri vasitəsilə qorunub saxlanmaqdadır.

---------------------------

Bu məsələ beləcə isbat edildikdən sonra, deyirik ki:

• İkincisi:

Əşya və əşyanı meydana gətirən zərrələrin qısa bir müddət görünüb öz funksiyalarını icra etdikdən sonra yox edilmələri, əbəsdir! Əşyanın yox edilmək üçün yaradılmadığını, Ustad Nursi, "Haşr" risaləsində (6-cı Həqiqət, s. 73) belə bəyan etməkdədir:

"...Şu fâni masnuat fena için değil; bir parça görünüp mahvolmak için yaratılmamışlar—belki, vücutta kısa bir zaman toplanıp, matlup bir vaziyet alıp, ta suretleri alınsın, timsalleri tutulsun, mânâları bilinsin, neticeleri zaptedilsin. Meselâ, ehl-i ebed için daimî manzaralar nesc edilsin. Hem âlem-i bekàda başka gayelere medar olsun.

Eşya bekà için yaratıldığını, fena için olmadığını, belki sureten fena ise de tamam-ı vazife ve terhis olduğu bununla anlaşılıyor ki, fâni birşey, bir cihetle fenaya gider, çok cihetlerle bâki kalır. Meselâ, kudret kelimelerinden olan şu çiçeğe bak ki, kısa bir zamanda o çiçek tebessüm edip bize bakar; derakab, fena perdesinde saklanır. Fakat, senin ağzından çıkan kelime gibi o gider; fakat binler misallerini kulaklara tevdi eder, dinleyen akıllar adedince mânâlarını akıllarda ibkà eder. Çünkü, vazifesi olan ifade-i mânâ bittikten sonra kendisi gider; fakat, onu gören herşeyin hafızasında zahirî suretini ve herbir tohumunda mânevî mahiyetini bırakıp öyle gidiyor. Güya her hafıza ile her tohum, hıfz-ı ziyneti için birer fotoğraf ve devam-ı bekàsı için birer menzildirler.

En basit mertebe-i hayatta olan masnu böyle ise, en yüksek tabaka-i hayatta ve ervâh-ı bâkıye sahibi olan insan ne kadar bekà ile alâkadar olduğu anlaşılır..."

Yəni:

Bu sənət əsərləri, bir az görünüb itmək, qısa bir zaman var olub məhv edilmək üçün yaradılmamışlardır. Əksinə, varlıq meydanında toplanıb, özlərindən istənilən mətlub vəziyyətə girsinlər; surətləri alınsın; mənaları bilinsin; nəticələri qeyd edilsin (deyədir)... Məsələn, cənnətdə əbədi qalacaqlara daimi mənzərələr hazırlanması və əbədiyyət aləmində başqa qayələrə (məqsədlərə) vəsilə olmaq üçün yaradılmışlardır.

Əşyanın:

~ əbədiyyət üçün yaradıldığı;

~ görünüşdəki faniliyin, onun vəzifəsinin tamamlanması və tərxisi mənasına gəldiyi

burdan başa düşülür ki:

Fane bir şey, bir yönü ilə yoxluğa gedir, ancaq bir çox yöndən əbədi qalır.

Məsələn:

Allahın "qüdrət kəlimələri"ndən biri olan bu çiçəyə bax! Bizə qısa bir müddət təbəssüm edərək baxır, sonra dərhal fanelik pərdəsi arxasında gizlənir. (Bu çiçək) Sənin ağzından çıxan bir kəlimə kimi, minlərlə misalını qulaqlarda buraxır. (Bu kəliməni) eşidən ağıllar ədədincə, mənalarını (ağıllarda) əbədiləşdirir. Vəzifəsi olan mənanı ifadə etdikdən sonra:

~ onu görən hər şeyin yaddaşında rəsmini; və

~ hər bir toxumunda mənəvi (çiçəklik) mahiyyətini

buraxıb elə gedir.

Sanki hər yaddaş və hər toxum:

~ onun gözəl surətini mühafizə etmək üçün, bir fotoaparat; və

~ əbədiliyi üçün bir mənzildirlər.

Ən bəsit həyat mərtəbəsindəki sənətli bir varlıq (yəni çiçək) belədirsə, ən yüksək həyat təbəqəsindəki, ölümsüz bir ruha sahib insanın, əbədiyyət ilə nə qədər əlaqədar olduğu, burdan başa düşülür.

----------------------------------

• Üçüncüsü:

Bu məsələ beləcə isbat edildikdən sonra, deyirik ki:

Əgər ölümdən başqa bir həyat yoxdursa, zərrələrin yaddaş sahibi kimi yaradılmaları, əbəs, hikmətsiz olardı. Bunu, belə bir misalla ağla yaxınlaşdıra bilərik:

İlin sonunda böyük hesab günü olmasa, il ərzində hesab dəftərinə hər şeyi qeyd etməyin, nə mənası olardı?!

Demək ki, zərrələrin / atomların yaddaş sahibi kimi yaradılmaları, hər şeyi öz yaddaşlarında qoruyub saxlamaları, başqa bir aləmin varlığını və orda bütün bunların eşidilib-görüləcəyini göstərir. Necə ki, Allah (azzə və cəllə), Öz əzəmətli kitabında, belə buyurmaqdadır:

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ

"Səhifələr, açıldığında." (Təkvir/10)

Eynisi, insan yaddaş üçün də deyilə bilər. Əgər ölümdən sonra başqa bir həyat yoxdursa, yaddaşın hər şeyi qoruyub saxlaması, yaddaşın bu şəkildə yaradılması, israfdır. Kainatda israfın olmaması isə, induktiv metodla sabitdir. Digər əşyalarda müşahidə etdiyi israfsız yaradılışı rədd edə bilməyən, bunu da rədd edə bilməz!

Xülasə:

Namaz qılınan yer (yəni, torpağı meydana gətirən zərrələr), hava zərrələri və s. hər şeyin yaddaşı vardır və bunlar, axirət günü, üzərində namaz qılan və zikr edən insanın lehinə şahidlik edəcəkdir!

Vəlhəmdulilləhi Rabbi'l-Aləmin.

Read 2 times
In order to make a comment, please login or register